Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə35/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   31   32   33   34   35   36   37   38   ...   282

 

71

    Dünya və hər şeyin sistem quruluşu və ya kombinasiyalar çoxluğundan  ibarət olması 



ideyasına qayıdaq. Demişdik ki, Demokrit, Pifaqor və Leybniç, əgər ümumi formada 

ifadə etsək, hər şeyin vahid hissəciklərdən ibarət və ya kombinasiyalardan ibarət olduğu 

fikrini qəbul edirdilər.  Pifaqor, Leybniç,  habelə Dekart da dünyanın geometrik formula 

ilə yazıla bilməsinin mümkünlüyünə inanırdı. Mənim fikrimcə, bu təsadfi deyil. Mən 

həndəsi düsturla yazılışı sizlərin öhdəsinə buraxıram. Eynilə, mən də hər şeyin statik və 

dəyişilən vəziyyəti işarələr və istiqamətlər, formula vasitəsilə yazıla bilməsi imkanının 

real olduğunu qəbul edirəm. Bu imkanı bizə şeylərin quruluşu və dəyişməsi qanunu verir. 

     Mendeleyevin  element  cədvəli kimi digər  şeyləri (cisimləri,  əşyaları, maşın və 

qurğular, daş , tikinti,  kitab, roman, hesabat, hadisə  təsviri və s. ) də kombinasiya 

nömrələrinə görə  cədvəlini tutmaq olar. Bunu varlıq cədvəli adlandırmaq olar. Eynilə, 

şeylərin, ictimai hadisələrin, müxtəlif proseslərin dəyişilməsini  əks etdirən formula 

yazmaq olar, lakin bu hələ riyazi formula olmayacaq. Sonrakı mərhələdə formulanı riyazi 

formulaya çevirmək  olar ki, onun üzərində  əməliyyat aparmaq və  şeyin, hadisənin 

sonrakı vəziyyətinin necə olacağını bilə bilək. Burada mən təkcə  genetik formulanı və ya 

ayıdöşəyinin yarpaqlama formulasından danışmıram. Mən hər  şeyi nəzərdə tuturam. 

Məsələn, ayrıca durmuş bir ağacın, dövlətin, cəmiyyətin, bir adanın, daşın, heykəlin, hər 

istənilən canlı və cansızın struktur və dəyişilik formulasından. Belə ki,  bu formula və ya 

əlaqələndirilimiş  işarələr, rəqəmlər kompleksi həmin obyektin varlıq formulası olaraq 

onun tərkibi, mühiti, gələcəyi, haqda tam təsəvvür verə bilər və  hətta komputerlə onu 

hesablamaq da olar. Belə yazılış  həmin  şeyi dərk etmək üçün çox yaxşı vasitə olardı.  

Belə formulalar gələcəyi çox asan deməyə kömək edərdi və şübhəsiz, yaxın gələcəkdə bu 

ideya böyük inkişaf edib həyata keçəcəkdir.  

     Təsəvvür edin ki, hər adam öz formulasını yazıb ( və ya yazdırıb ) cibində saxlayır. 

Burada habelə mühitin də formulası  əks edilir ki, insanın həyatı  məhz bu mühitlə 

qarşılıqlı  əlaqə forması kimi təsvir olunur. Və onu fasiləsiz öyrənir, öz fiziki və psixi,  

ağıl, nəsil, xarakter keyfiyyətlərini, eyiblərini və səbəblərini görür; gələcək şanslarını və 

s. bu formulada görür. Nəticədə o kamilləşməyə, səmərələşməyə doğru fəaliyyət 

seçəcəkdir. Təsəvvür edin ki, komputer dilində yazılmış öz formulasına  malik insan 

zaman - zaman fomulanın yazıldığı diski komputerə salaraq  yeni vəziyyət parametrlərini 

daxil edir və öz növbəti davranışının həlli düyməsini basır. Ekranda bütöv məsləhət açılır, 

bütün davranış ssenarisi  avtomatik hesablanır və yazılaraq görsənir. Beləliklə, o bütün 

həyatı dövrü özü - özünə  məsləhət alaraq, düzgün rasional davranış seçir.                        

     Eynilə, icmalar, dövlətlər öz formulalarına baxıb düz yol seçəcəklər. Daha doğrusu,   

məcbur olacaqlar, çünki bunu adi adamlar da biləcək və dövlətin səhv addımlarını ondan 

qabaq görəcəklər və mətbuatda,  nümayişlərdə, görüşlərdə tez- tez deyəcəklər. 

     Belə üsul imkan verəcək ki, dünya  tarix kitabını bir neçə  səhivədə yazaq. Məsələ 

burasındadır ki, istənilən kitabda əksər sözlər təkrarlanır, mövzunun mənası kitabın  ən 

çoxu 10-30 faizini tutur, qalan hissə isə  əlaqələndirmə rolunu daşıyır. Bəzi hallarda isə 

kitabda heç 10 % faydalı  və ya seçilə bilən məlumat olmur. Kəşvlər və ixtiralar haqda 

beynəlxalq klassifikasiya işarələr vasitəsilə şeylərin təsvirinə  bir zəyif nümunə ola bilər. 

Əlavə olaraq, təklif edilən üsul daha universal və  nəinki, obyektlərin, hətta hadisələrin 

işarələrlə təsvirini nəzərdə tutur. Daha, böyük məqalələrin, əsərlərin yazılmasına ehtiyac 

olmayacaq; bütün mövzu bir neçə formulada sxem, bərabərlik, istiqamət, ox, cəm, artma, 

azalma, rəqəmlər, və s. işarələrlə göstərilə bilər. Bunun üçün simvolların,  rənglərin 




 

72 


sözlərlə  əlaqə standartları  qəbul edilməlidir. Düşünürəm ki, məlumatın mövcud yazılışı 

rasional deyildir. İşarə və simvollar ilk anda çətinlik yaratsa da, bu problem başqa yolla 

aradan qaldırılmalıdır. Elə üsul tapılmalıdır ki, böyük bir kitab 10-20 vərəqdə aydın təsvir 

edilə bilsin.. Texniki çertyojlar bunun bir variantıdır.  

    Yeni  yazılış üsulunu kodlar ilə  və ya struktur təsvir və  dəyişilik sxemləri üsulu 

adlandırmaq olar. Sizlərdən hər biriniz çalışıb  şeylərin belə  təsvir və hadisələrdə 

dəyişilmə prosesini  yeni rasionalist üsulla yaza bilərsiniz. Kitabın yazılma vaxtı imkan 

versə, mən belə nümunələr hazırlayıb sizə təqdim edəcəyəm.  



Aşağıda yeni rasional yazı üsülünun  əsas əlamətlərindən bəhs edirəm

1) Hər  şey  varlıq kimi vahid sistemin hansı pilləsində  və koordinatlarda (meridian və 

paralellərdə)durmasının tərkib formulu yazılır. Hər kombinasiyanın sayı  və  tərkib 

elementləri miqdarı.  

2) Üst və alt  sistemlərin  habelə horizontal  qonşu sistemlərin müəyyən edilməsi və  

formulaya daxil edilməsi, baxılan obyektin onlarla olan zəruri  əlaqələrinin istiqamət və 

gücünün, təsirin rəqəmlə ölçülən işarələrlə(vektorla) göstərilməsi. 

3) Hər məsələ, hərəkət, effekt , tipik dəyışilik növlərinin simvollarının qəbul edilməsi 

     İnsanın konkret formula ilə  təsviri  çox vacib nəticələrə  səbəb olardı. Bu onun özü 

özünü dərk etməsinə, hansı mühitin məhsulu olmasını, hansı xarakter və qabiliyyətlərə 

malik olması, güclü və zəyif cəhətlərini, gələcəyinin hansı istiqamətdə gedəcəyini , başqa 

sözlə hansı üstün üst sistemin təsiri altında (vasitəsilə) yaşadığını görməyə imkan verərdi. 

Nəticədə bu formula onun sonrakı həyatında düzgün yol seçməsinə yardım edərdi. 

 

Canli aləmin yaranmasi  ilə  yeni  effektlərin yaranmasi. İnsan şüurunun  fenomenləri. 

 

     İlk hissəciklərin birləşib maddəni yaratması ilə  və sonradan pilləvari yaranış 

prosesinin davamı  nəticəsində müxtəlif yeni maddi cisimlər, kainat,  planetlər  yarandı. 

Xüsusilə, Yerin yaranması və onun nəticəsi olaraq materiyanın evolyusiyası davam etdi, 

yeni pillə, canlılar - bitkilər, heyvanlar və insanın yaranması baş verdi. 

     Varlığın rasional  quruluşu və  dəyişilikləri nəzəriyyəsinə görə        hər bir varlığın – 

cismin,  əşyanın, canlı  cə cansız təbiət obyektlərinin  strukturunda hər bir yeni 

kombinasiya  yeni xassələri yaradır. Canlı aləmin yaranması  nəticəsində   onun yeni 

xassələr alması təbii, qanunauyğundur. Bu qanun : Hər konkret kombinasiyanın konkret 

fərqli xassələrə malik olması asılılığıdır. 

     Canlı hüceyrə və ya canlı bədənin  xüsusi xassələrinin yaranması, spesifik effektlər və 

qüvvələr yaratması  aşkar edilir. 

     Nəticə olaraq, aşağıdakı mülahizələri bildirmək istərdim (bax, habelə hissə 4 -enerji 

informasiya nəzəriyyəsinə ). 

Canlı aləmin yaranmasından sonra beyinə malik olan bütün canlılar arasında xüsusi 

informasiya verilməsi üsulu yaranmışdır,  xüsusilə, bu, eyni növdən olan heyvanlar 

arasında müşahidə edilir. Bu, eyni növlərin bir - birinin harada , necə olmasını,  nə baş 

verdiyini hiss etməsi  formasında baş verir.  Bu, inəklərdə, fillərdə, quşlarda aydın 

müşahidə olunur. 

    Canlılarda - bitki və heyvanlarda məhz canlı olmasına görə  xüsusi keyfiyyət və 

xassələr  yaranır ki, hələ tam öyrənilməmişdir. Daha şüurlu canlılar içərisində insanın 

xassələri – fenomenləri xüsusilə çoxdur. Bu fenomenlər  fikir və cözdən istifadə edərək 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə