Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə261/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   257   258   259   260   261   262   263   264   ...   282

 

535


Elə qurulub ki, onun cüssəsi

Birlikdə  olsunlar hər bir  hissəsi. 

Burada görərsiz  fərqli hissələr, 

Qarşı- qarşı  durub düşmən qüvvələr. 

Dünya öz işində, doğur, törəyir, 

Zaman keçdikcə özü  təzələnir, 

Həmişə cavandır, bu qoca dünya. 

*** 


Yaranmaz  bütöv şey, nəsə çatmasa. 

Doğulmaz yenilər sevgi olmasa. 

Yetişməz meyvələr Günəş olmasa . 

Düzəlməz məsələ vaxtı gəlməsə. 

Hər şey öz yerində gəlib duranda, 

Bütün şərait, amillər tərtib olanda, 

Törənər  o zaman  arzu olanlar. 

Dünya özü yaranıb, o, yaradandır, 

Hissələr özü də bir bütöv tamdır. 

Hər zaman o halını tamam dəyişir. 

Özünü özündən doğan  zamanda. 

Dünya azad olub rahat olanda, 

Yenə keyfi - halı qızışır, onda, 

Onun həyəcanı yüksəlir, qalxır, 

Hədlər dözəmməyir, bağrı çatlayır, 

Buraxır qızışmış   isti  nəfəsin

Doğur özündən yeni dünyanı. 

Yenə də qayıdır orta   halına. 

Növbəylə yaranır hər daş, hər canlı, 

Dünya  olur hər zaman bir  ikicanlı. 

*** 

Şeylərin özündə  sevgi hissləri, 



Qovşaq edir onları, əvvəl – axırı. 

Sevgi  həvəsini  söndürmək vaxtı, 

Doğulub törənir növ- növ canlılar. 

Dünya dünya ilə  sevgi oynayır- 

Yaranır yenilər, yeni dünyalar. 

*** 


Cisimlər yaranır,  odlu dünyadan, 

Günəşlər doğulur,  isti şəhvətdən, 

Atəşi sönəndə, fikrə çevrilir, 

Yeni dünya üçün materyal olur. 



4 İyun 2007 

--------------- 

Soruşma necəyəm 

 

Soruşma necəyəm,  sakitcə öt keç, 




 

536 


Gözüm doludur yaşla, töküləcəkdir, 

Əgər danışsam  mən, yadıma salma, 

Mən nədən razıyam, həyat necədir? 

*** 


Soruşma necəsən, nədən razısan? 

Tərpətmə qəlbimi qoy sakit durum. 

Əzabla doludur, oraya baxsan

Qoy qalsın bağlıda, tamam  unudum. 

*** 

Pis – Yaxşı içindən  keçib gəlmişəm, 

Şər,  düzü  həmişə  nişana   seçib. 

Hər paxıl, xayindən qaçıb gəlmişəm, 

Harda olmuşamsa dalımca gəlib. 

* ** 

Nə qədər  insana yaxşılıq etdim, 



Yaşadı onunla,  bir insan qaldı, 

Məni  borclu sayıb, bir adət  etdi, 

Sonra eşşək kimi bir şıllaq atdı. 

*** 


Mən boyun əymədim nadan, xainə, 

Rəhbərə yalandan tərif demədim, 

Bir qəpik  vermədim onun rəyinə, 

Fasıqı  mən rəhbər gördüm, enmədim. 

*** 

Rəzil olub heç kimə yalvarmadım, 



Əzab yolunu  mən könüllü  seçdim. 

Yaratmaq,  düzlük oldu bütün həyatım, 

Fəxrlə bu əzabı sakitcə çəkdim. 

5 Avqust  2007 

-------------- 



Təccüb etmə 

 

Təccüb etmə sən ey fağır, 

Bu dünyanın işlərinə

Göz bərəldən fəndlərinə. 

Zirəkləri tor hörəcək, 

Fağır - füqur insan üçün. 

Qarmağına keçirdiyin, 

Işlədəcək, oynadacaq, 

Öz çaldığı havasıyla. 

Tikən, quran, canın  qoyan, 

Ideyalar  düzüb qoşan, 

Aralıda  gendən baxar, 

Kam almadan..... 

Zirəkləri müəllif olar, 




 

537


Xütbə deyər, vaiz olar. 

*** 


Biri özün  alim edər, 

Biri özün baş qəhrəman

Sanki  oymuş, ulu öndər, 

Allah seçib,  peyi - qəmbər! 

“Təccüb etmə bu dünyaya, 

Nə durmusan sən ey fağır? ” 

- Dilə gəldi keçən qoca: 

- Sən də atıl gir oyuna, 

Ya yarat, qur, sən ağlınla, 

Zirəksənsə, sən də oyna. 

Bir dinə də sən müəllif ol, 

Ya qur dövlət, ya partiya 

Sən də tala, qarət elə. 

*** 


...Güldü nurly Tofhid  Mehdi 

Qayğısına  o qocanın, 

Məgər, oğurluq şərəflidir? 

Qətl, qırğın, hiylə, kələk, 

Karvan soymaq .. 

Sonra durub həccə getmək? 

Plaqyata,  yalana tərif, 

Nura sahib nur  insana? 

*** 

Xeyr, öz yolu var, hər insanın, 



Nadan olmaz hər kəs, qanın. 

Zəhmətkeşdən nadan olmaz

Elm, ürfandan  çaşan olmaz, 

Nadan, gəlir öz kökündən, 

Elmsiz, avam mühitindən, 

Bir də nadan tərbiyədən. 

Öz yolumdan dönmərəm mən. 

Tülyə hurra demərəm mən. 

Qatil, oğru , qəsbıkara 

Dinc insanı öldürənə, 

Elçi sözü demərəm mən. 

Pulsuz, işsiz, ac qalsam da, 

Əyə bilməz dünya malı. 

Mən fərqliyəm, öz yolum var! 

*** 

Mənim adım Tofhid Mehdi, 



Mən gəlmişəm, bu bir vəyhdi

Budur mənim alın yazım. 

Dünyanı düz yola salım! 



 

538 


31 Yanvar 2007 

------------------- 



Sən belə yaşa 

 

Gəlmisən dünyaya, dünyayla yaşa, 



Anla əvvəl onu, ağlınla yaşa. 

Məqsədin əzabdan,  xilas olmaqdır, 

Öyrən əvvəl məğzin, sən  elə yaşa. 

*** 


Yaşamaq istərsən, özün də yaşat, 

Əvvəl planlar tut, fikrində yaşat. 

Hər şeydə məna tap, möcüzə yarat. 

Dünya qopsa da sən,  ağlınla yaşa. 

*** 

Təccüb etmə pisə də, yaxşıya da, 



Yana  bax, qabağa da, arxaya da, 

İşini səlis  gör, qoyma qarıya da, 

Hər şeyə təbii bax, sakitcə yaşa. 

*** 


Qiymət ver özgəyə, qiymət alarsan, 

Hörmət et, özünə hörmət alarsan, 

Kömək et, özünə kömək alarsan, 

Cəmiyyətlə qayna, sən rahat yaşa. 

*** 

Öz fikrinlə ölçmə,  hər gördüyünü, 



Ağlında araşdır, hər şər düyünü. 

Xırdala hər  təbin, öz səbəbini

İtirmə özünü,  hissinlə  yaşa. 

*** 


Başqa adamların göz yum eybinə, 

Yaxşılıq gətirməz yaman söz sənə, 

Elmçün acı düzü şirin de, yenə, 

Mehribançılıq et, sən belə yaşa. 

*** 

Nə pisliyi de, nə, yaxşılığını, 



Nə zəyif yerini, karıxdığını, 

Dilini saxlayıb,  özünü qoru, 

Söz, sözü gətirər, sülhünlə yaşa. 

*** 


Səbəb  vermə biclər, avam saysınlar, 

Sözü  vaxtında  de, düz anlasınlar. 

Hər sözə  inanma, səfey saysınlar. 

İşini sən düz tut, düzgün də  yaşa. 

*** 

Gördüyün  nadana,  nadan demə sən




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə