Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə31/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   27   28   29   30   31   32   33   34   ...   282

 

63

başlanğıc  şərait  və attraktordur. Attraktorun rolu məhz naxışları cızmaqdır, yəni sistemi 

bir qayda ilə getməyə  cəlb etməkdir. Mürəkkəb sistemlərdə,  habelə o qədər miqdarda 

attraktorlar olur .  

      Nəzəriyyə  təsdiq edir ki, sistemin müəyyən qayda ilə  dəyişməsi, məhz onun öz 

quruluşundadır, məsələn, rəqqasın eyni oxşar ellips yolu cızması onun öz daxili 

quruluşundadır. Xaos nəzəriyyəsi böyük elm sahəsinə çevrilmiş,   insan beyninin 

quruluşu, bədəni, bitkilər  və s. canlıların DNT –sində  onların böyüməsi  qaydası 

müəyyən edilmişdir. Xaos nəzəriyyəsi riyaziyyatda, fizikada, texnikada, komputerdə, 

iqtisadiyyatda, fəlsəfədə, əhali dinamikasında və digər sahələrdə istifadə olunur . Sadə bir 

komputer formulası ilə yeni ağac, rəsm əsərləri, yeni  daha incə, gözəl musiqi yaratmaq 

mümkündür. Alimlər Ayıdöşəyi bitkisini sadə 3 tənliyini tapmışlar və bu yarpaqların necə  

bölünməsi və  bitməsini idarə edir. Xaos, Nisbilik və Kvant mexanikası nəzəriyyələri 20 –

ci əsrin əsas kəşvləridir. (Bax, www.imho.com/grae/index/html) 

 

Kifayət qədər əsasların olması qanunu 

   Dünya  və  şeylərin quruyluş  və  dəyişməsinin  əsas  qanunundan çıxan digər  

qanunauyğunluqlardan biri də Kifayət qədər əsasların olması qanunudur.  

Bu qanunu Leybniç aşkar etmişdir. Leybniç yazırdı : “Günəşin sabah çıxması, bu qanunla 

əsaslandırılır. Nə üçün flan şey məhz belə formadadır? O, bu sualı da, bu qanunla izah 

edib deyirdi: “çünki şeyin  bu forması – belə olması ən yaxşıdır”. O yazırdı: “ dünyada 

elə bir şey yoxdur ki, onun kifayət qədər olmaq əsası (səbəbi) olmasın” (BEKM 2002).  

       Qeyd etməliyəm ki,  ən yaxşı sözü bu qanuna yaramır. Burada yaxşı demək olmaz, 

bu subyektiv mövqeni əks etdirir. Yaxşı ifadəsini qəbul etsək, əgər insanın başına pis iş 

gəlmişsə deməliyik ki, bu insan üçün ən yaxşıdır?  Axı həmin pis işin baş verməsi  yaxşı 

olmağına görə deyil, zəruriyyətin,  konkret səbəblərin nəticəsi  olmuşdur. Burada demək 

olar ki, hər  şey onun olması üçün təşkil edici  elementlərin olması    və  şəraitin imkan 

verdiyi, əldə edə biləcəyi və mühitin tələb etdiyi ən mümkün optimal formadır. Bu qanun 

şeylərin öz sistemik quruluşundan və çevrilməsi qanunundan çox aydın alınır. Burada 

deyilir ki, şeylər sistemdir, başqa sözlə, kombinasiyadır. Hər  şey hissələrdən, onlar isə 

digər hissələrdən ibarət olaraq bir - birilə funksiya  - məna ilə bağlıdırlar. Hər  şeyin 

sonrakı vəziyyəti və ya bir neçə şeyin birləşməsi ilə yaranan yeni şey zəruri olaraq, yenə 

sistem keifyyətlərinə malik olmalıdır. Konkret olaraq, hər  şey zəruri elementlərdən, 



zəruri şərait, təsir olduqda ola bilər. Başqa sözləhər şey kifayət qədər əsas- tələb olunan 

zəruru  şərtlər olduqda ola bilər. Hər  şeyin sonrakı  vəziyyəti konkretdir, yəni sonrakı 

vəziyyətin olması üçün kifayət qədər əsas, yəni əvvəlki vəziyyət (ilk materiallar, təsirlər 

və s.) və şərait olmalıdır. Tələb olunan hissələrdən, amillərdən biri çatmasa, o şey həmin 

formada, həmin keyfiyyətdə yarana bilməz, o hadisə baş verməz. Hər gördüyümüz şey elə 

onun axırıncı  vəziyyətidir (yəni nəticədir), sonra isə digər axırıncı  vəziyyəti  baş 

verəcəkdir.  

 

3.2  Ümumiləşdirilmiş   mülahizələr . Rasional fəlsəfənin qanunları    və 

kateqoriyaları   

 

Dünyanın universal qanunlarıDünya və varlıq haqda. 

1Dünyanın birinci qanunu. Bu qanun şeylərin  nə, nədən və niyə ola bilməsi haqdadır: 




 

64 


Bütün  şeylər, kainat elementləri bütöv – tam olaraq sistemik quruluşa malik olaraq və 

zəruriyyətlə konkret - spesifik mühit daxilində  olaraq bölünməz və bölünən elementar 

hissəciklərin müəyyən qayda ilə ierarxik asılı olan pilləvarı kombinasiyalarından - 

çoxluqdan ibarətdir.  

Hər pillə hissəsi alt pillələrə bölünür; hər pillə hissəsi avtonom bütövlüyə malik olaraq və 

bütövlüyünü müəyyən zaman ərzində saxlaya bilən zəruri sayda hissələrdən ibarətdir. 

2.  Tamlıq və ya tarazlıq qanunu.  Hər  şey və ya hər bir bütün tam hərəkətdə, mühitdə, 

mühitlə əlaqədə olmaqla yaşaya bilər. Tamlıq və müvazinətləşmə forrmulu:  

∑N ± ∆P = 0  

Hissələrin fəaliyyətinin təsirlərinin ümumi cəmi sıfra  bərabər olması hissələrin qarşılıqlı 

asılı  əlaqədə olmasını  əks etdirir. Hissələrin fəaliyyətlərinin qarşılıqlı tarazlaşması 

nəticəsində  əlavə effekt - potensialın artması , durğunluq və ya azalması, başqa sözlə

inkişaf – artım, durğunluq və ya geriləmə - azalma hadisəsi baş verir. 

Şeylərdə tarazlaşma prosesinə klassik fəlsəfədə əksliklərin vəhdəti və mübarizəsi qanunu 

deyilir. Lakin bu klassik və primitiv ifadədə  mühit nəzərə alınmır  və belə ifadə praktiki 

tətbiq imkanları vermir. 

3. Yaranma qanunu . Mühit elemenetlərinin qarşılqlı əlaqəsi nəticəsində yeni elementlər( 

növlər) yaranır. Hər yeni yaranan şey mühitə daxil olaraq, onu yeniləşdirir və mühitdə 

yeni keyfiyyət yaradır. O şeylər yaranır ki, orada – mühitdə  zəruri elementlər, amillər, 

hərəkətlər fiziki - kimyəvi şəraitin bir zamanda, bir yerdə  toplaşması baş verir. Yaranan 

şey yalnız orada olan və iştirak edən elementlərdən formalaşır və  avtonom bütövlüyünü 

saxlayaraq yaşaya bilmək qabiliyyətinə malik olmalıdır. Ona görə  təsadüfi deyil

konkretdir, müəyyəndir, yəni həmin anda yalnız həmin yaranan şey yarana bilər, digəri 

yarana bilməz. Başqasının yaranması üçün digər kompleks şərait və elementlər lazımdır. 

Növlər, hissələr çoxaldıqca bir - biri ilə zəruri əlaqədə, asılılıqda çoxalır; yəni hər yaranan 

olduğu mühitdən istifadə edərək yaşamağa məcburdur, birinin yaşama forması fəaliyyəti 

digərinin zəruri həyat tələbi olur. Biri digərinə xidmət etmiş olur. Özü - özünü idarə edən, 

qayğı göstərən, nizamlayan sistem yaranır.(arılar gülləri tozlayır, otları ot yeyənlər yeyir, 

onları da ət yeyənlər yeyir, zirəklər başqasınıdan istifadə edir, ağılılıar idarə edir, zəyiflər 

idarə olunur.) Yaranma təkrarlar və yenilləşmələr üsulu ilə artır. Bu, hamısı  üst sistemin 

xeyirli təsiri nəticəsində olur. Əks zərərli təsir başlayarkən sistem məhvə doğru – növlərin 

azalması yalnız dözümlülərin müəyyən qədər çox yaşaması, nəhayət, dözüm hədləri 

keçildikdə həyatın sönməsi- cansız təbiətə çevrilmə və sonrakı dəyişiliklər başlayacaqdır. 



4.  Hissələr arasında əlaqələrin səbəbi: 

 Bütövlüyün  səbəbi  şeylərin tərkib hissələrinin konkret mühitdə bir - birilə 

bağlanmasıdır. Bağlanmanın, əlaqələrin səbəbi şeylərin uyğun xassələrinin olmasıdır. Bu,  

cisimlər üçün cazibə  və itələmə qüvvələri, nüvə qüvvələri,  molekulyar qüvvələrdir; 

bitkilər, heyvanlar və insanlar üçün  isə bioloji canlılıqdan doğan eyni növlük, qohumluq, 

mənafe və maraqlar, bioloji sahə, bioloji uzaqdan hiss etmə, psixoloji əlaqələrdir . Hər 

şey digəri ilə  oxşar, eyni və digərinə yarayan xassəsi olduqda  əlaqədə olur. Xassələrin 

müxtəlifliyinə  və gücünə görə  əlaqələr müxtəlif növdə  və gücdə olur.(bu bəndi geniş 

redaktə et) 



5. Hərəkətin, dəyişiliklərin səbəbi: 

Kombinasiyaların olma şərti onların konkret mühit daxilində  dayanıqlı vəziyyətdə, daxili 

təsir edən  “ +” və “ – “ qüvvələrin bir- birilə və ətraf mühitlə münasibətdə müvazinətdə 


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə