Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə23/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   19   20   21   22   23   24   25   26   ...   282

 

47

əvvəlki vəziyyətinin zəruri olaraq alacağı / tələb etdiyi növbəti  vəziyyəti kimi  baş verir. 

Bəzi dinlər qədim Yunan fəlsəfəsinin ideyalarını  qəbul edərək  əvvəldən müəyyən 

edilməni ancaq insan taleyinə aid edirlər, yəni “təkcə insanın taleyi əvvəldən müəyyən 

edilmişdir”- deyirlər. 

   Xristian təlimi  çox müzakirələrdən sonra deyir ki, Allah insanların bir hissəsini yaxşı 

iş görmək üçün, digər hissəsini pis işlər görmək üçün əvvəldən seçmişdir və uyğun olaraq 

onları  cənnətə  və  cəhənnəmə göndərəcəkdir (BEKM-2002). İslam isə bundan fərqli 

olaraq insanları pis və yaxşı qrupa bölmədən deyir ki, insanların hamısının taleyini, Allah 

əvvəldən müəyyən etmişdir. Belə ki, O, istəsə istənilən şəxs pis iş və ya istəsə  yaxşı iş 

görə bilər. İslam təliminə görə təkcə İmamlar(Xəlifələr), xristian təliminə görə isə təkcə 

Papa pis iş görmür, onlar ancaq yaxşı  iş görürlər, yəni günah işlətmirlər. Burada çox 

ziddiyyətlər var. Göründüyü kimi islamın xristianlıqdan fərqli fikri (insanların əvvəldən 

pis və yaxşı qruplara bölünməməsi )  həqiqətə yaxındır. Həqiqət isə odur ki,  insan bütöv 

bir varlıqdır, o yaxşı da, pis iş də görə bilər, lakin bu təsadüf deyil, insan mühitin tələb 

etdiyini edir. Bunu öz ağıl dərəcəsinə, dəyərlərinə, əxlaqına uyğun  edir.  İnsan icraçıdır  

və habelə hər bir şey, varlıq,  Yer , Günəş, ulduzlar icraçıdır. İnsanlar içində  pis iş,  eləcə 

də yaxşı iş görməyən ola bilməz, çünki belə adam mövcud ola bilməz və  deməli,   səhv 

və ya dini dillə desək günah etməyənlər  yoxdur.  Bütün tarix də bunu sübut edir. Allah da 

səhv edir – “O insanları yaratdığına görə səhv etdiyini düşündü və peşman oldu” (Bibliya, 

Bıtıe 6) 

     İnsanın hər sonrakı  ağlı daha təkmildir, demək, hər sonrakı davranışı  da    təkmildir. 

Buradan o nəticə çıxır ki, sonrakı ağlı ilə insan əvvəlki hərəkətini qiymətləndirsə, daha az 

rasional davranışda olduğunu(səhvləri) görəcəkdir. Bununla sübut olunur ki, insanın 

günah etməsi və ya səhv etməsi, onun xassəsidir. Heyvanlar da səhv edir, lakin bəziləri 

səhvlərini daha tez anlayır və o səhvi daha etmir. Digər tərəfdən, heyvan öz davranışına 

insan qədər qiymət vermə qabiliyyətinə, təəssüf hissinə güman ki, malik deyil. Buna görə 

də səhvini tez görmək və utanmaq qabiliyətinə malik deyil. Düzdür, heyvan müşahidələrə 

görə yeməli  şeyləri, yeyilməyənləri təcrübə ilə müəyyən edir və yaddaşında saxlayır. 

Qorunmaq, ovlamaq qaydalarına  əməl edir, lakin səhv də edir, lakin sonra bəziləri 

(quşlar) yadından çıxarır. Əxlaqi insan isə əbədi yadında saxlayır və əzab çəkir. 

    İnsanın səhvləri- günahları növlərə bölünüb baxılsa, müəyyən etmək olar ki, hansı 

səhvləri etməyənlər var, hansıları edənlər var.  Bu mövqedən insanları müqəddəs və qeyri 

- müqədəs qruplara bölmək olar, belə ki, müqəddəs saydıqlarımız da hökmən müəyyən 

növ səhvlər edirlər, çünki insandırlar və onların da şüuru inkişaf edir, sonrakı  ağıl  

əvvəlki davranışda səhvi asan tapır. 

    Gəlin  əvvəldən müəyyən edilmə ideyasının necə olduğunu təsvir edək və  görək  kim 

əvvəldən müəyyən etmişdir sualını verməyə bizim haqqımız varmı? 

    Yuxarıdakı dünyanın quruluşuna ( ierarxik pillələr və horizontal yaruslardan əmələ 

gələn qəfəslərdə yerləşmiş böyük sistemlər və alt sistemlərə  )    dünyanın fəza - müstəvi 

səth modelinə; dünya qanunun formuluna; hadisələrin səbəblərinə –mənasına; və mühit 

və təkin əlaqələrinə əsaslanaraq  bunları  deməliyik:   

Baş verməli  A hadisəsinin baş verməsi «əmrini» keçmişdə müəyyən  illər əvvəl onun aid 

olduğu - və ya asılı olduğu müəyyən böyük sistemlər vermişdir.  Hadisəyə yaxınlaşdıqca 

mühit hadisəni daha çox təsvir edir, çatışmayan xüsusiyyətlərini  təyin edir, kiçik cizgilər 

qalınlaşır,  əlavələr edilir, şəkil aydınlaşır.  Şübhəsiz, təbiətdə uzun , insan cəmiyyətində 



 

48 


isə qısa zamanlar  şkalasında müəyyən etmə prosesi gedir. Heç bir fövqəltəbii qüvvə A 

hadisəsinin  qarşısını ala bilməz. Nəticədə böyük sistemdən başlayaraq kiçik 

sistemlərədək  hər biri A hadisəsinin baş verməsilə onların ehtiyac duyduğu müvazinəti - 

çatışmayan vəziyyəti alırlar. Nəyə görə?.- ümumdünya qanunlarına, dünya formulasına 

görə. Burada təbiətdən - kainatdan kənar qüvvələrin iştirakı yoxdur.  

    Bu gün baş verən hadisələr kimi, gələcəkdə baş verəcək hadisələr  də eyni qaydada

eyni qanunla baş verir və işıqlandırıla bilər. Qısaca demək lazımdır ki, gələcəyin hər bir 

günü, illəri, on illəri,  əsrləri üçün uyğun müxtəlif  zamanlarda əvvəldən artıq müəyyən  

«göstərişlər» - sifarişlər  verilmişdir.  Hər bir sistem ranqına uyğun olaraq baş verəcək 

hadisənin - yaranış, parçalanma və s -bir hissəsini - məsələsini müəyyən edir- təyin edir. 

Zaman yaxınlaşdıqca hər bir hadisənin naməlum keyfiyyət və formaları müəyyənləşir -

təyin edilir.  

     Çoxlu faktlar vardır ki, hadisələrin və talenin əvvəldən müəyyən olduğunu sübut edir. 

Misallar: 

1.   Professor Şapovalnikov (16.04.07,теория невероятностей,  TV-1 Rossiya) belə bir 

tədqiqat aparmışdır, o dərin gipnoz etdiyi adamlardan keçmişini və  gələcəyini 

soruşmuşdur. Məlum olmuşdur ki, onlar 50-60 % düz deyirlər. Bu o deməkdir ki, 

hadisələrin  əsas karkası - skeleti əvvəldən müəyyən edilir, zaman yaxınlaşdıqca 

qalan cizgiləri yazılır. Ağac necə bir toxumdan böyüdükcə konkret və məlum forma, 

quruluş alırsa, insan da doğulduqda onun gələcək taleyi əsasən müəyyəndir. Bu 

ümumi uyğunluq və harmoniya qanunundan çıxır. 

2.  Everest (Himalay ) dağları necə yarandı ? Milyon illər  əvvəl indiki Hindistan 

yarımadası  Afrikadan qoparaq aralandı və yavavş - yavaş gəlib Asiyaya yapışdı və 

onu sıxmağa başladı yer qabığının Həmin Hindistandakı hissəsi Asiyadakı plitənın 

altına girdi və onu qaldırdı. Sonra indiki vəziyyətə bitki və heyvanat aləminə, təbii 

mühitə  gətirən hadisələr başladı. 

3.   Pakistan, Hindistan  arasındakı düşmənçilik münasibətlərinin  əvvəldən yazılması.  

Təbii olaraq  1339 ildə  Tamerlan Hindistanı tutdu və müsəlmanlığı orda  zorla 

yaydı, sonrakı tarixdə Böyük Britaniya Hindistanı müstəmləkə etdi, təbii sərvətləri 

qəsb etməyə və insanlara zülm və istismar etməyə başladı. Milli azadlıq hərəkatının 

qarşısını almaq üçün  İngilis hökuməti  təxribatlar törədərək və təbliğatla müsəlman 

- hindu  düşmənçilyi yaratdı  və  nəticədə böyük qırğınlarla ölkə iki yerə Pakistana, 

Hindistana və mübahisəli Kəşmir əyalətinə parçalandı . Sonra bu yazılış nəticəsində 

xalqlar düşmən münasibəti saxlayaraq atom bombaları yaratdılar və s. Deməli, bütün 

baş verənləri əvvəl Tamerlan sonra isə Böyük Britaniya kralı yazdı, sonra isə digər 

iştirakçılar başqa taleləri yazdılar. 

4.  Misal.  Yer planeti 365 günə Günəşin başına fırlanır. Bu ümumdünya balans 

qanununa, konkret olaraq Nyutonun cazibə qanuna görə edir. Və burada neçə günə 

fırlanmağı  və hansı  məsafədə durmağı müəyyən edərkən yer öz potensialı ilə – 

kütləsilə  iştirak edir. Günəşin forma və  vəziyyəti qalaktikaya və qonşu cisimlərə 

görə müəyyən edilir, Yerin vəziyyəti öz kütləsinə və günəşə və qonşu cisimlərə görə  

müəyyən edilir. Yerin kütləsi, və forması, fırlanma oxunun bucağı  və  orbiti və 

fırlanma sürəti  Yer üzərindəki digər  canlıların konkret anda vəziyyətini və s. 

müəyyən edir.  

İstənilən bu günkü vəziyyəti araşdırın, hər şeyin baş verməsi əvvəldən müəyyən edilib. 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə