Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə257/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   253   254   255   256   257   258   259   260   ...   282

 

519


Kökü, gövdəsi, həm yarpaq, çiçəyi, 

Güc almağa bizim davamız olsun. 

*** 

Kollektiv ağılla idarə 

Gücümüz  kollektiv ağlımızdadır, 

Yalnız o bizim xilasımızdır, 

Hər kəs yaşasa da öz ağlı ilə, 

O ağlın bir kökü qidasın alır , 

Kollektiv müdriklik xəzinəsindən

Bir kökü dünya elm  xəzinəsindən, 

Bir kökü insanın öz biliyindən, 

Biliyin mənbəsi - təcrübə, idrak. 

*** 


Rasional işin təşkili 

Hər  işi qurarıq zəka, ağılla, 

Hər şey öz yerində təmiz və hazır. 

Rejimlə işlərik sərbəst, diqqətlə, 

Hər işdə bir məqsəd, bir ağıl vardır. 

Icmanın xeyiri əsas meyardır, 

Kürsü və komputer, kağız səlqədə, 

Seçmişik rasional iş təşkilini. 

Hər tədbir  görülür, öz qaydasında, 

Hər işin həllində məharətliyik. 

Hər məsələni də çözə bilərik. 

Hər kəsin üzündə xoş əhvalı var. 

Nəzakət, sakitlik, xoşhal ünsiyyət, 

Ilham verir bizə, həvəsləndirir. 

*** 

İcma işi; qanun və qərar vermə haqda 

Hər kəs şəxsi işin görəndən sonra, 

Ümumi işləri birgə edərik. 

Qayda - qanunları yaradarıq biz. 

Hər işə layihə hazırlarıq biz. 

İcranı edərik yenə özümüz. 

Bizdə yox səsvermə, yalan seçkilər, 

Yüksək, imtiyazlı və seçilmişlər. 

Yuxarı, aşağı,  rəis,  rəiyyət , 

Ağa, nökər, müdir - edə hər qələt. 

Hamımız bərabər, üstünü yoxdur. 

Heç kəs də özünü yuxarı tutmaz, 

Özünü bir kəsdən ağıllı saymaz. 

*** 


Çox sadə üsulla rəylər toplanar, 

Bir kitabda hər şey əksini tapar

Hər fikir, baxışlar, bütün şəxsi iş. 



 

520 


Xəlvət qalmaz icmadan hər bir gizli iş, 

Hər kəs yazar özü şəxsi fikrini. 

Rasional qərarı tapana qədər, 

Hər işi birlikdə məsləhət edib, 

Razılaşar hər kəs öz ağlı ilə. 

*** 


Meyarımız 

Əsas meyarımız rasionallıq, 

Gələcək nəslimiz, ana təbiət, 

İnsan ləyaqəti, insan həyatı, 

Reallıq, düzgünlük, faktlarla sübut, 

Bir də rasional əxlaq, davranış. 

Keçməsi üçün hər qanun, qərarın, 

Sübut lazım lehınə, həm əksinə. 

**** 

Əxlaq, dəyərlər 

Eqoizm, paxıllıq bizlərə yaddır, 

Çünki  hər bir adam bacarıqlıdır, 

Hər kəsə hər nemət, elm əlçatandır. 

İnsan qarşısında maneə yoxdur, 

Vicdanla yaşasın,  düzgün işləsin. 

Hər kəs ala bilər hər cür köməyi, 

Öz icma üzvündən heç çəkinmədən. 

Biz qurmuşüq ailə münasibəti, 

Başqa ailələrdən daha da möhkəm, 

Çünki düzlük, bablıq, qayğı üstədir, 

Hər insan doğmadır digər insana. 

Məhəbbət, nəzakət, hörmət, sevgi də

Dostluq, yoldaşlıq,  həmrəylik birgə, 

İcmanın əxlaqı, həyat yoludur. 

*** 


Çətinə düşərsə, bir insan inan, 

Hamı çalışacaq etsin bir kömək, 

Eyləsin qəlbindən keçən səmimi, 

İnsana  layiq qərəzsiz  kömək. 



18 Oktyabr 2006 

------------------------- 



Azərbaycan xalqının himni 

 

Keçmişlərdən keçdik gəldik, 



Döyüşlərdən cana doyub, 

Xeyir-şərlə olub gəldik, 

Həmrəylikdən ilham alıb, 

Qurduq səni, Azərbaycan! 

*** 



 

521


Gərək sevək özümüzü, 

Ailəmizi, yürdumuzu, 

Düşmənlərə cavab verək, 

Yaxşılarla dostluq edək

Yaxşı yaşa, Azərbaycan. 

*** 


Dövlətimiz bizim olsun, 

Düz işləsin, adil olsun, 

Hər insana qayğı çəksin, 

Hər bir fikri saya salsın. 

Cənnət olsun, Azərbaycan. 

*** 


Vətənimiz bizə xoşdur, 

Quraq , tikək, yaxşı edək. 

Bu vətəni, bu həyatı, 

Təmiz, nurlu, gülşən edək, 

Daim yaşa, Azərbaycan. 

*** 


Hər insana vətən olsun, 

Yaxşı həyat, gözəl imkan, 

Isti yuva, xoş gələcək. 

Sözü, işi düzgün olsun, 

Kamil olsun, Aərbaycan. 

*** 


Əxlaq bizə rəhbər olsun

Inam, hörmət, dostluq olsun. 

Rüşvət, hiylə, yalan, əzab, 

Cəmi  bizdən uzaq olsun, 

Doğma vətən, Azərbaycan. 

*** 


Hörmət edək rəhbər şəxsə, 

Alqış deyək düz işləsə, 

Bizi saysa, biz də sayaq, 

Kələk gəlsə taxtdan salaq. 

Düzlük sevən Azərbaycan! 

Şənbə, 1 Dekabr 2007 

------------------ 



Müəllim 

 

Bilik toplamışıq gərəkdir verək, 



Gənc də  fayda görsün o xəzinədən. 

Qoy  o, xəzinəyə yenisin qoysun, 

O da  elm, dərkini  başa verərək, 

Insana hər zaman  bilikdir gərək. 

 



 

522 


Bu qanun, adətə  əməl edin siz

Nəyiniz varsa  da  süfrəyə qoyun. 

Qiymətlidir sizin hər söz zəriniz, 

Öz təcrübənizdən xatirə qoyun. 

 

Yaxşı  rəftarları siz təlim edin, 



Nəzakət, həyanı yüksəkdə tutun. 

Hər bir işinizdə, evdə, həyətdə, 

Şagirdə, cavana  siz təlqin edin. 

 

Həyatda rasional olub qalmağı, 



Düşüncə, qurmağın düz üsulunu, 

Necə insan olub, insan qalmağı, 

Öyrədin hamıya, açın yolunu. 

 

Müəllim adınız  böyükdür sizin, 



Müəllimdən dərs almısınız siz. 

Gərək olasınız müəllimi, şəksiz, 

Pöhrələnib  gələn nəsillərin siz. 

 

Zəhmətiniz hədər getməyəcəkdir, 



Qiymət verməsə də hökumətiniz. 

O  bir  gün insafa   düz gələcəkdir

Anlayıb o sizin, dərslərinizi. 

30 Yanvar 2007 

--------------------- 



Ey dünya 

 

Ey dünya sən necə yaxşı qurulmusan, 



Hər şeyin olmasına səbəb olmusan, 

Hər canın olmasına səbəb qoymusan, 

Olmasa ehtiyacı, insan yaşamaz, 

Yanmasa ehtirasla arzuya çatmaz, 

**** 

Bir şey çatmayanda o, qiymətli olar, 



Qohum  da az görsənsə, hörmətli olar, 

İnsan öz hərəkətin   niyyətli edər

Ödənsə ehtirası, qeydinə qalmaz, 

Həvəsi sönərsə, o,  həyatda qalmaz. 

***** 

Ehtiyac  bizi qovar, hey çalışdırar, 



Payımız bəzən düşsə az, qarışdırar, 

Ədalət, haqq deyib çox danışdırar, 

Xanım da  eyləməsə  kişiyə bir naz, 

Məhhəbət  də qızışıb, insan doğulmaz. 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə