Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə272/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   268   269   270   271   272   273   274   275   ...   282

 

579


Bizim arvad 

 

Dad əlindən bizim arvad. 



Yaman, yaman, halım yaman, 

Şikayətçi, hər gün hər an

Elə deyir: “ get işlə sən, 

Hardan olsa pul gətir sən, 

Uşaq acdır, paltarı yox , 

Qanı azdır, yeməyi yox “, 

Belə deyir, bizim arvad , 

Ağlayır o,  atır kitab, 

“Bəsdir daha, cərlədim lap, 

Evdə hər şey köhnəlibdir, 

Divarlar da nə kökdədir 

Dağılıbdır, kıran axır, 

Qazan deşik, trap yoxdur, 

Bu evdə hec kişi yoxdur, 

Kişiyə bax,  kişi ol sən! 

Remont elə bu evi sən, 

Camata bax, utan bir sən, 

Yox paltarım, ayaqqabım, 

Kücəyə mən necə cıxım”, 

-Belə deyir bizim arvad. 

Az qalır ki, qəzəbindən, 

Dəli olsun, ağlı qaçsın, 

İş ki yoxdur, pulun alsın , 

Dayanıbdır zavodumuz, 

Başa düşmür, anlamayır, 

Prezident tək eşitməyir

Kar eləmir, bizim arvad, 

İzahatlı xahişimi , 

Nə edim ki, hara gedim? 

Bağlanıbdır zavodlar da, 

Qoca şeytan cavab vermir, 

Çox yazdığım  şikayətə, 

Dönüb kaftar, Əzrailə, 

Bir-bir qırır, insanları, 

Xəlvət, səssiz, insafı yox, 

Eşitməyir izahatı, 

Bilmirəm mən,  hara qacım, 

Bu tələdən, xilas olum , 

Gündən günə tələblərin, 

Çoxaldır o, siyahısın , 

“Çıx get evdən”! - nəhayət ki, 

Qərar verir, bizim arvad. 




 

580 


6 Aprel 2000-ci il 

--------------- 



Qalx ayağa, Azərbaycan 

 

Qalx ayağa, Azərbaycan, 



Qalx ayağa, oyan millət

Bəsdir daha çəkdin zillət, 

Ətrafa bax, irəli bax, 

Özünə gəl, rəhbərə bax, 

Yuxuları yaddan çıxart. 

Sən yuxuda, dünya ayıq, 

Ağlı verib əldən çavuq, 

Başda duran şeytana bax, 

Məhrum edib işdən səni. 

Qazanc sönüb çoxdan bəri, 

“Dözün, ölün,  qaçın deyir, 

Xoşuz gəlmir, köçün”- deyir. 

“Belə yolu mən seçmişəm, 

Keçmiş  böyük fitnəçiyəm, 

Qarnım, gözüm, doymaz mənim. 

Var dövlətdir mənim qibləm 

Çoxdur, nəvəm, qohum- qəbləm, 

Hər biri də iştahlıdır, 

Şəxsi ağzı,  cibi vardır, 

Bütün sərvət hələ azdır, 

Hələ sağam, yığam gərək, 

Vəzifədə qalam gərək. 

Siz  özgələr dözün hələ, 

Axı sizlər dözümlüsüz, 

Bilirəm mən, deməsəniz. 

Sınamışam  otuz ildir. 

Xidmət edin şahınıza, 

Budur əzəl, ümdə qayda. 

*** 

Rüşvət verin vaxtında siz: 



Doğulandan ölənədək, 

Hər bir halda, nə etsəniz, 

Hələ gəlir nəfəsiniz. 

Səbrli olun, nolub sizə ? 

Neft ki çoxdur, dənizdə də. 

Gözləyin siz  çıxsın, sataq, 

Xoş gün gələr sonra sizə”. 

Ancaq demir bəs çıxan neft, 

Hara gedir, necə olur, 

İstehsalı  tamam kəsib, 




 

581


İşçiləri çölə töküb, 

Heç bir yardım verməyirsən. 

Hər bir işdə günahkarsan. 

Ağıl lazım Azərbaycan, 

Bu fitnəni dağıtmağa. 

1997 

-------------- 



Başlandı işsizlik günlərim- 1997 

 

Başlandı işsizlik günlərim belə, 



Atıldı necə min fəhlələr çölə, 

Doxsan yeddinin bir payız ayında. 

Vermədən aprelin maaş payın da, 

Necənci zavod da belə bağlandı. 

Ehtiyac, ehtiyac üstə calandı. 

Kimdən kömək umaq, necə eləyək, 

Faydasız nitqləri necə dinləyək

Evdə satmağa da daha bir şey yox, 

Paltar, ayaqabı, dəftər, karandaş, 

Bunları düşünüb, di gəl ayaqlaş. 

Yola pul heç catmır, şey almasan da, 

Şofer də tərs baxır, sən baxmasan da. 

Düzülüb yan-yana alver edənlər, 

Bəlkə cörək ücün gəlir edələr. 

Yaranıb hər yerdə, talkuçqalar var, 

Yerin altı, üstü   paltar satanlar, 

Aşıb daşır yollar, baxça, bazarlar, 

Burda hər peşədən kimi desən var, 

Fəhləylə, mühəndis, çox inşahatcı, 

Hər peşədən çoxlu hər ixtisascı, 

Müəllim, daşkəsən  elektronçu

Konstruktor, texnoloq, bir ixtiraçı , 

Hamısın saymaqla qurtaran deyil, 

Alver etmək hələ havayı deyil, 

Bazarkom, polisi gərək anasan, 

Neçə desə, cibə pulu salasan. 

*** 

„Qurmuşuq maqazin  iqtisadını”, 



- Fəxrlə deyir dövlət bazar adını . 

Nahaq gözləməyin, ali rəhbərlər, 

Hazırladığınız, necə deyərlər, 

Növbəti “vakant”yerdə əli qoynuna, 

Zənbil - dükanımı asıb boynuma, 

Alver etmək ücün həmən gedəcəm, 

Hələ bir sizlərə “sağ ol” deyəcəm? 



 

582 


Gəlin araşdıraq görək kimik biz. 

Konsitutitsiya qoy sizin olsun, 

Ozünüz yazdınız, qoy elə olsun. 

Gəlin oxuyaq biz xalq da dinləsin, 

İnsan huquqları bəyannaməsin: 

“Dövlətdə vəzifə konkurslu olsun, 

Hər kəsin bərabər hüququ olsun

Eşitsin vətəndaşı, haqqın səsini, 

Ləyaqətli həyat səviyyəsini, 

Kərəkdir yaratsın dövlət hər kəsə, 

Görsün hər tədbiri bu bəs etməsə”. 

Nə qədər çəksəniz xəcalət, azdır, 

Dünyanın qanunu necə olsa  da, 

Nədənsə saymırsız qanun olsa da, 

Dərə xəlvət, bəy də tülküyə deyib, 

Xalq Nəzarətinin  dalından dəyib, 

Birləşərək işbaz ilə bir əldə, 

Hökümət, məhkəmə, Milli məclis də. 

Qanun gözətcisi prokuror, polis, 

Varmıdır bir qurum ki olsun xalis? 

Əməlinizdən xalq şikayət etsin?                      Şikayət nədir ki, ta yoxdur Moskva, 

O qulağınızı  hərdən  dartmaqa, 

Qoyub hər zavoda rüşvət daskını, 

Ver dediniz gəlrin tam yarısını, 

Qanmadınız daha, dözməz istehsal, Axtarsanda,tapmaq olmur, yerli mal,          Siz tox 

olub işsiz qoyduz işçini , 

Baqquşa elədiz möhtaç milləti, 

Halallıq, vəzifə borçu, xəçalət, 

Siz etməmisiniz bunlara adət. 

Lakin əmin olun, o xəçaləti, 

Sizin əvəzinizə, hər cür töhməti, 

Gündə çəkirik, siz çəkməsəniz də, 

Su, qaz, ev, işıqa təftiş gələndə. 

Bazarda görərək hər çür neməti

Hələ eşidəndə xeyiri, şəri, 

Qapını döyəndə gündə dilənçi, 

Baxın nələr çəkir işsiz, əməkçi, 

Xalq malını təkçə özəlləşdirib, 

Ekranı özünə mülkiyyət edib, 

Özünüzü hələ  tərif edirsiz? 

Çox gözəl danışıb, vəz edirsiniz: 

-“Dözsün xalq, biz quraq müstəqil dövlət, 

Axı müharibə, edir bu dövlət,                     Müstəqil ölkəmiz varlı olacaq, 

Hər insan istəsə, xoşbəxt olacaq”. 

*** 

Bəli, biz dözürük, başqa yolmu var? 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə