Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə271/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   267   268   269   270   271   272   273   274   ...   282

 

575


Vastəsilə pay-püşk olur. 

Hüquqları qorunmayır, 

Dərəbəylik idarədə. 

*** 


Prezidenti , nazirləri

İcra edən  rəisləri , 

Nə istəsə onu edər. 

Parlamentin hökmü yoxdur, 

Tələb edə  məsulyəti , 

Cavab verə çar, naziri. 

Qulluqçular öznə ağa, 

Hansı əmri istər, verər, 

Məhkəməsi cıbə baxar, 

Şirvanlarla “işə” baxar, 

Dərəbəylik Azərbaycan. 

*** 


Hökuməti insanları, 

İşsiz qoyur siyasətlə, 

Yaşamağa heç imkan yox, 

Qayğı deyir, həyası yox. 

Uşaq pulun  tamam kəsir

Budur qayğım sizə deyir. 

Sosyal qayğı siyasəti , 

Tamamilə  allatmadır. 

Bəzisinə,  rüşvət alıb, 

Yardım verir sağ əlilə, 

Geri alır sol əlilə. 

*** 


İmkan vermir özgələrə, 

İstehsalı, yaratmağa, 

Lakin buna kömək  deyir. 

Hansı düzdür, özün inan, 

Elmi işi  tam öldürüb, 

Lakin buna kömək  deyir. 

Didərgindir vətəndaşı, 

Lakin buna qayğı  deyir. 

Heç bir yerdə vətəndaşın, 

Müdafiyə etmir haqqın, 

Hamıya da qayğı deyir . 

Şikayətə cavab vermir, 

Bir olmuşam xalqla  deyir. 

Kasıbın son pulun  alır, 

Lakin buna qayğı  deyir. 

Mat qalmışam, Azərbaycan, 

Çox üzlü can, Azərbaycan. 



 

576 


*** 

Azərbaycan, varlı diyar, 

Varından ki xalqa nə var, 

Hamısına  sahib olub

Dövlət ali rəhbərləri, 

Bir də yerli  rəisləri. 

*** 

Əsqərləri bit basıbdır, 



Yara tökür  ayaqları, 

Yaxşı gəlir mənbəyidir, 

Əsgər ana, ataları. 

27 İyun 2006 

--------------------- 



Bizə nə qaldı, nə qalır, nə qalacaq 

 

Iki min yeddi də beləcə keçdi, 



Vətənin qəliri  artdı, çoxaldı, 

Gəldiyi kimi də dolayı getdi, 

Rəyasət varlandı, xalqa nə qaldı? 

**** 


On üç il gözlədi o məzlum insan, 

Heydərin vədinin çatası zaman: 

“Neft axıb dollari gətirər haman, 

Bir azca dözün, neft sizə dərman” 

Boş çıxdı söz, xalqa zülm qaldı. 

**** 


Tikildi platforma, özül şadyana, 

Günəşli, Azəri, Çıraqa  turba, 

Neft də axdı sel tək birbaş Ceyhana, 

Pulun doqquz payı çatdı yad yana, 

Biri ancaq  çatdı Azərbaycana, 

Çox gözlədi, xalqa axır nə qaldı ? 

**** 

 

Dollar  axıb daşıb, büdcəni tutub, 



Dolların başında İlham oturub, 

Dolayı xərcləyir, xalqı unudub, 

Haqqı özündə deyil, xalqa nə qaldı ? 

**** 


Təm - taraq qurulur, Heydər adına, 

Saraylar tikilir, Heydər adına, 

Rəqs edir fontanlar, mahnı oxuyur, 

Heydərin şəklini suda toxuyur , 

Varlı, məmur sinfə xidmətdə durur, 

Bundan kasıb xalqa heç fayda yoxdur




 

577


Xalqa lazım savad, həkim, müalicə, 

Klub, iş yeri, su, torpaq, ev, yaşıllıq, 

Mədənyət, düzgünlük, ədalət,  işıq, 

Elm, texnika, imkan, yaratmaq, qayğı, 

Azadlıq,  özünə  rüşvətsiz sayğı, 

Düz idarə - qanun, cavabdeh  məmur. 

Xalq  xilas gözlədi, bəs harda qaldı ? 

**** 


İlham Heydər fəndilə qulluğa  keçib, 

Nasaz idarə qurub iftixar edir, 

Camahat Bakıya axışıb gəlir, 

Yaşamaq ki yoxdur, dərdindən gəlir, 

Sıxlaşır şəhər də, hər şey dar gəlir. 

**** 


Hökumət yaradır hər cür problem, 

Xalqın pulu ilə səhvin həll edir. 

Səhvləri  düzəltmək oyunu gedir

Qaşı düzəldərkən göz də tökülür. 

**** 

Səhərdə, dənizdə körpülər tikir, 



Vağzalı təmir edir, sonra köçürür, 

Bulvarı uzadır, zavodu sökür, 

Talkuçkanı tikir, sonra köçürür, 

Xalqın varı, torpağı, nefti , qazı, 

İlhamın uşaqlıq şıltağna  gedir, 

Heydərin adına qurbana gedir. 

**** 

Dollar boşa gedir, xalq  da daralır, 



Vəziyyət  dəyişmir,  eləcə qalır, 

Məmurlar, işbazlar ancaq varlanır. 

Ölkə önə getmir, yerində sayır, 

Qiymətlər maaşla daim yarışır. 

Xalq varıyla məmur keyfini alır, 

Yeri çoxdan tutub erməni, atır, 

Xalqa da vaxtında rüşvəti vermək

Aldadılmaq, haqqı daim  pozulmaq, 

Alçaldılmaq, xidmət, nökərlik qalır. 

**** 


Gələcək görsənir çox qaranlıqda, 

İnsanlar bölünüb iki  qurupda, 

Ondan biri varli, doqquzu yoxsul, 

Pulu yox, nemətə çox baxır məlul, 

Vaxt boş itirilib tərəqqi yoxdur, 

Elm texnika ölmüş, sənaye yoxdur, 

Ölkə çönüb olmuş xammal bazarı, 



 

578 


Xarici məhsula satış bazarı, 

Qərbli ağalara  bir nökər olmuş, 

Qaçan qaçmış, yerdə kasıblar qalmış, 

Neft az qalıb daha tamam qurtarsın, 

Özgə gəlir yoxdur, büdcə də dolsun, 

Bütün bu ölkənin varı  əmlakı, 

Bir dəstə dələduz əlinə keçmiş

Nadan  dövlət xalqı atmış, allatmış, 

Ölkəni ərazisi xeyli azalmış, 

Axmaqdan Erməni torpağı almış. 

**** 

Ey məzlum insan, yel, belə ki, əsir, 



Heydər nəsli taxtdan əl çəkməyəcək. 

Xalqı həmişə boş sözlər yeyəcək, 

Kədər gətirəcək, əksərə neft də, 

Yaşayacaq daim misgin ilimdə, 

Bu xalqın əmlakı, varı, sərvəti, 

Olacaq bir sürü oğru məmurun, 

Xalq daim olacaq nökər onların, 

Onların çaldığı iyrənc havada, 

Onların yazdığı qanun, qaydada. 

**** 


Yüz illər özünü şah etmiş kəslər, 

Xalqının başına çox oyun açmış, 

Torpağı qoruya bilməyib, getmiş 

Yalnız öz cibini, taxtını güdmüş, 

Xalqı müti, gözü  kölgəli etmiş. 

Qoymamış sözünü, etriraz desin. 

**** 

Səbəbi budur ki, bütün bunların, 



Xalq özü idarə etmir, inanın, 

Imtina edibdir, öz  haqlarından, 

Özünü toplayıb öz iradəsilə, 

Özünə  layiqli idarə qurmur, 

Buna da  biliyi, cürəti çatmır. 

Hər şeyi buraxır yad öhdəsinə, 

Inanıb onların boş vədlərinə. 

**** 


İnkişafın yalnız bir yolu vardır, 

Bütün xalqın özü iştirak etsin, 

Qanunu özü yazıb icranı etsin, 

Verməsin heç kəsə üstünlük haqqın. 



 

Şənbə, 15 Sentyabr 2007 

------------------ 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə