Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə30/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   26   27   28   29   30   31   32   33   ...   282

 

61

coğrafiya, idarəetmə,  astronomiya, tibb və  dərmanlar elmi böyük inkişaf etdi.  Zəruri 



biliklər  əldə edildikdən (1050 –ci ildə Orta Şərqdə, 1150- ci ildə  İspaniyada) sonra  

ruhanilər daha elmə ehtiyac  hiss etmədilər, elmin İslamın təlimini ifşa etməkdən 

qorxdular, onu saxlamağı  qərara aldılar, elmi təqib etməyə başladılar. Bu, İslamın son 

inkişaf həddi idi  və tənəzzülünün əsasını qoydu. 

 

 Oxşarlıq qanunu .  

      Dünya hadisələrinin, obyektlərinin dəyişilikləri içərisində zəruri oxşarlıqlar vardır.  20 

–ci  əsrdə müəyyən edilmiş Xaos nəzəriyyəsi eyni  dinamik sistemilərin  dəyişilikləri 

arasında oxşar naxışların  olduğunu  təsdiq edir. Belə ki,  Oxşarlıq bütün sistemlərin 

dəyişilikləri  daxilində baş verir. Nəinki, göy cisimlərinin yaranması  və inkişafinda, 

habelə Yerdəki hər bir növün, canlının və cismin öz həyatında və  növlər arasında baş 

verir. Bir  obyektin dəyişilikləri, başqa obyektin dəyişilikləri naxışlarında müşahidə 

olunur. Müxtəlif hadisə  və  şeylərin dəyişməsi  şəkli – qaydası  arasında oxşarlıq vardır. 

Oxşarlıq, habelə müxtəlif, çox uzaq sahələrdə belə, hadisə  və  şeylərin olması  və 

dəyişməsi qaydalarında müşahidə edilir. Oxşarlığın səbəbi mühit elementlərinin qarşılıqlı 

əlaqəsindən yaranan elementin, şeyin, canlının, cismin məhz həmin mühitlə  əlaqəyə 

girməyə  məcbur olmasıdır və forma, həyat üsulu seçməsidir. Mühit hansı üsullar təklif 

edirsə,  şeylər də özünə uyğun olanlardan seçir. Makrodünyada isə mühit çox az sürətlə 

dəyişir. Demək, eyni mühitdə yaranan yeni varlıqlar – şeylər oxşar formalar, üsullar 

seçməli olacaqlar. Uzun zaman keçəndən sonra isə yeni mühitdə yeni mühitə uyğun 

şeylər yaranacaq, onlar da yeni növ oxşarlığa malik olacaqlar.  

     Bu  yanaşma bizə, bir hadisəyə görə digər hadisələrin dəyişməsi qaydasını    tapmağa 

kömək edir. Habelə dünyanın quruluşunu və onu  necə yaranmasını  tapmaq üçün düzgün 

fərziyyələr qurmağa kömək edir.  Oxşarlıq qanununu  hər insan öz təcrübəsində aşkar edə 

bilər və bir çox insanlar aşkar etmişlər. Gorfild Leybniç(1646 -1716), alman alimi də 

oxşarlıq qanunu aşkar etmişdi və  həndəsi fiqurların oxşarlıq teoremlərini 

yaratmışdı.(BEKM-2002) 

    Dünya  –  kosmos  və onun tərkib hissələri - ulduzlar, Günəş sistemi, Yer  - hamısı 

dəyişilmə qanununa tabedir. Bu, yaranma - böyümə , uşaqlaıq – cavanlıq, inkişaf, pik 

vəziyyəti, yenmə- qocalma,  ahıllıq -zəyifləmə, ölmə  və ya digər vəziyyətə keçməkdən 

ibarət olan dəyişiliklər ardıcılığıdır. Hər bir şey, element, bu ardıcıllığın müxtəlif  

mərhələsindədir. Yer kürəsində olan insan cəmiyyəti də, onu  inkişaf mərəhələsinə 

bölsək, uşaqlıq -cavanlıq mərhələsini artıq keçmişdir.  Növbədə orta yaşlılıq, yəni 

müdriklik, ağıl və  zəkanın  idarə edici rol oynaması, daha effektiv rasional cəmiyyət 

yaratması və şıltaqlığa, axmaqlığa, acğözlüyə,  qap- qapa  son qoymaq vaxtıdır. Gələcəyi 

görərək, məhz indiyədək olmuş səhvləri anlayaraq, yaradılan problemlərdən xilas olmaq 

üçün, məhz yüksək  şüurlu səviyyə (biliklər) və maddi vəziyyət yaranmışdır.  İnsanlıq 

bunları artıq öz imkanları çərçivəsində olduğunu anlayır. 

     Qeyd etməliyik ki, milyonlarla müxtəlif material obyektlər, şeylər  müxtəlif canlılar, 

təbiət sistemi, insan cəmiyyəti , maşın, ev , nemətlər, məhz eyni maddədən və eyni 

qanunlar altında olduqlarına görə,  mühitləri eyni (yaxın) olan məkanlarda zəruri,  

məntiqi olaraq, oxşar proseslər,  hadisələr baş verir. Bəzən, bu  kiçik masştabda olduğu 

kimi, böyük masştabda da eyni şəkilli hadisələr olur.  Kiçik  göldə yaradılan dalğanın 

yaratdığı  suyun forması, eynilə, okeanda təbii qasırğanın yaratdığı böyuk dalğanın 



 

62 


formasına oxşayır. Digər tərəfdən, eyni üst sistemlərin alt sistemlərə  eyni təsiri   də, alt 

sistemlərdə oxşar nəticələr yaradır. Bu təsir tamamilə üst sitemin təsir ritminə uyğun olur. 

Məsələn, Günəşin Yerdəki bütün şeylərə təsiri  onlarda eyni ritmik hərəkətə - fəaliyyətə 

səbəb olur.  Siyasi sistemdə  əgər bir nazir və ya kiçik məmur rüşvət alırsa, demək hamısı 

elədir, bu üst sistemin -dövlət başçısının, parlamentin, qanunların idarə sisteminin belə 

hadisəyə gətirəcək  davranışı,  dünyagörüşü,  idarə metodunun  təsiri nəticəsidir. 

Bir hadisənin dəyişiliklər  şəkli digərinə (hətta digər yerdə, başqa sahədə) oxşaması  

gələcəyi görmək  və yaratmaq üsulu verir. Bir hadisənin digərinə oxşaması təbii model 

rolunu oynaya bilər. Model hadisənin – prosesin sadələşdirilmiş  əsas prinsipləri  əks 

etdirən oxşarıdır və modelin müəyyən edilməsi və öyrənilməsi, eynilə öncəgörmə, 

yaradıcılıq və ixtira metodudur.  (modellərdən həm   alimlər, həm də  xiromantlar, həm 

kartla, kofe ilə, daşla baxan falçılar istifadə edir) 



Nəticə. Oxşalığın səbəbi : 1.Mühitin eyni və ya yaxın olması, 2. Eyni qanunların olması. 

3. Müxtəlfliyin çoxluğu, 4. Eyni üst sistemlərin təsiri. 



 

Xaos nəzəriyyəsi 

     Xaos  nəzəriyyəsi adı ilə, mənası  uyğun olmayan nəzəriyyədir və 1961 –ci ildə 

yaradılmışdır. Xaos nəzəriyyəsi  oxşarlıq qanununun specifik və konkret variantıdır. Xaos 

Yunan sözü olub  mifologiyada mənası qaydasızlığı ifadə edir. Mifologiyada deyilir ki, 

dünyanın yaranmasından  əvvəl dünya qaranlıq, təşkil olunmamış materiyanın qaydasız 

yığınından ibarət idi. Sonra bu qaydasız  materiyadan indiki dünya və onun tərkib 

hissələri : Yer, Günəş, uldular, bitki, canlı və s.yarandı.(BEKM 2002). Xaos nəzəriyyəsi, 

bir izahata görə, xaotik - qaydasız sistemlərin mənasında gizlənən bir qaydannın olması 

haqqındadır.  Yaddan çıxarılmış Xaosun xüsusiyyətini  1961 –ci ildə Edvard Lorens 

havanın proqnozunu hesablayarkən aşkar etmişdir. 12 tənlikdən ibarət hava modelini 

əvvəl  üç onluq dəqiqliyə qədər hesablamış, sonra  təsadüfən yenidən  6 onluq dəqiqliyə 

qədər komputerdə  avtomatik hesablamış  və  aşkar etmişdir ki,  komputerin verdiyi 

dəyişiliklər qrafiki müxtəlifdir (wikipedia.org). Buradan Xaos nəzəriyyəsinin birinci 

keyfiyyəti elan edilmişdir:  

1.  Məhz başlanğıc vəziyyətin  ən kiçik dəyişilikləri sonra böyük dəyişiliklərə  səbəb olur.  

Başqa sözlə, hər sonrakı  vəziyyət başlanğıc vəziyyətdən həssas asılıdır. Buna kəpənək 

effekti də deyilir “yəni kəpənəyin qanad çalması, havanı yelləndirə və nəticədə tufan ola 

bilər”. Bu nəticə əslində heç də yeni deyil, bu nəticə dünya və hər bir şeyin  quruluşu və 

və ardıcıl vəziyyətlərinin  asılılıq qaydasınıdan çıxır. Məhz hər sonrakı vəziyyət əvvəlki 

habelə “başlanğıc” vəziyyətin bütün parametr və keyfiyyətlərindən asılı  və uyğundur. 



Başlanğıc  şəraitin (mühitin və obyektin öz daxili vəziyyətinin-potensialının) sonrakı 

vəziyyətləri müəyyən etməsi ümumi qanundur  (təbiət başlanğıclar və sonlardan ibarətdir). 

Xaos nəzəriyyəsi təkcə sonun əvvəldən asılı olduğunu deməkdən ibarət deyil, habelə: 

2.  Hər bir dəyişməkdə olan sistemdə    həyatı boyu dəyişiliklər oxşar naxışlı olaraq  

təkrarlanır. Bu naxışlar tam ölçücə  eyni  deyil, formaca eynidir, böyük dəyişiliklərin 

naxışları  kiçik zamanda baş verən və kiçik dəyişiliklərin  şəklinə - naxışına uyğundur. 

Buradan belə  nəticə  çıxır ki,  sadəcə biz hadisə, prosesləri araşdıraraq orada müəyyən 

naxışları tapmalı  və sonra onun təkrar olmasını öyrənərək,  proqnoz verə bilərik. Xaos 

nəzəriyyəsini  əks etdirən  ən yaxşı model iki uclu rəqqasdır. Rəqqasın kiçik qolunun 

cızdığı orbit – yol, böyük qolunun cızdığı yola oxşardır. Nəzəriyyənin anlayışları: -  




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə