Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə256/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   252   253   254   255   256   257   258   259   ...   282

 

516 


yenidən instituta qəbul olunmağı və tarixdən imtahan verməyi şərt kimi irəli sürürdülər. 

T. Mehdi isə bu tarixin yalan olmasını, hər yeni hakimiyyətin köhnə tarixi mənbələri 

yandırıb yenidən özünü tərifləyən saxta tarix yazdığını artıq bilirdi , o yalan sözləri 

əzbərləyib imtahan verə bilməzdi.      

     Mehdi  sosializmin  səmərələşdirilməsi haqda əvvəlki araşdırmalarını, təkliflərini 

yadına saldı, yeni kapitalist sisteminin də yaramazlıqlarını anladı    və yalnız  insanların 



rasional həyat tərzi və    cəmiyyətin rasional qurulması  və idarə edilməsi vasitəsilə 

xoşbəxtliyə çata biləcəyi ideyasına gəldi. 

O,  2000 –ci ildə Finlandiyada futuroloji seminara dəvət alaraq orada iştirak etdi və yeni 

dostlar  əldə etdi.  Qayıtdıqdan sonra, o  Rasional Cəmiyyət uğrunda təşkilatı çox 

çətinliklə qeyd etdirdikdən sonra düşünürdü ki, o, nəhayət, öz məqsədinə çatacaqdır və 

planlaşdırdığı  cəmiyyəti təbliq edə biləcəkdir. Təşkilatın  əsas məqsədi  Dünya rasional 

icmasının və rasional milli cəmiyyətlərin yaranmasına kömək etməkdir.  

    O  yeni  xətt götürmüşdü, yeni sivilizasiya - rasional cəmiyyətin nəzəriyyəsini və 

konstruksiyasını hazırlamaq. Çünki bütün ictimai sistemlər qeyri - rasional idi və 

problemlər də, onun fikrincə, məhz bu səbəbə görə baş verirdi; dövlətlər insanların 

azadlığını, həyatını, xoşbəxtliyini əlindən alırdı. 

    Onun yaratdığı təşkilata heç bir donor qrant vermədi, hətta öz dövləti də dildə ictimai 

təşkilatlara -QHT-lərə kömək etdiyini desə də, heç bir kömək etmədi.  Mehdi iki dəfə ona 

məktub yazmışdı. Bu həyat çox şeyi ona başa saldı - söz və  əməllərin nə  qədər fərqli 

olması, siyasətin çoxüzlü və insanlara lazım olmaması    və s. 2002 ildə o , Avropa 

Komissiyasının Öncəgörmə konfransında iştirak etdi. 

    Beləliklə, Mehdi 6 il işsiz qalandan sonra 2 il yarım bir şirkətdə qaynaq müəllimi işləyə 

bildi, o da bağlandı. O qeyri -  idraki dövlət  idarəetməsindən və qanunlardan xeyli 

əziyyət çəkmişdir və  özünü ictimai sistemin qurbanı hesab edir. Mühitin qeyri -  

rasionallığı onu hər yerdə qarşılamışdır.  Yanvar, 2006 -  İyun, 2007 dövründə, nəhayət,  

o  vaxtını bu kitabı yazmaqla keçirdi. Bu dövrdə məhz dünyanın quruluşu və ruhi aləm 

haqda da yazmaq zəruri oldu, onları bilmədən rasional quruluşu yaratmaq mümkün 

deyildi. Bu mövzuları da işləyərək Mehdi keçmişdə planlaşdırdığı  əsas məqsədini də 

yerinə yetimiş oldu. Rasional cəmiyyət haqda T. Mehdi 6 məqalə yazmış  və Futures 

bülletenində(ABŞ) nəşr etdirmişdir. 15 il konstruktor işlədiyi zaman 5 ixtira etmiş  və 

çoxlu səmərələşdirmə  təklifləri vermiş,  2006 ildə    cəmiyyətin  internet səhifəsini 

yaratmışdır.www.rationalsociety.org    və  http://rational.sayt.ws.  Tofhid Mehdi 2000-ci 

ildən Dünya Futuroloji Araşdırmalar Federasiyasının üzvüdür.  

T. Mehdi deyir:  “Bizim şüar Rasional insan, rasional cəmiyyət, rasional dövlət,  rasional 

dünya birliyidir. Mən hər bir insanı yeni rasional cəmiyyət  icmasına dəvət edirəm, yeni 

rasional prinsiplərlə, idarə  və  həyat tərzi ilə, rasional əxlaq və davranışla yaşamağa 

çağırıram. Dünyanı rasionallıq və  əməkdaşlıq, başqasına da özünə istədiyin kimi 

münasibət saxlamaq, səhvləri anlamaq və düzəltmək, başqalarına mehribanlıq və 

xeyirxahlıq, məhəbbət və səhvləri bağışlamaq xilas edəcəkdir”.  

29 İyul 2007

 

  

 



 

 

 




 

517


ŞERLƏR  

 Nəşr tarixi 13 Aprel 2008 

 

MÜƏLLİFİ: TOFİD MEHDİ 



 

RASIONAL CƏMIYYƏTIN HIMNI 

 

Bu dəyişən dünyanın doğulmaq günü gəldi, 



Yarandı mühitdənYer, özü də ana oldu, 

- Hər torpağa, havaya, suya, canlı aləmə; 

Yarışa, öyrənməyə, olmağa meydan oldu. 

*** 


Ağıllı insanlar da, axır, dünyaya gəldi, 

Yaxşı  həyat yolunu özü tapmalı oldu, 

Hər əməlin məqsədi yaşamaq, olmaq oldu

Eqoism də doğuldu, hər növdən pis əməl də, 

Eqoism insanın da yaxın yoldaşı oldu. 

*** 


Uzun təkamül yolu, hamı keçib gəlmişik, 

Ağlımız  yetişibdir, yaxşı - ağır günlərlə, 

Sevinmişik xoş günə, pisə tədbir görmüşük, 

Xəzinə yaratmışıq - bilik, təcrübəmizlə, 

*** 

Ağlımız itilənir hər keçən günümüzlə, 



Uydurma xürufatı, xütbə, avamlığı, 

Rədd etmişik əbədi şəxsi biliyimizlə, 

Seçmişik özümüzə biz düzgün idraklığı. 

*** 


Azad  düşüncə, fikir, gerçək, bizim inamdır, 

Bızə gərək deyildir, yalan, ehkam inanclar, 

Həqiqət sübutlarla, düzlük bizim məramdır. 

Sözümüz, əməlimiz ,  ağıl  birlikdə  olar. 

**** 

Nadan rəhbər kəsləri , qatil müqəddəsləri, 



Qəbul etmərik,  çünki, insanlığa yaraşmaz. 

Biz yazarıq özümüz  qanun, təlim dərsləri. 

Xəbis, acgöz qrupların fikri işə  yaramaz. 

*** 


İnanırıq ağıla, həqiqətə, düzlüyə, 

Dəyişmərik biz yalan, uydurmaçı miflərə. 

Baş əymərik yalançı elçilərə, bütlərə, 

Saxta xalq atasına, şəkilə, yalan sözə. 

Müdrikləri hər zaman sevər, salarıq yada, 

Ağıllı  fikirləri, işıq salar dünyada. 

*** 

Uzun təkamül yolu seçib, keçib gəlmişik, 




 

518 


Yaşamaq və yaşatmaq, yenə yaratmaq üçün. 

Ağlımız, düşüncəmiz, qəti iradəmizlə, 

Xoşbəxt həyat naminə, yaxşı gələcək üçün, 

Davasız, dalaşsız bir ağıllı həyat üçün, 

Yaratdıq Rasional, Ağıl Cəmiyyətimizi. 

*** 


 

Rasional insan 

Yaşa insan kimi öz ağlınla sən , 

Seçdiyin cəmiyyət ilə həmahəng. 

Ağlını itilə cəmiyyətlə sən , 

Həm də yaşadığın həyatınla sən. 

Düşün fasiləsiz hər bir şey haqda, 

Nə üçün elədir? nə vaxt? nə  zaman? 

Ağlın ki saz olsa, hər zaman, hər an, 

Çaşmazsan sən çətin məsələ olsa. 

*** 


Ağılın əsas amil olması 

Ey ağlım, düşüncəm düzgün yol göstər, 

Hər bir işimdə sən, sadiq ol mənə. 

Atmalı olduğum hər addımımı, 

Əvvəldən hesabla, xəbər ver mənə. 

*** 


Həvəsimə, nəfsimə nəzarət elə

Qoyma  rasional, sağlam həyatın, 

Qida, su, idman, iş və məhəbbətin, 

Düzgün hədlərini keçib, ötüm mən. 

Qoyma ünsiyyətin, əxlaq,vərdişin, 

Düzgün hədlərini keçib ötüm  mən.. 

*** 

Ağlım, məni apar düzgün yol ilə, 



Ən kənar hədlərdən uzaqda olub, 

Ancaq orta yolu sən göstər mənə. 

Lakin  sərhəd qoyma mənim ağlıma, 

Qoy uçsun haradək uça bilirsə , 

Nə zaman, nə qədər uça bilirsə. 

*** 


Rasional Sağlam həyat 

Vaxtında, ölçüdə, düzgün qida ilə, 

Ağlımız, canımız qoy sağlam olsun

Bizim həyatımız, rasional olsun, 

Təbyətin verdiyi bütün nemətlər, 

Qoy, bizim rasional qidamız olsun. 

Müalicəmiz yenə  təbiət olsun, 

Onda yetişən bitki meyvələr, 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə