Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

 

59

 



 

düşmüş  əli  uşaqlı  gəlinlər  şeri  oxuyan  hər  kəsi  dəhşətə  gətirir. 

1988-1990-cı illərdə Ermənistanda və Qarabağda soydaşlarımızın 

başına  gətirilmiş  faciələrlə  “İmdad”  şerində  əksini  tapmış  sərt 

həyat həqiqəti arasındakı səsləşmə adamı sarsıdır: 

 

Ziyafət görmədim, yaslıdır ellər, 



Çoxalmış məzarlar dərdini söylər. 

Talanmış şanələr, yolunmuş tellər, 

Olduğunu duydum, imdada gəldim! 

 

...Ayaqlar altında şöhrəti, şanı 

Qalanları görüb imdada gəldim! 

...Anasızdır yavru, sən söylə ninni, 

Ninnisiz yavruya imdada gəldim! 

 

O  dövrün  bir  sıra  digər  qələm  məhsulları  kimi  burada  da 



müharibə  kabusu  səadətin  düşməni  kimi  təqdim  olunur.  İnsanla-

rın  əkib-becərmək, tikib-qurmaq,  mədəni sərvətlər  yaratmaq,  ye-

tişməkdə  olan  nəsli  humanist  əxlaqi  prinsiplər  əsasında  tərbiyə 

etmək  ideallarına  zidd  olduğu  üçün  işğalçı  müharibələrə  dərin 

nifrət  aşılanır,  bu  cür  müharibələrin  xalqların  həyat  kitabından 

silinib  rədd  edilməsi  tələb  olunur.  Maralsız  qalmış  dağlar,  yan-

dırılmış  aşiyanlar,  sazları  qırılmış  aşıqlar,  körpələri  oğurlandığı 

üçün  inləyən  analar,  müsafirsiz  yollar  müharibənin  həm  təbiətə, 

həm də cəmiyyətə qarşı dağıdıcılıq, yırtıcılıq, yandırıcılıq funksi-

yasını  açıqlayan  silsiləvi  təsvir  vasitələridir.  Toyları  yasa  çevri-

lən, sazlarda matəm havası çaldıran, övladları yetim, arvadları dul 

qoyan  müharibə  ilə  şairin  pərəstişkarı  olduğu  gözəllik,  yüksək 

əxlaq, zərif məhəbbət, pak mənəviyyat, poetik ilham arasında heç 

zaman barışmayan antaqonist bir ziddiyyət mövcuddur. 

 

60

 



 

Ə.Cavadı,  onun  təmsil  etdiyi  azadlıqsevər,  tərəqqipərvər 

Azərbaycan ziyalılarını milli istiqlal uğrunda mübarizə cəbhəsinə 

gətirən  səbəbləri  açıqlamaq  baxımından  “Kuropatkinə”  (1917) 

şeri xüsusi  əhəmiyyət  kəsb  edir. Kuropatkin qartımış  Rusiya im-

periyasının milli əyalətlərdə, müsəlmanların, türklərin sakin oldu-

ğu  regionlarda  hökm  sürən  canişinlərinin  ümumiləşdirilmiş 

surətidir.  Artıq  tarixin  süquta  məhkum  etdiyi  çarizmin  ömrünü 

uzatmaq  üçün  imperiyanın  bu  sadiq  nökərləri  dəridən-qabıqdan 

çıxır,  əllərindəki  hüdudsuz  hakimiyyətdən  sui-istifadə  edirdilər. 

“Kimdir  bizim  minarədə  əzanları  susduranlar?”  misrası  ilə  baş-

layan  şerdə  adı  çəkilən  bütün  cinayətlərin  ilk  təşəbbüskarları  elə 

bu  multiçarlardır.  Məhz  onların  iradəsi,  əmri  və  canfəşanlığı  ilə 

məscidlərimizdə  minbərlərə  qara  pərdələr  çəkilmiş,  əyilməyi 

şərəfsizlik  sayan  Türküstan  oğullarının  vüqarlı  başları  kəsilmiş, 

babalarımızın  müqəddəs  məzarları  dağıdılmış,  nadir  sənət  əsər-

ləri, yazılı abidələrimiz oğurlanmışdır. Xalqın adından çıxış edən 

Ə.Cavad onların xalqımızın əleyhinə yeritdikləri cinayətkar geno-

sid siyasətinin nəticələrini bir ittihamnamə kimi elan edirdi: 

 

Zəngin idik, qurd oldunuz, yurdumuza saldırdınız, 

Gözəllərin köksündəki altunları çaldırdınız. 

Adlarını dəyişdirib məmləkətin, ilin, ayın 

Siz “şapkasız” sadə türkü məktəblərə buraxmayın, 

Xor baxaraq əcdadının adətini sevənlərə, 

Zəhər verin can yerinə, sizə “can” söyləyənlərə... 

 

Şerin  sonuna  doğru  onun  ümumiləşdirmə  qüvvəsi  daha  da 



şiddətlənir;  burada  artıq  çarizmin  cinayətləri  Türküstan,  müsəl-

man  regionundan  çıxıb,  dinindən,  dilindən,  milliyyətindən  asılı 

olmayaraq,  Rusiya  imperiyasını,  onun  bütün  ucqarlarını  əhatə 

edir: 



 

61

 



 

Söyləyiniz, hansı yurdun övladı 

Əlinizdən ölüm camı içmədi?! 

 

Ə.Cavadın  nəzərində istilaçı−istilaçıdır. Şair əsla fərq qoy-



mur  ki,  istilaçı  “mədəni”  və  “alicənab”  ingilis  krallığıdır,  öz 

amansızlığı  ilə  dünyada  bədnam  olmuş  rus  çarizmidir,  yaxud 

onun  yerində  bərqərar  olub  imperiya  iddiaları  ilə  əyalətləri  ko-

budcasına  əzən  qırmızı  ilanlar!  Azərbaycanın  müstəqillik  yoluna 

qədəm  qoyması,  öz  milli  dövlətini  qurub,  əsrin  tələbinə  uyğun 

yeni inkişaf yoluna düşməsi bu qırmızı ilanları, Rusiya bolşevik-

lərini bərk  narahat edirdi. Onlar əvvəlcə  Yaxın Şərqdə, sonra isə 

yer  kürəsində  “dünya  inqilabı”nın  qələbəsi  üçün  Azərbaycandan 

bir vasitə  kimi  istifadə  etmək, bu  münasibətlə  də  müstəqil  Azər-

baycan hökumətini yıxmaq, ölkənin strateji sərvətlərini, o cümlə-

dən neftini talamaq haqqında təxribatçı planlar hazırlayırdılar. Bu 

acı “şimal küləyi”nin xalqımızın taleyi üçün necə qara günlər gə-

tirə biləcəyini irəlicələn görən Ə.Cavad milli şairimiz kimi bütün 

xalqın adından öz etiraz səsini ucaldırdı: 



 

Bu dağlar mənimdir, yeni gün gördü, 

Boğar səni ahım, ey duman, gəlmə! 

İnanma fələyə, dönükdür üzü, 

Bir üzə gülməyir hər zaman, gəlmə! 

 

...Könüllər bir dəniz, coşdurma onu, 

Coşğun könüllərin fırtına sonu! 

Sən ey şimal yeli, gəl etmə bunu! 

Yox isə əmrinə oynayan, gəlmə! 

 

Sən ey gözlərimə batan quruntu, 

Sağlam bir imana səndən nə qorxu? 

 

62



 

 

 



Bəslərsə vicdanlar pək böyük duyğu, 

Yenilməz bir qala hər vicdan, gəlmə! 

 

Dərin  təəssüflər  olsun  ki,  şairin  arzularının  əksi  baş  verdi. 



Qırmızı ilanların ön dəstələrindən  olan XI Qırmızı Ordu 1920-ci 

ilin  aprel  ayının  son  günlərində  Azərbaycana  girdi,  Bakını  işğal 

etdi.  Uğrunda Ə.Cavadın  da can  qoyduğu  ilk  qanuni  demokratik 

cümhuriyyətimizi  yerlə  yeksan  etdi.  Həbslər,  qətllər,  sürgünlər 

dalğası  başlandı.  Ə.Cavad  da  digər  görkəmli  yaradıcı  ziyalıla-

rımız  kimi  dönə-dönə  tənqid  və  “ifşa”  olundu.  Təbiidir  ki,  belə 

dəhşətlər saçan bir şəraitdə o öz əvvəlki yaradıcılıq fəallığını da-

vam etdirə bilməzdi. Bununla belə, şair hərdən öz ilhamını cilov-

laya  bilmir,  nə  isə  yazır,  meydana  çıxarır,  bununla  da  növbəti, 

daha kəskin təqib və hücumlara məruz qalırdı... 

 

 

 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə