Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə33/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   29   30   31   32   33   34   35   36   ...   282

 

67

23.  Şeylərin,  hadisələrin hissələrinin-tərkib elementlərinin  dəyişməsi, ölçüləri, 



xarakterini bilməklə  ona uyğun yeni ümumi mahiyyətini, yəni yeni vəziyyətini 

hesablamaq-müəyyən etmək olar

24. Hər yeni yaranan varlıq, mühit fasiləsiz yeniləşdiyinə görə  əlavə olaraq dəyişən 

mühitə uyğunlaşma və onun tələbinə, şəraitinə uyğun yaşamağa məhkumdur. 

25. Şeylər əsasən daha çox orta vəziyyətdə olaraq, lakin  kənar hədlər arasında olurlar 

(adi vəziyyətdə). Gah bir , gah digər istiqamətdə dəyişilirlər. 



 

26. Kiçik potensiallar böyük potensiallıların  idarəedici təsiri altındadır. 

27. Hər şey şeylərin içində  tutduğu mövqeyə görə  üst sitemlər tərəfindən idarə olunur, 

özü isə alt sistemlərə  idarəedici təsir edir 

28.  Azadlıq anlayışı yalnız hissdir, nisbidir, heç nə, heç vaxt azad deyil.  İnsan üçün 

azadlıq  hissi , onun istəyib könüllü edə bildiyi,  şübhəsiz, mühitin imkan verdiyi 

fəaliyyətlərdir. Onun istəməsini də mühit yaradır.  Hər bir belə  fəaliyyət azadlıq 

hisslərinin növləridir.  İstəməyib , mühitin məcburiyyəti ilə etdyini dərk edən adam isə 

məcburiyyət hissi keçirir, o azad olmadığını hiss edir. Şeylərin azad olmaması  şərti 

şeylərin olma şərtidir. 

29. Hər  şeyin dəyişikliyi təsadüfi deyil, müəyyən – zəruri yerə istiqamətlənmiş  və  ona 

təsir edən təsirlərin məqsədinə uyğun hərəkətdir (əks təsirdir).  Həmişə zamanın hər bir 

dövründə  obyektdə  fərqli üstün istiqamət, konkret məna, istiqamətlənmiş  dəyişiliklər 

olur. Bu mühitlə qarşılıqlı təsirlərin nəticəsidir. 

30. Şeylərin bütövlük və dayanıqlılıq (olmaq) xassəsi nəticəsində  insanda keyfiyyətlərin 



bir- birini kompensasiya etməsilə ən böyük keyfiyyət ən alçaq keyfiyyətlə tarazlaşır. İnsan 

keyfiyyətlərinin cəmi sıfırdır, yəni  müvazinətdədir . Əgər bir keyfiyyət nə qədər azdırsa, 

digər  əks  keyfiyyət o qədər çoxdur. İnsanda  böyüklük, insanilık, var- dövlətlilik 

hakimlik, ağalıq, alicənablıq, sevgi  alçaqlıq keyfiyyətləri ona əks olan keyfiyyətlər ilə 

kompensasiya təşkil edir. Ən böyük filosof ən çətin günlər keçirən insan ola bilər. Siyasi 

sistemdə  ən böyük vəzifə tutan ən qəddardır, əxlaqa əməl etməyəndir. Çətinlik,  kəskin 

duyulan ehtiyaclar  beinin yaxşı işləməsinə, daha dərin dərk etmə üçün  səbəbdir. 

31. Dünyada simmetriya prinsipi var. Bu tarazlaşma – tamlığın əldə olunması prosesində 

cisim və əşyaların aldığı simmetrik forma və uğradığı hadisələrdir.  

 

Kateqoriyalar  

Çoxluq.  Hər bir baxılan obyekt çoxluqdur,  müxtəlif elementlərin  əlaqəli 

kombinasiyasıdır. Çoxluğun sinonimi sistem , tam, bütövlük, ümumi, mühit, obyektdir.  



Tək. Çoxluğu təşkil edən hissələrdir. Tək,  ən kiçik masştabda  müxtəlif keyfiyyətlərin 

ölçü vahidləri ola bilər, cismin vahid təşkiledici hissələri mikron,  nanometrilə ölçülə 

bilər, bütün maddi və görünməyən varlığın əsasında zərrəciklər durmuşdur.  

Hissələrin xassələri:   

Hər şey dünya strukturunda ikili xassə daşıyır: 

-    hər şey həm təsir edəndir, həm təsir ediləndir 

-  hər şey həm başlanğıcdır, həm sondur 

-  hər şey həm idarə edəndir, həm idarə ediləndir 

-  həm elədir, bir görünüşə rola görə, həm elə deyil, digər görünüşə, rola görə 

-  hər şey həm səbəb, həm nəticədir. 



 

68 


-  hər şey həm yaradılan (mühit tərəfindən ) həm yaradandır (mühit elementi olaraq) 

-  hər şey ən azı iki şeyi birləşdirən əlaqə vasitəsidir.  

-  hər şey ümumi mühitin bir hissəsi olaraq , özü də kiçik  mühitdir 

Mahiyyət. Mahiyyət çoxluğun digər çoxluğa münasibətdə    daşıdığı roldur –mənadır. 

Baxılan çoxluğu –obyekti nə  qədər çox mühit (sistemi) əhatə edirsə  yəni nə  qədər çox 

sistemlə əlaqədədirsə, o qədər də çox mahiyyətə malikdir.  Hər bir şeyin mahiyyəti daxil 

olduğu mühitlərin tələblərinə uyğun olaraq müxtəlifdir. Mahiyyət  əbədi deyil. Başqa 

mühitə nəzərən obyekt digər mahiyyətə malikdir  

Mühit. Mühit hər şeyi yaradan anadır. Mühit çoxluqdur və ya sistemdir. Mühitdə konkret 

seçilib baxılan şeyə nəzərən qalan hər şey mühit adlana bilər. Hər bir hadisə və şeyin özü 

də mühit hesab oluna bilər və  yalnız mühit (ondan başqa qalan hər bir mühit kompleksi) 

daxilində ola bilər. Mühit rolu oynayan elementin  ümumi təsirilə iki şeyin qarşılıqlı 

əlaqəsi nəticəsində üçüncü elementın yaranması üsulu ilə yaranış prosesi baş verir. Hər 

yeni yaranana elementin mühitə  əlavə olunması, yəni mühitin tərkib hissəsinə 

çevrilməsilə mühitin forma , miqdarı  və xassələri, getdikcə müərəkkəbləşir - yaradıcı 

xassələri və qabiliyyəti genişlənir. Mühitin iki daha yaxın  hissəsinin qarşılıqlı əlaqələrilə 

(yəni ən azı iki elementinin) yeni varlıq növü yaranır. Bu mühitin özünün özünü doğması 

və ya özünü özündən yaratması kimi anlana bilər. Növlərin çoxalması prosesi  nəticəsində  

ilk maddə atomunun yaranması və sonrakı maddələrin atom və molekullarının yaranması, 

maddələrin konkret cisim formaları  əldə etməsi baş verir. Cansız aləmdən canlı aləmin  

yaranması  və təbii evolyusiyası baş verir. Həm cansız, həm canlı aləmdə  yeni yaranan 

forma , struktur və çoxluqlar mühitdə yalnız  dayanıqlı avtonom bütövlük əldə etdikdə 

yaşaya bilirlər, etmədikdə qala bilmirlər. Mühit isə müxtəlif avtonom mühitlər – sistemlər  

çoxluğundan ibarət olur. Hər mühitdə isə yalnız spesifik, yəni həmin mühitdə 

bütövlüyünü saxlaya bilənlər yaşayır. Canlı aləm üçün  bu prinsipə Darvinin aşkar etdiyi 

təbii seçmə  və adaptasiya qanunu deyilir, yəni bunun mənası odur ki, yalnız uyğunlaşa 

bilənlər və güclülüər yaşayaır, qalan növlər məhv olur.  

Mühit konkret real sistemlər və ya, başqa sözlə, çoxluqlardan ibarətdir. Hər  şey eyni 

zamanda və həyatı boyu içində olduğu mühit sistemlərinin dəyişilən qaydada təyin etdiyi 

müxtəlif rolları oynayır. Mühit özünü özündən (öz-hissələrindən) yaradan, çoxalan, 

müxtəlifləşən xassələrinə, habelə hər bir mühit hissəsi və hər yeni yaranan mühit hissəsi 

belə xassələrə malikdir   

 Kainat bütün varlıqların  əmələ  gətirdiyi ümumi böyük  mühitidir, kainat həm 

varlıqdır(nəticədir), həm mühitdir(yaradandır), kainat çoxluq olaraq ümumi məkan və 

zaman xassəsinə; hissələrinin sistem quruluşuna və  zəruri, hələlik məlum olan 4 növ  

qüvvədən ibarət qarşılıqlı təsir əlaqələrinə malikdir. 



Səbəb və nəticə. Şey və hadisələrin hər vəziyyətini səbəb, sonrakı vəziyyətini isə nəticə 

hesab etmək olar. Hər şey həm səbəbdir, həm nəticədir. Nəticə: varlıq (nəticə) yalnız ən 

azı iki şeyin və mühitin iştirakı ilə qarşılıqlı  əlaqəsi məhsulu ola bilər. Nəticənin başqa 

üsulla əldə edilməsi məlum deyil. Hər nəticə yeni sistemdir. 



Zərurət.  Hər  əvvəlki vəziyyətdən sonra yalnız bir nəticə - vəziyyət olur. Buna zərurət 

deyilir. Qanunauyğunluqların təsiri altında  şeylərin- çoxluqların qarşılıqlı  əlaqəsi 

nəticəsində meydana gələn  hər bir hadisə və yeni çoxluq zərurətdir. Zərurət obyektivdir.  

Təsadüf  isə subyektiv rəy olaraq insanın xəbəri olmadığı    və ya anlaya bilmədiyi 

vəziyyətlərdir - səbəblərdir, nəticələrdir. 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə