Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

 

47

 



 

 

 



 

 

 



 

 

 



 

 

ЙОЛУН БАШЛАНЬЫЪЫ 



 

 

hməd  Cavadın  yaradıcılığının  birinci  mərhələsi  və  bu 



mərhələdə şairin fikri-bədii axtarışlarının məzmunu, tə-

kamülü  haqqında  aydın  təsəvvür  oyatmaq  baxımından  “Qoşma” 

(1916) və “Dalğa” (1919) kitabları çox qiymətli mənbələrdir. Bir 

də ona görə ki, bu mənbələrdəki əsərlərin bir çoxu məlum səbəb-

lərə görə onun “Şerlər” (1958) kitabına salınmamış, “Sən ağlama, 

mən  ağlaram!”  (1991)  kitabında  isə  bir  sıra  təhriflərə,  forma  və 

məzmun  pozuntularına  yol  verilmişdir.  Şairin  öz  əli  ilə  tərtib  et-

diyi  ilk  iki  kitabı  öz  sağlığında  və  öz  məramınca  nəşr  edildiyi 

üçün bu  gün  onun ədəbi  irsini tədqiq  edənlərin  əlində  çox  mötə-

bər, həqiqətən də əvəzolunmaz məxəzlərdir. 

Bu  mərhələnin  səciyyəvi  və  maraqlı  nümunələrindən  biri 

Ə.Cavadın  bilavasitə  öz  qələminə,  istedadına  müraciətlə  yazdığı 

“Şerimə” (1913) əsəridir. Burada müəllif hələ bir qədər də keçmi-

şə qayıdaraq, bir şair kimi özünü tanımağa başladığı günləri yada 

salır,  sənətdən,  ilk  uğurlarından,  necə  sevindiyini  xatırlayır,  kə-

pənək təzə-tər çiçəyin başına  dolandığı  kimi öz  qələm təcrübələ-

Я

 

48



 

 

rinə  göstərdiyi  qayğıdan,  ürəyincə  alınan  əsərlərini  öpüb  oxşa-



dığından danışır. Lakin bu şeri qələmə alarkən yaşadığı duyğular 

onun  şair  kimi  özünü  tanımağa  başladığı  ilk  çağlardakı  duyğu-

larla bəzən üst-üstə düşmür. Ə.Cavad elə böhranlı fikir və duyğu-

ların  məngənəsində  sıxılır  ki,  bir  qism  istedad  sahiblərinin  yara-

dıcılığının  ayrı-ayrı  anlarında  olduğu  kimi  o  da  şair  doğulduğu 

üçün  peşmançılıq  çəkir.  Hətta  öz  ilham  pərisini,  necə  deyərlər, 

“qapıdan qaytarmağa” təşəbbüs göstərir: 

 

Yeltənmə bu gün kəndini sevdirməyə yersiz, 



Əlləşmə mənim açmağa qəlbimdə bir az iz. 

...Gəldikdə sevindim, gedər olsan yenə öylə! 

Artıq o yalan sözləri şeytanlara söylə! 

 

Digər bir əsəri şairin o dövrdə yaşadığı ziddiyyətli hisslərin 



üzərinə  başqa  bir  səmtdən  işıq  salır.  Burada  Ə.Cavad  öz  şerini 

özünün ən  güclü  düşməni adlandırır, “mən nəşə  istərəm,  o fəğan 

dinlədir  mənə”  deyə  acı-acı  şikayətlənir.  Güman  etməyə  hər  cür 

əsas  var  ki,  yenə  də  həmin  1913-cü  ilin  məhsulu  olan  “Yaralı 

quş” şeri şəxsən şairin  özünün bu  konkret  mərhələdəki əhval-ru-

hiyyəsinin  əks  olunduğu  əsərlərdən  biridir.  Yaralı  quş  obrazı  ilə 

aşiq obrazının şerin bəndlərində bir-birinin sinonimi kimi işlədil-

məsi də bu qənaətimi möhkəmləndirir: 



 

Yaralıdır könlüm quşu, yaralı, 

Yaralandı yazıq aşiq olalı! 

 

Lirik duyğuların çox xəfif ifadəsi şerin növbəti bəndlərində 



gərgin, dramatik düyünə düşür: 

 

Dost ararkən ovçu çıxdı yoluna, 

Əzrayıl sağına... ölüm soluna. 


 

49

 



 

Vurma ovçu, qanadına-qoluna, 

Yaralandı yazıq şair olalı! 

 

Yurdundan-yuvasından  uzaqlarda  real  bir  ovçunun  yarala-



dığı və indicə yəqin ki, canını alacağı quşla ictimai mühitin sıxın-

tılarından şaşırmış bir şairin, gözləri yaşlı bir aşiqin obrazları şer-

də  vaxtaşırı  bir-birini  əvəz  edir  və  tamamlayır.  “Kədərli  bir  qəl-

bin  yanıq  bir  fəğanı,  yandırır  ürəyi  daşdan  olanı”  misralarında 

canlandırılan obraz dövrün amansızlığına sinə gərib öz rübabında 

həzin nəğmələr çalan şair-aşiqdir. Düşmüş  olduğu ağır vəziyyət-

dən  qurtulmaq  istəyən,  bu  məqsədlə  çırpınan,  fəqət,  qanadı  sın-

dırıldığı üçün uça bilməyən vücud isə yenə də yaralı quşdur. Həs-

saslıqla  tapılmış  bir-iki  bu  cür  poetik  detal  vasitəsilə  Ə.Cavad 

çağdaşı  olub  “el  üçün  ağlayan”  şer,  sənət  xadimlərinin  yaman 

günlərə qaldığını ümumiləşdirmişdir. 

 

Yurdundan ayrılmış, yuvadan uzaq, 

Elinin gözündən, könlündən iraq. 

Ümidi sənədir, ey yaradan haqq! 

Yaralandı yazıq şair olalı! 

 

İncə bir şair qəlbinin titrəyişlərindən doğan bu misralar mü-



hitin qorxunc fırtınaları, zamanın səmum yelləri müqabilində lirik 

qəhrəmanın  varlığında  oyanan  intibahları  əks  etdirir.  Şair  olan-

dan,  xalqının  dərdinə-oduna  yanandan  ədalətsizliyin  amansız 

zərbələri bu qəhrəmanı əldən-dildən salmışdır. Dönə-dönə yarala-

nan,  arzularına  çatmayan,  elindən,  obasından,  sevgilisindən  ayrı 

düşən  lirik  qəhrəman,  nəhayət,  Allahın  mərhəmətinə  sığınmış, 

deməli ümidini itirməmişdir. 

Əhməd  Cavadın  10-cu  illərin  əvvəllərindəki  axtarışlarında 

yaradana  müraciətlə  yazılmış  xüsusi  bir  əsəri  də  var. “Münacat” 

 

50



 

 

adlı bu şerində şair bütün ümidini,  iradəsini tanrıya bağlayır, və-



tənin,  xalqın  xilası  naminə,  ondan,  altında  həmvətənlərinin  top-

lanması  üçün  bir  bayraq  endirməyi  diləyir  və  nicatı  möminləri 

şad edən Quranda görür: 

 

Ey mərdliyi ilham edən böyük haqq, 



Buyruq sənin, qullarına nə sormaq? 

Pək dərdliyik, bir ərzimiz var ancaq: 

Cəbrayıldan göndər bizə bir sancaq!.. 

Ya Rəb, vətən sənin, iman sənindir! 

Mömini güldürən Quran sənindir! 

 

“Sən”,  “Bir  gül  əkdim”,  “Ümidimə”,  “Görünməz  yollar-



dan”  kimi  şerlərdə  lirik  qəhrəmanın  ümidsizliyi  lap  son  həddə 

çatmışdır. O, qətiyyət nümayiş etdirə bilmir və daha çox öz daxili 

həyəcan  və  nisgilinin,  cavabsız  məhəbbətinin  ifadəsi  ilə  məşğul-

dur.  Onun  yollarını  cəhənnəm  dumanı  bürümüş,  Əzrayıl  başının 

üstünü  kəsdirmişdir.  Ah-naləsini  nə  insanlar,  nə  də  Allah  eşidir. 

Müdhiş bir qaranlıq içində çırpınan, ümidləri fırtınalar qoynunda 

boğulan, yaslara batan lirik qəhrəman həqiqətən çox faciəli anlar 

yaşayır. “Bir gül əkdim” (8 aprel, 1913) şerində olduğu kimi: 



 

Bir gül əkdim açılmamış dərdilər, 

Zəhmətimdən mənə bir tikan qaldı. 

...Qanadımı bir uğursuz əl yoldu, 

Yerində bir damla quru qan qaldı. 

 

Beləcə ümidsizliyə qapılarkən şairin dadına çatan, yaraları-



na məlhəm qoyan, qəm-kədər yuvasına çevrilmiş qəlbini ovundu-

ran,  sabahına  inamla  baxmağa  çağıran  yenə  də  onun  şeri-sənəti, 

ilhamı,  istedadı  olur.  Ən  ağır,  ən  böhranlı  vaxtlarda  da  Ə.Cavad 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə