Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

 

75

 



 

...Məndən xoşbəxt varmı dünyada, deyin?! 

Ey telli yavrusu Süleyman bəyin! 

Bəxtim tərlan imiş, yeyindən yeyin, 

Heç kəsə bu bəxti vermərəm sənsiz! 

 

...Sonatək göllərdə üzsən də mənsiz, 

Quş olub göylərdə süzsən də mənsiz. 

Sən Əsli qalsan da, dözsən də mənsiz, 

Alışıb yanaram mən Kərəm, sənsiz! 

 

Şükriyyə taleyim, şükür xudaya! 

Gördüyüm doğrumu, yoxsa pək röya?! 

Dolub ürəyimə bu dadlı xülya, 

Şirin günlərimi sürmərəm sənsiz! 

 

...Şerimin sözüsən, sözün ahəngi! 

Üzündə bərq vurur güllərin rəngi! 

Xəyalın, camalın gözəl çələngi! 

İlham yetim qalar, ağıl−kəm, sənsiz! 

 

 



Şer  1917-ci  ildə  Gəncədə  qələmə  alınmışdır.  Məlum  oldu-

ğu kimi, Ə.Cavad öz sevgilisini götürüb qaçanda buraya gətirmiş, 

birgə  ailə  həyatının  ilk  əsrarəngiz  şirinliyini  də  məhz  bu  zaman 

duymuşdu.  İctimai  gerçəkliyin  gözlənilməz  təlatümləri,  oduna-

alovuna  Ə.Cavadın  özünün  də  düşdüyü  müharibə  keşməkeşləri, 

doğma elində əməlpərvər məsləkdaşları ilə birgə istiqlaliyyət uğ-

runda gah gizli, gah açıq apardığı mübarizə - bütün bunlar bir-bi-

rini dünyalar qədər sevən yüksək əxlaqlı, mədəni, qeyrətli iki ca-

vanın səmimi  münasibətlərinin qarşısını ala bilməmişdi. Bu bən-

dlər  təkcə  Ə.Cavadın  özünün  yox,  elə  Şükriyyə  xanımın  da  qəl-

 

76

 



 

binin  dərinliklərindən  süzülüb  gəlirdi.  “Sevdasız  həyatın  mənası 

yoxdur!” qənaətinə tapındığı üçündür ki, o, öz ağır ellərini, saylı-

sanballı  qohumlarını,  böyük  nüfuz  və  sərvət  sahibi  olan  əziz 

atasını qoyub, uzaq yollar keçərək Ə.Cavadla birgə Gəncəyə gəl-

mişdi.  “Sənsiz”  rədifli  qoşmadakı  ruh,  onun  mahiyyətini  təşkil 

edən  əsas  motiv  bu  qəbildən  olan  şerlərin  demək  olar  ki,  hamısı 

üçün  səciyyəvidir.  Onların  hər  birindən  birinci  şerlə  səsləşən  bu 

cür gözəl nümunələr seçib misal gətirmək olar: 

 

Mən hey göyə baxdım... göy mənə baxdı, 

Yollara baxmaqdan gözlərim axdı. 

Şimşək oldu, ancaq bir kərə çaxdı, 

Baxdı qurbanına, qurban olduğum! 

O, mənim şerimin ruhu, rəvacı, 

Bütün gözəllərin başının tacı, 

Bilməzmi ki, onsuz ömrüm çox acı, 

O haqq divanına qurban olduğum?! 

 

Bu  qədər sevən, sevilən  lirik qəhrəmanın  öz  kamına çatdı-



ğı,  arzusuna  qovuşduğu  məqamlar  da  az  olmamış  və  etiraf  edək 

ki,  həmin  əhval-ruhiyyənin  təsvirində  Ə.Cavadın  qələmi  daha 

inamlı, kəlamı daha rəvan və axıcıdır: 

 

Ey tanrının cənnət uman qulları, 



Mən cənnəti bu dünyada tapmışam! 

Aramaqdan bezdiyiniz yolları  

Axtarmadan mən sevdada tapmışam! 

 

Vaxtilə  ən  müxtəlif  münasibətlərlə,  əhval-ruhiyyəsinin  çe-



şidli vəziyyətlərində Ə.Cavadın Şükriyyə xanıma bədahətən söy-


 

77

 



 

lədiyi, yaxud yazdığı parçalardan bir qismi, yuxarıda dediyim ki-

mi, öz ünvanının yaddaşında əbədilik həkk olub: 

 

Üç qərənfil verəyim, 



Aç qoynunu girəyim. 

Sən ordasan, mən burda, 

Soyuqdanmı öləyim?! 

 

Armud dalda ballanır, 

Yerə düşər xallanır, 

Oğlan padşah olsa, 

Yenə qıza yalvarır. 

 

Yazı yazdım yaz idi, 

Qələmim bəyaz idi, 

Qınama, bəy əfəndim, 

Mürəkkəbim az idi. 

 

Gedəlim əlinizdən, 

Qurtulum dilinizdən. 

Yaşılbaş ördək olsam, 

Su içməm gölünüzdən. 

 

Qədim türk bayatılarının ətrini verən bu parçalar da bir da-



ha göstərir ki, dönə-dönə zamanın sərt sınaqlarına  məruz qaldıq-

larına, özlərindən asılı olmayaraq dəfələrlə ümid qığılcımının gö-

rünməz  olduğuna  baxmayaraq,  Ə.Cavadın  Şükriyyə  xanım  haq-

qında duyğuları axıradək dəyişməmişdir. Beləliklə də bir sənət və 

vətənpərvərlik  mücəssəməsi  ilə  bir  ismət  və  səmimiyyət  mücəs-

səməsi  bütün  şüurlu  ömürləri  boyu  bir-birini  son  nəfəslərinə 

qədər sevmiş, tanış olduqları ilk xoşbəxt çağlarında etdikləri əhd-

 

78



 

 

peymana  həmişə  sadiq  qalmışlar.  “Gözüm  yoldadır”  şeri  də  bu 



həqiqəti daha yaxşı dərk etməyə dəstək verir. Bu şer 1930-cu ilin 

yayında Slavyanka yaylağında yazılmışdır. Qalan bütün motivlər 

əsərin özündə çox aşkar təqdim edildiyi üçün onu burada eyni ilə 

verməyi məqsədəuyğun sayıram. 

 

A dostlar, bir qumral tərlanım uçdu, 

Yollarda yolçum var, gözüm yoldadır. 

On beş gün ayrılıq on beş il keçdi, 

Öldürdü intizar, gözüm yoldadır. 

 

Hanı mənim arxam, qolum-qanadım, 

Hörmətim, izzətim, şöhrətim, adım?! 

Qardaş bərabəri gözəl arvadım, 

Söyləyin, durnalar, gözüm yoldadır! 

 

Getmişdi on günə, çıxdı on beşə, 

Neçin saldı məni belə təşvişə? 

Demədimmi, saqın! Könül bir şüşə, 

Gec gəlirsən, sınar, gözüm yoldadır. 

 

O ki, verdi sənə həp var-yoxunu, 

Qəlbimə sapladın hicran oxunu, 

Yastığından aldım gözəl qoxunu, 

Yastığın gül qoxar, gözüm yoldadır. 

 

Ey vəfasız, sənin ürəyin daşdan, 

Neyçin söyləmədin, gülüm, bu başdan: 

“Yarı az sevirəm qohum-qardaşdan” 

Qohumlu baxtavar, gözüm yoldadır! 

 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə