Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

 

87

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

ЕПИК


 

ТЯЩКИЙЯНИН

 

ИМКАНЛАРЫ



 

 

 



urayadək  verdiyimiz  müxtəsər  açıqlama  da  bir  daha 

təsdiq  edir  ki,  Ə.Cavad  bir  şair  kimi  ən  çox  lirik  janr 

sahəsində fəaliyyət göstərmişdir. Onun istedadı bu sahədə özünün 

daha artıq təzahür etdirmiş, məhəbbət lirikası, siyasi lirika, süjetli 

lirika  nümunələrilə  şair  Azərbaycan  poeziyasında  özünə  layiq 

şərəfli  yer  tutmuşdur.  Az  sözlə  incə  hiss  və  duyğular,  böyük  fi-

kirlər ifadə  etmək,  dil  və təsvir  gözəlliyi, aktuallıqla uzun  ömür-

lülüyün  vəhdəti  onun  lirikası  üçün  səciyyəvi  keyfiyyətlərdəndir. 

Lakin şairin yaradıcılığı təkcə lirik əsərlərdən ibarət deyil, o, epik 

janr sahəsində də işləmiş və qiymətli yaradıcılıq uğurları əldə et-

mişdir.  “Sən  ağlama,  mən  ağlaram!”  kitabında  “Həyat  həyatdır 

yenə!” ümumi başlığı altında şairin üç poeması çap olunmuşdur. 

“Səsli  qız”, “Kür”, “Pambıq  dastanı”. Kitabın  həmin bölməsində 

“Şərqi” adı altında bir parça ayrılmış  və  o  da  yanlış  olaraq müs-

təqil poema kimi təqdim olunmuşdur. Əslində isə bu parça “Səsli 

qız” əsərinin baş qəhrəmanının oxuduğu mahnının mətnidir. Mə-

nim  qənaətimə görə “Səsli  qız”  mükəmməl süjet əsasında  qurul-

B

 



88

 

 



muş  epik  poema,  “Kür”  və  “Pambıq  dastanı”  isə  lirik  poemalar-

dır. 


Xalqın  istiqlaliyyət  uğrunda  mübarizəsi  Ə.Cavadı  bütün 

şüurlu ömrü boyu düşündürən və uğrunda həyatını qurban verdiyi 

bir  qayə  olmuşdur.  Əlimizə  çatmış  poemalarının  həcmcə  ən  bö-

yüyünün  də  bu  qayəyə  xidmət  etməsi,  bu  mövzuda  yazılması 

tamamilə təbii və qanunauyğundur.  

“Səsli qız”ın ekspozisiyası onun baş qəhrəmanının şərəfinə 

mədhiyyə  kimi  düşünülmüşdür.  Bu  qızın  səsi  şairin  nəzərində 

dünyadakı səslərin ən gözəlidir. Bir qədər sonra, konflikt özünün 

ən gərgin, böhranlı vəziyyətinə çatanda, biz bu məlahətli səs sahi-

binin, həm də el yolunda canından keçməyə hazır olan bir qəhrə-

man kimi ucaldığını  görəcəyik. Əsərin ikinci bölməsindən başla-

yaraq Saranın bu məsul addımı atması üçün ilkin şərait hazırlanır. 

Şair qədimlərdə amansız bir hökmdarın qonşuluqda yerləşən əha-

lisi az, ərazisi kiçik bir ölkəyə hücum edərək orada törətdiyi vəh-

şiliklərdən söz açır. Düşmənin altı aylıq mühasirədən, təxribat və 

qırğın  əməliyyatlarından  sonra  burada,  Saranın  vətənində  qan 

dizə  çıxmışdır.  Başsız  qalmış  minlərcə  ailə  qaçqın  və  didərgin 

düşmüşdür.  Burada  yadellilərin  törətdiyi  cinayətlərin  sayı-hesabı 

yoxdur.  Zalım  padhaş  öz  rəqibi  olan  padşahın  ordusunu  deyil, 

şairin  təbirincə,  “insanlığı  əzmişdir”,  yəni  insanlığın  əsas  tərkib 

hissəsi olan əxlaqa, mənəviyyata qarşı ağır cinayət işləmişdir. Bu 

da  özünü  hər  şeydən  əvvəl  onda  göstərmişdir  ki,  paytaxt  şəhə-

rinin süqutunun səhəri  günü  yadelli şah öz  qələbəsini bayram et-

mək eşqinə düşmüş və hər yerdə ağlamağı, hıçqırmağı, ah-naləni 

qadağan etmişdir. Onun iradəsincə hamı mütləq gülməlidir, istəsə 

də, istəməsə də. Yalnız cansız təbiət, bir qism insanın (zalımların) 

başqa bir qism insanların (məzlumların) başına gətirdiyi faciədən 

xəbərsizdir.  Ona  görə  də  heç  bir  şey  olmayıbmış  kimi,  yenə  də 

günəş  çıxıb  həmişəki  dəstgahla  öz  şüalarını  ətrafa  yaymış, 



 

89

 



 

çiçəklər  gur  ləçəkləri  ilə  bu  şüaların  qoynunda  xumarlanmağa 

başlamışdır. Zalımlar zor işlədərək qəhr etdikləri şəhərin əhalisini 

zahirən  də  olsa  “gülümsəməyə”,  “şadlanmağa”  vadar  edirlər. 

Tacirbaşılar, yüksək vəzifə sahibləri şahın paltarının ətəklərindən, 

corabından  öpmək  üçün  bir-birinə  macal  vermirlər.  Şah  mərmər 

sütunlu  qəsrdə  eyş-işrətə  dalır.  Poemanın  qəhrəmanı  səsli  qız 

Sara xaqana təqdim olunur. Lakin Sara çoxlarının gözlədiyi kimi 

bu  yadelli  müstəbidin  ehtiraslarını  qıdıqlayan  sözlərdən  yox,  öz 

qəlbinin  dərinliklərindən  süzülüb  gələn  vətən  deyimlərindən 

ibarət mahnısını oxuyur, elin-obanın düşdüyü müsibətlərdən nalə 

çəkir. 


 

Mən ki, səndən doymamışdım, 

Quş qonmağa qoymamışdım, 

Bir almanı soymamışdım, 

Kim sənə kəc baxdı, bağlar?! 

 

Bağçalarda qırmızı nar, 

Qırmızı qan güllərin var; 

İyləməkdən doymamış yar, 

Gəldi şimşək çaxdı, bağlar!.. 

 

Qazlarının boynu bükük, 

Ördəyinə can ağır yük, 

Çaldı şahmar, tozladı tük, 

Gör nə qanlar axdı, bağlar?! 

 

Darğınam mən belə baxta, 

Ürəyim qan, laxta-laxta. 

Bax ki, kimlər çıxdı taxta, 

Küsdü kimin baxtı, bağlar?! 

 

90



 

 

Çıxmamış gün, atmamış dan, 



Qanlı bir toz qalxdı yoldan. 

Qoç igidlər oldu qoldan, 

Qanlı kəfən taxdı, bağlar! 

 

Bəlkə  də  həyatında  axırıncı  olacaq  bu  mahnıdan  sonra 



mövcud qaydaya görə xaqana mey təqdim edən Sara rəqqasələrin 

işə başladığı şaşqınlıq məqamından istifadə edərək iti bir hərəkət-

lə badəyə zəhər tökür. Xaqan öz cəzasına çatır. Adamlar bu təka-

na bəndmiş kimi, həyəcana gəlib xaqanın özünü itirmiş silahdaş-

larına həmlə edir, böyük qurbanlar bahasına da olsa, şəhəri-məm-

ləkəti  öz  istiqlalına  qovuşdururlar.  Poema  Saranın  -  səsli  qızın 

şərəfinə qoşulmuş oynaq, şən mahnı ilə bitir. 

Burada  zalımlığı  özünə  peşə  etmiş  xaqan,  ona  yaltaqlanan 

saray adamları, bəzi din xadimləri, təcavüzə məruz qalmış xalqın 

nümayəndələri  müəyyən  konkret  cizgilərlə  təqdim  edilsələr  də, 

şairin ilhamının əsas işığı Saranın üstünə  yönəldilmişdir. Proloq-

dan  başlamış  epiloqa  qədər,  kütləvi  qırğın  səhnələrini  və  onlarla 

təzad  təşkil  edən  təbiət  mənzərələrini  çıxmaq  şərtilə,  poemada 

əsas  yer  tutan  Sara  bütün  hadisələrin  mərkəzində  durur.  Yadelli 

işğalçıların  zalımlığı,  xaqanın  kultu,  saraydakı  bəzi  hadisələr 

məhz Saranın qəhrəmanlığının həqiqətən də fövqəladə bir hərəkət 

olmasını  əsaslandırmaq  üçün  fon  səciyyəsi  daşıyır.  Bu  priyom 

yaxşı  düşünüldüyü  və  əsərin  kompozisiyasında  müvafiq  yerini 

tapdığı üçün səmərəli çıxmışdır. Elə bu yolda da şair öz əsas ya-

radıcılıq  qayəsinə  nail  olmuş,  xalq  səadətinin,  istiqlalın  həyatda 

heç  nə  ilə  əvəz  oluna  bilmədiyi  ideyasını  oxucusuna  aşılaya 

bilmişdir.  Bu  keyfiyyətlərinə  görədir  ki,  “Səsli  qız”  20-30-cu 

illərdə  yaranmış  Azərbaycan  poemaları  içində,  Sara  isə  həmin 

əsərlərdə  canlandırılmış  bədii  obrazlar  arasında  öz  layiqli  yerini 

tutur.  Mənzərənin  tamlığı  naminə  bunu  da  qeyd  edək  ki,  vaxtilə 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə