Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə27/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   23   24   25   26   27   28   29   30   ...   282

 

55

gəlir. İnsan  yaşayır, çalışır, bu kiməsə pis görünür, kiməsə yaxşı. İnsan etdiyini yaxşı –



düzgün  hesab edərək edir. İctimai  əxlaqa qarşı pis hərəkət edilməməsi üçün mühitin 

insanı onu pozmağa yönəltməməsi və  əxlaqın icrasına güclü qanuni və ictimai nəzarət 

olduqda insan onu aşkar pozmayacaq. Pis və yaxşı subyektiv fikirdir, bu mövqədən insan  

xalis yaxşı  və ya xalis pis hərəkət etmir. Elə bir metod yoxdur ki, insanın hərəkətini 

obyektiv, bütün tarix üçün olçsün. Onun hərəkəti nə qədər yaxşıdırsa, o qədər pisdir və ya 

əksinə. Az yaxşı olan, az da pisdir. Məhdudlaşdırıcı əks təsir zəyif olduqda, onun üçün 

fərqi yoxdur- bu hərəkət pis,  yaxud yaxşı adlandırılacaq, o zərurət hiss etdiyi işi edəcək. 

Reallıqda nə pis, nə yaxşı hərəkət var. Pis və yaxşı hərəkətlər, insan fikrincə, əbədidir və 

müəyyəndir, lakin hədlərini azaltmaq olar. 

İnsan günahlarını yumaq üçün  sitayiş etməlidirmi? 

- Xeyr, günah sitayişlə yuyula bilməz. Günah əgər insana və onun əmlakına qarşı 

edilibsə, həmin insanı razı sala bilən ödəmələr edilməli, xahişlər, üzrxahlıq edilməlidir, 

ancaq həmin insan bağışlasa “günah yuyula” bilər. Əks halda günah hissi  və nifrət hissi 

insanı    ağır cəzalandıracaqdır. Günah başqa insana qarşı edilən ümumi bəşəri  əxlaq 

mövqeyindən qeyri -düzgün hərəkətdir, başqa bütün qeyri - düzgün hərəkətlər (maddi 

zərərə, zədələnməyə, nüfuzun aşağı düşməsinə, zəyifləməyə  gətirən) səhv adlanır.  

Sitayışlər insanın psixi sakitliyi üçün  tapılmış bir üsuldur. .. Bunun üçün daha səmərəli

qeyri - sitayiş metodları – meditasiya, özünü təlqin  var. Lakin sitayış insanın günahını 

hec cürə yuya bilməz, yeni günahları stimullaşdıra bilər. Dinlərin belə  səhv məsləhəti 

arsız insanlar yetişdirir. İnsanların məhz əxlaqa etinasız yanaşmalarının səbəbi məhz belə 

məsləhətdir. Teist dinlər nə üçün belə səlahyyətsiz məsləhət verirlər? Bunun səbəbi odur 

ki, onlar Allah anlayışını  və bu məsələnin həllini bilmirlər, sitayiş vasitəsilə dindarlığı 

qoruyub saxlayırlar. Daha qədim dinlərdə belə  məsləhətlər yox idi. Günahlardan xilas 

olmağın yeganə yolu onu etməmək, başqasının haqlarına hörmət etməkdir,  səhvən 

etdikdə isə      həmin insana əvəzini ödəmək, boynuna almaq və    bağışlanmasını xahiş 

etməkdir. Bu  yalnız vicdanlı insanın davranışıdır və ona sitayiş tələb olunmur. Vicdansız 

isə dəfələrlə günah edəcək və yalandan sitayişlə özünü günahını yumuş hesab edəcəkdir. 

Günahını reallıqda yumaq haqda düşünməyəcəkdir. Göründüyü kimi dinlərin sitayişlə 

günahı yumaq üsulu məntiqsizdir və insan icması üçün zərərlidir və  insanların daha çox 

günah işlətməsini stimullaşdırır. 

 

3.1 Dünyanin və hadisələrin sistem xassəsindən doğan qanunlar 

Piramida modeli 

 

Müxtəlif sistemlərin: kainatın, cisimlərin,  ulduz sistemlərinin ,Yerin,  hadisələrin sistem 

quruluşu - pilləvari hissələrə bölünə bilməsi, hər hissənin avtonom bütövlüyə malik 

olması və biri - birinə bağlı olması, onları müxtəlif cür  təsəvvür və dərk etmə modelləri 

kimi qəbul etməyə imkan verir. Məhz belə təsəvvür etmə, reallığı anlamağa çox kömək 

edir. Belə bir paradiqma üçün piramida çox yaxşı yarayır. Piramida olaraq həm düzgün 

piramida həm də  kəsik piramida nəzərdə tutulur. Piramidanın bir xüsusiyyəti,  tildən 

oturacağa ketdikcə genişlənməsi və oturaçağa paralellər çəkildikdə ierarxik pillələrə 

oxşaması bir çox qanunauyğunluqları əks etdirir.  

Məsələn, bir  neçə misalı qısa təsvir edək:  




 

56 


1.  Sistem strukturu piramida ilə yaxşı  təsəvvür oluna bilər. Təpə sistemdirsə, aşağı 

ketdikcə onun elementləri yerləşir, hər pillədə  hər element yenidən bölünür və alt 

pillələrdə tərkib elementləri yerləşir.  

2.  Sosial statuslar-stratifikasiya : lap altda adi adamlar, yuxarı ketdikcə pillələrdə daha 

qabiliyyətli, vəzifəli adamlar yer tutur, lap başda  ən yüksək sosial statuslu kral - 

rəhbər durur. 

3.  Temperamentlər də piramida şəklində quruluşa malikdir. 

4.  Ehtiyaclar   ierarxiya piramidası. 

5.  Sosial inqilablar piramidası. Sosioloq Sorokinin nəzəriyyəsinə görə piramidada 

insanlar yuxarıya doğru və horizontal hərəkətdədirlər.(BEKM 2002) Hər pilləyə 

çıxan adamlar arasında bərəbərləşmə tendensiyası baş verir, heç kəs durduğu 

səviyyədə qonşudan geri qalmaq istəmir. Pramida yolu çox uzandıqda, yəni yuxarıda 

qabiliyyətsiz adamlar toplaşdıqda, hansı ki aşağıda duran daha qabiliyyətli adamlara 

öz yuxarı layiq olduqları yerə keçməyə imkan vermirlər,  onda sosial inqilablar baş 

verir və yerlər dəyişir. 

6.  Atom nüvəsinin parçalanması piramida formasında artan zəncirlərin birləşməsi kimi  

təsəvvür oluna bilər. 

7.  İstənilən materialın stukturunda piramida quruluşu görmək olar; əgər bir atomdan 

(molekuldan)  ətrafa baxsaq, digər atomların piramida qaydasında yerləşdiyini 

müşahidə etmək olar. 

8.  Piramidanı şeylərin, hadisələrin quruluşu kimi qəbul etmək daha məqsədəuyğundur. 

Xüsusilə, tetraedr formalı piramida ən sadə mümkün olan piramidadır və  şeyləri 

analiz etdikdə onların elementlərini və  əlaqələrini təsvir etmək üçün  səmərəlidir. 

Bunun 4 təpəsi 4 üzü var, ən az tərəfi və  təpəsi olan fəza (həcmi olan) fiqurdur. 

Dünyanı kip yığılmış piramidalar kimi təsəvvür edin. Orada piramidalardan əmələ 

gəlmiş müxtəlif fiqurlar- sistemlər görəcəksiniz.  



 

Səbəbiyyət  prinsipi.  

 

    Dünyada  bütün  varlıqların və hadisələrin bir - biri ilə bağlanması, insanlarda bir 

qaydanın mövcud olduğu  fikrini  yaradır. Reallıqda da bunu görürlər. 

Səbəbiyyət prinsipi  belə ifadə olunur : hər şey  səbəblə əmələ gəlir, səbəbsiz heç nə baş 



vermir.  Səbəb məhz  konkret  varlığın, obyektin baxılan   vəziyyətindən  əvvəl onun 

mühitlə  və digər sistemlə baş verən  əlaqələridir. Belə  əlaqələr obyektin 

yenidənqurulmasına və keyfiyyətinin dəyişməsilə, yəni yaşaması ilə nəticələnir.  

Yəni hər bir yeni vəziyyət səbəblərin  nəticəsidir .   

      Orta  vəziyyət qanunu səbəbiyyət prisipini    əsaslandıran  izahlardan biridir.  İnsan 

tarixində qədimdən məqsədəuyğunluq prinsipi də müəyyən edilmişdir.                  

     Dünyada  məqsədəuyğunluq prinsipini Aristotel aşkar etmişdir, bunu sonralar teist din 

nəzəriyyələri qəbul etdi və bunu əsas götürərək dini təlimə  dünyanı  ağıllı    müdrik 

Ruhun yaratdığını və idarə etdiyi fikrini əlavə etdilər. Bu haqda Deism dini nəzəriyyəsi 

xəbər verir. Burada deyilir: “Allah hər  şeyi istədiyi – yəni özünün hesab etdiyi  

məqsədəuyğun formada yaratmış və belə - məqsədəuyğun  idarə edir”. Lakin bu mövqe 

kökündən səhvdir. Aşağıdakı izahlar buna əsas verir.  

1) Məqsədəuyğunluq kimi görsənən  nümunələr, şeylər, təbiət  qanunlarının nəticəsidir.  



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə