Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə274/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   270   271   272   273   274   275   276   277   ...   282

 

587


Yaxşı həyat üçün, insan çalışsın, 

Mərifəti gərək düzgün yaratsın, 

Uydurma baxışı, ehkamı  atsın, 

Ehkamlar səhv çıxır, dünya dəyişir. 

**** 

İnsan hey öyrənir, idrakı artır, 



Ağılsız, köhnəlmiş, səhv  aşkar olur, 

Dəyərlər, adətlər köhnəlir, gedir, 

Yeni köhnəni basır, dünya dəyişir. 

**** 


Köhnə daim vuruşur yenilər ilə, 

Adətlər toqquşur ağıl, məntiqlə, 

Inanclar səhv çıxır yeni ağılla, 

Ağıl qalib gəlir,  dünya dəyişir. 

**** 

Dinlər tormoz olub bəşəriyyətə



Eqoist uydurmanı atır millətə, 

Alıb ağlın insanı salır zillətə, 

Dinlər əks olsa da, dünya dəyişir. 

**** 


İstismarçı bəylər rejimi qorur , 

Insanlar ədalət, düzlük axtarır, 

Haqlar tarazlaşır, insanlıq gəlir, 

Hamı layiq olan həyat istəyir, 

Dünya yaxşılığa hərdən dəyişir. 

**** 


Saxlayıb özündə əks cəhətləri, 

Özünün yaxşı- pis istiqamətni, 

Orta xətti üzrə öz rəqslərini, 

Dünya dayanmadan, sabit dəyişir. 

**** 

Iqtisadi biznes  hey qloballaşır, 



İmperiya bəzən yenə qurulur

Bir tərəfdə əlbir xalqlar ayrılır, 

Torpaq səhralaşır, yer istiləşir. 

Birləşib, ayrılıb dünya dəyişir. 

**** 

Həmrəy, əlbir, məsul olmaq yaxşıdır, 



Tərəqqini – icad, kəşvlər artırır, 

İnkişafa elmli qərar çatdırır, 

Ağıl olsa, tez də dünya dəyişir. 

**** 


Varlı – kasıb paya icma ayrılır, 

Kapital hakimsə, əxlaq azalır, 

Zəyiflər öz haqqın görüb anlayır , 



 

588 


Yeni toqquşmaya xalqlar uğrayır, 

Daim rəqs eləyir, dünya dəyişir. 

Bükülüb açılır, dünya dəyişir. 

21 Mart 2008 

-------------- 



İnsan 

 

Çalışdın, işlədin , çarpışdın insan, 



Ağrıdan doğuldun , süd əmdin insan, 

Oxudun,  çalışdın , evləndin insan, 

Kimi ağa oldu , kimi də nökər. 

Kimə hörmət edib , adam saydılar, 

Kimin malın alıb  pis ağlatdılar, 

Kimi rüşvət verdi, kim rüşvət aldı, 

Kim rüşvət verməyə məcbur edildi. 

**** 


Biri xəyanətkar , yalançı oldu, 

Hamya torba tikdi, qabağa getdi, 

Rəis masasının dalına keçdi, 

Zəyif və düzlərə ağzını büzdü, 

Hər iş istəyəndən rüşvət istədi. 

Çox yığdı, nə qədər bicliyi vardı, 

Qızıl - gümüş zinət, pulu- paranı, 

Tikdi villasını, aldı hr yanı, 

Yedi , içdi,  gəzdi, keyfini çəkdi

Gözəl xanımlarla söhbəti oldu. 

**** 

Biri sakit, dinməz , düz adam oldu, 



Nə dedi düz dedi, düzün danışdı, 

Düz də  ona baxıb, dedi: “ çox düzdü”. 

Nə olsun, bununla hər şey ki bitdi, 

Dövlət kürsüsündə oturan yalan, 

Elə tələ qurdu,  elə qoşdu ki, 

Düzdən nə əsər, nə əlamət qaldı. 

Yazıq düzü deyib, ilişib qaldı. 

Bilmədi nə etsin? Yalanla olsun? 

Yalana düz deyib, o yalan olsun? 

Bəlkə yalançının üstünə getsin? 

Beləcə bəzilər yalana döndü, 

Bəzilər düz olub , lakin ac qaldı, 

Tək - tükü düz olub, özü ac qaldı, 

On adamdan biri düz kimi qaldı. 

Qulaq as ey  cavan,  anla sözümü, 

Getməmişdən öncə düşün dərin sən, 

Istəsən yalan ol , ya da  düz ol sən, 



 

589


Fərqi yoxdur, ölüb o gedəcəkdir, 

Dirilər sakitcə seyr edəcəkdir. 

Nə düzə düz, nə də yalana yalan - 

Deyəcəkdir, hamı - sağ qalan insan . 

**** 

Nə ona xeyirsə, onu deyəcək , 



Beləcə saxtakar, hiylə- yalanla, 

Tutacaqdır bütün dövlət postunu , 

Sorsan necə yaşadı, o, həyatını, 

Hər kəs deyəcək ki, çox düz yaşadı. 

**** 

İnsan da, heyvan da necə də oxşar



Hər biri çalışar, özünə yaşar, 

Bir fürsət gözləyər, bir məqam arar, 

Digərin məhv etsin, bir xeyir alsın 

Biri digərindən,  üstünlük alsın 

**** 

Bir düz görmədim bu dünyada mən, 



Yumşaq davrananı zülümdə gördüm, 

Hər kəs necə hazır, allatsın alsın, 

Yeyəsiz görünəni tez  atsın, alsın, 

Heç kəs öz xeyrini güzəştə getməz

Özgə xeyri  üçün  insafa gəlməz.. 

**** 


İnsaf edənə də qiymət verilməz, 

İnsan bəs heyvandan necə fərqlənsin? 

Yaşamaq  çəmini necə dəyişsin? 

Mümkündürmü bu, ey Tofid müəllim? 

Lazımdırmı bu,  ey Tofid müəllim? 

Şənbə, 22 Aprel 2006 

------------------- 



Bayatılar 

 

Əsgər gedər davaya, 

Həsrət qalar darıya, 

Başçıda ürək yoxdur, 

Versin əmrin davaya. 

**** 


Yadda saxla, unutma, 

Şah əməlin unutma, 

Nə desələr şəninə, 

Gerçəyə bax, inanma. 

*** 

Məmur gələr, gün geçər, 



Yığar toplayar, gedər, 


 

590 


Sənə onun nə xeyri, 

Qeydinə qal, o keçər, 

*** 

Ata deyir: 

Oğul gedir əsgərə, 

Təki evə sağ gələ

Rəis kontur istəyir, 

Düşdüm yaman əngələ. 

*** 


Rəis deyir: 

Atan gərək, çox gələ, 

Alıb sapoq, tez gələ, 

Burda ət, yağ, çay yoxdur, 

Əsgər, gələ əmələ. 

*** 


Ata deyir: 

Canım, gözüm ay rəis, 

Getdi varım  ay rəis, 

Evimi də satmışam, 

Oğlum gəlsin sağ rəis. 

*** 


Rəyis deyir: 

Nə vermisən ay kişi? 

Utanmırsan ay kişi? 

Bir tikə mən yemişəm, 

Hamsın alır “O” kişi. 

Bunu deyib rəyis əlini yuxarı 

tutur və 

*** 


davam edir: 

 

Mən haqsızlıq görürəm, 



Mənəm, burda dözürəm, 

Nə evim var, nə maaş, 

Xalqa  xidmət edirəm. 

*** 


Yaman işə keçmişik

Siz də, biz də bezmişik, 

Düşmən axı bir deyil, 

Özmüz “Onu” seçmişik. 



*** 

Əsgər deyir: 

Həştad kilo getmişəm, 

Altmış kilo gəlmişəm, 

Yirmi kilo nədir ki, 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə