Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə28/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   24   25   26   27   28   29   30   31   ...   282

 

57

2)  Kim deyə bilər  ki, Hitlerin     20 milyon insanı qırması, Azərbaycanın Ermənistan; 



Fələstinin  İsrail tərəfindən işqalı, meşədə ceyranın  şir tərəfindən yeyilməsi və ya 

damcının havada şar  şəklində olması kimin məqsədinə uyğundur. Bu necə Allahın 

məqsədinə uyğun ola bilər? Hətta  Musa dini əsasında yaradılmış dinlərin özünün dediyi 

kimi “Allah müsbətdir, ancaq xeyiri müdafıə edir” fikrini qəbul etsək,  bütün  bu 

məsələləri Allahın məqsədinə aid edə bilmərik.  İdrak və  məntiq buna icazə vermir. 

Burada dinlərin öz dili ilə məntiq, idrak və gerçəklikdən imtina edərək, özünün qurduğu 

tələyə yenidən düşdüyünü aşkar edirik. 

     Demokrit  (b.e.ə. 500 il), Volter və digər mütəfəkkirlər təbiətdə  Səbəblik prinsipinin 

üstün olduğunu qeyd edir (İovçuk , et al 1981). Yəni səbəb olmasa heç nə ola bilməz.  

     Ərəb alimi Əl Qazali səbəbliliyi,  habelə dünyanın  əbədiliyi və qanunauyğun 

xarakterini inkar edir və  deyirdi:  “səbəb adlandırdığımız şey hadisələrin  zamana görə 

adi ardığıllığıdır”(BEKM 2002). Hadisələrin ardıcıllığı haqda olan bu fikrə həyatda təsdiq 

olunan bir düzəliş etmək lazımdır.  Daha düzü, demək lazımdır ki, hadisələr adi – təsadüf 

deyil,  qanunauyğun ardıcıllıqla baş verir.  Əlbəttə, bu arqumentlərə görə məqsədəuyğun 

hərəkət  və ya formanı şeylərin və canlıların  özü ilə mühit arasındakı əlaqəsinin nəticəsi  

olmasını  qəbul etməliyik ( səbəb və  nəticə). Reallıqda biz bunu hər bir şeyin tarixinə 

baxmaqla və ya müşahidə etməklə görə bilərik . 

      Canlı təbiətdə bizə məqsədəuyğun görsənən  prinsip Çarlz Darvinin aşkar etdiyi təbii 



seçmə və adaptasiya prinsipinin təzahürüdür. Həqiqətən,, müxtəlif və fasiləsiz yeniləşən 

mühitlərdə yalnız uyğunlaşan, güclülər  və yaşamağa qabil olan növlər yaşayır və məhz 

mühitin imkan verdiyi forma və yaşayış üsulları seçənlər yaşayır. Yaşaya bilməyənlər və 

uyğunlaşa bilməyənlər məhv olur, nəsilləri kəsilir.   Nəticədə biz  hər canlı heyvan və ya 

bitki növünün spesifik mühitdə yaşamasını  və  həmin mühitə uyğun forma və  həyatla 

yaşamasını müşahidə edirik.Uyğun olmayanların yaşamadığını müşahidə edirik. Konkret 

olaraq insandan və insan sistemindən danışdıqda, onun bütün hərəkət və  fəaliyyəti 

özünün  konkret mühit təsiri ilə seçdiyi özünə  və  öz fikrincə məqsədəuyqun hərəkət və 

fəaliyyətdir. Gördüyümüz bütün ev heyvanlarını (məsələn inək, qoyun, at, keçi, xoruz , 

toyuq) və qida bitkilərini (məsələn, buğda, çovdar, düyü, qreçka) bəzi xürufatçı dinlərin 

dediyi kimi Allah belə formada yaradıb, insanlara verməmişdir. Bu heyvan və bitki 

növlərini  insan öz məqsədinə uyğun seçmiş çarpazlaşdırmış , çoxaltmış,  qorumuş və  bu 

gün də onların hesabına yaşayır.  Təbii və süni seçmə, mühitə uyğunlaşma, universal 

fiziki qanunlar- universal cazibə qanunu və başqaları hər şeyə elə forma verir və  hər 

şey elə yaşama üsulu seçir ki, bu onun üçün adekvat və rasional olsun. Bu, kənardan 

baxana hər şeyin ağılla, məqsədə uyğun olması və yaşaması görüntüsü yaradır. Şeylərdə 

belə bir xüsusiyyəti  və bu mülahizəni və ya təsüratı yaradan məhz bu prinsiplərdir. 

Nəticə: dünyada və  təbiətdə  və canlılarda  ümumi məqsədəuyğunluq prinsipi kimi 

görsənən  şeylərin və canlıların mühitə uyğunluq prinsipi varBaşqa sözlə, hər şey tabe 

olduğu və ya tərkibində olduğu mühitlərin, sistemlərin tələbinə, şəraitinə uyğun forma və 



yaşama üsulu seçir.  Məqsədəuyğunluq  prinsipi səhv anlama nəticəsində formulə edilmiş 

ifadədir və yalnız görüntüdür. Və hökmən kimin məqsədinə uyğundur sualını yaradır. 

Dinlər təbii uyğunluq qanununu belə ifadə etməklə  məhz hər  şeyin Allahın məqsədinə 

uyğun olması fikrini  insanların beyninə yeridirlər. Yuxarıda gördük ki, məhz xəstəliklər, 

müharibələr, zəlzələ,  genosid, qasırğalar Allahın məqsədinə uyğun ola bilməz. Deməli, 

burada Allahın  heç bir  məqsədi yoxdur. Hər  şey öz yaşama məqsədinə nail olmaq 




 

58 


üçün forma və davranış seçir və ya ancaq uyğun olanlar qala bilir. Məsələn, Yerin 

Günəş ətrafında fırlanması ilə gecə - gündüz yaranır, insana isə  Günəşin Yerin ətrafında 

fırlanması görsənir. Gecə və gündüzü yaratmaq Günəşin və Yerin məqsədi deyil; fırlanma 

nəticəsidir, Yerin olmağına xidmət edir, Yerin yaşama üsuludur.  



Kainatda və  təbiətdə,  canlılarda və bitkilərdə  ümumi qanuna uyğunluq və 

harmoniya prinsipi var.  Ümumi qanunauyğunluq prinsipini, şeyin olduğu mühitin 

ümumi qanunlarına (tələblərinə) uyğunluqu kimi başa düşmək lazımdır. Yəni hər bir şey- 

cisim, canlı, heyvan, bitki,  insan olduğu mühitin ümumi qanunlarına – tələblərinə uyğun 

forma almalı, uyğun formada yaşamağa məcburdur. Qanunauyğunluqlar isə  səbəblilik 

prinsipinin əsasıdır. 

    Bütün  dəyişiliklər səbəb kimi qəbul olunan  aşağıdakı qanunlar altında baş verir: 1. 

Dünyanın və hər şeyin tamlıq qanunu 2. Orta vəziyyət qanunu 3. Univesal fiziki qanunlar: 

Nyutonun cazibə qanunu; təsir,  əks təsir qanunu; saxlanma qanunları, 4. Son hədlər - 

keçid qanunu. 5. Təkin çoxluq içində yaşamaq və üstün vəziyyətə çalışmaq qanunu, 6. 

Özünü saxlama - yaşamağa çalışma qanunu 7. Təkin çoxluq (mühit ) içində yaşama, 

forma və  həyat üsulu seçmə qanunu . Bu iki formada reallaşır: a) təbii seçmə  və 

adaptasiya qanunu canlılar üçün, b) cansız təbiət üçünsə bütövlüyünü saxlaya bilmək 

prinsipi - yəni konkret mühitlərdə öz fiziki xassələrinə uyğun olaraq zəruri forma

struktur, yerləşmə yeri əldə etmə. 8. Hər şeyin öz əksinin olması. Məhz əksi ilə mübarizə 

(tarazlığa çalışmaq) yaşamağa səbəb verir. Məhz konkret varlığın həyatı yaşamağa mane 

olan  əks qüvvələri dəf etmək – onlara üstün gəlmək üçün mübarizə  və çoxluqdan 

(mühitdən) maksimium istifadə eməkdir. 

Səbəbiyyət prinsipindən istifadə etmək insan üçün xüsusi əhəmiyyətlidir. 



 

Orta vəziyyət qanunu . 

 

    Bu o deməkdir ki, hər hadisə, varlığın mövcud olma forması , vəziyyəti  orta vəziyyət 

ərazisində    olmağa ( və ya orta vəziyyətdə durmağa ) yönəlmişdir; yəni  şeylər kənar 

hədlərə çıxarkən  bu çıxma prosesində yaranan ona əks qüvvə (digər keyfiyyət)onu  geri 

qaytarır. Orta vəziyyət stabillik, ağırlıq mərkəzi, ətalət mərkəzi, daha yaxşı olması  kimi 

rol daşıyır.  

     Fərziyəyə görə  həyatın çox hissəsi orta vəziyyətdə keçir. Lakin şeylər, hadisələr 

həmişə orta, stabil vəziyyətdə qala bilməzlər, mütləq kənar vəziyyətlər: - sol -sağ, yaxşı - 

pis, irəli- geri, yuxarı- aşağı, artma- azalma , olmaq -olmamaq vəziyyətləri olmalıdır. 

Səbəb odur ki, kənar vəziyyətlər  orta vəziyyətlərə nisbətən uzun müddətli  və  dayanıqlı 

deyil.  Şeylərin , hadisələrin nə  qədər orta vəziyyətdə, nə  qədər kənar vəziyyətlərdə 

olmasını araşdırmaqla daha əhəmiyyətli qanunlar görmək olar. Orta vəziyyətə yönəlmə  

xassəsi sistemdə(yəni hər şeydə) təbii özünü nizamlayıcı- idarəedici vəzifə daşıyır.           

     Şeylərin, hadisələrin məhz kənar vəziyyətləri, yəni  kritik hədləri, həm yaxşı, həm pis  



dəyişiliklərin hərəkətverici stimuludur və  zəruridir. Məhz bu zaman sistemdə bir 

istiqamətdə  və ya keyfiyyət üzrə  artmış vəziyyətin  ölçülən miqdarı,  ona əks olan eyni 

güclü  başqa qüvvənin yaranmasına səbəb olur və bu əks qüvvənin fəaliyyət saatı gəlir, 

sistem digər istiqamət və keyfiyyətdə yeni dəyişiliklər dövrünə ( siklinə) qədəm qoyur.  

Rəqqasda orta vəziyyətdə kinetik enerji max., statik enerji min. olur. Bəzi dini - məhdud 

düşüncəli insanlara isə elə gəlir ki, göydə kimsə  şeylərin, insanların, sosial sistemlərin -  




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə