Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

 

39

 



 

rilmişdir.  Bunu  bir  də  ondan  görmək  olar  ki,  Azərbaycanın  baş 

kitab xəzinəsi  hesab olunan M.F.Axundov adına Dövlət kitabxa-

nasının hətta keçmişdə “Xüsusi fond” adlanan bölməsində  də bu 

kitabların  heç  biri  yoxdur.  Burada  oxucuların  sorğusuna  cavab 

olaraq əməkdaşlar onlara ancaq “Dalğa”nın bir neçə yerdən cırıl-

mış  hansı  bir  nüsxəsininsə  mikrofilmini  təqdim  edə  bilirlər.  Bir 

də axı, nə etsinlər? Əhməd Cavad demiş, varını verən utanmaz... 

İlk  iki  kitabı  şairin  yaradıcılığının  təqribən  on  ilini  əhatə 

edən birinci mərhələsi (1911-1919) haqqında aydın təsəvvür oya-

dır.  Onların  əhəmiyyəti  hər  şeydən  əvvəl  bundadır  ki,  hər  ikisi 

müəllifin özü tərəfindən seçilib tərtib edilmiş, özünün arzusunca, 

yəni  necə  var,  elə  buraxılmışdır.  Lakin  dərin  təəssüflər  olsun  ki, 

“Dalğa” şairin özünün gördüyü, əlinə alıb vərəqlədiyi sonuncu ki-

tabı oldu. Bolşevik-daşnak  qoşunlarının  Azərbaycanı  işğal  etmə-

sindən  keçən 38  il ərzində Ə.Cavadın bircə  kitabçası  da buraxıl-

madı. Yalnız 1958-ci ildə sükut buzu sındı, ölümündən xeyli son-

ra  bəraət  verilməsinin  ardınca  Azərnəşrdə  onun  “Şerlər”  adlı 

kitabı buraxıldı. 

“Şerlər”  Əhməd  Cavadla  kütləvi  oxucu  arasında  süni  su-

rətdə  çəkilmiş  Çin  səddini  dağıdan  ilk  təşəbbüs  olduğundan  onu 

şer  həvəskarları  da,  ədəbi-elmi  ictimaiyyət  də  hərarətlə  qarşıla-

mışdı  və  on  min  nüsxə tirajla buraxılan  kitab bir neçə gün içəri-

sində  satılıb  qurtarmışdı.  Buraya  şairin  ilk  kitablarından  alınmış 

bəzi şerləri  ilə yanaşı  yaradıcılığının sonrakı  mərhələsinə  dair 38 

əsəri də salınmışdı. Bununla belə, şersevənləri, Ə.Cavadın yaradı-

cılığına  xüsusi  rəğbət  bəsləyənləri  həmin  nəşr  təmin  edə  bil-

məzdi. Çünki şairin bir sıra çox qiymətli əsərləri yenə də konyun-

ktur  səbəblər  üzündən  kitaba  salınmamışdı,  çap  olunanların  bir 

qismində  isə  təhriflərə  yol  verilmişdi.  Bir  sıra  şerlərin  mətninə 

M.Rahim  “əl  gəzdirmiş”,  yazıldıqları  dövrün  ədəbi  dili  üçün  sə-

ciyyəvi olan türk söz və ifadələrini pozub yerinə başqalarını yaz-

 

40

 



 

mışdı.  Tərtibdəki  yarıtmazlıq  hər  şeydən  əvvəl  Ə.Cavadın  “Mən 

kiməm”, “Gəlmə!”, “Türk ordusuna”, “Azərbaycan bayrağına” və 

digər istedadla yazılmış, milli ruhlu, proqram səciyyəli əsərlərinin 

kitabdan kənarda qalması idi. 

Məmməd Rahimin kitaba yazdığı müqəddimə ciddi narazı-

lığa səbəb olmuşdu. Ziddiyyətlərlə dolu olan bu müqəddimədə bir 

tərəfdən  Əhməd  Cavad  “solmaz  boyalara  malik  yazı  tərzi  olan, 

olduqca incə, lirik bir şair” kimi təriflənir, digər tərəfdən  isə  heç 

bir  əsası  olmayan  günahlarla  ittiham  edilirdi.  Müqəddimə  mü-

əllifinin  qənaətinə  görə  Ə.Cavad  “turançılıq  və  pantürkizm  kimi 

mühafizəkar  fikirlərə  uyaraq  yaxasını  xeyli  müddət  bu  əhval-

ruhiyyədən  qurtara bilməmişdir”. Qəribədir ki, şair ümumiyyətlə 

din  əleyhinə  yox,  yalnız  pis  mollalara  qarşı  çıxdığı  üçün  tənqid 

olunur və belə uydurma bir iddia irəli sürülürdü ki, guya Ə.Cavad 

milli  şerlə  millətçilik  ruhunda  yazılmış  şeri  fərqləndirə  bilmir-

miş...  Hədyan  dolu  bu  ittihamları  oxuyanda  fikirləşdim  ki,  şai-

rimiz  1958-ci  ildə  sağ  olsaydı,  yəqin  ki,  onu  yenidən  o  müdhiş 

idarəyə aparar, bir də mühakimə edər və cəzalandırarmışlar. 

Üstündən  33  il  də  keçdi.  1991-ci  ildə  “Yazıçı”  nəşriyyatı 

Əhməd Cavadın “Sən ağlama, mən ağlaram...” kitabını oxuculara 

təqdim  etdi (tərtibçiləri Tofiq Mahmud  və Rəhman Həsənov, re-

daktoru Məmməd Aslan). Bu, Əhməd Cavadın indiyədək işıq üzü 

görmüş ən vüsətli kitabıdır. Onun “Maralsız qaldınız, a qarlı dağ-

lar”,  “Sən  ağlama,  mən  ağlaram,  gözəlim!”,  “Mən  çeynənən  bir 

ölkənin  haqq  bağıran  səsiyəm”  və  s.  bölmələrində  yüzdən  artıq 

şeri  toplanmışdır.  Ə.Cavadın  satirik  əsərləri  “İmansızlar  nə  an-

lar”, uşaqlar üçün yazdıqları “Quq-qulu-qu” başlıqları altında ay-

rıca bölmələrdə verilmiş, “Kür”, “Səsli qız” və “Pambıq dastanı” 

poemaları  isə  ilk  dəfə  olaraq  bir  yerdə  “Həyat  həyatdır  yenə” 

bölməsində  dərc  olunmuşdur. Kitab Məmməd  Aslanın “Ruhların 

kölgəsində”  adlı  bədii  oçerki  və  Niyazi  Axundzadənin  son  söz 




 

41

 



 

yerində verilmiş “Atam Əhməd Cavad” adlı məqaləsi ilə müşayi-

ət olunur. Xüsusən sonuncu məqalə Ə.Cavadın şəxsiyyəti, vüqarı, 

iradəsi, xasiyyəti, ailəsinə, dostlarına münasibəti, həyat və yaradı-

cılıq prinsipləri haqqında qiymətli məlumatla zəngindir. 

Dediyimiz  keyfiyyətlərlə  yanaşı  “Sən  ağlama,  mən  ağla-

ram...” kitabında bəzi  qüsurlar da var ki, onlardan bir qismi üzə-

rində dayanmaq vacibdir. 

Hər şeydən əvvəl onu göstərim ki, bu kitabda nədənsə mü-

qəddimə verilməmişdir. Kitabın əvvəlində dərc olunmuş “Ruhla-

rın kölgəsində” məqaləsi Ə.Cavadın güllələnməsindən sonra ailə-

sinin başına gətirilmiş faciələrə həsr edilmişdir. Bu sahədə faktla-

rı  yaxşı  öyrənmiş  Məmməd  Aslan  öz  yazısına  Ə.Cavadın  ömür-

gün  yoldaşı  Şükriyyə  xanımı  baş  qəhrəman  seçmiş  və  Axundza-

dələr  ailəsinin  cəfalar,  mərhumiyyətlər,  məşəqqətlər  dolu  sərgü-

zəştlərini  başlıca  olaraq  bu  fədakar  şair  arvadının,  pak  və  ülvi 

duyğular daşıyıcısı  olan  nəcabətli xanımın, kipriklərilə od  götür-

müş ananın duyğular aləmindən keçirərək təsvir etmişdir. Bir qə-

dər emosional qələmlə işlənən və daha çox şair Məmməd Aslanın 

duyğularını, həyəcanlarını əks etdirən “Ruhların kölgəsində” mə-

qaləsi yaxşı oxunur və bu kitabda verilməsi də yaxşıdır. Lakin hə-

min məqalə adı çəkilən kitabın müqəddiməsi olmaq vəzifəsini ye-

rinə yetirməkdən uzaqdır. Mənə elə gəlir ki, şairin az qala 40 illik 

bir  fasilədən  sonra  nəşr  edilmiş  “Sən  ağlama,  mən  ağlaram...” 

kitabı üçün səriştəli elmi müqəddimə yazılmalı idi. Həmin yazıda 

hər şeydən əvvəl Ə.Cavadın yaradıcılıq yolu elmi ümumiləşdirmə 

əsasında şərh edilməli, şairin, müxtəsər də olsa, dəqiq tərcümeyi-

halı  verilməli,  nəhayət,  onun  Azərbaycan  ədəbiyyatı  tarixindəki 

mövqeyi  açılıb  göstərilməli  idi.  Əlbəttə,  burada  Ə.Cavad 

əsərlərinin  nəşri  tarixindən  də  bəhs  olunmalı,  bu  kitabın  özünün 

tərtib prinsipləri haqqında da bəhs açılmalı idi. 

 

42



 

 

Yeri  gəlmişkən  deyim  ki,  bu  kitab  irəlicədən  düşünülmüş 



elmi  tərtib  prinsipinə  də  malik  deyil.  Tərtib  zamanı  nə  xronoloji 

ardıcıllığa əməl  edilmiş, nə də  əsərlərin  məzmun,  məqsəd,  motiv 

etibarı  ilə  qruplaşdırılması  qayğısına  qalınmışdır.  Məsələn,  bil-

mək olmur ki, Ə.Cavadın ilk qələm təcrübələrindən biri, 1913-cü 

ildə  yazılmış  “Yaralı  quş”  şeri  nəyə  görə  1930-cu  ildə  qələmə 

alınmış “Gözüm  yoldadır” şerindən sonra verilmişdir? Yaxud  nə 

üçün  “Leyla”  (1934)  şeri  “Aşiqin  dərdi”  (1916)  əsərindən  əvvəl 

getmişdir? Tərtibçilər deyə bilərlər  ki, kitabdakı  əsərlər məzmun 

səsləşməsinə  görə  düzülmüşdür.  Əgər  belədirsə,  qızı  Almasın 

vaxtsız  vəfatı  ilə  əlaqədar  ürəyinin  qanı  ilə  yazdığı  “Almasım 

üçün”,  “Qızım  üçün”  şerlərinin  arasına  “Süzgün  gözlərini  yana 

süzəli, saldı məni oda ləzgi qızları” beyti ilə bitən “Pərizadə” şeri 

necə yerləşdirilmişdir? 

Bir  neçə  kəlmə  də  təhriflər  haqqında.  Bəzən  bircə  sözlə 

diqqətsizlik üzündən yol verilmiş cüzi fonetik fərq misranın məna 

yükünü  sanbaldan  salır.  “Oyan”  şerindəki  bu  misrada  olduğu 

kimi: 

Təpinmə azğın şeytanə! 

 

Əslində misra bu cür yazılmalı idi: 



 

Tapınma azğın şeytana! 

 

Aydın  məsələdir  ki,  şerdə  başqasına  bərk  acıqlanmaq,  onu 



kəskin şəkildə danlamaq mənasını verən “təpinmək”dən yox, iba-

dət etmək mənasında “tapınmaq”dan söhbət gedir. Bu cür fonetik 

fərqlərə və söz düşümlərinə kitabdakı “Unudulmaz sevda”, “O qı-

za”,  “Bunumu  istəyirdin”,  “Sən”,  “Olsun  qoy”,  “Mən  kiməm”, 

“İmdad”, “Of, bu yol!”, “Gözünə döndüyüm”, “Quşlara”, “Nə ya-

zım?” şerlərində də yol verilmiş, bu səbəbdən də vəzn pozulmuş, 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə