Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə267/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   263   264   265   266   267   268   269   270   ...   282

 

559


Rəisləri qudurarlar, 

Nə istərlər, əmr edərlər, 

Nə qədər pul, nə qədər mal

Dinmə, ver- al  qanunudur, 

Əsas qanun, qaydaları. 

Vətən, necə vətənsən sən? 

*** 

Səsi çıxmaz rəiyyətin, 



Cavab almaz harayına, 

Evi, malı soyulanı, 

Xəstə qalıb  zarıyanı, 

Işsiz qalıb ağlayanı. 

Vətən, necə vətənsən sən? 

*** 


Şikayət yaz, ağla, bağır, 

Məhkəmədə haqqı çağır, 

Nəyin vardır rəisə ver, 

Fərqi yoxdur, canını ver, 

Qul olub hey qalacaqsan, 

Əzilibən soylacaqsan, 

Nəyin varsa verəcəksən. 

Vətən, necə vətənsən sən? 

*** 

Deputatı, prezidenti, 



Nazirləri , prokuroru, 

Rəisləri , ah!?..  Polisi ! , 

Yada salma, uzaqdan get. 

Artar zülmün məktub yazsan

Peşman olub qalacaqsan, 

Özün naqis, böhtan atan, 

Təxribatçı çıxacaqsan. 

Nəyə lazım belə dövlət? 

Vətən, necə vətənsən sən? 

*** 


Vətən üçün ağlayanın, 

Canı çıxar çəp baxışdan,, 

Şallaq yeyər, həbs olunar, 

Sürgün olar ailəsi, 

Vətən necə vətənsən sən? 

*** 


 

Sırtıqları, varlıları, 

Soxulurlar iqtidara, 

Aldadaraq kasıbları, 

Guya seçki keçirirlər, 



 

560 


Hər nə yazır, yaradırlar, 

Özlərinə xidmət edər, 

Sadələrin zərərinə, 

Beləcənə davam edər, 

Köhnə qayda, ağa, nökər, 

Zülüm, rüşvət və xəyanət

Vətən necə vətənsən sən? 

*** 


Nefti verər, vəzifəyə, 

Güzəşt edər İngilisə, 

Öz xalqının mənafeyin, 

Istehsalın, ölkəsinin, 

Atar, satar, dayandırar. 

Öz cibinin xeyrinə o.. 

Baxın görün necə gəlir, 

Vəzifəyə oğru, nadan. 

Torpaq satar erməniyə, 

Rüşvət sorar, rüşvət verər, 

Torba tikər düz adama

Vətən, necə vətənsən sən? 

*** 

Xəstə yatar, yazıq insan, 



Pulu yoxdur, həkim baxmaz, 

Müalicə, dərman olmaz. 

Işsizləri nalə edər, 

Iş axtarar hər bazarda, 

Boynu yoğun iqtidar da, 

Davam edər varlanmağa, 

Saya salmaz ah - naləni, 

Bağlar gözün, qulağını, 

Vətən, necə vətənsən sən? 

*** 


Tofhid deyər yazıq millət, 

Düşün bir az, ayıl millət, 

Nə vaxtacan dərd çəkəsdən, 

Müftəxora  pay verəsdən 

Bir az düşün haqqın haqda, 

Müftəxora, riyakara, 

Ağa deyib, qul olma sən. 

Əməlində həmrəy ol sən. 

Yeni qanun yazmaq üçün. 

Iqtidarın oğru, rüşvət , 

Istismarçı, ədalətsiz, 

Ağa – nökər qanunların, 

Cır, at, yandır, kökünü kəs. 



 

561


Insaniyyət, əxlaq üçün, 

Ləyaqətli həyat üçün, 

Dəyişin siz, quruluşu. 

Təzdən yazın hamılıqla, 

İctimai  müqavilə. 

Vətən gəl sən hamımıza, 

Nəhayət ki, Vətən ol sən! 

*** 


Hamımıza eyni gözlə, 

Eyni cürə baxginən sən, 

Əql, zəkaya qiymət ver sən, 

Ancaq belə vətən ol sən! 



Mart 2006 

------------- 



Bazar 

 

Ölkəni çevirib bazar etdilər, 

Bazar idarəni edə bilmədi

Bazarı hamıya rəhbər etdilər, 

Biri varlı, dördü ola bilmədi. 

**** 


Pulu xöşbəxt həyat sanıb yığdılar, 

O xoş - ailə, həyat, dostluq vermədi, 

Bazarı  tutub dəyər sandılar, 

Ölkəyə xoşbəxtlik, rifah vermədi. 

**** 

Bazarlıq qızışdı,  küçəyə qaçdı, 



Əxlaq yaddan çıxıb, pul işə düşdü, 

Saxta mallar, biclik həddini aşdı, 

İnsanlıq, ləyaqət, hörmətdən düşdü. 

**** 


Dövlət  birləşdi birgə bazarla, 

Yeni bir oliqarx sima yarandı, 

Sökməyə  daraşdı yeni  həvəslə, 

Ümidsiz, atılmış insan yarandı. 

**** 

Bir şirvan gəlirə dostluq satıldı, 



Hörmət cibdə olan pulla ölçüldü, 

Bilik, düzlük, əxlaq, müdriklik öldü

Maşın, villa, geyim meyara çöndü, 

Gözdən şərəf, ağıl, mərifət düşdü, 

Işə  rüşvət, yalan, dələduz  düşdü. 

5 Dekabr 2007 

----------- 




 

562 


Yerin görsənir babam 

 

Yerin görsənir babam, 



Əlac elə millətə, 

Hamı qurşanıb yaman, 

Alverə, həm rüşvətə, 

Gəlib ayırd elə sən, 

Necə yaşasın insan, 

Dərdinə əlac yoxdur, 

Vəziyyətdən çıxasan, 

Çıxıb yenə bu cəllad, 

Hakimiyyət taxtına, 

Başın qatıb millətin

Torba tikir xalqına, 

Uzadır hakimiyətin, 

Yönəldərək usdaca, 

Xalqın fikrin, məqsədin, 

Hakimyətdə qalmağa, 

Qurub qurğusun belə, 

Yaman ilişib millət, 

Məmur saya salmayır, 

Qocalır çəkib zillət, 

Nöbəti hakimi mülk, 

Dücar edib ustaca, 

Hamını pis işlərə, 

İşin görür astaca. 

1997-ci il 

------------ 



Ağlıgödək padşah və müdrik alim 

 

Zaman bu zamana yaman oxşardı..., 

Qədim zamanlarda bir padşah vardı, 

Ağlı gödək, boyu  xeyli uzundu, 

Əzbərdən öyrənərdi necə danışsın, 

Yeni sözlərə dil  bir az alışsın, 

Baxmazdı  sözlərin o  mənasına, 

Nə  gəldi döşərdi öz havasına: 

- Eşidən rəyətin qəlbin ovlasın, 

Onu da savadlı, ağıllı saysın. 

Onun danışığı necə gülüncdü..., 

Onun sözlərinə pişik!.. gülürdü, 

Məntiqdən uzaqdı, uydurma idi, 

Sözülə əməli həmşə tərs idi, 

Hər nazir özünə fərman yazırdı, 

Şah da  anlamayıb imza atırdı, 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə