Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə266/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   262   263   264   265   266   267   268   269   ...   282

 

555


*** 

Bir gün gələr həddi çatar, çarx çevrilər 

Altda qalan üstə çıxar, işıq yanar, 

Sənin xalqın öz - özündən çox utanar, 

Şüru, ağlı dilə gələr, görər haqqı, 

Kürsülərlə bütöv, alıb alçaqları, 

Çıxdıqları o qəlbidən  yerə atar , 

Ağıl, zəka qaydasilə özü qurar, 

Özü tikər ictimai qurluşunu , 

Rasional dövlətini, Azərbaycan. 

*** 

Hər bir boydan, çapolçunun nadan soyu



Bəylər xanlar ağa olmuş tarix boyu , 

Həm insana, həm torpağa, suya, dağa. 

Torpağında rol seçmişdir hər bir insan , 

Biri ağa,  çoxu  nökər, lütü – üryan, 

Biri doğma, çoxu  özgə, haqqı harda? 

Kasıb - koluğ adət etdi qapaz  altda. 

Ləbbeyk dedi harınlara, qanın tökdü, 

Azğın məmur  iştəhası, canı üçün. 

Çox şairi  yalan dedi, yalan yazdı, 

Ənam alıb, tərif qoşdu,  haqqı dandı, 

Sən xalqınsan, unutma sən, Azərbaycan. 

26 İyun 2006 

---------------------------------- 

Ay   havar Avropa dayı 

 

Xain düşmən əsir tutub eli, gövşəni. 



Ermənidir, oda verir çölü, meşəni. 

Alovlanır kəndlər, qaçıb ilanlar gəlir, 

Iki aydır yanır, hər yer, düşmən əylənir, 

İlham deyir: “məharətli gediş qurmuşam, 

Beemteyə, Avropaya məktub yazmışam. 

Atətə də şikayəti etdik, baxsınlar gərək, 

Onlar bizim torpağı da  qorusun gərək!?, 

Avropanın məclisində çıxış etmişik”… 

**** 

Baxıb, qurur xub uğurlu siyasət İlham? 



Erməni də alır onun səhvindən  ilham. 

Rahat qızıl  çıxarır o, Azərbaycandan. 

İlham  yenə arxayındır bu dayısından, 

Çox danışır, yenə məktub, şikayət yazır, 

“Gəlin, çaya zəhər tökür, erməni havar”, 

Deyir, “yoxdur dözümümüz, Avropa dayı, 

Kömək edin bizə, alın torpağı  dahı”, 



 

556 


“Bədbəxtlikdir belə başçı, belə hökumət” 

-Deyir millət-“hardan gəldi, budur həqarət”, 

Gürcü pozdu neçə kəndin Azəri adın, 

Qəsb elədi  azərinin bütün  torpaqın, 

Nahaq həbsə düşüb neçə Azəri, yatır 

Gürcü Azəri rayonunda xanlıq yaradır, 

İlham dostluq,turba deyir, neftdən danışır. 

Gürcü dostu təkrar edir, kefdən danışır, 

Şikayətə baxır, guya, o cavab verir 

Asta, asta azərinin kökünü kəsir, 

Böyük gürcü krallığını azərsiz qurur. 

İlham kişi yenə neftdən, dostluqdan vurur. 

*** 

Bu erməni üsuluna necə oxşayır, 



Eyni düşmən silahıni bizə tuşlayır, 

İlham isə dostluq deyir, işi anlamır. 



August 15, 2006 

------------------------- 

Birbaşa 

 

Mən sevirəm sözü deyəm birbaşa, 

Demokrasy gərək ola birbaşa, 

Vəkil sözdür, yada salmaz milləti, 

Rəqib yoxsa, ağıl gəlməz tək başa. 

**** 


Dünya tamdır, hər kəs, baxar özünə

Yada baxmaz, hər kəs, yaşar  özünə, 

Elçi - seçki  qurma, yalan oyundur, 

Diqqət elə işdə müdrik sözünə. 

**** 

Oyun qurub hökmət xalqın adından, 



Guya seçilibdir bu xalq adından, 

Hazıra nazirdir  büdcə  başında, 

Çıxarmaz heç şəxsi xeyri yadından. 

**** 


Ərizələr yatıb qalar qovluqda, 

İşləyirəm deyər dildə vicdanla, 

Azca çatar gəlir, xalqa minnətlə, 

Varlı, məmur alır xeyir, batmanla. 

**** 

Neft qurtarar, qüvvə qalmaz  manatda



Millət görər heç nə yoxdur urvatda, 

Məhrum olar olan - qalan, varından, 

Əlac tapmaz, imkan tapmaz əlaltda. 

**** 



 

557


Min oyun oynayar, çıxsın o başa, 

Qurduğudur, üstü bəzək tamaşa, 

Uyğun deyil kasıb üçün əzəldən, 

Xeyri olmaz, lazım işə yaraşa . 

**** 

Xalq deyər, Qarabağ, yenə bizimdir, 



Dövlətində, qeyrət olmaz, debildir, 

Anlamır o, gündə  xeyli  səhv edir, 

Peşəsi də yemək, içmək, degüldür. 

**** 


Yaxşı ağıl gələ bilməz tək başa, 

Insan gərək insan ilə anlaşa, 

Axtara hamıya xeyirli qanun, 

Bərabər oturub fikri paylaşa. 

**** 

Bərabər qaydada, baxmadan yaşa, 



Olmasın üstün ki, həddini aşa, 

Hamı eyni haqla  iştirak edib, 

Hamıya sərfəli  qərarlar yaza. 

**** 


Ümumi qaydalar, meyarlar tapın, 

Məclis  vəkilini gəlin unudun, 

Ondan fayda yoxdur, özünü güdər

Qanunu  ağılla özünüz qurun. 



13 Mart , 2008 

------------------------- 

Vətən , necə vətənsən sən 

 

Zülüm çəkir, yaşayırıq, 

Saymır bizi hökmətimiz, 

Milli məclis, məhkəməmiz. 

Eşidilmir şikayətmiz, 

Qorunmayır, haqlarımız, 

Həmişə də məzlumlarız. 

Məktublara cavab vermir, 

Verəndə də işə keçmir , 

Sanki daşdır bu rəhbərlik, 

Vətən, necə vətənsən sən? 

*** 


Yazçı, şair  gəlir, gedir, 

Payı üçün tərif edir, 

Oğluna da  rütbə alır, 

Xalq adından adlar alır, 

Hər nə yazır, yalan yazır, 

Özü üçün  şənlik qurur. 




 

558 


*** 

Rəisləri qudurubdur, 

Vəzifəsin unudubdur. 

Nəyi desə, alacaqdır, 

Buna qarşı qanun yoxdur, 

Olanda da icra yoxdur. 

Necə yaxşı deyim, de sən. 

Bu ölkəyə, hökumətə, 

Vətən, necə vətənsən sən? 

*** 


Boldur kürün, neftin,  qazın, 

Lakin xain hakimiyyət, 

Əlindədir hər bir haqqın. 

Dadanıb qurd kimi, bəylər, 

Yağlı yerə,  vəzifəyə, 

Sökür, yeyir, şişir hər dəm, 

Çörək dərdi olub gündəm, 

Vətən, necə vətənsən sən? 

*** 

Hər səkkizi  zülüm çəkir, 



Hakimyətə “rədd ol” deyir, 

Iksi  yeyir, səkkizindən, 

Hakimyətə tərif deyir. 

Iki nəfər  “yaxşı”, deyir, 

Səkkiz nəfər “pisdir” deyir. 

Hansı düzdür? 

Vətən, necə vətənsən sən? 

*** 


Eşit məni, zülm çəkəni, 

Özüm işsiz,  həm də xəstə, 

Uşaq oxur bir həvəslə, 

Kitab, dəftər, hər nə lazım, 

Ehtiyacı necə yazım, 

 

Salmır yada  vətəndaşı, 



Bu hökumət, nəyə lazım? 

Vətən, necə vətənsən sən? 

*** 

Körpə gəlir rüşvət ilə, 



Dərs oxuyar rüşvət ilə

Işə girər rüşvət ilə , 

Yaşa dolar rüşvət ilə, 

Ölməyi də rüşvət ilə, 

Vətən, necə vətənsən sən? 

*** 



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə