Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə25/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   21   22   23   24   25   26   27   28   ...   282

 

51

nöqtələrdən biri olacaqdır. Bu sərhədlər məhz spesifik şeyin  ola biləcəyi vəziyyətlərini 



olmayacaq vəziyyətlərdən  dəqiq  ayırır. Hər  şeyin -. Insanın, cismin, qurğunun taleyi – 

məhz belə konkret enli xətt formasında yaranışdan var və hələ gələcək gəlmədən gələcəyə 

uzanmış  xətdir. Lakin zaman yaxınlaşdıqca bu xətt nazilməyə başlayır və  İndi baş 

verdikdə artıq bu, xəttin eni içərisində bir nöqtə olur. Beləliklə keçmiş artıq enli xəttdən 

qalmış nazik, lakin yaxından baxdıqda ziq-zaqa oxşar, uzaqdan baxdıqda isə nazik xəttə 

oxşayır. Bu  hadisə cəhrədə yunun əyrilməsinə çox oxşayır- yun topası qeyri - müəyyən 



hədsiz varianları olan (lakin sayıla bilən) gələcəkdir. lakin zamanla bu yun nazilir və 

nazik xəttə - ipə çevrilir – konkret tale xətti yaradır. Zaman nə      qədər uzaq 

gələcəkdədirsə, xətt o qədər qalındır. Nəzəri  olaraq    dəyişiliklər,  şeyin öz iştirakı ilə 

qanunauyğun  şəkildə müəyyən istiqamətə ( hər dövrdə istiqamətlər dəyişilir) gedirsə, 

demək, həmin şeyin şüurlu fəaliyətilə  lazımı gələcək -  tale qurmaq olar. Taleni həm elmi 

analiz yolu ilə, həm intuisiya yolu ilə demək mümkündür. Tale anlayışından  və taleni 

demək imkanlarından bir çox adamlar biznes qurmuşlar. Onların əksəriyyəti məhz yalan 

tale söyləməklə, onu düzəltmək üçün aldadıb pul alırlar. 

    Lakin taleni dəyişmək mümkün deyil. Mənim şəxsi təcrübələrimdə  taleni və yaxud baş 

verməli olan hadisəni dəyişmək  mümkün  olmamışdır. Hadisələrin və insanın 

gələcəyinin arzu edilən istiqamətdə olması üçün taleni dəyişmək deyil - bu heç vaxt 

mümkün ola bilməz- taleni  hələ xeyli əvvəldən yazmaq  lazımdır ki, zaman yaxınlaşdıqca, 

o dəyişməz zərurətə çevrilsin. 

     Tale  -  potensiallar,  keçmiş tarix, mühit , tamlıq-müvazinət qanunu ilə  və  təsirlər  

əsasında müəyyənləşir. Rasional Cəmiyyət Uğrunda  İctimai Birlikdə  mənim tərəfimdən 

tale qurmaq proqramı yaradılmışdır. Burada hər insana diaqnostika və analiz vasitəsilə 

spesifik arzu olunan məqsəd üçün tale yolu  konstruksiya edilir.  

 

Azadlıq anlayışı 

 

     Dünya hadisələrinin tam bir - birilə əlaqədə və asılılıqda olması, hər  şeyin müəyyən 

səbəblə baş verməsi,  əvvəldən müəyyən edilmə,  bəşəriyyətiin və  fəlsəfənin  əbədi 

məsələsini - azadlıqın olub- olmaması sualını yaradır. 

     İnsan və hər bir digər şey -  canlı və ya cansız varlıqlar - hamısı eyni qanuna çoxluğun 

təklər üçün müəyyən etdiyi forma və həyat qanununa  tabedir və çoxluq içində yaşamağa 

məhkumdur. Təklər çoxluğun –yəni dünyanın bir hissəsidir, habelə ierarxik pillələrdən 

ibarət olan müxtəlif çoxluqların (üst və alt sistemlərin) hissəsidir. Başqa sözlə, insan çox 

məchullu tənliklər sistemini ödəyən - hansı ki hər birinin və hamısının təsir qüvvələrinin 

ümumi nəticəsi sıfıra bərabərdir - məchullarından biridir. Məhz  bu məchul, konkret 

potensial, parametrlər və davranışdır. Eynilə, hər şey belədir. Bu məchullardan hər birinin 

qiyməti digərlərindən asılı olaraq müəyyən edilir. Digər tərəfdən, məchulların fasiləsiz 

dəyişilən qiymətlərində hər biri digərindən asılı dəyişir, lakin balans, yəni cəmlərin sıfıra 

bərabər olması qalır. Üst sistemlərin dəyişməsi zəruri olaraq alt sistemləri üst sistemin 

dəyişməsinə  uyğun dəyişdirir. Bu fikirlər təbii müşahidələrdir, reallıqdır. 

    İnsanın özünü azad və ya qeyri- azad (maneələr qarşısında durduğu) hissləri var.  

Buddist və ya Sufi dərvişi bütün dünyəvi çalışmaq, işləmək, yaxşı yaşamaq 

məqsədləindən özünü uzaqlaşdıraraq həyatın imkan  verdiyi ən az nemətlərlə kifayətlənir, 

meditasiya ilə,  dualar, ibadət ilə gününü keçirir, özünü azad hiss edir. Onun üçün fərqi 



 

52 


yoxdur, hansı siyasi rejimdə yaşayır və  cəmiyyət necə idarə olunur. Həyat nemətləri 

uğrunda çalışan, zəhmət çəkən insan müxtəlif maneələrə rast gəlir, özünü azad hiss etmir

     Bilik  sahibi  olmayan  və yaşama vasitələrinə malik olan və daha çox zəngin həyat 

məqsədləri qoymayan insan özünü azad hiss edir. Eyni şəraitdə yaşayan, lakin daha artıq 

yaxşı həyat məqsədləri qoyan, maneələrə rast gəlir və özünü azad hiss etmir.  Böyük bilik 

sahibi olan insan  öz qabiliyyətini tətbiq etməyə imkanlar görmədikdə ictimai sistemi 

analiz etməyə başlayır və onun diktatura olduğunu, effektsiz idarə və qanunlar olduğunu 

aşkar edir, özünü azad hiss etmir.            

     Deməli, 1. Azadlıq yalnız insan hissidir. Azadlıq hissi subyektivdir. Imkanlardan artıq 

məqsədlər qoyulduqda  azadlığın olmaması hissi yaranır. 3. Mühit haqda  biliklərə malik 

olmaq azadlığın olmaması hissini yaradır. Məhz bu səbəbə görə dövlətlər insanların 

biliklərinin az olmasına, məlumatsız qalmasına çalışırlar. Çünki bilik, insanın özünün 

azad olmamasını, yəni davranışının hədləri olduğunu dərk etməyə kömək edir və ictimai 

sistemin səmərələşdirilməsi üçün ideyalar yaranmasına, siyasətdə  iştirak etməyə  səbəb 

olur. Azadlıq hissi və mühitin məcburiyyəti eyni hadisənin müxtəlif adıdır.  Mühitin 

sərhədlərini anlayana qədər insan özünü azad hiss edir. 

    Tərif.  Azadlıq, insanın  onun daxili aləmi, dünyagörüşü, yaşama üsulu ilə    uyğun 

olmayan buna görə  də onu daim sıxan  / məhdudlaşdıran hissi yaradan mühitdən çıxıb 

xilas olmasıdır. Başqa sözlə Azadlıq, insanın daxili aləmi, dünyagörüşü, yaşama üsulu ilə 

uyğun olan, onun arzu və istəkləri  ilə tam uyğun sərhədlərə malik olan mühitin dərk 

edilməsi (qəbul edilməsi) - azadlıq hissidir. 

     Rüşvət alan adam rüşvət alına bilməyən yerə düşsə, bu onun üçün sıxıcı yerdir, o, 

azadlığını bu mühitdən çıxmaqda görür. Yaşadığı dövlət insanın rahat, normal həyatına 

mane olursa, bu da sıxıcıdır, insan özünü azad hiss etmir, burdan xilas olmaq insanın 

azadlığıdır; oğru bandası  üzvü üçün onun olduğu banda azadlıqdır, onu düzgün bir 

cəmiyyətə qoysaq , bu  onun üçün azadlığın məhdudlaşması /qeyri - azad yer olacaq. 

Buradan çıxmaq onun üçün azadlıq olacaq. 

     Dünya qanununa görə hər bir tək , məsələn, insan  özünün potensialına görə müəyyən 

yer tutur və  həmin yerin imkanları  çərçivəsində başqa elementlər –ətraf sosial, ictimai, 

siyasi, təbii mühitlərlə qarşılıqlı əlaqə şərtində həmin yerində qala, yaşaya bilər. Bu onun 

fəaliyyətsizliyini imkansız edir, əgər o dayansa, sistemdən çıxardılacaqdır, onun yerini 

digər potensiallı adam gəlib tutacaqdır. Eyni zamanda, onun hərəkətləri sistemin verdiyi 

imkanlar, istiqamət, seçim daxilindədir. Konkret seçim isə konkret imkanlarla – rəqiblər, 

güclər və zəyifliklər, reallıq insanın öz potensialının necəliyi ilə müəyyənləşir. 

    Demək, insan hər istədiyini, mühit imkan verməsə edə bilməz. Konkret zaman ərzində 

onun hərəkətləri - seçimi sonludur - alternativlər var, sayıla bilər, konkret momentdə isə 

seçimi birdir. Buradan  belə nəticə çıxır ki, insanın potensialı – gücü, imkanları, biliyi və 

s.  ətraf mühitin imkanlarına bərabər və artıq olduqda insan həmin işi azad olaraq edə 

bilər.  Demək, insanın piramidada, yəni ictimai sistemdə tutduğu yer onun potensialına 

bərabər olur. (İnsanın potensialı dedikdə  həm material, həm mənəvi – şüur gücünü 

birlikdə nəzərdə tutmaq lazımdır). Bu yer insanın azadlıq yeridir. 

     Filosofların sözü ilə desək, “azadlıq insanın dərk edilmiş zəruri hərəkətidir-imkandır”, 

və yaxud   azadlıq insan üçün özünü və  ətrafı  dərk edərək həmin çərçivədə könüllü 

hərəkətindən doğan razılıq hissidir. 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə