Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə260/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   256   257   258   259   260   261   262   263   ...   282

 

531


Elmliləri  qıraq qoyar, 

Nacinsi də məmur edər

Zəkaları işsiz qalar, 

Nizamı pozğun  ölkədə. 

*** 

İş biləni gözü görməz, 



Yaltaqları tez arayar, 

Vəzifəyə gələr - gəlməz, 

Dövlətin çarı, müdiri, 

Nizamı pozğun ölkədə. 

*** 

Müdrikləri söz deyəndə, 



Xalq zülümdən ah çəkəndə, 

Yad millətlər ona güləndə, 

Bərk yumar qulaq, gözün, 

Bu dövlətin çar, rəisi, 

Çox qaydasız bu ölkədə. 

*** 


Cəmiyyəti mədəniyyət, 

Savad, kitab, təhsil istər, 

Düzgün qanun, mənəviyyət, 

Tikmək, qurmaq və yaratmaq

Zavod, fabrik, icra istər. 

Alver açar əvəzində, 

Rəisləri öz xeyrinə, 

Nizam olmaz o ölkədə. 

*** 

Qanunları elə yazar, 



Yaşlıları işsiz qoyar. 

Rəisləri rüşvət alar, 

Vəzni pozqun bu ölkədə. 

4 İyul 2006 

-------------- 



Nəsillər gəlir, nəsillər gedir 

 

Nəsillər gəlir, nəsillər gedir, 



Hiss edilmədən yavaş, xəbərsiz, 

Bir banda o birin  yıxıb gəlir, 

Sadə camahatsa   aldadılır, 

Seçki oyununda alət olur , 

Müharibə, hiylə qurtarmayır. 

Gah burda yanır, gah da orada, 

Fasiləsiz atış, qaçış, dartış, 

Biri aldadır, biri düz deyir

Biri satır, biri alır, 



 

532 


Ən hiyləgər hakim olur,  əmr verir, 

Toqquşurlar yazıq xalqlar, torpaq yanır, 

Atəş səsi, qətl - qırğın, qurtarmayır. 

Hələ canlı qüvvə, həvəs çoxdur, 

Bir nəfərin, qrupun keyfi üçün., 

Qudurmuş nəfsinə plan qurulur: 

-Neçə şəhid, əsir, itgin olsun, 

-Neçə didərgin, mühacir olsun, 

-Xalqın malın, mülkün necə satsın, 

-Sərvəti öz adına necə salsın, 

-Hakimiyyətini, möhkəmlətsin, 

-Nə qədər gəlir özünə  gəlsin? 

“Dörd nəsil keçsə” - deyir İbn Xaldun - 

“Taxt - tac xarab olur, bundan qorxun. 

Camahatın səbri dolur,  aşır, 

Çarı yıxır, yenisini qoyur”, 

Mən isə deyirəm  əslindəsə, 

Bir yeni yaramaz taxta çıxır, 

Hər tarix yenidən təkrar olur. 

Qərinələr ötür,  ağa qalır, 

Darğa, nökər, yaltaq, avam qalır, 

Torpaq qalır , 

Sən ey cahil, anla bunu, 

Xilasına ümid etmə. 

Nə İsa Məsihə, Məhəmmədə, 

Nə Buddaya, Mehdiyə, 

Xeyri yoxdur, ümid etmə, 

Heç başını  da əymə, təzim etmə, 

Öz rolunu,  aktyor kostyumunu, 

Dinməzcə, könüllü gey əyninə, 

Atıl, qatıl, oyna  öz rolunu, 

Rüşvət verib, rüşvət al sən 

Qazandığını tək yemə sən

Qismət deyil bu, əzəldən. 

Bəzən  allat, bəzən düzünü de. 

Yalvar, yaxar, yeri gəlsə, 

Şirin dil tök, yeri gəlsə, 

Vaxtı gəlsə, yeni –yeni 

Rolları seç, yaxşı oyna, 

Utanmadan, gir oyuna. 

Kim utanır ki, sən utanasan, 

Axı sən də gəlmisən ki, 

Onlar kimi yaşayasan! 

13 Yanvar 2003 

--------------- 




 

533


Mühit dəyişdikdə şeyin dəyişməsi 

 

Rasional fəlsəfənin əsas mənası, 



Mühitin necəliyi, onun dərkidir. 

Hər görünən çoxluq da fərqli mühitdir, 

Kainat, Yer özü də bütöv mühitdir, 

Həmişə  dəyişilir,  doğub törəyir, 

Hər  yeni doğulan şey, olan hadisə, 

Qatışır  keçmiş ilə, bir mühit olur. 

Yeniləri yaradır, hər yeni mühit, 

Yeni növlər, bacarıq, qayda yaranır. 

Mühit dəyişdikcə hey, şey də dəyişir, 

Hamı yaşamaq üçün çalışır hər an, 

Mühitin qaydasına uyğun olaraq. 

Yaranan hər bir varlıq mühitdən gəlir, 

Mühitlə bir yaşayır, ona çevrilir. 

5 İyun 2007 

--------------------------- 



Mən yanılmışam 

 

Çox axtarmışam mən düzlük, ədalət, 

Hər kəsi düz sayıb düzlük ummuşam, 

Böyüyün sözünə mən inanmışam , 

Öz fikrimdə yaman mən yanılmışam. 

Əxlaqın adıyla  mən  yaşamışam, 

Onunla  əzaba düçar olmuşam, 

Dövlətə, rəhbərə mən inanmışam, 

Axırda boş çıxıb, mən aldanmışam. 

Haqlarım tapdanıb,  yaman sınmışam 

Haqqımı qoruyum? gücüm qalmayıb, 

Dövlətə də məndə  inam qalmayıb, 

Sonu çox  gözləyib mən qocalmışam, 

İllərlə   kənarda, işsiz qalmışam, 

Daha neynirəm xoş gələcəyi mən, 

Həyatın sonuna gəlib çatmışam. 

Sonra uşaq necə olacaq.. görən, 

Mən hələ həyatdan kam almamışam, 

Şahın  saldığı bu quyuda qalıb, 

Xeyir - şərdən də mən kənar qalmışam, 

Mən tamam məyus olub sarsılmışam... 

Nadanlıq ölkəsində canım çox yanıb, 

Bunu dərk edib qəti inanmışam: - 

Cəmiyyət özülü  nadan qurulub

Düzə yer yox, başda dəllal oturub , 

Bu sistem  nadana uyğun qurulub, 




 

534 


Həmişə nadanlar başda duracaq, 

Düzlük, inam, əxlaq çöldə  qalacaq 

Düz  olan ya işsiz qalacaq , ya da, 

Məmura,  işbaza   nökər olacaq. 

İndi buyurun siz,  seçim ediniz, 

Ya sırtıq, alçaq olub ağa olun siz, 

Ya da əxlaqı seçib əzab çəkin siz. 

Noyabr 2007 

------------------------- 

Səbəb  - nəticə qanunu 

 

Dünyanın öz mənası, səbəbi vardır, 



Mənanı açmalısan  yaşamaq üçün. 

Hər  şeyin  var olması, dəyişməsiçün, 

Onun  tabe olduğu  yüksək qurumlar, 

Əbədi qanun yazıb, qayda qoyublar. 

Heç nə özü başına yaşaya bilməz, 

Lazımı qurumlar razı qalmasa. 

*** 

Bir şeyin olmasına fərman verərlər, 



Onunla   əlaqəli ətraf qurumlar. 

Onların içində bir güclüsü vardır, 

Bütün böyüklük , qərar ona məxsusdur, 

Hər şeyin üzərində  bir böyük vardır, 

Hər böyük üstündə də bir  böyük vardır. 

Heç nə tək deyil, öz, ailəsi vardır, 

Burada hər növlərdən  varlıqlar vardır. 

Hamısı bağlıdır bir - birinə bütöv, 

Yalnız birlikdə onlar, qala bilərlər, 

Dostluq, əməkdaşlıqda,  tam razılıqda. 

Onların daxilində, azsa razılıq 

Ayrılıq da yetişər, məhv olar varlıq. 

*** 

Yaranış, ölümün  tam, səbəbi vardır, 



Hər yaranış nəticə, hər nəticə səbəb. 

Hər səbəbin də öz səbəbi vardır. 

Səbəb - nəticə - səbəb bizim həyatdır, 

Yaxşı- xoş nəticəni  almaq üçün biz, 

Gərək ona yaradaq yaxşı səbəb biz! 

5 İyun 2007 

 

 

Tamlıq qanunu 

Dünya bütöv qurum, bütöv varlıqdır, 

Bütöv qala bilən canlı tamlıqdır. 



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə