Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə34/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   30   31   32   33   34   35   36   37   ...   282

 

69

Materiya  çoxluğun maddə və hissəciklər formasında  ölçüləri, parametrləri olan obyektiv 

real növüdür. 

Enerjetik Forma Xəyal  – canlı materiyadan (insan və heyvanlardan) yaranan müxtəlif 

formalarda reallaşan yaşıl işıq və ya konkret canlı  xəyalı formasında aşkar olan,  

müəyyən müddət ömrü olan, həmin canlıların xasiyyət, xarakterini daşıyan, qısa zamanda  

və bəzən müşahidə edilən  və itən real varlıq. Hələki, bir neçə əlamətləri məlumdur.Yaşıl 

incə  işığa bənzər növü idarə edilməzdir.  İnsan ilə kontakta girərək söz işlətmədən 

ideyalar, məlumatlar, tapşııqlar verə bilər. İnsana və heyvana oxşar növləri isə oxşadığı 

canlının xarakterinə malikdir. İdarə edilə bilir. Elm tərəfindəm öyrənilməmişdir 

Zaman və  məkan – özbaşına mövcud deyil, onun parametrləri materiyanın xassələrilə 

tam  əlaqədar və asılıdır.  Kainatdan kənar və ya materiyadan kənar mövcud deyil, 

materiyal şeylər olduqda özlərinə zaman və məkan yaradırlar  



Qeyd: Bu siyahı  kateqoriyaların və onların təsvirinin  hamısı deyil. 

 

Dünyanın ən ümumi prinsipləri 

1. Rasionallıq prinsipi. Hər  şeyin, cismin, canlının  olma forması  ən rasionl olma 

formasıdır.  Hər bir varlıq olduğu mühitdə daha  rasional formada olmağa, rasional 



üsulla yaşamağa çalışır. Müxtəlif mühitlərdə həmin varlığın müxtəlif rasional forma və 

davranışlarını görə bilərik. Rasionaılıq  ən sərfəli yaşama - olma üsuludur, formasıdır. 

Rasional formanı və yaşama üsulunu hər şey öz potensialına və mühitin verdiyi imkanlara 

görə seçir və mühit dəyişdikcə, bu olma formasını və yaşama üsulunu uyğun dəyişdirir - 

səmərələşdirir(bacardığı  qədər). Cansız təbiətdə bu, sürətlə - qismən, ani olursa, canlı 

sistemlərdə bu, zaman ərzində proses kimi baş verir. Xüsusilə, insanda şüur və  ağılın 

olması rasional forma və davranışa həm kömək edir, həm zərər verir. Adətlər  ənənələr 

keçmiş inanclar, stereotip düşüncə, ictimai quruluş,  şübhəsiz, formalaşır və rasional 

seçimə, səmərələşməyə mane olur. Nəticədə insan tarix ərzində həmişə bu və digər  səhvi 

edir. Bunun qarşısını almaq üçün - həmişə rasional davranış seçmək üçün insanlar 

futuroloji araşdırmalar, xüsusi şəxsi məsləhət vasitələri istifadə etməlidir.  Əgər 

soruşsalar ki, ən qısa formada dünyanı  şeyləri idarə edən, dəyişiliklərin  səbəbi nədir. 

Buna cavab olaraq demək olar ki , Hər şeyi, dünyan, dəyişilikləri   rasiuonallıq prinsipi 

idarə edir. Şeylər, varlıqlar: cisim, insan və heyvanlar - hər  şey həmişə dasha yaxşı 

formada olmağa, yəni  daha yaxşı yaşamağa çalışırlar -  imkanlar axtarırlar.  Onların 

belə çalışmağı mühiti dəyişdirir və  nəticədə mühitdə yeni imkan açılan kimi onlar bu 

imkandan istifadə edirlər – yeni rasional formanı qəbul edirlər 

2.  Səbəbiyyət prinsipi.  Hər bir yaranış, hadisə yalnız zəruri amillər, şərait olduqda baş 

verə bilər. Bu prinsip səbəbiyyəti əks etdirir, yəni hər şeyin yaranma, olma səbəbi var. 

3.  Hər bir varlıqın məqsədi yaşamaqdır;  həyat, yəni fəaliyyət və  hərəkət yaşamaq üçün 



çalışmaqdır.  Yaşamaq üçün fəaliyyətin səbəbi yaşamağa mane olan qüvvələrə qarşı 

durmaqdır. Mane olan qüvvələr olmasa həyat olmaz. Cəmiyyətdə mane olan amillər, 

problemlər dərk edilməsə, aşkar olunmasa inkişaf (potensialın artımı) olmaz. Hər bir şeyə 

mühitdən təsir qüvvələri təsir edir,  bu həmin  şeyin elə formada olması üçün zəruri 

şərtdir. Sizə ona görə, öz əks qüvvələrinizi, mane olanları sevmək lazımdır. Mane təsirləri 

olmasa heç şey yaşaya, qala bilməz.  

4.  Səlis, fasiləsiz dəyişiliklərin zəruriliyi.  Hər bir varlıq, insan, cəmiyyət, quruluş, 

fəaliyyət, maddi istehsal , cisim eyni biri - birindən geri qalmadan dəyişməli,  paralel 




 

70 


inkişaf etməlidir. Süni olaraq dəyişiliyə mane olmaq, gecikdirmək, bir hissənin 

dəyişiliyini sürətləndirmək digərini nəzərdən atmaq səhvdir və pis nəticələrə  səbəb 

olacaqdır. 

Qeyd:  bu son deyil, davam etdiriləcək 

 

Rasional dünyabaxış fəlsəfəsinin qəbul etmədiyi  ideyalar. 

1)  atomun yarandığı zərrəciklərin şüurlu olması,  

2)  fövqaladə - təbiətdən və kainatdan kənar qüvvələrin olması, 

3)  Tanrının ruh olması və adamlarla söhbət etməsi

4)  yaradanın qeyri - müəyyən Tanrı olması, 

5)  əxlaqın qeyri - müəyyən Tanrı tərəfindən yaradılması 

6)  dünya quruluşunun və qanunlarının, bütün varlığın, insanların qeyri - müəyyən 

Tanrı tərəfindən qəfildən yaradılması, 

7)  bəzi insanların qeyri - müəyyən Tanrı  tərəfindən seçilərək və onlara öldürmək, 

genosid, dağıtmaq yolu ilə ictimai sistem qurmaq və onun özünə tabeçiliyini  

yaratmaq əmrinin verilməsi, 

8)  energetik forma - xəyallara mələk, cin, şeytan , Allah adının verilməsi, 

9)  insanın günahkar doğulması və cənnətə və ya cəhənnəmə gedəcəyi, 

10) Tanrının dünyadan kənarda olması 

Qeyd : rasional fəlsəfə Tanrı və görünməz varlıqlar haqda  yeni nəzəriyyə irəli sürür (bax 

hissə 4, rasional ruhi aləm nəzəriyyəsi) 



Dünyanın növləri. Dünya bütöv olub şərti olaraq iki hissədən ibarət baxıla bilər:  

1. Madədən yaranan dünya və  

2. Görsənməyən hissəciklərdən və onların yaratdığı müxtəlif sahələrdən, dalğa və kürəvi 

formalı çoxluqlardan əmələ gələn dünya., material dünyadan daha çox həcmə və kütləyə 

malikdir. Bu dünya axirət və ya ölümdən sonrakı dünya deyil. Burada habelə energetik 

forma xəyallar yerləşir. Bu dünyanın məlumat daşıyıcı xassəsi olması fərz edilir. Hər bir 

hissənin çoxluqları avtonom mövcuddur, bu iki dünya arasında asılılıq və ya tabelik 

əlaqəsi müəyyən deyil. 



Dünya haqda rasional  nəzəriyyənin tətbiqi . 

    Bu nəzəriyyə insan həyatı və fəaliyyəti üçün  aşağıdakı çox   faydalı praktik imkanlar 

yaradır: 

1.  Şeylərin, bitki və cisimləin, insanların,  hadisələrin formulalar vasitəsilə yazıla 

bilməsi.  

2.  Mühitin , şeylərin, cəmiyyətin dərk edilməsi və  gələcəyinin proqnozlarının  

verilməsi 

3.  Hər insanın və icmanın,  dövlətin, biznesin öz gələcəyini dərk edərək özünü 

düzgün - rasional  idarə etməsi, rasional davranış seçməsi 

4.  Sağlam həyat seçməsinə stimul alması 

5.  Rasional həyat və fəaliyyət seçməsinə stimul alması 

6.  Əxlaqı və  mədəni davranış üçün stimul alması 

7.  Əməkdaşlığın zəruri olmasını anlaya bilməsi 

8.  Hər bir insanın, cəmiyyətin digər insanın və  cəmiyyətin özü kimi yaşama 

hüququnun olmasını dərk etməsi 

9.  Sülh və razılaşmalar, qarşılıqlı anlama yolu ilə yaşaması 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə