Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə26/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   22   23   24   25   26   27   28   29   ...   282

 

53

    Demək, azadlığın sərhədləri  və dərəcəsi var. İnsan buna görə də heç vaxt azad deyil, o 



yaşadığı ictimai və  təbiət mühitinin ona qoyduğu tələblərlə hesablaşmağa  məcburdur. 

Azadlıq digər  ətraf mühit elementləri –qonşular ilə  məhdudlaşır. O şey azadddır ki, o 

mühitin ona verdiyi yerdə – qaydada konfliktsiz dura –yaşaya bilir. İnsanın biliyinin 

artması onun azadlıq dərəcəsini artırır. İnsan üçün azadlıq  ancaq şəxsi hissdir- yəni edə 

biləcəyi hərəkətləri sərbəst etmə qabiliyyətini dərk etməkdir. Bir adam o birisinin qeyri - 

azad olmasını deməsi  düz ola bilməz. O insan, hələ özünün azad olmamasını  dərk 

etməmişsə, o özünü azad sayacaqdır.  

    Bir şeyin azadlığı, digər şeyin azadlığı ilə məhdudlaşır, yəni azadlıq və məhdudluq asılı 

cüt anlayışlardır. Bir hadisə bir şey üşün azadlıqdır, digər  şey üıün məhdudluqdur. 

Cəmiyyət daxilində insanın bilik və  məlumatları çoxalaraq sistemin onun fəaliyyətinə 

maneələrini dərk edənə  qədər insan azaddır. Mane görəndən sonra o öz qeyri - azadlığını 

aşkar edir,  yəni dərk edir.  

Nəticə:  azadlıq subyektiv və  şəxsi hissdir.  Şeylər  Azadlıq  və  məcburiyyətin birliyidir. 

Şeylərin olması Azadlıqın  və ətraf mühitin məcburiyyəti nəticəsidir.  Əgər birini görmək 

istəməsək, digərini görəcəyik.  İnsanın bilmədikləri sahəni səviyyələr – qatlar şəklində 

ayırsaq, bu qatları insanı məhdudlaşdıran qatlar və ya azadlıq qatları  adlandırmaq olar. 

Təbii maraq nəticəsində insanın bilikləri artdıqca naməlumluq məlumluğa çevrilir. 

    Dünyanı - ətrafı  dərk etmək,  idrak- ağıl  azadlığın dərəcəsini artırır.  İnsan təkamül 

edərək, qeyri - müəyyənlikləri bir - bir açır, müəyyən edir. Lakin növbəti qeyri - 

müəyyənlik qatı hələ qalır, bu hələ ki, insanın azadlığını müvəqqəti məhdudlaşdırır. Hər 

bir qeyri - müəyyənlik açılandan sonra insanın azadlığı o qədər genişlənir. 



 

Əvvəldən müəyyən edilmə, yoxsa azadlıq.  Suallara cavablar     

   Dünyanı idarə edən qanunlar, hər  şeyin zərurətlər, təsadüflərin olmaması,  əvvəldən 

müəyyən olunma prinsipi hər bir hadisənin,  şeyin gələcəyinin  necə olacağı  suallarina 

səbəb olur.  

Biz  bilə bilərikmi nə baş verəcək? 

- Bizə keçmiş tam məlum olsa  və indini tam müşahidə edə bilsək və eyni zamanda hər 

bir böyük və alt sistemləri ağıl ilə seçib ayıra bilsək və onların dəyişilmə qaydalarını 

bilsək, dünya tamlıq qanununa görə biz gələcəyi bilə bilərik. 



Əgər hər  şeyin baş verməsi  əvvəldən müəyyən edilibsə, insan necə azad hərəkət edə 

bilər? Biz qəsdən müxtəlif cür hərəkət etsək, əvvəldən yazılanı pozmuş oluruqmu? 

 -  Əşya, insan, varlıq hökmən müəyyən sistemlərin elementi - iştirakçısı olduğu üçün 

qarşılıqlı  əlaqələr nəticəsində onun davranışı müəyyən olunur. İnsan sonrakı - gələcək 

talesinin  müəyyən olunmasında özü də    iştirak edir,  yəni insan sonra etdiklərini  əvvəl 

elədiklərinin  davamı kimi  edir. Eyni zamanda, dərk edərək, könüllü və azad edir. Əgər 

biz adi bir neçə alternativ hərəkət etsək və soruşsaq ki ,bu əvvəldən yazılıbmı? Onda 

cavab verə bilərik ki, bu alternativ hərəkətlər bizim həmin bu anımızda , bu məkanda-

otaqda, bu şəraitdə   edə biləcəyimiz hərəkətlər qrupuna aiddir  və biz bunu əvvəl qərar 

qəbul edəndən sonra  edirik, yəni  əvvəldən müəyyəndir. Və  əgər biz qəsdən bunları 

ediriksə, bu halda da biz hər hərəkətdən  əvvəl qərar qəbul edirik, yəni hərəkətimizi 

əvvəldən müəyyən edirik. Bununla, qanunu pozmuruq. Yuxarıda qeyd etdik ki, hər bir 

şeyin sonrakı  vəziyyəti – hərəkəti, addımı  məhz, həmin  şeyin iştirakı ilə  – potensialı - 




 

54 


dəyərindən asılı olaraq onun iştirak etdiyi sistemlər çoxluğu tərəfindən əvvəldən müəyyən 

edilir. 


Demək, bizim yaxşı  və ya pis hərəkətimiz  əvvəldən müəyyən olunub və biz belə 

davranmağa məhkumuq? 

-  Bəli. Əgər belə  ediriksə, demək, bu zərurət olub və əvvəldən müəyyən olub, lakin bu 

bizə  məlum ola da bilərdi, olmaya da bilərdi.. Hər kəs öz uğur və  səhvlərini araşdırsa, 

görər ki, məhz keçmişdə özü belə iştitrak edib - seçib.  



Belədirsə,  niyə çalışırıq? Bəlkə «anlımıza yazılanın» baş verməsini gözləyək ? 

- Biz ancaq sistemin verdiyi öz funksiyamızı yerinə yetirəndə  və  özümüzün varlığını 

saxlamağa  çalışanda yaşaya bilərik. Yaşamaq üçün məhz yazılanı etməyə məcburuq.  Bu 

yazılanlar isə bizim hərəkətlərimizin səbəbləridir. Bizim fəaliyyətimiz məhz «anlımıza 

yazılanı» icra etməyimizdir, bu yazılma prosesində biz öz potensialımızla iştirak edirik. 

Habelə ata – babalarımız da iştirak etmişdir, lakin  biz atdığımız addımın «yazıldığı» vaxt 

məqsədyönlü iştirak edə bilsəydik, indi bizim xoşumuza gəlməyən  işi tutmazdıq. Bu 

mənada bu düz atalar sözüdür ki, nə edirsə, insan özü - özünə edir



Hər şey idarə olunursa, bizim rolumuz nədir? Biz nə edə bilərik?  

- Bizim rolumuz sistemin verdiyi rolu icra etməkdir. Mənə bu rolu yazmışsa, sizə sizin 

potensialınıza - xarakter və digər parametrlərinizə görə digər rolu yazmışdır. İmtina edə 

bilmərik,. imtina etsək sistemdən çıxmalıyıq. Biz (1) potensialımızı artırıb və (2) 

əməkdaşlıq edərək  yaranmasında iştirak etdiyimiz sistemi dəyişə bilərik və o bizə başqa 

xoş rol yazar. 



İsa peyğəmbərin dediyi kimi bir üzümüzə  şillə  dəydikdə, o biri üzümüzü də  şillə altına 

tutaq? Və ya birimiz gəlmişik cənnətə getmək üçün, birimiz gəlmişik cəhənnəmə getmək 

üçün? 

- Həmişə sillənin vurula bilməməsinə, və  dəyməməsinə çalışmalıyıq.  Ən yaxşısı, belə 

fikrin yaranmamasına çalışmalıyıq.  Sillə vurulubsa, demək, öz yerimizdə  və lazımı 

davranışda deyilik və ya gücümüz azdır. Xeyr, heç birimiz nə  cənnətə  nə  cəhənnəmə 

gedəcək. Bu anlayışlar uydumadır.Hamının gedəcəyi bir yer var. 

Bəlkə səbr edək və əldə etdiklərimizlə kifayətlənək?  

 - Gözlədikdə  hadisələri müşahidə edib, daha aydın anlaya bilərik və düzgün qərar verə 

bilərik, lakin səbr etdikdə ya biz qazana bilərik, ya itirə bilərik.  Şükr etmək, 

kifayətlənmək, ancaq  müəyyən zamanlarda xeyirli olardı.  Əldə etdiklrimizlə 

kifayətlənsək, biz durğunluq vəziyyətiə düşmərikmi? Özümüzü daha yaxşı yaşamaq və 

daha yaxşı idarə sistemi qurmaq imkanlarından məhrum etmərikmi? -  Burada bir faydalı 

məna vardır. Qeyri - müəyyənlik olduqda səbr etmək məsləhətdir, çünki zaman keçdikcə 

vəziyyət aydınlaşacaq –müəyyən olacaq və biz düzgün yol seçə biləcəyik.  Zəruri 

ehtiyaclarımız ödənirsə,  müəyyən zaman   ərzində  daha artıqa çalışmamaq,  yəni şükr 

etmək  məsləhətli olardı, çünki hər bir fəaliyyət risklə əlaqədardır. Adi halda axı insan hər 

şeyi bilmir və ya yadında olmur. Demək, o kifayətlənsə, əlindəkini itirmək təhlükəsindən 

və ya səhv addımdan xilas olar. Lakin insanın gücünə  və  ağlına  görə  hərəkət etməsi - 

çalışması və ağıllı hədlərə malik nəticələrə nail olması daha məsləhətdir. Yəni daha düz 

olardı: gücündən, imkanlarından artıq çalışma, yeyə bilməyəcəyin  və ya həzm edə 



bilməyəcəyin yeməyi yemə. Öz ağlınla, gücünə - imkanlara  görə yaşa.  

Orta  Şərq dini  təlimlərinin dediyi kimi  insanın günahkar olaraq dünyaya gəlib və pis 

işlər görməsi əvvəldən müəyyən olunub? -   İnsan günahkar kimi gəlmir, tamam günahsız 


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə