Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

 

79

 



 

Tale  bu  ailənin  həyat  xalısının  bir  butasını  xoşbəxtlik  üs-

tündə  toxuyanda,  başqa  birisini  də  bədbəxtlik  və  faciə  üstündə 

hörmüşdür.  Çoxunun  bəxtəvər  oxuduğu  bu  ailənin  başı  üzərində 

zamanın  kəc  rəftarı  sayəsində  dəfələrlə  qara  buludlar  sıxlaşmış, 

ildırımlar  çaxmış,  ailənin  üzvləri  faciələrə  qərq  olmuşlar.  Bu 

faciələrdən  bəlkə  də  ən  dəhşətlisi  Ə.Cavadla  Şükriyyə  xanımın 

yeganə qız övladı olan Almasın vaxtsız vəfatı idi. 

 

Bunu kim deyərdi: bir səhər çağı 

Tarımar olacaq ömrümün bağı? 

 

Nakam  ölmüş  qızı  Almas  Axundzadənin  xatirəsinə  Ə.Ca-



vadın yazdığı şerlərin hamısını bir yerə toplamaq mümkün olsay-

dı, bu beyti onlara epiqraf vermək olardı. Bu əsərlərdən mənə üçü 

məlumdur:  “Qızıma”,  “Almasım  üçün”,  “Qızım  üçün”.  Həyatı 

boyu çox ağır sınaqlara məruz qaldığına, dəfələrlə ölümlə üz-üzə 

gəldiyinə,  bir  neçə  yol  həbs  edilib  ağır  əzab  və  işgəncələr  çək-

diyinə  baxmayaraq,  cəlladların  əli  ilə  qətlə  yetirildiyi  son  günü 

çıxmaq  şərtilə,  Ə.Cavad  yəqin  ki,  taleyin  belə  ağır  zərbəsinə 

məruz  qalmamışdı.  1934-cü  ilin  oktyabrında  bir  zərif  durna  öz 

qatarından  qırılıb  şonqar  caynağına  keçən  sayaq,  şairimizin 

yeganə  qızı, üç  qardaşın bir bacısı (o  vaxt hələ ailənin sonbeşiyi 

Yılmaz anadan olmamışdı) gözlərini bu dünyaya əbədilik yumdu. 

Ümumiyyətlə, qız övladı bizdə həmişə ailəyə dinclik, bərəkət, ən-

dazəli insani münasibətlər və səmimiyyət gətirən bakirəlik rəmzi, 

tanrının  şirin  payı  kimi  çox  əziz  tutulub.  İllah  da  o  ailələrdə  ki, 

dalbadal  doğulan  oğlan  uşaqlarından  sonra  həsrətlə  gözlənə  və... 

gələ!  Adı  çəkilən  şerlərdən  də,  görənlərin  etirafından  da,  ailənin 

qoruyub saxladığı bəzi şəkillərdən  də  məlum  olur ki,  Almas çox 

qəşəng  və  ağıllı  bir  qızmış.  Onun  həyatdan  belə  erkən  getməsi, 

əlbəttə, ilk növbədə anasının vüqarlı qəddini əymiş, onun sinəsinə 

 

80



 

 

heç  zaman  sağalmayan  bir  yara  vurmuşdu.  Şükriyyə  xanımın  bu 



faciədən  necə  sarsıldığını,  nələr  çəkdiyini  duymaq  üçün,  ancaq 

ana olmaq  lazımdır. Ə.Cavadın bu  münasibətlə  yaşadığı ağır hə-

yəcanlar  isə  onun  səmimi,  axıcı  kəlamında  əbədiləşərək  bizə  də 

gəlib  çatmışdır.  Bu  həyəcanların  cövhəri  şairin  “Qızıma”  şerin-

dəki iki misradadır: 

 

Məktəb bacıların gördülər zatən: 



Can verən sən idin, canı çıxan mən... 

 

Almasın  faciəsinə  Ə.Cavad  xüsusi  geniş  bir  mərsiyə  həsr 



etmək  istəmişdir.  Bu  münasibətlə  yazdığı  şerlərin  birində  şair 

həmin  niyyətinə  işarə  də  etmişdir.  (Səndən  bir  yadigar  qalacaq 

deyə,  of...  yaza  biləydim  bircə  mərsiyə).  “Almasım  üçün”  adlı 

başqa  bir  şerində  isə  bu  ağır  yaradıcılıq  niyyətinin  icra  olundu-

ğunu bildirən belə misralar da var: 

 

Səni illər boyu yad edək deyə, 

Qələmlə birləşdik, yazdıq mərsiyə... 

 

Almasın  mərsiyəsi  onun  vəfatından  bir  il  keçdikdən  sonra 



yazılıb tamamlanmışdı. 10 oktyabr 1935-ci il tarixi ilə qeyd olun-

muş “Qızım üçün” adlı bu  mərsiyə faciədən  keçən  müddətdə ata 

qəlbində  qövr  edən  yaralardan,  şairin  və  ailəsinin  yaşadığı  dərin 

hüzndən xəbər verir. Əsərin  ekspozisiyasında şifahi xalq ədəbiy-

yatı  nümunələrində,  aşıq  şerində  gördüyümüz  bir  ardıcıllıqla 

Almasın müxtəsər həyat tarixçəsi açıqlanır, onun doğulduğu gün-

dən  ta  on  beşinci  baharınadək  əzizlərinə  bəxş  etdiyi  səadətdən 

bəhs olunur. Şerin bu hissəsində misralar həqiqi sevinc duyğuları 

ilə aşıb-daşır. 

 



 

81

 



 

Bir gün gəlib çatdı yaşın ikiyə, 

Qızıl beşlik atdım boş nəlbəkiyə. 

...Səkkizində artıq öyrəndin savad, 

Nə qədər sevindi biçarə Cavad! 

...On birində güldü ala gözlərin, 

Mənə ürək verdi şirin sözlərin. 

...On dördündə döndün on dördlük aya, 

Artıq gözəlliyin gəlməzdi saya. 

...On beşində süzdü tamam sünbülün, 

Bəzəndi əndamın, açıldı gülün. 

 

Beləcə şirin, fərəhli günlər, sən demə, Almasın qanlı-qadalı 



gələn 16-cı baharı ilə kontrast yaradacaqmış. Elə 16-cı baharında 

fələk Almasa dönük çıxır. Mərsiyədən öyrənirik ki, dəhşətli ağrı-

lar içində  qovrulan  qızın  yanaqları solmağa başlayır, ala gözləri-

nin gəncliyə məxsus parıltısı tədriclə yox olur. Neçə-neçə şəhərin 

şəfaxanaları,  o  vaxtın  görkəmli  həkimləri  Alması  xilas  edə  bil-

mirlər. Bu faciə Əhməd Cavadı yandırıb yaxır. O, bayram nüma-

yişinə  gedən  məktəbli  qızlar  arasında  Almasını  görməyəndə  bu 

dərdə  dözə bilmir, çərxi-fələyi acı-acı  lənətləyir. Bu faciə şairi  o 

qədər yandırır ki, şüurlu həyatı boyu həmişə sitayiş etdiyi Allahı-

na  da  qəzəbi  tutur.  Şerin  bundan  sonrakı  bir  sıra  parçalarında 

Ə.Cavad  Azərbaycan  mərsiyə  ədəbiyyatının  görkəmli  nümayən-

dələri Raci, Dəxil, Qümri  kimi şairlərin ən  yaxşı əsərləri ilə  mü-

qayisə  oluna  biləcək  sənətkarlıq  nümayiş  etdirir.  Mərsiyə  elə 

təsirli,  müəllifin  ata  nəfəsi  elə  odludur  ki,  faciənin  üstündən  az 

qala  60  il  keçdiyinə  baxmayaraq,  bu  gün  də  ona  biganə  qalmaq 

mümkün deyil: 

 

Sevdiyin çiçəklər, güllərə yandım, 

Gül bənizin döndü küllərə, yandım! 

 

82



 

 

...İpəkdən yumşaq, yasəməndən xoş, 



O qumral, qıvırcıq tellərə yandım! 

Almayan ömründə səadət payı, 

Şümşada oxşayan əllərə yandım! 

Səni məndən aldı, basdı bağrına, 

Bu otsuz, çiçəksiz çöllərə yandım! 

Məni yersiz qoydun geniş dünyada, 

Verdin əməyimi yellərə, yandım! 

 

Əzizlərini  itirənlər  üçün  dərd  bəzən  o  qədər  ağır  olur  ki, 



onun  təzyiqinə  təklikdə  tab  gətirə  bilmədiyini  görən  bu  cür 

fələkzədələr  faciəyə  öz  yaxın  adamlarını,  qohumlarını,  eli-obanı 

qatmaqla (onlara müraciətlə)  münasibətlərini  müəyyən qədər dö-

züm həddinə gətirməyə çalışırlar. Cavadın bu misraları da klassik 

mərsiyələrimizdən gələn həmin motivlə bağlıdır. 

 

Acısın halıma ellər ağlasın, 



Kamanlar ağlasın, tellər ağlasın, 

Qızımı qəhr edən dərmansız dərdə 

Bilib-bilmədiyim dillər ağlasın! 

 

Şair öz Almasını məktəb bitirən, yüksək ixtisas alıb xalqına 



xidmət  edən,  övlad  böyüdüb  elinə  əsgər  verən  Azərbaycan 

qadınlarının  arasında  görməyi  arzulayırdı.  Ümumiyyətlə,  uzun 

əsrlərin  mürəkkəb  tarixi  hadisələri  fonunda  Azərbaycan  qadınla-

rının keçdiyi yola, gəlib yetişdiyi ictimai duruma qarşı, digər qə-

ləm  sahiblərimiz  kimi  Ə.Cavad  da  heç  vaxt  laqeyd  qalmamışdı. 

Qadınlara  kişilərlə  bərabər  hüquqlar  verildiyi  sovet  hakimiyyəti-

nin ilk illərində də “təsəttüri nisvan” qadınların örtünməsi – red. 

-

məsələsi aktuallığını itirməmişdi. Yeni şüarlara uyğun olaraq icti-



mai həyata atılan fəal  qadınlar mürtəce  qüvvələr tərəfindən təqib 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə