Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə265/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   261   262   263   264   265   266   267   268   ...   282

 

551


Eşit bizi  ey, dünyadan gedən, 

Salamlar apar sən ruhi dünyaya, 

Qoy qəzəbli, məkrli, acıqlı ruhlar, 

Qayıtmasın bizim gözəl dünyaya, 

Öz çirkin məqsədni davam etməyə. 

Qoy qonaq olsunlar bizim dünyaya, 

Yalnız xeyirli, nurani, ağıllı ruhlar. 

Müharibələrdən biz yorulmuşuq , 

Xəyanət, paxıllıqdan cana doymuşuq, 

Düzlüklə  yaşamağı arzu edərik,. 

Özümüz  də düzlüyü  daim  pozarıq, 

Sən də gözlə orada o qədər zaman, 

Nifrətdən, qəzəbdən xilas olasan, 

Xeyir xəbər üçün qonaq gələsən. 

Kimə hörmət, kimə pislik etmisən? 

Nə qoyub gedirsən, ay yorğun yolçu, 

Səfərə çıxmısan  yolun uzaqdır, 

Yeni həyatında necə dözəsdən? 

Yəqin sən yetmədin bütün arzuna

Yəqin yetdiklərin də kafi qədərdir, 

Sən indi rahat yat düşünmə artıq, 

Düşünməyin artıq faydası yoxdur. 



26 Yanvar 2008 

------------------------ 

Alma nadan qadını 

 

Ailə xeyrini nadan anlamaz, 



Amalın bilməzsən, alim də olsan, 

Fikri də mənasız, məntiqi olmaz. 

Bədbəxt olacaqsan nadanı alsan. 

*** 


Keçər ömrün boş, mənasız qalar, 

Elə işin onu qandırmaq olar, 

Nə o insan olub axırı qanar, 

Nə sən təlimini bitmiş sanarsan. 

*** 

Nə desən qaytarıb əksini deyər, 



Bir yaxşı hərəkət lazımsa əgər, 

Məhz onu eləməz kəssəndə əgər, 

Alma nadan qadın yumşaq olma sən. 

*** 


Hər şeyin əsası əvvəl qoyular, 

Taleyi nadanla keçməmək üçün, 

Diqqət ver onun ilk hərəkətinə, 

Əvvəl necə görsən, elə sanarsan




 

552 


*** 

Əsas eybinə sən fikir verməsən, 

Özünü gizlədən dilə inansan , 

Üznə aşıq olub göylərdə uçsan, 

Sonra peşman olub günü sayarsan. 

*** 


Bu işdə də dərin fəlsəfə vardır, 

Təsirə bərabər əks təsir vardır, 

İnsan xasiyyəti dəyişməz vardır, 

İnsanlar müxtəlif, çox halı vardır, 

Nadan, ya ağıllı  ötəri addır, 

Hər şey, hər varlıq bir sistem vardır, 

Onda hər xassədən  bir az vardır, 

Uyğunluq qanunu böyük qanundur, 

Hər şeyin yekunu onunla doğar 

Müvafiq olmasa hər kəs ailədə, 

O da nayrazı qalar, sən də qalarsan. 

Sən də nadan adı ondan alarsan. 



24.06.07 

----------------- 



Artır bəzilərinə maaş 

Bəzilərə artır maaş, gah da pensiya, 

Bəzilərə daha artıq, fəqirə qram – qram, 

Qalxır tarif asta- asta, daim hamıya 

Sonra qiymət qalxır çarxa, hey aram-aram 

**** 


İşsizləri çoxdan silib dəftər- hesabdan, 

Hiyləsi də məlum onun - xülya yaratmaq, 

Guya  dövlət özü candan qayğı göstərir, 

İşsizlərdən  tarif ilə pulu çıxardıb, 

Qoyur məmur cibinə o, qayğı göstərir, 

21 May 2007 

------------------------ 

Azərbaycan,  təzadlı can 

 

Qurulub əsası despota uyğun, 



Məmur  bəla olub, tərif uydurur, 

Ağlı çatmır düz idarə etməyə, 

Xalqı kənar edib, cibin doldurur. 

**** 


Üç ay gözləyirəm bir qərar versin, 

Mənim iş haqqımı özümə versin, 

Məmur vətəndaşa bir qiymət versin, 

Məmur saymazlığı  məni yandırır. 

**** 



 

553


Neftin pullarını oyuna qoyur, 

Sizinçün  tikirəm, qururam deyir, 

Pulun  da çoxunu cibinə qoyur

Tikdiyi  bəzəkli  görüntü olur. 

**** 

Ağlı inflyasiya,  işsiz yaradır, 



Nə edirsə, hamsı  belə qurtarır, 

Torpaq tutur, gündə erməni atır, 

Rəhbər baxıb tökür, araqdan vurur. 

**** 


Getdikcə pisləşir, istiqlal itir, 

Cürət çatmır alsın, Qarabağ gedir, 

Xalqa məhəl qoymur, sanki it hürür, 

ABŞın qarşısında daim mil durur. 

**** 

Ağlı çatmır onun sonu görməyə, 



Görəni eşitmir, gəlsin köməyə, 

Boşa gedir neftdən gələn sərmayə, 

Guya baş işlədib, siyasət qurur. 

**** 


Büdcəni  bölməyi keçirib ələ, 

Pulu xərcəməyə tapıb məşqələ , 

Tutub bu vətəni  mərmər  heykələ

Sonra güllər ilə yanın doldurur. 

**** 

Bütpərəstlik yenə qayıdıb gəlir, 



Bütlə dolub vətən, zinhara gəlir, 

Hər  gələni  bütə  o baş əydirir, 

Saxta hörmət ilə beynin doldurur. 

**** 


Öznə uyğun yazır, hər bir qanunu, 

Dövlətin adına dövlət məmuru, 

Hər şey xeyrinədir müdir, məmurun, 

Tofid gülür, baltanı dibindən vurur. 



9 Mart 2008 

----------------------- 

Azərbaycan, sən xalqınsan 

 

El bilir ki, sən xalqınsan, Azərbaycan , 



Qədimlərdən keçdin gəldin, Azərbaycan. 

Sən bəlaya neçün gəldin Azərbaycan? 

Ağa olub taxta çıxan Dələduza, 

Müti olub bel bağladın, Azərbaycan. 

*** 

 



 

554 


Yad ellilər, xəlifələr qanlar tökdü, 

Şəhərləri viran edib yurdsuz qoydu

Sənə vəhşi, yad davranış, əxlaq qoydu, 

Ağıl, gücü çatammadı, Zərdüştlüyə, 

Qılıncla öz uydurduğu dinin qoydu, 

Insanları parçaladı iki yerə, 

Birnə kafir, birnə mömin adın qoydu, 

Bunla müharibə, konfliktə səbəb qoydu. 

Zorakılıq, vəhşi, nadan əxlaqını, 

Əsrlər boyu burda qoydu, Azərbaycan. 

*** 

Xanlar, bəylər qanı sordu darğalarla. 



Katiblərin,  rəislərin məmurlarla, 

Müftə yeyər xalq malını, rüşvət alar, 

Hər insana tələ qurar, tora salar, 

Pul almasa asancana əlin çəkməz

Zorakılar, müftəxorlar, çapolçular, 

Iqtidarın kürsüsünü  qapsalar  da, 

Davam edir  həmin həyat qaydasında. 

Çörəyinə şərik olur, məmur ağa, 

Neftə ağa, qaza ağa, suya ağa, 

Yazılsa da  boynu yoğun  iqtidara, 

Qalma yenə belə gündə, Azərbaycan. 

*** 


İşsiz etmiş hələ məni hökumətim, 

Yeni yeni  arzu gəlir qəlbə mənim

İşləyərdim, biliyimi göstərəydim, 

Vəzifəni pulla  satan alçaqlara, 

Vəzifəni pulla   alan nadanlara. 

Nə vaxtadək sizlər alıb satacaqsız? 

Torpaq, vicdan, nə varızdır, satacaqsız, 

Hamımızı qaçqın, köçgün salacaqsız, 

Bəs deyilmi  əməlbazlar, ağılsızlar, 

Asıb başdan Heydər İlham şəklini siz, 

“O kişiyə Allah qəni rəhmət etsin, 

Rüşvət haram, cinayətdir” deyirsiniz. 

Lakin elə alırsınız,  utanmadan, 

Yenə, sən öz xalqınınsan, Azərbaycan. 

*** 

Çeviribdir ev - eşiyi cəhənnəmə, 



Kölə edib hər insanı öz əmrinə, 

Uydurduğu qanununa, qaydasına, 

Kürsüdarı, qanundarı, iqtidarı, 

Nə edirsən, rüşvəti ver hesabına. 

Tarixi yaz, unutma sən Azərbaycan. 



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə