Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə21/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   17   18   19   20   21   22   23   24   ...   282

 

43

şübhəsiz, bütün dünya bəşəriyyətinin  Amerikanın mənafeyinə uyğun davranışını nəzərdə 



tutur. Bəşəriyyət  ücün  ən yaxşı mövcud olma  bəşəriyyətin siyasi sisteminin ən azı iki və 

çox  polyar olmasıdır. Şübhəsiz, təbii tamlıq qanununa  görə dünya bəşəri sistemi iki əks  

yerə bölünəcək,  sonra hər bir hissə müxtəlif  əks ( yenə iki fərqli qruplar) elementlərdən 

ibarət olacaqdır. 



 

Şeylərin adı və mahiyəti  

     Şeylərdə iki əks mahiyyətli “+”  və “ – “ elementlərdən hansı  çoxluq digərindən üstün 

olarsa, şeyin son mahiyyətini  həmin anda, həmin xarakterli mahiyyət təşkil edir. Məhz 

bu üstün mahiyyət obyektin adını ifadə edir. Fasiləsiz dəyişmələrə ehtiyac yarandığına 

görə, digər anda isə digər işarəli keyfiyyətlər toplusu üstünlüyə malik olur. Onda deyirik 

ki, bu şey, iş, addım pisdir, geri gedir və s. Yeni anda, həmin şey artıq yeni mahiyyətə 

malikdir. Bu mahiyyət, onun yeni oynadığı rolu əks etdirir. 

     Şeylər həmişə eyni məna və mahiyyət daşımırlar. Şeylərin mənası, mahiyyəti və real 

adı, onun əlaqədə olduğu elementlə, sistemlə müəyyən olunur. Belə ki,  şeylər müxtəlif 

sistemlər daxilində olduğina görə onların məna və fəaliyyətinə uyğun funksiya daşıyır - 

rol oynayırlar. Ən azı iki şeyin qarşılıqlı təsirindən(mühitdə) üçüncü şey meydana çıxır. 

Şeylərin  əlaqədə olmaq səbəbi onların  universal  nüvə, cazibə, itələmə, elektromaqnit, 



zəyif radioaktiv parçalanma  xassələridir, başqa sözlə, onlarda mənfi və müsbət 

adlandırılan yüklərin, xüsusyyətlərin olmasıdır.  

Demək, qəbul etmək lazımdır ki, eynilə, insan həmişə həmin adam deyil, zamanlar,  real 

həyat münasibətləri davam etdikcə, insan da cürbəcür keyfiyyətlərə, xarakterə malik olur. 

Əgər o bir dəfə yaxşı hərəkət edirsə, digər zamanda o pis hərəkət edir. İnsan bir dəfə dost 

olacaq, başqa zaman düşmən, digər zaman neytral  olacaq. Bunlar hamısı insanın ona 

verilmiş rolu - tələbi yerinə yetirməsi, yəni mühitə reaksiyasıdır. Təbii qanunun 

nəticəsidir. Bu söhbətdən belə  nəticə  çıxır ki, şeylərin mahiyyəti ancaq həmin mühitdə, 

zamanda elədir, başqa mühitdə ( coğrafi , sosial , siyasi, ictimai, idarə) zamanda isə 

başqadır. Bir çox xalqlarda insan və heyvanların yaşından asılı olaraq adlarının dəyişməsi 

tam qanunauyğun hadisədir. 

     Reallıqda hər şey  100% adına uyğun olmamasına görə cəmiyyətdə insanın normaları 

pozması müəyyən miqdarda labüddür.  

     Qeyd  etmək lazımdır ki, reallıqda hər bir şey  Tamlıq qanununa görə müxtəlif 

keyfiyyətlərin birliyidir və  şeylərin adı (xrakteristikası)  əsasən onda olan  hansısa 

keyfiyyətin həmin mühitdə    işıqlanmasına - əks olunmasına (yəni aktivləşməsinə)görə 

verilir.  Hər hansı bir əşya, canlı, insan  sözü işlətsək onda biz onda 25-30% həmin 

keyfiyyətin olduğunu nəzərdə tuturuq, sadə anlamaq üçün. Qalan hissələr isə digər 

keyfiyyətləri əks etdirir. Məsələn, insan dedikdə onda 25 və ya 30% insanlıq var, qalanı 

başqa keyfiyyətlərdir, hansı ki başqa mühitlərdə  (situasiyada) aşkar oluna  bilər.  İnsan 

subyektiv olduğu üçün gördüyünü 100% elə olduğunu qəbul edir- reallıqda isə gördüyü 

keyfiyyət cəmi 25-30% - dir. Dərk etmək üçün şeylərin ilkin olaraq fikirdə  neçə hissəyə 

3, 4 ,7 və ya 8 elementə bölünməsi, yəni neçə keyfiyyətin cəmindən ibarət olmağını 

bilmək, habelə sonrakı bölümdə  hər birini neçə hissəyə bölməyi bilmək çox 

əhəmiyyətlidir və ayrıca öyrənilməlidir. Orta rəqəmi 4 qəbul etsək- bu bir çox səbəbə 

görə daha optimaldır – onda hər bir şeyi birinci bölümdə 4 müxtəlif keyfiyyətdən, 

amildən olmasını qəbul etmiş olarıq. Belə ki, baxılan obyekti,  digər obyektlə (etalonla)  



 

44 


müqayisə etsək, onunla 25 %  oxşarlıq olmasını görərik. Bu elə, baxılan obyektin 

obyektiv mahiyyəti  və adıdır

     İnsanın  həyatında onun adı  əhəmiyyətli rol oynayır.  İnsan məhz öz adının verdiyi 

mənada olmağa çalışır. Başqa sözlə onun adı onun həyat taleyini proqramlaşdırmaqda, 

gələcəyini müəyyən etməkdə  iştirak edir. Çox hallar olmuşdur ki, insan öz adını 

dəyişməklə  və ya bir – iki hərfini dəyişməklə ona uğur qapıları açılmışdır. Bu təsadüfi 

deyil. Adlar, mahiyyətlər varlıqlar tam uyğunluq təşkil etməlidir. Hər bir canlı vəcansız 

başqası ilə əlaqədə müəyyən mahiyyət xarakter(habelə ad) görsədir. Digər əlaqədə digər 

mahiyyət (və ona uyğun ad)görsədir. Yəni  şeylər digər  şeylərlə  əlaqə zamanı müxtəlif 

“cildlər” geyirlər. Bunu kələmə  və ya yumurtaya oxşatmaq olar – mərkəzdə  əsas 

dəyişməz xarakter, kənarda isə dəyişilən müvəqqəti qatlar. 

     Şeylərin mənası, yəni daşıdığı funksiya olduğu mühitlə hökmən razılaşdırılıb, yəni 

onun əksinə deyil, onun razılığı çərçivəsindədir. Şeylərin  öz - özlüyündə kənar - əlaqədə 

olmadığı   obyekt  üçün heç br mənası yoxdur. Məna yalnız mənanı müəyyən etmək 

istəyən olduqda bu istəyən obyektlə  əlaqədə  aşkar olur. Məsələn, bir insana görə, 

digərinin mənası yalnız müəyyən  əlaqə olduqda olur, olmasa məna daşımır, rüşvətxor 

üçün  adi, ona işi düşən insan  rüşvət verəcək adam mənasını daşıyır. Sürücü üçün 

sərnişin yol gedib əvəzində pul verən adam mənasın daşıyır. 

 

Qədim müdriklərin  iki əks mahiyyət haqda təlimi 

     İnsan tarixi boyu şeylərin yaranması  və inkişıafında iki əsas yaradıcı  prinsip dərk 

olunmuş  və müxtəlif cür təsvir olunmuşdur.  Bu təlim,  əvvəlki bölmədə  təsvir edilmiş 

dünyanın təşkil edən elementlərin  müvazinətləşməsi qanununu bir daha təsdiq edir.  

      Konfuçinin  “Dəyişiliklər kitabında” dünyanın iki əsas mahiyyəti  İn və Yan : isti – 

soyuq; sakitlik – hərəkət təsvir olunur.  Maniheylikdə , 243 –cü ildə  İran Sasani 

hökmdarının sarayında yaşayan  Mani  peyğəmbər yaratdığı  Maniheylik  dini təlimində 

dünyanı  qaranlıq və işığın mübarizəsi kimi təsvir edirdi (BEKM-2002).  



 

Xeyir və şər;  pis və yaxşi  

 Xeyir –insanın müsbət, yaxşı , faydalı., xoş,  pisə əks hərəkəti deməkdir. 

Pis- xoşagəlməz  səfeh , zərərli - yaxşıya əks hərəkət, bəla,  fəlakət deməkdir.                                    

Xeyir və Şər; Pis və Yaxşı insanları əbədi müşaiyət edir. İllər, min illər keçir, ədalət qalib 

gəlmir, pislik qalır. Çox yaxşı  işlər görmüş adamda pislik etməyə bir ehtiyac yaranır. 

Mədəni həyat yaşayan bir insanda  vəhşi bir hərəkət etməyə ehtiyac yaranır və onu edir. 

Bunun səbəbi nədir? Dinlər bunu şeytanın insanı aldatması və yaxud pis ruhların insana 

daxil olması    səbəbilə izah edir. Pisliklə yaşamış insanda yaxşı  hərəkətlər də etmək 

ehtiyacı yaranır. Sevincdən sonra kədərlənmək gəlir, çox güləndən sonra, bir ağlamaq 

ehtiyacı yaranır; yaxşı günlər pis günlərlə; pis günlər yaxşı günlərlə  əvəz olunur. Bu 

hadisələrin hamısı  dünya qanunu ilə izah olunur- hər şey öz əksi ilə tarazlaşmalıdır

    Bizim  eradan  700  il  əvvəl yaşamış  Zərdüşt peyğəmbərin də Avesta kitabında təsvir 

olunmuş təlimi, dünyanın yaranışında iki  hissənin  - Xeyirlə Şərin qarşı - qarşıya durması 

və dünya həyatını bu iki zidd hissələrin mübarizəsi kimi təsvir edirdi (BEKM-2002). 

Sonda isə Xeyirin qalib gəlməsinə inam ifadə edilirdi. Lakin Dünya qanununa görə 

mövcud olmaq üçün  şeylərdə  hər bir tərkib elementinin (hərəkətin , qüvvənin) qarşı 

qarşıya müvazinətdə - tarazlıqda olması, və ya bunu əldə etmək  prosesində olması 



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə