Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

 

51

 



 

dünyanın elə bu dünya boyda dərdini çəkmək, könlünü ovundur-

maq  üçün  özündə  fövqəladə  bir  qüvvə  tapıb,  ilhamı  ilə  baş-başa 

verir. “Nədən yarandın” (1914) şeri Ə.Cavadın yaradıcılıq dünya-

sı  üzərindən  sirli  pərdəni  qaldırıb  onun  sənət  məbədinə  nəzər 

salmağa,  əsərlərinin  yaranma,  doğuluş  prosesi  ilə  yaxından  tanış 

olmağa imkan verən nadir poeziya incilərindəndir: 

 

Sən qüdrətin aşıb-coşan vaxtında 

Mələklərin gülüşündən yarandın. 

Sehir dilli bir fırçanın əliylə 

Ahuların duruşundan yarandın. 

Ay işığı, gözəlliyin, qızlığın 

Çiçəklərlə öpüşündən yarandın. 

Sərinlətdin baxışınla könlümü, 

Buludların uçuşundan yarandın. 

Qaranlıqda boğularkən ümidim, 

Dan ulduzu yürüşündən yarandın. 

Masəvadan uçmuş birər kölgənin 

Dan yerilə görüşündən yarandın. 

Gözəllikçün təbiətlə qüdrətin 

Yavaşca bir soğuşundan yarandın. 

Qələm əldə ilhamımı dinlərkən 

Sən qəlbimin vuruşundan yarandın. 

 

Bəli, büllur kimi saf və təmiz Əhməd Cavad şerinin əsasın-



da mələklərin gülüşü kimi müqəddəslik, ahuların duruşu kimi vü-

qar,  ay  işığında  bərq  vuran  gözəlliyin  bəkarəti  durur.  Cilovlan-

ması  mümkün  olmayan  ilham  üçün  əvəzedilməz  təşbeh  silsiləsi 

kimi  tapılmış  buludların  uçuşu,  dan  ulduzunun  parıltısı,  təbiətin 

və gözəlliyin vəhdətdə təzahürü, nəhayət, sənətkar qəlbinin bütün 

möcüzəli kainatla qaynayıb-qarışması, ilhamın coşması ilə qəlbin 

 

52

 



 

çırpıntıları  arasındakı  ahəngdarlıq  oxucu  qarşısında  yeni  orijinal 

bir poetik aləmə pəncərə açır, lirik qəhrəmanın yeni həyati qüvvə 

kəsb  etdiyini  göstərir.  Qarşıdan  gələn  çox  mürəkkəb  tarixi  şəra-

itdə isə lirik qəhrəman üçün bu keyfiyyət vacib idi. 

Mühiti  lərzəyə  gətirən  regiondakı  davalar,  Birinci  Dünya 

müharibəsinin başlanması, nəhayət, Rusiyadakı Oktyabr çevrilişi 

Ə.Cavad axtarışlarının müəyyən konkret bir istiqamət götürməsi-

nə, onda milli özünüdərk, türkçülük meyllərinin qüvvətlənməsinə 

təsir  etdi,  İtaliya-Türkiyə  (1911-1912)  davasından  başlamış,  Yu-

nanıstan-Türkiyə  (1919-1922)  davasına  qədər  çoxsaylı  orduların 

cəlb  edildiyi,  Oktyabr  çevrilişi  (1917)  ərəfəsində  isə  Rusiya  im-

periyasında  bolşeviklər  tərəfindən  aldadılmış  fəhlə  və  kəndli  tə-

bəqələrinin  qoşulduğu  ictimai  təlatümlərdən  ən  çox  zərərçəkən 

müsəlmanlar, türk qövmü, o cümlədən də azərbaycanlılar oldu. 

“Dalğa”da şairin vətənpərvərlik duyğuları geniş həyat hadi-

sələri  fonunda  və  sənətkarlıq  baxımından  daha  təsirli  vasitələrlə 

əks etdirilir. “Qoşma” və “Dalğa” arasında keçən müddətdə Azər-

baycanda, bütünlükdə Yaxın Şərqdə və dünyada böyük miqyaslı, 

mürəkkəb  ictimai-siyasi  hadisələr  baş  vermişdi.  Oktyabr  çev-

rilişindən  azacıq  sonra  Leninin  xüsusi  təkidləri  və  Şaumyanın 

qanlı  əlləri  ilə  Bakı  zorla  “bolşevikləşdirilmiş”,  hakimiyyət  für-

səti əlinə keçən ermənilər rusların köməyi ilə burada üçcə gün ər-

zində on mindən artıq azərbaycanlını qətlə yetirmişdilər. Bu mü-

rəkkəb, tale yüklü bir zamanda 1918-ci ilin 28 mayında xalqımı-

zın  qeyrətli,  vətənpərvər  oğulları  Azərbaycan Xalq Cümhuriyyə-

tinin  yaradıldığını  elan  etdilər.  Bu  ilk  Demokratik  Azərbaycan 

dövlətinin Türkiyə ilə bağladığı əhdnamə əsasında qardaş ölkənin 

ordusu  davada  zəif  çıxdığına  baxmayaraq  qardaşlarına  kömək 

üçün  Azərbaycana  gəldi.  Tezliklə  Bakı  daşnak-bolşevik  güruh-

larından  azad  edildi.  Azərbaycanın  ilk  milli  demokratik  dövlət 

qurumu  sərhədlərimizin  təhlükəsizliyini  və  xalqın  rifahını  təmin 




 

53

 



 

etmək  üçün  öz  boynuna  düşən  təxirəsalınmaz  iqtisadi,  siyasi, 

mədəni  vəzifələrini  icra  etməyə  başladı  və  qısa  müddətdə  əldə 

edilməsi  mümkün  olan  bir  sıra  uğurlar  qazandı,  xalq  arasında 

özünütanıma, özünəqayıtma proseslərini sürətləndirdi. 

Əsrimizin  əvvəllərində  1905-ci  il  inqilabının  təsirilə  oya-

nan  milli  hərəkat,  irticanın  hər  cür  yasaqlarına,  demokratik  qüv-

vələrə  divanlar  tutulduğuna  baxmayaraq  Birinci  Dünya  mühari-

bəsi zamanı xeyli genişlənmişdi. Azərbaycanda milli dövlət quru-

culuğunun ilk addımları bu qüvvələri daha da ruhlandırırdı. Ümu-

miyyətlə  Azərbaycan  ziyalıları  arasında  tərəqqipərvər  milli  şü-

urun qüvvətlənməsi nə qədər qanunauyğun bir proses idisə, onun 

ön  sıralarında  məhz  yaradıcı  ziyalıların,  C.Məmmədquluzadə, 

H.Cavid, Ü.Hacıbəyov, M.Hadi, A.Şaiq və Ə.Cavadın getməsi də 

bir o qədər təbii idi. Bunları deməkdə məqsədim odur ki, “Dalğa” 

kitabının meydana gəldiyi konkret tarixi şərait haqqında təsəvvür 

aydın  olsun.  “Azərbaycan  bayrağına”,  “İngilis”,  “Ey  əsgər!”, 

“Türk  ordusuna”,  “Şəhidlərə”,  “Of,  bu  yol!”  kimi  şerlər  “Dal-

ğa”nın  ümumi  məzmunu  üçün  səciyyəvi  olub  öz  dövrünün  mü-

hüm ictimai, siyasi, hərbi hadisələrini əks etdirməkdədir. 

Kitabın  “Azərbaycan  bayrağına”  şerilə  açılması  çox  təbii 

idi. Yeni kitabında şairin bir növ poetik vizit vərəqəsi olan həmin 

əsər  ürək  açan,  fərəh  artıran  tarixi  bir  hadisənin  izi  ilə  yazılmış-

dır.  İngilis  işğalçılarının  Bakıdan  rədd  olub  getməsindən  sonra, 

Azərbaycan parlamentinin binası üzərində milli bayrağımızın dal-

ğalandığını  görəndə  bu  misralar  Ə.Cavadın  qəlbində  doğulmuş-

dur: 

Türküstan elləri öpüb alnını 

Söyləyir dərdini sana, bayrağım! 

Üç rəngin əksini Quzğun dənizdən 

Ərməğan yolla sən, yara, bayrağım! 

 

 



54

 

 



...Köksümdə tufanlar gəldim irəli, 

Öpüm kölgən düşən mübarək yeri. 

Allahın yıldızı, o gözəl pəri 

Sığınmış qoynunda aya, bayrağım! 

 

Yurdun  hüquq,  istiqlal,  əxlaqi  mərkəzi  olan  parlament  bi-



nası üzərində məhz Azərbaycan bayrağının dalğalanmasından do-

ğan sevincdən  müəllifin ürəyi  köksünə sığmır. Üçrəngli bayrağı-

mız burada onu ucaldan xalqın öz milli demokratik cümhuriyyəti, 

dövlətilə  mənəvi  birliyinin  yenilməz  rəmzi  kimi  vəsf  olunur. 

Həmvətənlərimiz,  ölkənin  daha  harasında  ucaldıldığından  və  ha-

rasında  dalğalanmasından  asılı  olmayaraq,  vaxtaşırı  bu  bayrağın 

hüzuruna gəlib ən böyük güvənc yeri hesab etdikləri ay-ulduzunu 

öpür, qumaşını gözlərinə, alınlarına sürtür, həsb-hal edir, istiqlalı-

mızın ilk şirin barını dərməkdən duyduğu sonsuz iftixarını da, bu 

yolda  şəhidlər  verdiyimiz  üçün  aşıb  daşan  dərdini  də  onunla 

bölüşürlər... 

Ə.Cavad  Azərbaycan  xalqını  bolşevik-daşnak  əsarətindən 

xilas etmək üçün gəlmiş türk ordusunu öz əsərlərində dərin səmi-

miyyətlə  qarşılayır,  onun  təkcə  azərbaycanlılar  qarşısında  deyil, 

bütün türklər və tərəqqipərvər dünya qarşısında tarixi xidmətləri-

ni tərənnüm edirdi. “Türk ordusuna” şerində hər şey olduğu kimi, 

öz adı ilə verilir, qardaş ölkənin xilaskar ordusu Turandan rus iş-

ğalçılarını qovduqları üçün alqışlanırdı. Viran edilmiş Xan sarayı 

da,  xalqın  müsibətləri  üçün  qan  ağlayan  Araz  da,  Kür  də,  Qara 

dəniz də, vüqarlı Qars qalası da, uca Dağıstan dağları da türk or-

dusunun insanpərvərlik missiyası sayəsində şerdə öz həyatlarının 

yeni mərhələsinə qədəm qoyurlar: 

 

Ey şanlı ölkənin şanlı ordusu, 

Unutmam Qafqaza girdiyin günü! 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə