Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə37/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   33   34   35   36   37   38   39   40   ...   282

 

75

cərəyanlarının yaranması, fikirləşdikcə neyronlar arası material əlaqələrin yaranması real 



olaraq mövcuddur.  

    Görünür,  canlılarda beyinin yaranması  və böyüməsi insanın yaşamağa çalışması ilə 

lazım olan funksiyaların və  həll edilməli məsələlərin  çoxalması, yəni mühitin 

mürəkkəbləşməsi və  çətinləşməsi ilə  əlaqədardır. Başqa sözlə, növlərin yaranması  və 

adaptasiya prosesi – mühitin çətinlk dərəcəsi, onların beynini də böyütmüşdür. Habelə 

başqa orqanlarını konstruksiya etmişdir. 

    İnsan danışmağa başlayandan sonra söz və fikir qüvvəsi, düşünmə, hissləri və idrak 

insanın həyatında mühüm inqilabi rol oynamağa başlamışdır. Onların gücü ilə insan  həm 

özünü idarəedici və  bədənini sağlamlılğını  təmin edici, lazımı hisslər- özünü 

inandırmaqla həyatını yüngülləşdirmiş    və  ətraf mühitə davamlılığını artırmış, həyatını 

yaxşılaşdırmaq imkanı əldə etmişdir.  

     İnsan sözü, fikri və hissləri  reallıqla o qədər iki tərəfli  bağlı və güclü əlaqəlidir ki, 

fenomenal effektlər verir. Ağılda, fikirdə olmayan (insanın özünə aid) şey hadisə, baş 

vermir. Hər şey əvvəlcə fikirdə, ağılda olandan sonra reallaşır. Bəzi adamlar isə olacaq 

hadisənin  əlamətlərini  əvvəl yuxuda görür və ya qəfildən hiss edir. İnsanın ağlında 

xəstəlik, pis hadisələrin ssenarisi, pis nümunələr, pis davranışlar haqda məlumat olmasa 

insan onu etmir. Sadəcə bunu necə etməyi və nə üçün etməli olduğunu bilmir. Səhərdən 

axşamadək  bütün dünyanın televiziyasi, qəzetləri, pis davranış metodlarını, 

nümumələrini yayır, ölüm səhnələrini göstərir, cinayətlərin necə baş verdiyini təsvir edir. 

Bunlar insanların şüurunda qalır və o imkan yaranada bu nümunədən istifadə edir.  

    Hisslərin, təsəvvür, söz ifadələri və fikir gücünün hədsiz imkanları və nəticələri insan 

həyatında  vacib,  həyatı saxlayan və idarə edən qüvvələrdən (ağıl və idrak, şüur, təbii 

instinktlərlə bərabər) biridir. Bu qüvvənin adı qısa deyilsə inam, əminlik, özünə - inamdır. 

Onların nəticəsi insanda möcüzə,  fövqaladə qüvvənin iştirakı hissini yaradır. Və insan 

həyatında,  problemlərin həllində  ağıl, idrakla yanaşı iştirak edir, lakin maddi deyil, ideya 

gücü ilə. 

      Fikir  gücünün  elektromaqnit  təbiəti müəyyən edilmiş  və ölçülə bilir. Bu hələ 20- ci 

əsrdə müəyyən edilmişdir. Kvant nəzəriyyısi, Nikola Teslanın maqnit sahəsi, ildırım 

yaratmaqla apardığı təcrübələri fikir gücünün mahiyyətini açmışdır.  Qeyd edim ki, 1911- 

ci ildə Sibirdə Tunqus meteoriti hadisəsini də Teslanın təcrübəsi yaratmışdır. O ABŞ – da 

xüsusi qurğudan həmin paralel üzrə kürəvi ildırımlar buraxaraq, nəhayət, bunlardan ən 

böyüyünün  partlamasını təcrübə etmişdir (TV RTR Rossiya 3 may 2007). Fikir gücü ilə 

100 kilometrlərlə uzaqda olan hadisələrə, insana,  bəzi fiziki proseslərə  təsir edilməsi  

aşkar edilmişdir. Mən özüm də bu təcrübələri aparmışam. Insan şüurunun bu xassəsi  nə 

qədər xeyirlidirsə, o qədər də  zərərlidir:  İnsan özünü öz fikri, hisslərilə  məhv edə, 

xəstələndirə bilər; başqalarına çox mənfi nəticələr verən təsirlər edə bilər.  Şüurun bu 

xassəsi eyni zamanda bu  xassədən insanın nəinki başqalarından,  hətta daha çox özünü 

özündən qorunması və onun təhlükəsiz üsullarını öyrənmək ehtiyacını yaradır. 

     İnsan beyininin qabiliyyətləri və insan ağlının, fikrinin  və cözünün, hisslərinin 

müxtəlif effektləri, fenomenləri insanlar arasında idealist nəzəriyyə - dünyanın məhz 

ideyalar, ruh , Allah idarə etdiyini, materiyanın ruhdan yaranması mülahizələrinə  səbəb 

olmuşdur.  Əslində bunu deyənlər hələ fikirlə bir dənə  də material hissə yaratmaqlarını 

göstərə bilməmişlər. Digər insanlar isə  əksinə,  materiyanın ilkin, müəyyən edici 

olmasını; ideya və ya ruhun ondan yaranması fikrini irəli sürürlər. 



 

76 


      Belə baxış mübahisələri,  toyuq, yoxsa yumurta əvvəl yaranıb mübahisələri  kimi 

mənasız səslənir.  Şüurun təkamülü nəticəsində insan heyvandan xeyli fərqli varlığa 

çevrilmişdir. İnsan sistemi  daha bir yeni element əldə etmişdir. Ənənəvi elmi nəzəriyyə  

hesab edir ki, insan da, heyvanlarla eyni olaraq iki elementdən ibarətdir: 1.Fiziki bədən;  

2. Psixika – şüur. İnsan psixikasının və ya şüurunun heyvanlardan artıq inkişafı ilə  ağıl, 

idrakla , danışmaq, sözlə, fikirlə, təsir qabiliyyətilə  fərqlənir.  İnsan heyvandan fərqli 

olaraq ondan daha çətin  və  yaradıcı məqsədlər qoya və həll edə bilər. Insan məqsədli - 

sözlə və fikirlə özünə təsir edə bilər. Lakin rasionalist baxış hesab edir ki, insan  əlavə 

olaraq 3-cü elementə malikdir. Bu da, ancaq yüksək düşünmə qabiliyyətinə  və yaddaşa 

malik insanda olan  obyektiv nəzarət və  məsləhət, qiymətləndirmə  və  xəbərdarlıq 

mərkəzidir, bu mərkəz insanın bütün orqanlarının və  beyninin son ümumi fəaliyyət 

nəticəsi kimi özünü göstərir. Bu mərkəz insan ağlının və məntiqi düşüncəsinin, ehtiras və 

həvəsindən, təbii fiziki ehtiyaclarından asılı olmayan və asılı  işləməyən bir mərkəzdir. 

Onun verdiyi məlumatı insan ancaq iki qısa bir - birinə əks göstərişlərdən biri formasında 

hiss etməklə alır, bu: düzdür, səhdir, yaxşıdır, pisdir, xoşdur, iyrəncdir, olacaq, 

olmayacaq, sevir, sevmir göstərişləridir. Bu hadisə özünü məsələn, belə göstərir : insanın  

ağlı və təcrübəsi real mühiti nəzərə almaqla bir qərar verir, məsələn, qidalanma, iş , hər 

hansı bir fəaliyyətin icrası  və s.  lakin bu mərkəz ona səhv etdiyini bildirir və  həyəcan 

siqnalı göndərir, nəticədə çox uzun müddət keçsə də bu məlumat düz çıxır. 



 

4. İ

nsan və cəmiyyət  haqda rasional baxiş 

    


     İnsanın yaranması Çarlz Darvininin, Karl Linneyin, İohan Mendel və Fridrix Engelsin  

nəzəriyyələrində, habelə bu nəzəriyyələrin  əsasında yaranmış  ən son nəzəriyyə olan 

Təkamülün sintetik nəzəriyyəsi ilə izah edilir (BEKM 2002).  İnsanın ümumi dünyanın  

təkamülü  nəticəsi olaraq  insanabənzər meymunlardan – 2- 5 milyon il ərzində yaranması 

elmi dəlillərlə sübut edilir. Müasir insan Homo sapiens- ağıllı insan növüdür, hansı ki 100 

min il əvvəl Kromanyon insanından başlanğıcını almışdır. İnsanın digər növləri isə məhv 

olmuşdur. 

      İnsan haqda  teist dinlərinin formalaşdırdığı Kreasionizm nəzəriyyəsi  bütün 

dünyanın, habelə insanın Allah tərəfindən qəfildən və heç nədən yaratmasını iddia edir. 

Həqiqətdə, bu nəzəriyyə sübut və faktlara əsaslanmadığı üçün ciddi sayıla bilməz və 

səhvdir. Dünyanın rasional sistemik nəzəriyyəsinə görə insan və  cəmiyyət dünya 

strukturunun  konkret, müəyyən bir pilləsində evolyusiyanın zəruri yaranış  nəticəsidir . 

Yer planetində indi insan və cəmiyyətlərin zəruri yeri var və onlar Yer planeti sisteminin 

elementi rolunu oynayır. Onun fəaliyyəti Yer planetinə  təsir edir və Yer planeti ilə 

əlaqələr vasitəsilə yaşayır. 

      İndiyədək elmdə  və praktikada insanın və  cəmiyyətin ona layiq düzgün anlayışı 

verilməmişdir.  İnsan idealist mövqedən  əlahiddə götürülərək, o, ağılsız, biliksiz, biliyi 

artmayan, avam, aldadıla bilən,  vasitə kimi istifadə oluna bilən , cəmiyyət isə belə  kütlə 

hesab edilmişdir. Yalnız tək- nadir insanların  ən ağıllı lider ola biləcəyi və  cəmiyyəti 

idarə edəcəyi düşüncəsi yaradılmışdır.  Müharibələr və diktatorluq dövrlərində diktatorlar 

tərəfindən təbii olaraq belə  düşüncə  yaradılmışdır ki, cəmiyyəti yalnız  ayrı - ayrı tarixi 

şəxsiyyətlər,  böyük siyasətçilər, böyük sərkərdələr idarə edə bilər və tarixin yaradıcıları 

da məhz onlardır. Belə bir nəzəriyyə diktatorluğu  əsaslandırmaq üçün düşünülmüşdü. 



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə