Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə262/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   258   259   260   261   262   263   264   265   ...   282

 

539


Yalan danışana, qulaq  vermə sən

Tez seç ətrafını, bədxahları sən, 

Tanı dost, yoldaşı, mehriban yaşa. 

*** 


Söz demək istəsən söz sahibinə, 

Barı, xəlvətcə de, aidiyyətinə, 

Xalqda desən salar, vəhşiliyinə, 

Sözünün yerini, düz tap, de, yaşa. 

*** 

Elm var ikən indi, dinə uyma sən, 



Ondan düzgün  bilik ala bilməzsən, 

Axunda, mollaya qulaq vermə sən, 

Müəllimin, alimin sözilə yaşa. 

*** 


Yaşadığın cəmiyyət tarixdən bəri

Yaradır özünə  həyat əxlaqı, 

Humanist prinsipi, mənəviyyatı, 

Hamısını  gözlə, təkmil et, yaşa. 

*** 

Keşiş,  imam  sui - istifadə edir, 



Dildə tanrı deyir, əxlaqdan deyir, 

Lakin öz cibini,  müştəri güdür, 

Öz sözündən  özü dolayı gedir, 

Məqsədin  düz anla, ağlınla yaşa . 

*** 

Öz ağlın çatmasa qərar verməyə, 



Fikir ver cəmyətə, nə edir yenə, 

Müdriklər vardır ki, onlar içində, 

Etdikləri olarlar sənə nümunə

Öyrən, təkrar yenə, ağlınla  yaşa. 

Çalış sən, nümunə, özün ol, yaşa 

*** 


Yaşadığın yerdə, nələr baş verir, 

Öyrən hansı trendlər, irəli gedir, 

Qatış camahata, qalma sən geri, 

Ritmləri, ahəngi, rəhbər tut yaşa. 

*** 

Olma qulu adət, ənənələrin, 



Keçmişdən yaranan mülahizlərin, 

Eşitdiyin fikri,  araşdır dərin, 

Müstəqil fikirləş, inamla yaşa. 

*** 


Rasional həyat, tərzini gəl seç, 

Hədləri gözləyib, orta yolu seç, 

Gülümsə həyatda, daim şən ol keç



 

540 


Təlqin et özünə, xoş hal, gül, yaşa. 

*** 


Bir işi görərkən,  tələsmə heç vaxt, 

Hər işin özü  üçün, vardır yaxşı vaxt, 

Yetişməsə əsaslar, düzəlməz heç vaxt, 

Qaçma çox qabağa, səbrli ol, yaşa. 

*** 

Tofhidəm hər şeyi deyə bilmərəm, 



Bütün dünya işni bilə bilmərəm, 

Sizə hər  resepti yaza bilmərəm

Eşit məni hökmən, dünyayla yaşa. 

8 Fevral 2007- 29 Mart 2008 

----------------------- 



Tamın yaşama qanunu 

 

Görünən hər bir  cisim, canlı  cansız var, 



Hərəsi  hissə kimi  tamın üzvüdür, 

Hissələrdən düzəlib  çoxluq olublar, 

Onları bağlayan bir  lüzum  üzüdür. 

*** 


Yalnız  xeyrin güdərək, o unutmadan, 

Hamı  çalışır təki,  yaşaya bilsin, 

Dəyişərək formasın, rolun durmadan, 

Ərzdən bir xeyir, imkan qoparda bilsin. 

*** 

Nə qədər növlər, həyat üsulu vardır... 



Çoxluq  hər təkə, canlıya damdır. 

Şeylər arası əlaqə sonsuz yarışdır, 

Daim xeyrini güdüb yaşaya bilsin. 

*** 


Bütün varlıq çalışır güdüb xeyrini, 

İstəmədən yaşadır , o, özgəsini, 

Hər kəsə lazım olur digər olanlar, 

Həm özü, həm məhsulu, həm  atılanlar. 

Belə qurulub qayda  yer düzələndən. 

Hamı biriçün, biri hamı üçündür, 

Biri - birinə qida, dayaq üçündür. 

*** 


Əlaqədə olmaqla hər kəs rahatdır, 

Daha yaxşı olmağa hamı çalışır, 

Məhz bu zaman yaranır güclü, zəyiflər, 

Insan cəmiyyətində - Ağa, nökərlər. 

Ağa, güclü, bilirik, başa  çıxarlar, 

Onların  iştahası daha çox olar. 

Cəmiyyət dəstələrə bölünən andan 



 

541


Bərabərsizlik,üsyan artır durmadan 

*** 


Bu gedişlə pozular insaf qaydası. 

Zorakı rəftar gəzər insan arası. 

Ağaya qulluq edər zəyiflər nökər,  , 

Hamı yeni  imkanın doğuşun güdər

Tez istifadə etsin, hamıdan zirək, 

Hər kəsin öz  həyatı özgəyə dirək. 

Burada hər yaşayan  seçir özünə, 

Forma,  həyat yolunu, baxıb gücünə, 

Ona verilən bütün imkan içindən, 

*** 


Burada hər şey, hamı  özün düşünür, 

Başqasına  vasitə olmaq istəmir, 

Xeyiri, ancaq müftə almaq istəyir, 

Çalışır özünə yem  etsin  başqasın. 

Bu yerimir, toqquşma,  döyüş törənir, 

Hamı  haqqı  anlayıb güzəştə gedir. 

Cansız təbiət tez qanıb, razılaşırsa, 

İnsan  gec qanıb bunu, sonra razlaşır, 

Yaşamaq üçün  buna görə də hamı, 

Çəkişir, hey dalaşır,  uzun zamanı, 

*** 

Yaşamağın uğrunda döyüşlərdə bil, 



Yaranır fəndgir ilə fəndlər ilbəil. 

Hər kəs sərfəli imkan, vasitə gəzir, 

Bir fənd ilə özünə xam qurban seçir. 

Biri xoş, biri zorla xidmətın edir. 

Dəyişir hökmən canı, həyat qaydası, 

Belə yaşayır canlı, cansız dünyası, 

Bütün ömrü boyunda, təkamül edir 

İnsanlar bu qanunu anlasın deyir, 

Öz  ağlı ilə həyat yolu seçərək. 

*** 


Ağıllı insan üçün  tək bir yol vardır, 

Razılıq, idrak   ilə qursun  həyatın. 

-  belə məsləhət verir burada qanun. 

Hamı özü çalışıb  xeyrini güdür, 

Özgəyə nə səbəbə təccübün edir? 

*** 


Hər kəs özgədə arır, özündə deyil , 

Düz əməl,düz idarə, düz söz, düz fikir, 

Lakin görmür, çün özü  onlardan deyil, 

Görsənmir insaniyyət, əxlaq mərifət , 

Sədaqət, vəfa, düzlük, ədəb, dəyanət. 



 

542 


Bu dəyərlər həmişə arzular  olub , 

Gələcəyə  aparır,  insanı çəkib, 

Dostluq  qurtarır, bağda ərik qurtarsa. 

İnsana  fayda verib, yaman olursan. 

Kasıb qalır əxlaqla yaşayan insan, 

Mühit vermir, varlanır əxlaqı pozan. 

*** 

Tamın içində bir qrup zorakı olub, 



Yazarsa özünə xoş idarə, qanun, 

Özgə əbəs orada düzlük  axtarar. 

Lakin heç tapmaz onu, çox da axtarsa, 

Əbədi  bu icmada qar-qovğa olar. 



17 avqust 2007 

P.S. 


Zəyiflər güclülərin daim yemidir, 

Əxlaqı tutanlara varvar qənimdir, 

Vəhşilər nə anlayar insan qəlbini? 

Zirəklərin həmişə qabaq yeridir. 

Güclü ağa olur, zəyifdən tutub, 

Zəyifidən güc alıb, artır çoxalır , 

Düzlər  də dələduza daim qurbandır, 

Armudun yaxşısını ayılar yeyər, 

Bərabərlik arzusu həmişə qalır, 

Hər şey qaydanı sevər, qayda axtarar, 

Insanlıq da özünə qaydalar  yazar

Bu qaydalar  əxlaqın əsası olar. 

Əxlaqı və əməli necə yazsalar, 

Həyat  ya qırğında, ya  qaydada olar, 

Kasıblar  ədaləti daim axtarar . 

-------------- 



Xəyali həyat 

 

Yönəldir taleyim, yönəldir yenə, 



Kağızla qələmi alım əlimə, 

İşsiz oturmuşam özüm - özümə. 

Hey ölçür, düşünür, düşünürəm mən, 

Nə edə bilər ki,  balaca insan? 

Gözünü açandan eşidir insan: 

Görülür tədbirlər, işlər tutulur, 

Uğurlu inkişaf gedir, qurulur. 

Danışıqlar gedir, görüş qurulur. 

Qabaqdayıq, iyirmi yeddi faiz 

Dünyaya səs salmışıq, budur caiz. 

Avropa şurası, ATƏT nədir ki, 

Be -eM -Te dən gəlir indi  səsimiz. 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə