Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə273/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   269   270   271   272   273   274   275   276   ...   282

 

583


Bəs siz cənablar da dözsəniz  olar? 

Əgər o sözləri doğru sayırsız, 

Hec bir iştahadan qalmayırsınız, 

Kücədə, hər işdə, bazarda güclə, 

Nəyi var, nəyi yox, baxmadan belə, 

Vətəndaşdan alıb rüşvət rəhimsiz, 

Guya borcunuzu icra edirsiz? 

Tikirsiniz böyük qala saraylar, 

Qohmuz vəzifəyə yaman həvəskar, 

Deyirsiz postlar vardır satışda, 

Özgə ücün yeni azad qaydada, 

Bu nə deməkdir ki,“ qururuq dövlət, 

Dözün, susun, bizə lazımdır möhlət” 

Necə il, dövləti siz qurursunuz? 

O yoxsa, vəzfəni  necə tutursuz? 

Bəli, sadiq qalıb əməlinizə, 

Şübhə yaradırsız, öz sözünüzə, 

Elə düşünməyin, millət avamdır, 

O, tarixi yada salsa qanandır, 

Sələfləriniz də Lenindən bəri

Yazıb, yaradaraq qəşəng sözləri, 

Düşünüb qoşaraq yeni mifləri, 

Guya kommunizm onlar qururdu, 

Işdə aldadır- qızıl, pul yığırdı , 

Özün eləmişdi xilaskar mələk, 

Millətin gözünə kül üfürərək! 



3 - 17 Oktiyabr 1997 

------------------------ 



Iki  qadın haqda hekayə 

 

Bir zaman görüşdü iki dost qəfil, 



Biri çox şən, sanki toydan gəlirdi, 

Səsi  həyat saçır, üzü gülürdü , 

Biri əldən düşmüş çox qoca idi, 

Gözlər batmış, ağ saç, üzü qırışdı, 

Səsində iztirab,  kədər var idi, 

Soruşdu dostu ondan: “nə olub sənə, 

Sən də ürəkdən de, gül, şənlənsənə ,“ 

...Qəhərdən boğulub dostu ağladı, 

O şikayətinə belə başladı: 

Yoruldum bir nadan qadın əlindən, 

Hiyləgər birinin toruna düşdüm, 

Qurtardım pisindən yağmura düşdüm. 

Nədir axı mənim günahım, tale? 

Nə yaman oldu bu yenisi, tale? 




 

584 


Necə hər sözə “bəli” dilində  dedi, 

Nədən dedimsə, o  “baş üstə” dedi. 

Tamam  razı oldu, mənimlə dedi: 

“Nə desən, sən deyən olacaq bil ki.” 

Sevindim, bu  yaxşı insan imiş ki, 

Axtardığım elə  özü imiş ki. 

Şükr, yaxşı qurtardım birincidən ki. 

Bilmədim ki, bu lap, hiyləgər imiş .. 

*** 

Keçdi getdi belə on beş ilim də, 



Bütün həyat mənə bir cəza oldu. 

Yediyim, içdiyim, hər eşitdiyim, 

Hamısı mənimçün bir zəhər oldu, 

Demədi mənə xoş  bir “hə” sözünü. 

Nə məni  eşitdi, nə saya saldı, 

Nə dedim “yox” dedi, əksini dedi, 

Yoruldum nadan qadın əlindən. 

*** 


Çevirdi uşağı  mənim əksimə, 

Məsləhət verirəm, edir əksinə, 

Oxşayıb!, nə mənə  hörmət edirlər, 

Nə məni eşidib, saya salırlar, 

Ağzımı açarkən, o tez “xeyr” deyir, 

Uşaqlara da bir işarə verir

Onlar ona baxıb “yox, yox” deyirlər. 

Məsləhət verirəm, öyüd verirəm, 

“Sənə nə,  işinə qal sən ”- deyirlər, 

Bilmirsən, danışma boş-boş!,”-deyirlər, 

Axmaqın yerində  durub, qalmışam, 

Bir nadan  əlində yaman yanmışam. 

*** 

Məsləhət , xahişin təsiri yoxdur, 



Nə desəm də əksi çoxdan  hazırdır. 

Nə mənə yaxşısa, ona çox  pisdir, 

Nə mənə pisdirsə, ona yaxşıdır. 

Hansı  yemək xoşsa, ona iyrəncdir. 

Nə  mənə zərərsə, ona tam  xoşdur. 

Mənə soyuqsa,  ona bil, istidir. 

*** 

Hansı bir bitkisə mənə xoş  gələr, 



Onun əksinə , lap zəhləsi gedər. 

Nəyə nəzər salıb, yaxşı desəm də, 

Onunçün, şübhəsiz, pisdir, pisdən də. 

Elə deyir: “Bəli, mən  düz deyirəm”, 

Qalmışam yaman, bu nadan əlində. 



 

585


*** 

Bir gün dedim ona: “niyyətin  nəydi , 

İzah elə, məni,  niyə  aldatdın? 

Otuz iki yaşda qalıb qarımışdın. 

Kənddən alıb səni insan eylədim, 

Palçıqdan çıxıb bu saraya gəldin, 

Elin tənəsindən canın qurtardı. 

İndi qudurubsan, şıllaq atırsan? 

Nəyçün “hə” deyirdin əvvəl, səmimi? 

Günahım nəydi ki, aldatdın məni? 

Indi icra elə öz sözlərini”. 

Deyir: “demişəmsə, deməmiş olum, 

Yaxşı eləmişəm, düz də  deyirəm.” 

Çox düşündüm, açım, bu fəlsəfəni, 

Necə oldu belə,  hər iki arvad, 

Ərə gəlmək üçün şirin dil tökdü, 

Gəlib yerin tutdu, əksimə çıxdı? 

Bunun cavabın axtarıb tapdım: 

Mən xasiyyətimdə rəhmdil olmuşam, 

Sözə sadiq qalıb, comərd  olmuşam. 

Onların xeyrinə hörmət etmişəm

Insanlıq eyləyib mən rəhm etmişəm. 

Qılınc müsəlmanı olmaqlarını, 

Tam unutmuşam, 

Qıza inanmışam, 

Öz xeyrimi deyil,”başqaları da , 

Xeyir alsın”- deyib mən çalışmışam. 

Yaxşılığa daim pislik almışam. 

*** 

Öz tayımı mən düz tapmamışam, 



Qəlbimə yox, sözə qulaq asmışam, 

Əvvəldən xoş,  üzü yola olmuşam, 

Vaxtında, inanıb əxlaq, adətə, 

Arvada həddini göstərməmişəm, 

Sonra da başıma bəla etmişəm , 

Öz cəzamdır, tale, günahkaram  mən! 

*** 

Bu tarixdən çıxan  nəticə budur: 



Insanı ümumi  mənəvi  deyil, 

Şəxsi mədəniyyət, əxlaq, mənafe, 

Adət, ağıl, niyyət idarə edir!. 

*** 


Məhzun nağıl sona yetdi, nəhayət, 

Xoşhal dost da belə etdi hekayət: 

- Bir gün rast gəldi, o xoşhal sima, 



 

586 


Dedi: “sevdim səni, yer göy olsa da

Olacam səninlə xeyirdə, şərdə, 

Olsa  sənin halın sağlam,ya xəstə, 

Çətin gündə, həm də yaxşı günündə”, 

Qanun oldu sözü, qalxdı gözümdə, 

İşi, sözü şirin, canım inciməz, 

Mənim fikrimin də əksinə  getməz, 

Həyalı davranar, şübhə də etməz, 

Bir iş görsə, mənlə məsləhət edər, 

Uşaq  ona baxıb hörmətin edər, 

Hər gördüyün yığar, o təkrar edər, 

Eşidər böyüyü, xeyirin görər

Sayar onlar məni, hörmətli insan, 

Ayağa durarlar, mən gələn zaman, 

Sevirəm xanımı, vacibi  odur, 

Bütün həyatımı o kamil qurur, 

Yaranıb nəzakət, ədəb örnəyi, 

Bilməz qonşu onun nəyi deməyi, 

Əzəldən müəllim gəlib ailəyə, 

Qiyməti hədsizdir, həyatım qurban, 

Ailəyə  xoşbəxtlik  gətirən, quran, 

Bizi birləşdirən, rahatlıq verən, 

Hörmətin əsası bu qadındadır. 

Əxlaqın əsası, böyük qadındır, 

Insanpərvərliyin  əsası odur. 

Odur qadın! 



1 Yanvar -5 sentyabr 2007 

---------------- 

Dünya dəyişir 

 

Gah yuxarı gedir, gah da aşağa, 



Gah sola əyilir, gah da ki sağa, 

Bəzən pis görsənir, bəzən də yaxşı, 

Bir orta xətt üzrə dünya dəyişir. 

**** 


Orta xətt özü də dəyişən dalğa, 

Görsənər tarixdə böyük miqyasda, 

Hər məxluq  yaşayır oxşar qaydada

Təkrarlar, yeniliklə dünya dəyişir. 

**** 

Maddiyyət yaradır  yeni ideya, 



İdeya yaradır, gah maddi dünya, 

Olanlar tez geçir, görülür  röya, 

Keçmişdən gəlcəyə dünya dəyişir. 

**** 



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə