Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə36/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   32   33   34   35   36   37   38   39   ...   282

 

73

təsir, düşünmə gücünün artıq olması ilə xüsusi effektlərin olması, telepatiya, telekinez, 



hesablama qabiliyyəti, ekstrasenslik və digər qabiliyyətləri əhatə edir. (Bax hissə 2) 

     İnsanın üstün  ağlı- idrakı  və şüuru  heyvandan fərqli olaraq onu  daha dərin şüurla, 

ağılla idarə edən əlavə vasitə rolunu daşıyır. Bu baxış bəzi düşüncə sahiblərinin, idealist 

adlandırılan nəzəriyyələr yaratmasına səbəb olmuşdur. Orada deyilir ki, dünyanı bədəni 



olmayan ideyalar - ruhlar idarə edir (BEKM-2002).            

    Məsələ burasındadır ki, insan danışmağa və söhbət etməyə başlayandan, bəzi 

məlumatlara görə 100 min il bundan əvvəl, bu məsələ  aşkar oldu. Mühit müxtəlif 

qabiliyyətli insanlar yetişdirdi.  İnsanlar  sözün təsirini,  əlin fenomenlərini,  əvvəldən 

hadisələri hiss etmək, təbiətdən qorxu zamanı yalvarış  sözlərinin  təsirini görüb  

anlamağa başladılar. Onlara elə  gəldi ki, onlar yalvaranda, diz çökəndə kimsə böyük 

qüvvə onları  eşidir və onları nayrahat edən məsələlər  həll olunur – yağış yağır və ya 

kəsilir, daşqın qurtarır, yanğın sönür , yaxşı emosiyalar yaranır, itmiş heyvan tapılır, xəstə 

sağalır, ağlı qaçmışın ağlı qayıdır, dəli olmuş ev heyvanı dəlilikdən qurtarır. 

     Onlar baş verənlərin səbəbini kənar fövqaladə qüvvələrdə  görürdülər, çünki həqiqəti 

bilmək üçün ağılları (bilikləri ) az idi.  Tezliklə belə anlayışlar: Allahlar,  cinlər, 

şeytanlar, mələklər və s. yaratdılar. Savadsız başa ancaq belə ilk ideyalar gələ bilər. 

Beləliklə, qurban kəsilməsi, dua oxumaq mərasimləri  yaratdılar, çünki dualar və 

qurbanlar təsir mexanizminin zəruri tərkib hissəsi idi.  

      Onlar  böyük kəşv etmişdilər - bu da o idi ki, onlar yalvarıb xahiş edəndə, güclü 

düşünəndə  nəticələr (şübhəsiz bəzən və çox zaman) alınırdı.  Onsuz da bu və ya digər 

nəticələr alınmalıydı, hadisələrin nəticəsi hökmən var. Arzu edilən nəticənin alınmasının 

müxtəlif səbəbləri var idi. Təbii yanğınlar, sel, yağış, tufan başladığı kimi nə vaxtsa 

kəsilməli idi,  bunu insanlar yalvarışın nəticəsi hesab edirdilər. Çox nadir hallarda dua və 

yalvarışların - başqa sözlə, psixi emosional qüvvənin təbii proseslərə təsir etmək ehtimalı 

var. Kiçik hədlərdə, məsələn,  göz və fikirlə 2 kiloqramlıq  sacın yarım metr   yuxarı 

qaldırılması faktı müşahidə edilmişdir.  Şüurlu  və ya şüuru olmayan canlılara, bitkilərə 

isə insanın  psixo - emosional qüvvəsinin təsiri daha asan  mümkündür.  İnsan  və ev 

heyvanlarına münasibətdə dua və yalvarışlar müəyyən hallarda  təsir edirdi,  arzu edilən 

nəticələr alınırdı. Lakin  bunun  böyük  kəşv olduğunu  və səbəbini  min illərlə bilmədilər.  

    Bu  kəşvin mənbəyi  dünyadan kənarda deyildi , məhz onların öz şüurlarında, habelə 

hadisə və şeylərin qanunauyğun dəyişməsi prosesində idi. Belə ki, hadisə və şeylərin təbii 

sikilik dəyişməsinə görə hədlar daxilində iki əks qiymətli vəziyyətlərin - məsələn, yaxşı 

və pis-  olması  zəruridir. Demək, hökmən pis vəziyyət nə vaxtsa arzu olunan yaxşı 

vəziyyətlə əvəz olacaqdır. 

 Səbəbi özlərində deyil, kənarda axtarmalarından ibarət  kiçik bir səhv  bəşəriyyəti  

tamamilə səhv yola saldı - onların bölünməsinə və düşmən etməsinə gətirəcək, şüurlara 

qapaq olmağa çalışan  və öz həyatını və öz cəmiyyətini rasional qurmaqdan yayındıran, 

insanların  uzun dövr üçün əzabla yaşamasının əsası olan və belə həyatı “əsaslandıran “ 

dinlərin yaranmasına səbəb oldu.  

     Vendel  Bellin  yazdığına görə dinlərin ilk rüşeymləri 35 min il əvvəl yarandı (Bell 

1997, 2005). 

     Dinlər yaranaraq, xüsusilə sonuncular,  səlahiyyətli ictimai  status almaqları ilə  

dünyanın inkişafını, istiqamət və mahiyyətini ciddi dəyişdilər. Əslində,  bu mənfi oldu 

Dinlər bəşəriyyətin  şüurunu onların  əlindən almışdılar, insanların sərbəst düşünməsinə 



 

74 


və hadisələrin səbəblərini öyrənməyə, qurmağa, yaratmağa  mane olurdular. İlk şamanlar 

tez də dini inam diktaturası yaradaraq hamını onların verdiyi izahatı qəbul etməyə məcbur 

edirdilər. Din ruhaniləri sonralar  həqiqəti anlayandan sonra həqiqəti insanlara başa 

salmaq əvəzinə, onları özlərinə qul etmək,  şəxsi istifadə etmək yolunu seçmişdilər. Onlar 

malik olduğu üstün bilikləri dövlətin  şahı kimi insanları istismar etmək, özünə tabe 

etmək, gəlir götürmək üçün, şüurlarını idarə etmək üçün istifadə etdilər. Şübhəsiz, əvəllər 

kahinlər başçı oldular, dünyəvi hakimiyyət sonralar yarandı. 

     Kəşvin mənasını başa düşən Misir kahinləri və sonra  dini təcrübələrində digər dinlərin 

xadimləri heç zaman kəşvin sirrini  başqa insanlara açmadılar və bu kəşvdən onlar biznes 

vasitəsi kimi istifadə etdilər. Orta əsrlər Katolik keşişləri artıq  əməlli biznes 

qurmuşdular, onlar, nəinki  günahların  əvvəldən bağışlanmasını  təsdiq edən  

indulgensiyalar satır, hətta bu kəşvdən gipnozla, dua yazmaqla , özünü təlqin, 

inandırmaqla insanların problemlərini həll edir - pul qırırdılar.   Şübhəsiz, bunları bilən 

digər təbii ekstrasensləri  öldürtdürür, elmin  onların sirrini açmasından qorxaraq alimlərə 

inkvizasiya məhkəmələri qurur, odda yandırırdılar - kilsə qan tökmürdü. (İovçuk1981).           

      Katolisizmə rəqib olan digər dinlər də eyni yolu tutdular.  Lakin İsa  özü bu təlimdən 

siyasi məqsədlər, varlanmaq, istismar etmək üçün istifadəni, öldürməyi, allatmağı  

qadağan etmişdi,   Lakin onun sözünə sonrakı ruhanilərin  əksəriyyəti baxmadı  və 

bəşəriyyətə zülm etdilər. 

    Dünyanı tamlıq –müvazinət qanunu idarə edir. Bu qanuna uyğun olaraq insanlar  ailə , 

kollektiv, icma, cəmiyyət, dövlət yaradırlar, real mühitlərini dərk edərək qərar qəbul etmə 

vasitəsilə öz daxil olduqları icmalarını, dövlətlərini  idarə edirlər.  

    İnsanın təkamülü nəticəsi olan düşünmə,  şüur, ağıl , söz, fikir, hisslər, - həqiqətən, 

insana  davranışlarını  və  fəaliyyətini  idarə etmək, cəmiyyət qaydaları müəyyən etmək, 

habelə insanın psixi vəziyyətini idarə etmək , lazımı emosiyalar, inam yaratmaq, 

xəstəliyini müalicə etmək qabiliyyətlərinə malikdir. Mümkündür ki, canlı təbiətin xüsusi 

xassələri hələ tam öyrənilməmişdir.  İnsana aid olan qeyd etdiyimiz keyfiyyətləri bütün 

cansız dünyaya proyeksialandırmaq, yəni bədənsiz ruhun dünyanı idarə etməsi 

mülahizəsini söyləmək çox absurddur. Böyük məntiqi səhvin nəticəsidir. Belə fikir 

məqsədli olaraq deyilir və onun arxasında başqalaını idarə etmək və varlanmaq durur.  

Hələ heç bir bədənsiz ruh heç kimə icmanı idarə etmək haqda bir göstəriş  və  məsləhət 

verməmişdir. Heç bir alim,  mühəndis, fəhlə, həkim , bankir, dövlət adamı onların sözü 

ilə  işləmir. Həqiqət budur ki, tək- tək adamlarla kontaktda olan forma – xəyallar və ya 

energetik reallıqlar mövcuddur. Onlar milyonlarla adamdan, yalnız təklərlə - dərin  

düşüncələr aləmində olan evdar qadınlar, bəzi kişilər, müəyyən yaşlı uşaqlarla  kontaktda 

ola və  bəzən nadir halda onlarda reallaşa (воплощение) bilirlər. Bəzi həqiqi bilicilər, 

falçılar, ekstrasenslər, cindarlar bu qayda ilə yaranırlar. Bu adamlar isə insan 

cəmiyyətlərini idarə edən adamlar deyil. Demək, ruh adalandırılan belə varlıqların 

bəşəriyyətin  idarəsilə heç bir əlaqəsi yoxdur.  

     Hadisə baş verməmişdən insanın şüurunda xəbərdarlıq işarəsi yanır. 

Canlı hüceyrənin  titrəməsi xarakterikdir və bu elektron mikroskopda müşahidə 

edilmişdir  və hər bir canlı hüceyrə və canlı varlıq ətrafinda bioloji elektromaqnit sahənin 

mövcud olması; qanın dövr etməsilə onun hərəkət xətlərində elektromaqnit sahəsi, insan 

beyninin düşünərkən müxtəlif növ şüaların olması  və  dəyişməsi, beyində elektrik 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə