Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

 

55

 



 

Gəlirkən qovmağa Turandan Rusu, 

Ayağını Qara dəniz öpdümü?! 

İlk atarkən əski bürcə addımı, 

Qars qalası salam topu atdımı? 

Sən yaşarkən orda zəfər şənliyi 

Məğlub düşmən qaşlarını çatdımı? 

 

Çıxdığın gün Allahəkbər dağına, 



Dağıstan xalqları qibtə eylədi. 

Baxdım Xan sarayın viran tağına, 

“Sən gəlirsən, şən oluram” söylədi. 

 

Gəldiyin gün Kürün axar-baxarı, 

Əski günahlardan silkindi, çıxdı. 

Eşidib Gümrüdə təkbir səsini, 

Araz sevincindən dünyanı yıkdı! 

 

İngilislərin  Bakıda  işğalçılıq  siyasəti  ilə  əlaqədar  qələmə 



aldığı satiradan da bir daha aydın  olduğu  kimi Ə.Cavadın  əlində 

Böyük Britaniyanın lənətə gəlmiş Şərq siyasətini ifşa etmək üçün 

kifayət  qədər  tarixi  fakt  və  material  olmuşdur.  Şairin  nəzərində 

ingilis  imperialistləri  Şərq  xalqlarının  azadlıq  və  istiqlaliyyətinə 

yağı  kəsilmiş  bir  qüvvədir.  Qədim  tarixli,  zəngin  mədəniyyətli 

hind  xalqına,  İrana,  Əfqanıstana,  xüsusən  türk  dünyasına  qarşı 

ingilislərin törətdikləri qanlı cinayətlərin ləkəsi tarixdən heç vaxt 

silinməyəcəkdir.  Müqəddəs  Kəbə  yolunda  möminlərin  karvanla-

rını  soymaqdan  belə  çəkinməyən  yadellilər  bu  dəfə  Azərbaycan 

iştahına  düşmüşdülər.  Lakin  Ə.Cavad  xəbərdarlıq  edir  ki,  artıq 

zaman  dəyişib,  Azərbaycan  xalqı  öz  istiqlaliyyətini  elan  edib  və 

daha  ona  diz  çökdürmək  asan  olmayacaqdır.  Cümhuriyyətimizin 

 

56

 



 

istiqlal bayrağı altında sıx birləşən igid övladları var. Şair onların 

adından inamla deyir: 

 

Bax, yenə qarşında köksümü açdım, 



Bakı dağlarına al bayraq sancdım. 

Sən meydan oxudun, gəldim, ulaşdım, 

Mərd deyil meydandan qaçan, ingilis! 

...Düşəcək taxtına talan, ingilis! 

 

Ə.Cavad  Birinci  Dünya  müharibəsinin  türk  xalqlarına,  is-



lam dünyasına gətirdiyi fəlakətlərdən rəmzlər vasitəsilə bəhs edir. 

Onun  könül  rübabı  çox  həssasdır.  Biz  bu  rübabın  tellərinin  gah 

ordumuzun  uğurlarından  doğan  sevinc,  gah  da  uğursuzluqların-

dan  doğan  hüzn,  kədər,  ağır  peşimançılıq  duyğuları  ilə  səsləndi-

yinin şahidi oluruq. Şübhə yoxdur ki, ayrı-ayrı vaxtlarda çox bö-

yük beynəlxalq təzyiqlər nəticəsində türk birliyi ideyasının tənəz-

zülə  uğraması,  Türkiyənin  cahan  müharibəsindən  sınıq  çıxması, 

bir  vaxt  hətta  İstanbulun  düşmənlər  tərəfindən  işğalı,  nəhayət, 

rus-erməni,  bolşevik-daşnak  hərbi-siyasi  cütlüklərinin  Azərbay-

canda törətdikləri  dəhşətlər bu baxımdan təsirsiz  qalmırdı. 1919-

cu  ilin  baharı  astanasında  xarici  işğalçıların  İstanbulu  alması 

xəbəri türk xalqlarının səadəti üçün bu böyük qonşu ölkədən mə-

nəvi  və  fiziki  kömək  uman  şairi  də  bütün  həmvətənləri  kimi  də-

rindən kədərləndirmişdi. Eyni adlı şerində o, İstanbulu sevgili yar 

obrazında  canlandırmış,  onun  mərmər  sinəsində  yabançı  əllər 

dolaşdığından  dərin  yasa  batmışdı.  Şerin  növbəti  bəndlərində 

ardıcıl  surətdə  və  yerli-yerində  işlədilmiş  təsvir  vasitələri  sevgili 

yar - İstanbul obrazı ətrafında uğurla qruplaşdırılmışdır. Dünyada 

tayı-bərabəri  olmayan  bu  gözəlin  tifağı  dağılandan  sonra  onun 

“sırmalı  telləri  daranmamış”,  incə  belinə  yad  ellərdən  sürüşüb 

gələn  zəhərli  ilan  sarılmışdır.  Şerin  sonunda  Ə.Cavad  obrazın 



 

57

 



 

“kodunu”  açır,  Türkiyə  paytaxtına  üz  vermiş  bu  fəlakətin  təkcə 

Anadolunu  deyil,  bütün  Turan  elini  yasa  batırdığını  elan  edir. 

Yeddi  bəndlik  şerin  hər  bəndindən  sonra  verilən  bu  təkrar  beyt 

isə şəhərin kömək uman mükəddər mənzərəsini tamamlayır: 

 

Ah, ey solğun üzlü, bayğın İstanbul, 



Mavi gözlərin çox dalğın, İstanbul! 

 

Əhməd Cavad  yaradıcılığının 1920-ci  ilə  qədərki  nümunə-



lərində xalqımızın, mədəniyyətimizin qədimliyindən, türkçülüyün 

ənənələrindən,  altaylardan,  idellərdən,  çingizlərdən,  sabutaylar-

dan xüsusi iftixar duyğusu ilə bəhs olunur. Türkiyə, İstanbul, türk 

bayrağı  dərin  səmimiyyətlə  tərənnüm  edilirdi.  Təkcə  Əhməd 

Cavadın deyil, o dövrün yaradıcı ziyalılarının bir çoxunun əsərlə-

rində  həmin  motivlər  geniş  yer  tuturdu.  Bu  əsərləri  düzgün  başa 

düşüb,  obyektiv  qiymətləndirmək  üçün  onların  meydana  gəldiyi 

tarixi şəraitin rişələrini də xatırlatmağa ehtiyac var. 

Azərbaycan  öz  geosiyasi  vəziyyəti  etibarı  ilə  Avropa  ilə 

Asiya, Qərblə Şərq arasında həmişə xüsusi bir mövqe tutmuşdur. 

Yad  təsirlər  sayca  az  olan  azərbaycanlıları  az  qala  hər  tərəfdən 

əhatə edib, çox qəribə bir vəziyyət əmələ gətirmişdi. Azərbaycan-

da  “millətiniz?”  sualına  cavab  verənlər  arasında  “azərbaycanlı”, 

“türk”  deyənlərin  sayı  əslində  olduğundan  az  idi.  Çoxları  bu  su-

alın  cavabında  tərəddüd  etmədən  “müsəlmanam”  yazır,  yaxud 

belə də deyirdi. Bu cavab bizim cənubdakı böyük qonşumuzu da, 

şimaldan  gəlmiş  çağırılmamış  qonağı  da,  torpaqlarımızda  kök 

atıb  qalmış  erməniləri  də  yaxşı  təmin  edirdi.  Rusiya  imperiyası-

nın  işğalına  məruz  qalmış  Şimali  Azərbaycanda  XIX  əsrin  ilk 

rübündən  etibarən  idarəetmənin  bütün  sahələrində,  məhkəmələr-

də,  xalq  maarifi  sahəsində  rus  qaydaları,  rus rəsmiyyətçiliyi,  rus 

dili hakim mövqe tutmuşdu. Azərbaycanın parçalanmasından 80-

 

58

 



 

90  il  keçdikdən  sonra  baş  verən  ictimai-siyasi  hadisələr  fonunda 

milli  məsələyə  tənqidi  nəzər  salmağı  bacaran  qabaqcıl  Azərbay-

can  ziyalıları,  xüsusən  də  şair,  ədib,  tənqidçi  və  jurnalistlərimiz, 

səhnə xadimlərimiz  yaxşı  dərk  edirdilər ki, daha belə  davam  edə 

bilməz.  C.Məmmədquluzadə,  Ü.Hacıbəyov,  F.Köçərli,  H.Cavid, 

Ə.Cavad, H.Ərəblinski və başqaları bütün imkanlarını səfərbərli-

yə  alaraq,  xalqın  özünü  dərk  etməsinə,  kökünə  qayıtmasına,  öz 

qüvvə  və  imkanlarından  maksimum  dərəcədə  istifadə  edib  istiq-

laliyyətini qazanmasına və onu möhkəmləndirməyə çağırırdılar. 

Beləliklə də vətənini, xalqını sevən hər kəs millətə xidməti 

öz  fiziki  və  mənəvi  fəaliyyətinin  əsas  qayəsinə  çevirmişdi.  Şer 

yazan,  qəzet-jurnal  çıxaran,  elmi  tədqiqatla  məşğul  olan,  lüğət 

tərtib edən, teatrda tamaşa verən, xeyriyyə cəmiyyəti açan, müha-

ribə zərərdidələrinə kömək  edən, nəhayət, yeri gələndə əlində si-

lah  döyüşən  Azərbaycan  ziyalılarının  o  illərdəki  geniş  və  məq-

sədyönlü, səmərəli fəaliyyəti xüsusi tədqiqat mövzusudur. Vətən-

pərvərlik  duyğusu  ilə  alışıb  yanan  Əhməd  Cavad  adı  çəkilən  sa-

hələrin  bir  çoxunda  fəaliyyət  göstərirdi.  O,  müxtəlif  illərdə  milli 

qürur duyğusu oyadan şerlər, bilavasitə cəbhədə, yaxud, ümumiy-

yətlə  regionda  baş  verən  mühüm  hadisələr  haqqında  məqalələr 

yazır,  eyni  zamanda  müharibədən  zərər  çəkən  qaçqın,  didərgin 

ailələrinə,  şikəstlərə,  yetimlərə  yardım  göstərən  xeyriyyə  cəmiy-

yətində  məsul  vəzifədə  çalışır,  yeni  milli  hökumətin  himnini 

yaradır, xalq ruhunun ifadəsi olan şərqilər yazırdı. 

“İmdad” şerində əksini tapan hadisələr güman etməyə əsas 

verir  ki,  bu  əsər  Ə.Cavadın  xeyriyyə  cəmiyyətində  çalışdığı 

dövrün  məhsuludur.  Hər  halda  onun  ilk  misrası  (vicdanım  əmr 

etdi,  imdada  gəldim),  ifadələrinin  təkrarı  da  bu  gümanı  qüvvət-

ləndirir. Qardaşları vətən davasında həlak olmuş sahibsiz bacılar, 

qorxudan  yarılmış  pənbə  dodaqlar, ağ  qar  üstündə  donub  qalmış 

qırmızı  qan  ləkələri,  yandırılmış  tifaqlarından  qaçqın,  didərgin 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə