Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə269/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   265   266   267   268   269   270   271   272   ...   282

 

567


Hər nə görür, əyri görür, 

Bu dünyada düzü görmür. 

Məmur elə  rüşvət yığır, 

Varlı olur, harınlaşır, 

İnsanlarsa kasıblaşır. 

*** 


Növ - bə –növdür burda insan, 

Birində əmr, torpaq, dəvə, 

Kasıb çatmaz heç hədəfə, 

Matdır şair neçə dəfə, 

Bəziləri üst pillədə , 

Bəziləri alt pillədə. 

*** 

Üstdə duran ağa, vəzir, 



Ev- eşiyi bağ – bağçası. 

Alt pillədə pul nə gəzir. 

Gözləyir versin ağası, 

Biri işlər, biri yeyər. 

Gətirənə, ələ deyil!? 

Allahına sağ ol deyər. 



26 İyun 2006 

------------------ 



Ağsaqqal, ağsaqqallıq etməsə 

 

Hər kəs durub özgə  hava çalanda, 



Ağızın  deyənin, qulaq eşitməz, 

Ağsaqqal  ağsaqqal sözün deməsə

Dəhşət olar, orda hörmət görünməz. 

**** 


Zorlu  pula baxıb cığal olmasa, 

Orda hörmət olar, şuluqluq olmaz, 

Hökumət  də hökmət işin görməsə, 

Kasıb, işsiz çox olar, ədalət olmaz. 

**** 

Böyüyümüz  böyük işi görməsə, 



İntizam da itər, insanlıq  qalmaz, 

Arvadın da arvad işnə  getməsə, 

Hörmət itər, daha  həmrəylik olmaz. 

**** 


Ailə üzvü ,  böyük  sözü saymasa, 

Qardaş- bacı , tək öz xeyrin düşünsə, 

Diqqət verib,  orta xeyri  görməsə, 

Sönər  ailə, ondan əlamət qalmaz

**** 

Böyük, ailəsində borcun, etməsə, 




 

568 


Ordan çıxan  bir cürə dəyyus olar, 

Insan ocaq  qurub onu güdməsə , 

Sönər, ondan heç kəs fayda alammaz, 

**** 


Yaddan çıxarmayın, indi görün siz, 

Nə qədər çətindir dünyada qalmaq, 

Nə qədər vacibdir, borcunu  etmək

Hər kəs etməsə öz borcunu dəqiq, 

Xaos,  vəhşilik olar, insanlıq olmaz, 

Birlik,  rifah, həyat, inkişaf olmaz. 



Cümə, 14 Mart 2008 

----------------- 



Tamaşa et Azərbaycan 

 

Dövlətin despota dönübdür yaman, 



Xalqdan uzaq durur, danışır yalan, 

Tanıdıq,  Şuşanı verəndən bəri. 

Erməni də gülür haçandan bəri, 

Gündə atəş açır,  nadan dövlətə, 

Sərvətlər çıxarır torpaqdan hələ

Günlərlə odlayır kəndi - kövşəni , 

Toplayıb , talayır qalan neməti. 

*** 


Qiymətləri gündən günə qaldırır, 

Kasıbın çörəyin əlindən alır. 

Nefti, qazı satır, büdcə  doldurur, 

Böləndə də çoxu məmura qalır. 

*** 

Hər şey xeyrinədir elə  məmurun, 



Oxudur xaricdə xalqın adına, 

Oğulun, uşağın, yaxın qohumun, 

Xalqın övladının qalmır halına. 

*** 


Kasıba nə düşər yazsa şikayət? 

Əlindən alınar malı, torpağı, 

İşindən qovular olar xəcalət, 

Unudar haqqını yada salmağı. 

*** 

Məmuru torpağı  çox asan alar, 



Tikər villaları nə qədər  istər, 

Kasıba tikəndə  nə torpaq çatar, 

Tikməyə  onlarca sənədlər istər. 

*** 


Dövləti, başında qozu sındırır, 

Kasıbın qalmadı canı, amandır. 




 

569


Vəkili, nə hakimi qanıb, qandırır, 

Kürsüyə oturan rüşvət andırır, 

Vətən olmadın sən, bütün əhlinə, 

Keçmisən hakimi - tayfa əlinə. 

*** 

Nefti, qazı axar, dollar gətirər. 



Lakin kasıba, işsizə səfası yoxdur. 

Yenə işsiz qaldım nicatım yoxdur, 

Məmur rüşvət istər, həyası yoxdur. 

*** 


İnsafdan, düzlükdən danışma daha. 

Minlərcə işsizi salmaz yadına, 

Tariflə pul dartır kasıb, işsizdən, 

Məmura,  qulluqçuya əlavə edir. 

Dövlət başı tərif  edir özünü, 

Kasıblarsa baxıb döyür gözünü. 

Kəsilib pul yeri, güdür qəpiyi 

Pay alan  yaltaqlar vurur çəpiyi, 

Düşünməz ki, ondan yalnız biridir. 

Qalan doqquzusa məhvə sürülür. 

Ədalət və düzlük yaddır məmura, 

*** 


Əlac deyib, gecə, gündüz düşnürük, 

Bizlər zülmə həmşə çox dözümlüyük. 

İqtidarın, yəqin, vardır səbəbi, 

lakin düz gəlməyir sözlə əməli 

Fəndin sirri axır müəyyən olur

Bütün  varlı  sinif on faiz olur, 

Taxtı alır, yazır, qanunu özü: 

Hər xeyri  yönəldir özünə, özü:- 

Xalqı  dözsün onun üstün xeyrinə, 

Qurban etsin canın məmur feyzinə. 



Bazar, 20 May 2007 

------------------- 



Sınağa çəkmə məni 

 

Nəyçün seçdin məni tale, günahım nədir? 



Niyə yazdın ağır tale, məqsədin nədir? 

 

Bəsdir axı, çəkmə məni  sınağa daha, 



Canım dözmür, baş ağardı, dincəlim  daha. 

 

Elə məni izləyirsən, mənnən olursan, 



Hara məni belə tutub, yedək dartırsan? 

 



 

570 


Səndən aldım  dərsi, onu verim  gənclərə, 

Yazdım, necə sən istədin, Həqiqətə pəncərə

 

Niyə mənə əzab verib, onu yazdırdın? 



Nəyçün mənə belə ağır zarafat atdın? 

 

Mən yetirdim öz borcumu,  canımı qoydum, 



Hər müşkülün  sirrin  açdım, məna aradım . 

 

Gələn nəsil  adına bir  xəznə qoydum, 



Qonaq oldum, insanlığa, şükür yaradım. 

Cümə, 1 İyun 2007 

-------------------- 

Bir yan olum, bir yan ölüm 

 

Bir yan olum, bir yan ölüm, 



Insanları iki bölüm, 

Biri ağa, biri nökər, 

Biri varlı,biri kasıb, 

Biri harın, biri mısıb, 

Azərbaycan, Azərbaycan 

*** 


Sən vətənsən hər birinə, 

Niyə qıyır varlı lütə, 

Çar, rəisin vətəndaşa, 

Zəli kimi  çəkir sorur, 

Qazandığın, azın, çoxun, 

Hamı deyir: “hara qaçım, 

Zülm əlindən xilas olum? 

*** 


Ermənilər işi qandı, 

Çəpər çəkib torpaq aldı, 

Qaçqın oldu öz millətin, 

İqtidar öz hayna qaldı, 

Torpaq da  oddan yandı, 

Kasıb çolux qanın tökdü, 

Vətən deyib  cəbhə açdı, 

Çar, məmurun xain çıxdı. 

Igid qaldı, çox köməksiz, 

Qoşun qaldı, idarəsiz, 

Qalanı da pərən qaldı, 

Xalqa yalan tələ qurdu. 

*** 

Torpağı da gavur aldı, 



Təccüb  edib rahat aldı, 


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə