Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə263/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   259   260   261   262   263   264   265   266   ...   282
    Bu səhifədəki naviqasiya:
  • Yaxşı

 

543


Neft kontraktı, qaz, neft turbası gedir, 

Bütün bayraqlar var, Bakıya gəlir. 

Mühüm bir dövlətik, bəli biz artıq! 

Qarabağı  danışıb alacayıq.!?.... 



23 Fevral 2006 

 

P.S. 



Necə alacaqsan o Qara günü, 

Kəsib qurutmusan elmin kökünü, 

Elmdən qaçanın qara olar günü, 

Torpağı  düşmən əlində, qəsbdə, 

Azadlıq, elm deyən xalqı məhbəsdə, 

Necə alacaqsan ay ağlı xəstə! 

Sadəcə bir işi  edə bilmirsən, 

Bu bazar deyil, sən, alver edəsən

Alver, rüşvətdən qeyri nəyi bilirsən? 

Danışığın sənin ayə olsa da, 

Çıxarmı heç bağdan donuz? - bilirsən, 

Xalqı  da aldadıb  bədbəxt edirsən, 

Qoysan, xalq özünə bir gün ağlasın, 

Elmin işlədib o, məqsədə çatsın, 

Xilas olsun birdən iki düşməndən. 

**** 


Tofidi, o  elmli,  ixtiraçını, 

Dünyanın işini açıb oxuyanı, 

Gələcək elmində sözü olanı, 

Işsiz qoymusan neçə illərdir, 

Qiymət verməyə heç çatmayır başın, 

Soyuqda keçirtdi bu il də qışı 

Utan, budur sənin qabiliyyətin! 

24 Mart 2008 

---------------------- 



Yaxşı nədir, Pis nədir? 

 

Yaxşı nədir, pis nədir? 



Etdiyimiz içində , 

Səhflə düzü bəs nədir? 

Baş sındırır əzəldən, 

Meymun insan olandan. 

*** 

Xeyir nədir, şər nədir? 



Qara nədir, ağ nədir? 

Ağa nədir, qul nədir? 

Nə üçün bu belədir? 

Baş sındırır əzəldən, 




 

544 


Bu dünyada ağıllar. 

*** 


Ağanı nadan gördüm, 

Hər sözün yalan gördüm, 

Rüşvət haramdır deyər, 

Xəlvətdə, gətir deyər

Səbəbi bunun nədir? 

*** 


Dostlar düşmən olarlar, 

Yadlar yaxın olarlar, 

Baç çıxarmaz ağıllar, 

Düz bir səfeh sözündən. 

Səbəbi bunun nədir? 

*** 


Isti soyuğa çönər, 

Soyuq istiyə çönər, 

Gecə gündüzə çönər, 

Gündüz gecəyə çönər, 

Pis gün yaxşıya çönər, 

Yaxşı gün pisə çönər, 

Qalxan, aşağı yenər, 

Yenən yuxarı gedər, 

Səbəbi bunun nədir? 

*** 


Kəfkir sağ–sola gedər, 

Bir ortanın üstündən, 

-Düşündürür hər kəsi, 

Dünyanın fəlsəfəsi

İnsan durub gəzəndən. 

*** 


Ulduz olar işıqlı , 

Qaranlıqlı gecədə, 

Nadan  görməz işıqı, 

Gündüz olan ulduzda, 

Anla bunun səbəbin. 

*** 


Yer Günəşə çatmaqçün, 

Hey fırlanar, yetişməz, 

Pərvanə də fırlanar, 

Bir işığa yetməkçün, 

Sonu gələr yetişsə, 

Bu işdə bir səbəb var, 

Gizlənən  bir məna var. 

Insan qurar arzular, 

Çatmağa hey çalışar, 



 

545


Lakin almaz ləzzəti

Nədir bunun səbəbi? 

*** 

Hələ nə qədər çətin, 



Çatmalı arzular  var, 

İnsan heç rahat olar? 

Səbəbi budur  bunun. 

Bazar, 2 İyul 2006 

---------------- 



Vəisqə üçün müəllüm rüşvət istəyir 

 

Ah vay, nələrdən yazım, nələrdən yenə, 



Məllim on iki şirvan istəyir yenə, 

Əlli dörd  yaşıma da iş düşmür hələm, 

Problemi həll etməyə dövlət var bəyəm? 

Yaradır hər cürə növ çətinlikləri, 

Etinasız  hökumət rəhbər kəsləri, 

Nə vecinə  ki, cavab vermir heç nəyə, 

Özüdür soruşan da, cavab verən də, 

Özü soruşmayacaq ki,  özündən də? 

Rəhbərin rüşvət gözləyən o baxışından, 

Yenə verdiyi  yalan  vədindən yazım? 

Nələrdən  yazım, hansı xaindən yazım? 

Qızıl külçə, zinətlər, milyon pulları, 

Necə yığır nazirlər xalqın cibindən? 

Necə yaşamağa daha,  yol yoxdur artıq, 

Budur qərar: -“Ya öl, ya döz”-deyir rəhbər, 

Necə dünyada dövlət ağalıq edir! 

Necə həmişə zülmü məzlumlar çəkir. 

Xalq cibindən təqaüd alıb yeyərək, 

Yaltaqlar hey deyir ölkəyə cənnət

Lakin  evimdə iki şirvan da rüşvət, 

Yoxdur axı  uşağa vəsiqə alaq. 

15 İyun 2006 

---------------------- 

SEÇ ÖZ YOLUNU INSAN 

 

Budda dedi: “həyat sönməz çevrilmə, 

Doğulma, böyümə, qocalma, ölmə, 

İnsanın həyatı  bütöv  əzabdır, 

Lakin xilas olmaq bu dünyadadır. 

Onunçün az ye, az iç, az dərd çək, 

Orta yolu seç, hər şeydən gözü çək, 

Nə ac qal, nə çox ye; düz otur, düz dur, 

Şüurunu təkmil et, biliklə doydur, 



 

546 


Səkkiz yolu öyrən, sən çat Nirvana, 

Gərək insan daim  düzgün davrana, 

Öldürmə, incitmə, sancma heç kəsi, 

Qəzəblənmə, dost ol, sev hər bir kəsi”, 

*** 

İsa dedi: “fanidir hər şey, düşünmə, 

Nə yeyim, nə içim, nə geyim sabah? 

Hər şey öz yerini tapacaq sabah. 

Şükr et bu gün olan qismətin üçün. 

Digərin qoy, alsa şillə bir üzün, 

Ver köynəyini də, desə - məmura

Öldürmə, and içmə, barış, bağışla, 

Sev hamını, hörmət et, düşməninə, 

Dünyanın sonunda məhkəmə olar, 

Mükafatın sənin, o dünyada olar. 

Pislənməmək üçün pisləmə kəsi, 

Yaxşı ilə məğlub et şəri,  pisi, 

Boş yerə heç çəkmə Tanrı adını 

Qoru  sən mərdliklə insan adını 

Varlı getməyəcək Tanrı yanına, 

Aludə olma sən dünya malına”. 

*** 

Məhəmməd dedi:- “zəkat ver, namaz qıl, 

Döz, haqqı pozma, qorx, səbr et, bağışla. 

Hər bəla, hər xeyir Allahdan gəlir, 

Necə istəyirsə, elə göndərir, 

Ən böyük qüdrətli o bir Allahdır, 

Cəza  və mükafat o dünyadadır. 

Hər şey belə gəlib, belə gedəcək

Allah necə lazımdır, özü biləcək. 

Kim ki məndən qeyri - möminə uysa, 

Yanar, cəhənnəmə varid olunca. 

Yalnız müsəlmanlar düzgün mömindir, 

Qalan hər din, inam kafir, müşrikdir. 

Tək islam dünyada hakim olmalı, 

Qalan kafirlərdir, tam çöndərməli. 

İslamdan dönənləri qırın, məhv edin. 

Hamı eyni  düşünüb – Müslim olmalı, 

Vuruşun,  dünyanı islam edincə, 

Ya öz əllərilə cizyə verincə. 

Lakin bu məsləhəti ağılla edin: 

Bəzən güc çatmasa, güzəştə gedin, 

Yaxşısı - bu zaman barışıq edin, 

Xristian, yəhudilə dostluq etməyin, 

Sizə dəymirlərsə, siz də dəyməyin. 



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə