27
Energetik forma –xəyal varlıq növünün aşağıdakı əlamətləri müşahidə edilmişdir:
1. İnsan və qismən heyvan öləndən sonra ayrılması güman
edilir və sərbəst
insanlar olan məkanlarda, yerdə, fəzada olması, insanın xasiyətlərini daşıdığı
müşahidə edilir.
2. Habelə ölmədən də insan və ya bir qrup insanların səslə və emosiyalarla
müşahidə edilən birgə fəaliyyətindən sonra (sevinc, kədər, qırğın) hadisənin baş
verdiyi ərazidə məkanda yerə, divara həkk olaraq bəzən görünməsi müşahidə
edilir və belə tək və kompleks hadisənin xəyalının uçaraq uzaqda onunla əlaqəsi
olmayan insanlara görsənməsi baş verir.
3. Heyvanlardan yaranan forma - xəyallar spesifik ağaclar (məsələn, zoğal,
ağcaqovaq) ətrafında reallaşır və itir; heyvanın tipik davranışını və formasını əks
etdirirlər.(Qədim Misirdə pişiyə sitayış təsadüfi deyildi)
4. Çox zaman insan formasında, bədənsiz, lakın forma kimi aşkar olaraq aqressiv
və ya xoş davranış görsədirlər.
5. Fiziki qüvvə təsiri edirlər, insanı boğmaq və ağırlıqla - qüvvə ilə fiziki təsir
etməsi qabiliyyəti var.
6. Sözlə, fikir və emosiyalarla əlaqəsi var.
7. İnsanı səslə, adı ilə çağırmaları mümkündür;
8. Bu bəzən, çox incə yaşıl – göy rəngə oxşayan material işıqlı maddə formasında
görsənir. (yenə də yalnız bəzi adamlara)
9. Habelə yeni tikilən mənzildə müxtəlif belə forma xəyalların reallşması baş
vermişdir; güman etmək olar ki, onlar əsasən konkret gözünə görsənən insanın
keyfiyyət və xassələrilə əlaqədardır.
Energetik forma xəyal dini spekulyasiya mənbəyidir. 21-ci əsr bu haqda rasionalist və
düzgün nəzəriyyənin yaradılması və bu hadisədən sui - istifadə edən dinlərin və
dələduzların əsil sifətini açacaqdır. Habelə özünü qəsdən və ya yanılaraq Allahın
vəkilləri, nümayəndəsi, oğlu, qızı adlandıran və bəşəriyyəti hissələrə bölüb insanları
özlərinə tabe olmağa çalışan insanların mahiyyətini açacaqdır. Bu kitabda mən bu
sahədə bir addım etmişəm, digər addımları siz oxucular edəcəksiniz.
Dünyanın fəlsəfi mənası.
Dünya çoxluqdan ibarət olaraq ierarxik qaydada çoxluqlara (ən azı bir parametrinə görə
avtonom qala bilən) bölünə bilən, hər çoxluq üst və alt çoxluqlarla əlaqədə və asılılıqda
olaraq, hər çoxluq özü qarşılıqlı asılı əlaqəli olan hissələrdən ibarət olaraq, hər hissə və
çoxluq doğulması, böyümə və sonra zəyifləməsi, ölməsi - tam forma və mahiyyətini
dəyişməsi mərhələlərindən ibarət həyat sikli, əbədi olmaq prosesidir, davamiyyətdir.
Kainatın və şeylərin ümumi quruluşu
Sonuncu böyük partlayışdan sonra elementar hissəciklərin soyuması və qarşılıqlı təsirilə
materiyanın yaranması və inkişafı dövrü başladı. Materiyanın müxtəlif mərhələ və
çevrilmələrindən, qarşılıqlı təsirlərindən sonra qalaktikalar, Günəş sistemi Yer planeti
yarandı. Yerdə materiyanın yeni inkişaf mərhələsi başladı və davam edir. Bütün analiz
göstərir ki, şeylər məhz birləşmə yolu ilə vahid tərkib elementlərindən əmələ gəlir. Hər
şey ilkin bölünməz və bölünən hissəciklərin sonrakı müxtəlif kombinasiyalarının
kombinasiyalarından ibarətdir. Hər şey məhz birləşmədir. Hər şey çoxlüqdur. Digər
28
tərəfdən, məsələ orasındadır ki, hər
bir şey tək deyil, hər bir şey çoxluğun içindədəir. Hər
bir şey bütöv müəyyən zaman ərzində dayanıqlı olan bir bütöv quruluşdur. Başqa sözlə,
hər şey sistemdir. Sistem sözü bütövlüyü, onun qarşılıqlı asılı və bir - birinə bağlanan
hissələrdən ibarət olması mənasını verir.
Sistemlərin - yaranan yeni kombinasiyalarının qrupları:
1) Zamana görə əvvəl və sonra əmələ gələn növlər,
2) Ayrıca avtonom coğrafi ərazi-fəza-məkanlarda əmələ gələn növlər,
3) Müxtəlif zamanlarda yaranan sistemlərin yeni kombinasiyası-yeni növlər,
4) Müxtəlif zamanlarda və müxtəlif məkanlarda yaranan sistemlərin kombinasiyası-yeni
növlər,
5) Bir ərazidə yaranan müəyyən sistemlərin və ya onların
elementlərinin yeni
kombinasiyaları,
6) Müxtəlif fiziki - kimyəvi - bioloji xassələrin, hərəkət növlərinin və mateialların,
formaların kombinasiyası ilə insanın məqsədli fəaliyyətilə yaranan obyektlər,
ixtiralar, səmərələşdirmələr,
7) Katalizatorlar, vasitəçilər köməyilə yaranan yeni obyektlər.
Hər şey zamana görə, müxtəlif zamanlarda (əvvəl ya sonra) və müxtəlif məkanlarda
(mühitlərdə) yarandığına görə, həm müəyyən, lakin fərqli potensiala –gücə, həcmə,
enerjiyə, ölçüyə və s. malikdir və eyni zamanda hər bir şey arasında bu potensialın
kəmiyyət və keyfiyyətinə uyğun olaraq əlaqələri var.
Bu hələ ki, aşkar edilmiş dörd növ fiziki qarşılıqlı təsir qüvvələridir : - Güclü nüvə
qüvvələri, Elektromaqnit qüvvələri, Zəyif – radioaktiv parçalanma qüvvələri və
Qravitasiya - cəzbetmə və itələmə qüvvələridir.(Novikov 1983) Canlılarda isə bioloji
sahənin olması ilə əlavə əlaqələr yaranır.
Bitkilərdə əlavə olaraq məkana və bir - birinə qarşı xoş və xoş olmamaq əlaqələri və
heyvanlarda isə cəlb etmə (öz növündən sosial dəstə yaratma) və itələmə (başqaları ilə
yaxınlıq etməmək, rəqabət); insanlara gəldikdə əlavə olaraq cəlb etmə ( öz növünü,
qohumunu, millətini, dinini, özü kimi düşünəni, öz xasiyyətində olanı və s. mənafelərinə
uyğun obyektləri); digər insanlara münasibətdə isə itələmə ( rəqabət, üstün olmaq)
əlaqələri mövcuddur. Başqa sözlə, hər bir şeyin özünü saxlama və ya olma prosesində
vacib təbii əlaqələri - xüsusiyyətləri var. İnsanın yüksək idrakı isə daha geniş əlaqələr
üçün imkan verir.
Demək, qeyd edildiyi kimi hər bir şey tək deyil, müəyyən çoxluğun içindədir. Bu
çoxluğun içində olmaq anından başlayaraq dərhal qarşılıqlı təsir əlaqələri işə düşür və
hər şey öz yerini alır – BÖYÜK QAYDA yaranır. Əvvəlki bölmədə gördüyümüz kimi
dünya, habelə onun istənilən hissəsi yaranan andan sonra materiya bütün istiqamətlərdə
öz inkişafını davam etdirir ki, bununla paralel və eyni zamanda bu BÖYÜK QAYDA da
yaranır. Hər şeyi idarə edən və status verən ÇOXLUĞUN YARATDIĞI BÖYÜK
QAYDA qanunları yaranır.
Qarşılıqlı qravtasiya təsirləri cisimlərin forma və davranışını müəyyənləşdirir. Bu
təsirə əsasən Nyutonun üniversal cazibə qanunu , sürətlərin işıq sürətindən artıq fəza
sistemi üçünsə Eynşteynin Ümumi nisbilik və cazibə qanunu bütün kainatın olma və
dəyişiliklər qanunu rolunu daşıyır.
Maraqlıdır ki, dünya da, qaydası da eyni zamanda yaranır. Dünya böyüdükcə
müxtəlifləşdikcə, qayda da genişlənir, ilkin təsir qüvvələrinin fəaliyyəti nəticəsində