Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə259/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   255   256   257   258   259   260   261   262   ...   282

 

527


*** 

İnsanlar oxusun, səhvlər etməsin

Doğrunun görsənməz  yolunu  görsün, 

Nadandan qorunsun, məsləhət alsın, 

Mən pisə öyüdçü,  hamıya gəldim. 

*** 


İnsanlar qavrasın,  yaxşı öyrənsin, 

Yaxşını pisdən, şəri  xeyirdən seçsin, 

Həyatı,  əxlaqı,  rasional seçsin, 

Müşkülün həllini tapmağa gəldim. 

*** 

Dünya, müccərəddir, yazıq, fağıra, 



Xeyli  ölçüb biçər, nicat  tapmağa, 

Fəndgir tez  baş açar, keçər qabağa, 

Fağıra məsləhət,  xilaskar   gəldim. 

26 May 2007 

-------------------------- 

Cəzb etmə və itələmə qanunu 

 

Cəzb etmə - itələmə  xassəsidir, hər şeyin: 



Tərkibi çoxluq olub cəzb etməylə birləşər, 

Şey oxşar xassəsilə  digərilə birləşər. 

 

Hər şey öz məskənini  əlaqədə tanıyar, 



Dartışıb birləşərək  hissəciklər  şey olar. 

**** 


Hər bir şey yaşayarkən  hadisələr törənər, 

Ətrafla əlaqələr qurmasalar məhv olar, 

 

Tək şeyin yaşaması üçün çoxluq lazımdır, 



Müxtəlif çeşidlərdə  xidmət, qayğı lazımdır. 

 

Hər şey olur özü üçün, çoxdan xeyir alaraq



Çoxun da  üzvüsünün   qayğısına  qalaraq. 

 

Cəzb etmə, itələmə səbəbidir, hər şeyin, 



Bacarmaz yaşamağı çoxluq, təkcə olmasa, 

Yarana bilməz, şeylər, bil ki, bunlar olmasa. 



10 Avgust 2007 

--------------- 



Mənafe 

 

Dostluğun kökündə  bir mənafe vardır, 



Hamı güdər dostluqdan bir xeyir alsın. 

Bir işə yaramasa bir adam əgər, 




 

528 


Onun heç dostu olmaz rahat yaşasın. 

*** 


Yalnız sənin  öz tayın sənə dost olar. 

Hər təbəqədə dostluq tamam  fərqlənər, 

Zaman dəyişər, qüvvən sönər, azalar 

Sənin dostların  bir - bir  qaçar, sərasər. 

*** 

Dostluqdan sənə  acı xatirə qalar, 



Lakin yenidən sənin qüvvən qayıtsa, 

Köhnə dostların gəlib yenə  toplaşar

Başlayar yeni dostluq, sən baş açınca. 

*** 


Qadın da  kişi ilə dostluğun qurar, 

Öz  istəyini ala bilməsə əgər, 

Bütün bağı - bərəni qoparıb qırar , 

Bu məhəbbət də sönər,  axırı  gələr. 



16 Avgust 2007 

--------------------- 



Kəsilib ümidim 

 

Kəsilib hər yerdən ümid, amanım, 



Bilmirəm dövlətə necə  inanım, 

Deyir: “altı yüz min iş yaratmışam”, 

Hanı? - mən mühəndis, işsiz qalalım? 

 

Əlli beşə çatıb yaşım da artıq, 



Işsiz keçdi səkkiz ilim, qocaldım, 

Gəlməyəcək qanan məmur da artıq, 

Düzə yasaq olub həyat, anladım. 

 

Dostlar  qaçır, zəyif olsa halımız, 



Öz xeyrinə hamı tovlayır bizi, 

Yem oluruq yada, sönsə şamımız, 

Dünya bir dərd olub yandırır bizi. 

 

Kapitalist yolu seçib hökumət



İmkanı özünə,  dostuna verib, 

Xalqını saymadan, bu bir həqarət, 

Bizə qul, tabeçi rolunu verib. 

 

Sabaha ümidlər, zəruri sayğı, 



Dövlətə inam yox,- qəddarlıq gəldi 

Daha getdi düzlük, insana qayğı, 

“Öz başını saxla”- zamanı gəldi. 

 



 

529


İnsanlarda sönüb  birliyə həvəs, 

Heyf, xeyir- şərdən də hamı pul yığır, 

Icma işi üçün  vermir haya səs, 

Tofid baxır, nadan mühitdən yığır. 

 

Pullu hakim olub baxmaz xilqətə, 



Kapitalizm yanmaz bizim millətə, 

Salacaq  bizləri yaman zillətə, 

Sosializm lazımdır xalqa xidmətə. 

Şənbə, 1 Dekabr 2007 

-------------------- 

Dövlətə təhlükə 

 

Məmur dedi Birinə  ahvay edərək: 



“Sabitliyi sən təmin edəsən gərək. 

 

Güd,  nə danışır qonşu, sizin binada



Görüşək heç bilməsin aləm nəbada, 

 

Əlbət işsizsən,  kömək edərik layiq, 



Verərik iş, himayə,  işinə  layiq”. 

 

Yanında qohumu zəng, etdi qəfildən: 



“Rüşvət istəyir məmur, getmişəm əldən, 

 

Yaman  dara düşmüşəm, yox əlac daha”, 



Qohumu xilas edib  məmur əjdaha. 

 

Boynuna aldı, budur,  idarə rüşvət. 



Dindi bu kəs: “təhlükə,  dövlətdir əlbət. 

 

Əlavə bir dəlilə  ehtiyac yoxdur, 



Qonşudan dövlətə heç, təhlükə yoxdur

Dövlət ayrılıb xalqdan, bir xilas yoxdur. 

 

Eşidib, cavab verməz,  cibini güdər, 



Belə himayə, donos qəlbimə dəyər. 

 

Yaradın kamil idarə, hamı yaşasın. 



Nə rüşvətin versin, nə,  himayə alsın. 

*** 


Dövlətə  gücdür polis, məhkəmə tamam, 

Öz yazdığı  münasib qanun, sərəncam. 

 

Dövlətin heç nədən ki, qorxusu yoxdur, 




 

530 


Xalqın müdafiə üçün, heç nəyi yoxdur. 

 

Köməksiz, məyus baxır, dövlət zülmündən



Dayısız  necə olsun, onun əlindən?” 

Yanvar 2007 

------------------ 



Quruluş 

 

Necə qiymət verək bu dünyaya biz, 

Heç nədən doymayır bizim gözümüz, 

Nəyə yaxşı deyək, nəyə pis deyək, 

Öz həyatımızı biz necə ölçək? 

Rifah pilləkəni yaman uzundur, 

Nə qədər dırmaşsaq  o qurtarmayır, 

Pilləkəndə hamı yerini tutub, 

Çörək pilləsində çoxu toplaşıb, 

Maşın pilləsi də seyrək tutulub, 

Yüksək pillələrdə qurdlar oturub, 

Hamını baslayıb rahat oturub, 

Kapital  qurluşu hakim olubdur

Bu xalqın başına bəla olubdur, 

Səkkizi  füqarə,  nökər olubdur, 

Ikisi  dövlətli, məmur olubdur, 

Hökumət tam  keçib işbaz əlinə, 

Utanmadan deyir  tərif özünə, 

Zamanın mənası tamam dəyişib, 

Haqq yada düşmür, ədalət ölüb, 

Oğru, məmur xeyri hakim dəyərdir, 

Bu vətəndaş üçün daim bir dərddir. 

Bir yanında oğru başılar rəhmsiz, 

Bir yanında  kasıb -xəstə, ümidsiz, 

Başda da oturub ağayi məmur, 

Yaltaq dəmçilər də ortanı tutur, 

Yaratdığı budur oğru - məmurun

“Qarabağ bizimdir” – deyir – “əl vurun”, 

Bundan başqa daha nə olacaqdı? 

Onların qurduğu  bu olacaqdı. 

Başımıza  belə kül atacaqdı. 

17 Dekabr 2007 

---------------------- 

 

 

Nizamı pozğun  ölkədə 

 

Elmsizlərə rütbə verər, 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə