Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə29/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   25   26   27   28   29   30   31   32   ...   282

 

59

həyat məsələsini həll edir. Orta vəziyyət qanunu daha ümumi baxdıqda, dünyanın  əsas 



qanunları içərisində   çox əhəmiyyətli yer tutur. Birinci   qanun isə  real şeylərin, hissəcik  

və  s.    varlığın  çoxluğ formasında olmasıdır.  Müharibələr, partlayışlar, konfliktlər  ən 

yaxşı və ən pis hərəkətlər, ən sol və sağ vəziyyətlər və sair hadisələr  kənar vəziyyətlərə 

nümünədir.  



 

Son hədlər qanunu. Kritik hədlər anlayişi.  

 

    Proses və hadisələr və şeylərin olması kritik hədlər arasında baş verir, hər bir şey yeni 

vəziyyətə keçmək üçün kritik həddə olmalıdır. 

Sivilizasiyalarda bunun necə baş verdiyinə baxaq. Burada  dəyişiliklər iki kənar vəziyyət 

arasında  gedir, son kəskin pis vəziyyətin  dözülməz kimi qavranması  dəyişikliklərin 

yaxşıya doğru dəyişməsinə  səbəb, hərəkətverici stimuldur. Lakin prosesin  idarəedici 



rolu, sivilizasiyanı idarə edən spesifik qrupa mənsub olduğu üçün,  proses məhz həmin 

qrupun ehtiyacları  və  mənafesinin yaxşı  təmin etdikdən sonra qrupda daha da 

yaxşılaşmaya stimul olmur. Əgər onların hər işi həll olunubsa, artıq yaxşılıq onların 

nəyinə lazımdır? Ona görə yaxşılıqa dəyişiliklər gəlib onların müəyyən etdiyi  həddinə 

çatır. Hakim qrupun daha da yaxşı istiqamətə imkanı sona çatır və tormoza çevrilir, daha 

heç bir dəyişilik etmək istəmir, çünki etsə öz mənafeyi zərbə altında qalacaq. Reforma 

apardıqda isə bunu elə edir ki, heç nə dəyişmir, yalnız cəmiyyəti aldatmaq üçün formal 

dəyişiklər edir. Yaxşı vəziyyətin pik dövrü, pisləşmə üçün stimul - səbəb yaradır, proses 

staqnasiyaya uğrayır, sosial gərginlik artır, pis meyllər  əvvəl müstəsna kimi, xəlvətcə, 

sonra açıqca olaraq, geniş yayılır, proses ən pis vəziyyətə yaxınlaşır və yaxşılığa doğru 

yeni stimul yaranır, sikl təkrar olur.  Konkret cəmiyyət sistemində iqtisadiyyat, texniki 

yeniləşmələr və ondan asılı olaraq  qiymətlər, həyat şəraiti , infrastruktura, mədəni həyat, 

əxlaq və s. siklik olaraq  inkişafdan staqnasiyaya ; tərəqqidən reqressə; yaxşıdan pisə; 

pisdən yaxşıya; gerilikdən inkişafa  dəyişilir. Beləlıklə, sivilizasiyanın dəyişmə stadiyaları 



belə olur:    1.  Pis  vəziyyətin son – dözülməz həddi; 2. Yaxşıya doğru hərəkət, 

normallaşma;  3. İdarənin düz fəaliyyəti və güclü yaxşılaşma prosesi 4. Ən yaxşı (pik 

)vəziyyət- sistem öz sistem imkanlarından tam istifadə edir, daha artığa qabiliyyəti və 

marağı yoxdur. (Lakin bu, etalon vəziyyətdən - mümkün həddən aşağıdır)  Bu andan 

başlayaraq  sistemin özünün özünə tormoz olması  və geriyə pis vəziyyət istiqamətində 

dəyişilikləri başlayır. Sikl tamam olur,  eyni qayda ilə sistem yenidən pis vəziyyətə düşür 

; dağılır, yenidən dirçəlmək üçün yeni ideyalar, mərkəzlər yaranır. Cəmiyyətin bu 

dəyişiliklər  prosesi Taleyin təkəri anlayışında yaxşı təsvir olunur. (bax Fiq.6). 

Qeyd etməliyəm ki, taleyin təkəri  ifadəsi hələ qədim Roma dinlərində Fortunanın təkəri 

(колесо фортуны)  – Çərxi fələk ifadəsi kimi işlədilmişdir.(BEKM 2002) 

Son hədlər qanunu sosial sistemlərdə, yəni kollektivdə, icmalarda, cəmiyyətdə, dövlətdə 

və dünya birliyində, təşkilatlarda,  hər bir insanın şəxsi həyatında çox aydın aşkar olunur. 

     Hər bir  insan və ya icma, dövlət, firma inkişaf edərək öz son həddinə çatır. Sonra isə, 

o, artıq böyük inersiyal potensiala malik olduğu üçün dəyişilikləri istəmir, özü - özünə 

məhdudiyyət yaratmış olur . Öz dünyagörüşü, öz əldə etdiyi nailiyyətlər, əxlaq , davranış, 

mədəni həyat və s. özünə tormoz olur; obyekt bunları  dəyişə bilmir. O yeniləşmədən 

imtina edir. Güman edir ki, onun malik olduğu texnologiya, bilik və metodlar dünyabaxış 

və mədəniyyət , əxlaq onu bu yüksək vəziyyətə gətirmişsə, nə üçün onları dəyişsin. Belə  




 

60 


düşünməklə obyekt səhvə yol verir, belə düşüncə, şübhəsiz, ətraf dünyanı dəyişməz qəbul 

etməyin,  strategik məqsədlərin olmaması  və ya onların dəyişməz qəbul edilməsi 

nəticəsidir. Yalnız yeni nəsil gələrək, dərk edib sistemi dəyişdirə bilər. Hər bir sistem

icma, mədəniyyət,  metod və s. bir çox  inkişaf və faydalılıq imkanlarına malikdir, lakin 

hədlərə də malikdir ki, ondan artıq o artıq nəticə göstərə bilməz. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



  

     Sosial  sistemlər üçün onun təşkili quruluşu, konkret hədlərə malikdir. Bu hədlərdən 

artıq o, yaxşı nəticələr, inkişaf və faydalılıq göstərə bimir. Bunu tarix sübut edir. Məsələn, 

Sosializm sistemi ağır vəziyyətdən yüksək inkişafa çatdı. Bu inkişaf səviyyəsini belə 

saxlamağa quruluşu imkan vermədi. Konkret olaraq 80 –cı illərin sonu artıq sosializmin 

depressiyaya doğru hərəkəti başladı, çünki dəyişiliklərdən  hakim kommunist rəislər sinfi 

imtina etdi.  Sosializmin nəzəriyyəsinə görə onlar tam demokratiyaya keçərək, yeni 

yeniləşmə ideyalarına və talanltlı adamların onların yerinə  gəlməsinə imkan verməli 

idilər. Bundan onlar imtina etdilər və sistemi belə saxlamağı üstün tutdular. Dövlətin 

başçısı  kapitalist dünyası tərəfindən rüşvətlə ələ alındı və ona  böyük imkanlar vəd edildi

nəticədə yuxarıdan sistemin dağılması baş verdi. Elə bundan da kommunist rəhbərlər 

özləri üçün daha xeyirli yol seçdilər; sosializmin sonuna imza ataraq  rüşvətlə, oğurluqla , 

ictimai  əmlakı  şəxsi istismar etməklə  yığdıqları kapitalla kapitalizmə keçməyi və ilk 

kapitalistlər olmağı üstün tutdular. Cəmiyyət sonradan başa düşdü ki, onlara hörmətli 

şəxslər kimi təqdim edilən kommunist rəhbərlər elə deyilmişlər - onlar qızıl və pul 

yığırmışlar.. Beləliklə, bu  misal  göstərir  ki, ictimai sistemin öz quruluşu inkişaf 

hədlərinə malikdir. O bütün imkanlarını işlədib qurtarandan sonra  daha inkişafa kömək 

etmədiyi üçün hökmən dəyişilməlidir, hərçənd sistemin qoruyucuları (onun hesabına 

yaşayanlar) onu dəyişməyə qoymur və bu toqquşmalara gətirir. Digər misal. İslam 

yaranandan 800-cü ilədək formalaşma, qəsblərlə  İslam imperiyasının  qurulması, dünya 

xalqları ilə tanışlıq, müəyyənləşmə dövrünü yaşadı. 800-cü ildən sonra inkişafa başladı, 

çünki bir çox məsələlərin cavabı yox idi (Hideq, 1993). Dövlətin, idarə etmək üçün zəruri 

elmi biliklərə ehtiyacı var idi. Elmə maneələr edilməməsi  nəticəsində riyaziyyat, kimya, 

 

 



 

 

 



 

 

 



 

          

                                                                       O          Y

 

        O         P 



        Y         

 

O           O   



       

 



Tale təkəri 

Yuxarı ən yüksək 

vəziyyət.Yaxşı 

Orta 


vəziyyət 

Orta 


vəziyyət 

Aşağı vəziyyət. Pis 

Fiq.6



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə