Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə32/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   28   29   30   31   32   33   34   35   ...   282

 

65

olması -  tarazlaşmasıdır yəni cəminin sıfır olmasıdır..  Müvazinətin səbəbi dayanıqlı 

vəziyyəti əldə etmək – ola bilmək məqsədidir. 

Hərəkətin mənbəyi –səbəbi kombinasiyaların  digər kombinasiyalar daxilində müvazinət 

əldə etmək, yəni, ola bilmək məqsədidir, digər tərəfdən, hərəkətə  səbəb hər 

kombiansiyanın (yəni  şeyin) müxtəlif zamanlarda müxtəlif sürətlərdə yaranması  və 

müvazinətin bir parametrdə  əldə edilməsi prosesində, digər parametrdə fasiləsiz 

pozulmasıdır.  İnsan cəmiyyətində isə  hərəkətin səbəbi həm dayınıqlı  vəziyyət – ola 

bilmək, həm də indi və gələcəkdə də üstünlüyə malik olmaq  məqsədidir. 

6.  Hərəkətin istiqaməti 

Konkret obyektin hərəkətinin istiqaməti öz ola bilmək məqsədini ödəmək və ətraf mühitin 

tələblərini ödəməkdir, yəni o,  eyni bir hərəkət  vasitəsilə həm özünün varlığını saxlayır, 

həm xarici mühitin (tələblərini yerinə yetirərək)  tərkib hissəsi rolunu oynayır. Bu 

hərəkəti etmədikdə obyekt daxil olduğu sistemlə  əlaqəsini ititir; staqnasiya, zəyifləmə 

dövrünə keçir; başqa güclü sistemin elementi olmağa məcbur olur. 

7.  Varlıqların həyat forması.  

Hər konkret mühitdə yalnız onun imkan verdiyi varlıq, şey yarana bilər. Hər yaranmış şey 

yalnız həmin mühitdə olduğu formada ola bilər. Hər şey konkret mühitdə olaraq orada ala 

biləcəyi, qabil ola biləcəyi ən mümkün səmərəli həyat formasını alır.  Uzun müddətli və 

uzun yol keçə bilən həyat yalnız siklik dəyişən həyat , hərəkət, vəziyyət ola bilər. Bu 

dairəvi, fırlanma, dalğa, sinusoid, spiral (arximed və adi növlər), rəqsi, ziqzaq tipli 

hərəkət , yol ola bilər.  

Hər  şey doğulma, böyümə,  yüksək pik həddi, qocalma-zəyifləmə, başqa formaya 

çevrilmə prosesindədir.  Hər yeni şey təkrarlar və ya yeni  kombinasiyalar formasında 

yaranır.   

Bəzi məkanlarda mühitin eyni qalması – yəni çox zəyif dəyişməsi dəyişikləriin sürətinin 

yavaşıması və dayanmasına səbəb olur. Cansız təbiət cismləri və buz mühitində donmuş 

şeylər belədir. Sosial sistemlərdə mühit  dini  və ya diktatura rejimi tərəfindən dəyişməz 

saxlandıqda, orada inkişaf zəyifləyir və dayanır, sistem məhvə doğru gedir.  

8. Üst üstün sistem alt sistemi müəyyən edir və onu idarə edir 

Mühit içində bir sistem,  yəni  şeyləri  əhatə edən sistemlərdən  (hansı ki şey onların 

elementidir)   hər konkret zamanda biri ( digər zamanda başqası) üstün təsir edir və 

baxılan  şeyin xarakterini və  fəaliyyət istiqamətini təyin edir - yönəldir. Bu, dünyada 

həmişə istiqamətlənmiş hadisələr, dəyişiliklər yaradır. 

9Hər vəziyyətdə şeylərdə üstün həlledici keyfiyyət olur.  

Şeyin yeni vəziyyəti qarşılıqlı  təsirlərin nəticəsi olaraq onda olan bir keyfiyyətin

mahiyyətin xassənin üstünlüyü, həllediciliyi  ilə xarakterizə olunur.   Bu üstün istiqamət 

məhz şeyə təsir edən sistemlər içərisində olan üstün sistemin – üstün təsiri nəticəsidir . Bu 

üstün element şeyin bütün mahiyyətini müəyyən edici və yeni sistem bağlarının yaradıcısı 

və qoruyucusudur, lakin üstün həlledici keyfiyyət yalnız konkret bir elementlə  əlaqədə 

meydana çıxır. Digər elementlə əlaqədə digər keyfiyyət üstün rolu daşıyır. 

10.  Şeylər ancaq cüt əlaqələr formasında yaşaya bilər.  Bunun  ən vacibi şey - mühit 

əlaqələridir. Əlaqələr olmadıqda şey məhv olar. Mühit elementin – hissənin ola biləcəyi  

yaşaya biləcəyi evdir. 



11. Hər yeni yaranan varlığın tərkibi və ona uyğun yaşama qanunu eyni zamanda 

meydana çıxır. Bu mühitin imkanları çərçivəsində baş verir. 


 

66 


12. Hər şeyin malik olduğu quruluşun, keyfiyyətin, xassələrin səbəbi onun bu və ya digər 

elementlər çoxluğu olmasıdır. Bu çoxluq müxtəlif hissələr, formalar, ölçülər, hissələrin 

yerləşməsi, əlaqə bağları, hərəkətlərdən ibarətdir. Şeyləri təşkil edən elementlər miqdarı 

forma və yerləşmə qaydası,  şeyin keyfiyyətini, xassələrini müəyyən edir. Şeyin  eyni 

ümumi keyfiyyəti onun tərkibinin və formasının yeni fərqli dəyişilmiş kombinasiyası ilə 

də əldə edilə bilər. Yəni alternativ kombinasiyalarla eyni keyfiyyəti, xassəni əldə etmək 

olar. Müxtəlif elementlərdən toplanmış kombinasiya, elementin xassəsindən fərqli 

xassəyə malik olur; eyni elementlərdən toplanmış kombinasiyanın bir xassəsi  onun 

elementində  də olur. 

13. Sadədən mürəkkəbə doğru növlərin yaranması prosesində  hər yeni əlavə olunan 

element, forma, kombinasiya qaydası, fəaliyyət ardıcıllığı,  şeydə yeni xassə yaradır. 

Başqa sözlə, bu yeni hissədir, yeni varlıqdır. 



14. Hər bir şeyin və ya çoxluğun  hissələrinin miqdarı, forması, öıçülərilə  ümumi 

keyfiyyəti arasında tam  uyğunluq var. Klassik fəlsəfədə buna  kəmiyyət dəyişmələrinin 

keyfiyyət dəyişiliklərinə keçmə qanunu deyilir 



  

 Ümumi Tamlıq  qanunundan çıxan digər  prinsiplər - asılılıqlar:  

15. Makrodünyada düzxətli hərəkət formasında dəyişiklik yoxdur. Real dəyişiliklər ancaq 

əyri xətt üzrə ola bilər. Əyri xətlər düz xətlərdən ibarətdir. Düz xətlər iki yaxın nöqtələr 

arasındakı keçiddir. 



16. Mühit elementi mühitlə  əlaqədə forma və yaşama üsulu seçir.  Formalaşmış  şey 

mühitin ( alt və üst sistemlərin) tələblərinə, şərtinə uyğun   stabil həyat tərzi, istiqamət, 

yaşama üsulu seçir. Hər şeyin,  hadisənin,  prosesin  vəziyyətin dayanıqlı  olma dövrü – 

şərtləri var. 



17. Cansız sistemlərdə mühitin eyni olduğu  şəraitdə  şeylərdə  dəyişiliklər tezliklə 

stabilləşir. Canlı sistemlərdə  mühit qismən eyni qaldıqda  şeylərdə stabillik tez əldə 

edilir və kritik hədlər tez yaxınlaşır.  İnsan sosial sistemlərində elementlərin (fərdlərin 

şüurunun) inkişafı, mühiti idarə edənlərin isə onu eyni saxlamağa çalışması  nəticəsində 

mühitə “nifrət” yaranır və mühitin dəyişilməsinə ehtiyac yaranır. Bu inqilab və 

toqquşmalarla ictimai sistemin - mühitin dəyişilməsini təmin edir.  

18. Hər şey bütöv və ya çoxluq kimi qəbul edilərək hansısa böyük sistemin (sistemlərin) 

elementi kimi baxıla bilər 

19. Canlı  və cansız dünyada hadisələr və  dəyişiliklər sinusoid  xətti üzrə  dəyişir. Bu, 

düzgün (dalğalarda), qeyri -düzgün sinusoidə oxşar ola bilər.   



20 . Şeylər və hadisələr kənar vəziyyətləri arasında dəyişirlər.  Bu bir növ rəqqasın sol və 

sağ  kənar vəziyyətlərinə oxşayır. Başqa sözlə, şeylərin vəziyyəti orta vəziyyət ətrafında 

artma və azalma istiqamətlərində dəyişir.  

21.  Şeylər fasiləsiz dəyişməkdədir ;  dəyişiliklərin səbəbi xarici(xarici mühit) və daxili  

(daxili sistem elementlərinin qarşılıqlı  əlaqələri) təsirlərdir.  Nəticədə,  əldə edilmiş 

müvazinət fasiləsiz pozulur. Bu təsirlər nəticəsində  şeylər dəyişərək fasiləsiz yeni 

müvazinətli vəziyyətlər, parametr və xarakteristika alır. 

22. Əkslik cütləri, şeylərin bütövlük və möhkəmlik şərtidir, zəruri xassəsidir. Hər bir eyni 

işarəli, xarakterli bir çoxluğu sistemdən ayırıb təkbaşına qoysaq bu eyni cinsli şey iki əks 

qiymətli hissələrə bölünəcək. Məsələn, sistemdə 10 ədəd yaxşı adamları toplayıb müstəqil 

başqa yerdə fəaliyyətə buraxsaq bu  10 adam  zidd olan iki qrupa ayrılacaq. 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə