Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə258/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   254   255   256   257   258   259   260   261   ...   282

 

523


**** 

Xalq ilə yanmasa bir, acı görməsə, 

Firavan  olub, payı  artıq  düşərsə, 

Ayrılıq görməsə , hər, nəfsi ödənsə, 

Əzab çəkməsə,  onda, şairlik qalmaz, 

Ondan daha xalqına şair də olmaz. 

**** 

Ehtiraslar sönməsə, bizi alışdırar, 



Arzumuz  ödənməsə, dərdi yandırar, 

Ehtiyac, həsrət, nifrət həqiqəti açar. 

Hüquqlar pozulmasa, o üzə çıxmaz, 

Dolaşıb ağızlarda, müdafiə olmaz. 

**** 


Həqiqət  deyib insan, qışqırıq salar, 

Ona çatası  payı alaraq susar, 

Həqiqəti görməz ta, gözü „kor“ olar. 

Haqqa  sığınan yeni insan tapılar, 

Onu bayraq eləyib,  haqqını alar. 

Dayanmadan bu həyat uzun dövr edər

Həqiqət səsi  daim gündəmdə olar, 

Hə şey düz olsa, haqqı axtaran olmaz, 

Onu ağıza alıb, danışan olmaz. 

Cümə, 7 Sentyabr 2007 

--------------------------- 



Yazda balam ağlar 

 

Yazda balam ağlar, 



Yad yerdə, obşteldə. 

Həsrətlə ata deyib, 

Duman ağlar cən ağlar. 

Bilmir ki,  kim əkmiş, 

Kim axı becərmiş, 

Necə o  gəlmişdir, 

Bu dunyaya görən, 

Uşaq kimi fikri, 

Tox olub oynamaq, 

Bir də ki yatmaq. 

 

1987 , Azərelektroterm birliyi 

yataqxanasında Rüfətlə qalan vaxtım 

 

 

 

Başqa  pisi vardır 

 



 

524 


Çox əmin olma şərdən qaçaqsan, 

Nadan insandan qurtaracaqsan, 

Pis  baxışlardan  gen duracaqsan, 

Umma, bu pisdən qurtarsan da sən, 

Başqa  pisinə rast gələcəksən. 

*** 


Hara getsən də,  bir tamlıq vardır, 

Pis , yaxşı, xain, paxıl, saf qəlbli , 

Dəstələrlədir, hər vəzndə vardır. 

 

Sən də orada yaşamaq üçün, 



Qoşul, sənin tək biri də vardır. 

 

Təzə gəlmisən, qatışma hələ, 



Mürəkkəb işə, vaxtına vardır. 

 

Dur qalmaqaldan, pislikdən uzaq



Aranı qatan birisi vardır. 

 

Kənar adama  sirrini vermə, 



Köməklik elə,  xeyiri vardır. 

 

Lakin nadan, istəməsən də, 



Axtarıb  səni,  o tapacaqdır. 

 

Yeganə yolun ona dözməkdir, 



Acıtma onu, o hələ vardır. 

 

Pisdən qaçıb, yaxşı axtarsan, 



Onun da naxoş inadı vardır, 

Zəhləni tökən sifəti vardır. 

 

Gözünə yaxşı, həlim görsənib, 



Batində başqa  bir pisi vardır. 

 

Anla bunu sən, ey qafil insan, 



Məkanda nə pis, nə yaxşı vardır. 

 

Canlı dünyada bunun  hamısı, 



Bütöv varlığa, fərqli baxışdır. 

 

Hər göstərilən fərqli təsirə, 



Uyğun əksinin  oyanışıdır. 

Eyni neyronlar hər beyində var, 

Bütün insanlar  eyni  insandır. 



 

525


 

Hər ötən– yaxşı, pis görüntüdür, 

Münasibətlər  nəticəsidir

Hamısı birgə, bir bütöv vardır, 

Düz anlamaqda, bir məna vardır. 

Əlaqələrin,  hər anlaşmanın, 

Haqqın, üsulun, yolun, əməlin, 

Məqsədi birdir: yaşam, olmaqdır. 

 

Varsa da gücün, mühitin şərti, 



Hər işin fərqli bir yolu  vardır. 

 

Əksdir imkanlar,  ağıl  biləsən, 



Birinin yolu  sənə xoşdursa, 

Deyirsən  - düzdür, yaxşı  adamdır. 

 

Pisdir deyirsən,  xoşun gəlməsə, 



Çünki fikrində, yaxşı tapmaqdır. 

3.07.06 

----------- 



Bu dünyada qayda 

 

Bu dünyada qayda budur bilin siz, 



Bir - bir  təsvir edim, eşidiniz siz, 

Əvvəla,  burda bir qayda yoxdur - 

Hər zamanda  olsun, əbədi səhvsiz. 

*** 


Gördüyünə kəs bir qayda deyər, 

Hər kəs gücnə baxıb qərarın verər. 

Əzablar çoxalar, avam baş açmaz, 

Belə  həyatından razılıq edər. 

*** 

Hər kəs qanun əxlaq deyib danışar, 



Lakin  tutmaz yaxşı işin qulpundan, 

Tutar üzlərinə maska insanlar, 

Unudar  əxlaqı,  ağa olandan. 

*** 


Hər zaman özünün qanunu bəzər, 

Ordakı böyüklər qanunlar yazar, 

Nəsil dəyişəndə gələn təzələr, 

Yenə də özünə  qanunlar yazar. 

*** 

 

Rasionallıq daim əsas qanundur



Mənası - daha da yaxşı olumdur. 


 

526 


Hər şey arar imkan, yaxşı olmağa, 

Hər qanun, qaydaya rüsxət onundur. 

*** 

Bu ana qanunun möhkəm əlilə, 



Güclü hakim olur, onun iznilə, 

Dünyalar qurulur onun hökmülə, 

Gələcək gün doğur onun şərtilə. 

*** 


Onun hökmü daim  dünyada qalar, 

Hər qanun, əxlaq, bütün varlıqlar, 

Hər zaman özünə qaydalar yazar, 

Onun rəhbər şərtin əlində tutar. 



13 avqust 2007 

------------------------ 



Əzabkeş gəldim 

 

Əzabkeş doğuldum, dünyaya gəldim, 



Həyat nərdivanın əzabla keçdim, 

Hər zaman bir nadan qarşıma çıxdı, 

Rəzil xəyanətə nişan seçildim. 

*** 


Mənsiz onlar görən nə edəcəkdilər? 

Kimə   xəyanəti  edəcəkdilər? 

Paxıl odu  necə ram edəcəkdilər? 

Nahaq əzab  üçün dünyaya gəldim. 

*** 

Onlar düz qəlbimi necə sezdilər



Məndən məsləhəti, kömək aldılar, 

Özümü sonra da,  nişan aldılar, 

Xainə hədəf, zəyfə köməyə gəldim. 

*** 


Nadanlıq, cəhalət   başın qaldırır, 

Əxlaq yaddan çıxır,  dünya qarışır, 

Yenə hədlər  keçir, şər üstün  olur, 

Mən qoca dünyaya, xilasa gəldim. 

*** 

Anladım, nəhayət, orta yaşımda, 



Hələ gələcək var, mənim qarşımda. 

Bəşəryətə, haqqa qurban olsam da, 

Mən dünyaya yeni  təlimlə gəldim. 

*** 


Rasional təlimi  qurub  yaratdım, 

Nadan ordusuna bir kəmənd atdım. 



Həqiqətə pəncərə  kitabı yazdım, 

Mən dünyaya sakit, qurbanlıq gəldim. 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə