Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə24/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   20   21   22   23   24   25   26   27   ...   282

 

49

Ətrafınızda indi baş verən hadisələr də sizin addımlarınızı atmazdan əvvəl baş verir və 



sizin addımınızı müəyyən edir. Artıq gələcəkdə  də müəyyən hadisələrin olacağını siz 

bilirsiniz. 

      Son söz olaraq deməliyik ki, əvvəldən müəyyən edilmə şeyin, obyektin daxil olduğu 

mühitin,  həm  əvvəldə baş vermiş hadisələrin növbəti vəziyyətlərinin,  həm həmin 

hadisənin gələcəkdəki  tələbi nəticəsidir.  Başqa sözlə, indi baş verən hadisə həm zamana 

görə sistemlərin (1) keçmiş zamandakı siklinin və ya inkişafının indiki zəruri vəziyyəti

(2) həm də indiki zamanda ətraf sistemlər  içində zəruri müvazinətləşmə halıdır (onların 

tələb etdiyi vəziyyətdir). Hadisə iki şərti ödəməlidir. Müəyyən edən- « yazan» məhz 

mühitin özüdür - bütöv olaraq  həm keçmiş, həm də indiki . İnsan və  cəmiyyət üçünsə  

əlavə olaraq həm  də  gələcəyin qorxu və ümidlərinin yaratdığı  təsir  müəyyən edən rol 

daşıyır.  

     Hadisələri də materialların, molekulların quruluşu kimi  elementlərdən, yerləşmə 

qaydasından və ardıcılıllığından ibarət hesab etmək lazımdır.  Əgər materialın strukturu 

statik durmuş quruluşdursa, hadisə strukturu fəaliyyətdə olan elementlərin qarşılıqlı 

əlaqəsidir, yəni hərəkətli strukturdur.  Təsəvvür edin ki, belə bir molekulun sxeminə oxşar 

hadisə sxemi çəkmişik. Molekulda lazımı yerdə konkret bir element- karbon, oksigen, 

azot və s. olduğu kimi hadisədə  də belə bir konkret nöqtələr  vardır. Və bu nöqtənin 

olmasını hadisə strukturu tələb edir, bu, deməli, hökmən olmalıdır. Bu olmasa, tamlıq, 

bütövlük bitməz, baş verməz. Demək, hadisənin tamamlanmağı üçün göstərilən nöqtə 

hökmən olmalıdır. Bu prinsip nə üçün bu və ya digər hadisənin baş verdiyini izah edir. 

Burada heç bir təccüblü  şey yoxdur. Olacaq olmalıdır. Burada seçilmişlər, sevimlilər 

yoxdur, hamı bərabər iştirakçı və icraçıdır. 

    Dünyanı idarə edən qanunlar, Tamlıq qanunu, hər şeyin zəruri olaraq baş verməsi, hər 

şeyin əvvəldən müəyyən olunması bütün dinlərin həll etmək istədiyi suallara və fəlsəfənin 

axtardığı suallara cavab verir. Qeyd etməliyəm ki,  dinlərin həll etmə mexanizmi, bazası 

olmadığı üçün onlar heç nəyi həll etmirlər. 

     Tamlıq qanunu çox maraqlı nəzəri və praktiki belə bir fərziyyə söyləməyə imkan verir. 

Bu fərziyyə bundan ibarətdir:  - Görünür, nəinki fiziki sistemlər müvazinətləşmə 



prosesində və müvazinət vəziyyətindədirlər - həm daxili həm bir- birinə nisbətən, habelə  

emosiyaların,  hisslərin də  müvazinəti var. Gələcəyi bilmək üçün bu xassədən istifadə 

etmək olar. 

Bu hadisəni dəfələrlə müşahidə    və analiz  etmişəm. Məsələn,  şair hisslərinin 

məcburiyyəti ilə şeir yazır, rahatlanır; ixtiraçı ondakı hissi  icra - ixtira etməklə xilas olur

yazıcı onda yazmaq hissini icra etməklə yazır, rahatlaşır; çox gülməkdən sonra ağlamaq 

hissi insanı  əhatə edir və onu ağladan hadisə baş verir o , ağlayır. Mədəni bir mühitdə 

normalar üzrə yaşayan insanda “vəhşilik etmək” hissləri meydana çıxır və o bunu icra 

etməklə rahatlıq tapır. Sanki insan müxtəlif hisslərin icraçısına oxşayır, hisslərin 

məcburiyyətilə o bu və ya digər işi edir, halbuki real tələb görsənmir. Nifrət, paxıllıq, 

qəzəb, dostluq, mehribanlıq, xeyirxahlıq hissləri insanı idarə edən amil kimi meydana 

çıxır.  Bu hadisələri öyrənmək və nəticələr çıxarmaq lazımdır. Şübhəsiz, bunlar reallığa 

reaksiyadır. Nə üçün  və nə zaman bu  hisslər meydana çıxır? Onları idarə etmək olarmı?  

Bu sualların cavabını psixologiya və sosiologiyada tapa bilərsiniz. 

 

 



 

50 


Dünyanin idarə olunmasi.  

 

     Dünya yeganə yerdir  ki, onun idarə olunma məqsədləri yoxdur və onu bir idarə edən 

yoxdur. Burada çox idarə edənlər var. Onun hər məsələsini bir avtonom sistem(qanun) 

idarə edir. Lakin bu idarə qərarını asılı sistemlərin kollektiv iştirakı ilə bir üstün sistem 

verir.   

    Mifoloji təsəvvürlərə və irrasional fəlsəfi təlimlərə görə dünyanı və  insanların həyatını 



Tale (судба)  idarə edir. Talenin  qeyri - məntiqi və  dərk edilə bilinməyən  əvvəldən 

müəyyən olunma olması fərz edilir. Qədim yunan inanclarına görə  baş Tanrı olan Zevsin 

və Femidanın üç qızı tale ilahiləridir: Kloto həyat – tale kəndirini toxuyur, Laxesis taleni 

– bu kəndiri adamlar arasında bölür, Atropos təyin edilmiş zaman həyat kəndirini kəsir. 

(BEKM-2002).      

     Astrologiya isə insanin xarakterini, temperamentini , davranışını, gələcəyini - talesini 

göydə, ulduzların vəziyyətlərinin müəyyən etdiyini qəbul edir. 

     Xristanlıq tale ideyasını Allahın  əvvəldən görməsinə inancla əvəz etdi. Sonralar,  

eynilə, İslam ruhaniləri də əvvəldən təyin edilməni Allahın adına yazdılar(BEKM-2002).     

     Stoisizm baxışlarına görə Dünya Tale tərəfindən idarə olunur. Bu nəzəriyyənin əsasını 

qoyanlardan Zenonun (336-264 b.e.ə.) fikrincə TALE idarəedici və hakimlik edici 

başlanğıc, eyni zamanda dünyanın idrakı, dünyada bütün varlığın qanunudur. Bu dünya 

idrakına uyğun olaraq «olan olmuşdur, olan olur, olacaq isə olacaqdır».  Zenonun 

fikrincə, tale bütün dünya səbəblərinin biri - birilə bağlanması deməkdir, bunu bağlayan 

isə  alın yazısı - fələkdir. (BEKM-2002) 

     Göründüyü  kimi,  lap  qədimdən insanlar hadisələr arasında bir əlaqə, bir qayda 

müşahidə etmişlər, lakin bu qaydanı müxtəlif cür təsəvvür  və təsvir etmişlər. Biz görürük 

ki, qədim dövrdən bəri bir çox filosoflar və  dini ruhanilər reallığı gördüklərini, lakin  

məhz dərin bilikləri çatmadığından  onu sehrli, əfsanəvi, dərk olunmaz ilahi qüvvələr 

tərəfindən edildiyini qəbul etmişlər. Real həyat   müxtəlif cür  dərk edilmişdir. 

     Zenonun  yazdığına görə  TALE  - dünyanın təbii və ümumi qanunudur və bununla 

bərabər ilahi xarakter və məna daşıyır.  Zenonun  taleyə verdiyi bu xüsusiyyət rasional 

nəzəriyyənin dünyanın quruluşu və dəyişiliklərinin  vahid qanunu ilə müəyyən dərəcədə 

səsləşir. Lakin rasional nəzəriyyəyə görə, tale, ilahi - yəni naməlum və sirli, dünyadan 

kənardakı qüvvə  deyil, dünyanın öz içindədir, öz daxili qanunauyğunluğudur.  

     Dünyanın  rasional anlayışına görə talenin tərifi:   



Tale  - dünyadakı varlıqların,  şeylərin dünya asılılıq və qarşılıqlı  təsirləri  əks etdirən 

dünya  formuluna uyğun olaraq və yaşamaq üçün fəaliyyətlərinin nəticəsi olaraq şeylərin 

yaranma və dəyişilikləri ardıcıllığını əks etdirən - dəyişiliklər xəttidir. 

     Vahid dünya tamlıq qanunua görə,  hansı ki deyir: ”heç nə heç nədən yaranmır; hər 

şey momentin həm horizontal zaman xəttində, həm verikal zaman xəttində (keçmiş, indi, 

gələcək) tam – bütöv olmaqa çalışır və  hər  şey digər sistemlərin elementi olaraq zəruri 



dəyişiliklər xəttinə - taleyə malik olur. Bu xətt – tale məhz, özbaşına yox, şeyin daxil 

olduğu sistemlərin elementi rolunu oynamaq məcburiyyəti - vahid qanun üzrə formalaşır.  

     Tale nəticələr xəttidir, gələcəkdə olan hələ reallaşmamış  xətt isə  nəticələrin 

olacağı  xətdir,  hər nöqtəsi konkret sistemlərin, hadisələrin insanın iştirakı ilə qarşılıqlı 

təsirləri nəticəsidir. Lakin bu xətt enli xətdir, xəttin yan sərhədləri arasında qalan sahə 

alternativlər zonasıdır ki, konkret nəticə (vəziyyət) bu aradakı konkret və  məlum  



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə