Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə13/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   9   10   11   12   13   14   15   16   ...   282

 

27

     Energetik  forma –xəyal varlıq növünün  aşağıdakı əlamətləri müşahidə edilmişdir: 



1.  İnsan və qismən  heyvan öləndən sonra ayrılması güman edilir və  sərbəst  

insanlar olan məkanlarda, yerdə, fəzada olması, insanın xasiyətlərini  daşıdığı 

müşahidə  edilir. 

2.  Habelə ölmədən də insan və ya bir qrup insanların  səslə  və emosiyalarla 

müşahidə edilən birgə fəaliyyətindən sonra  (sevinc, kədər, qırğın) hadisənin baş 

verdiyi  ərazidə  məkanda yerə, divara həkk olaraq  bəzən görünməsi  müşahidə 

edilir və belə tək və kompleks hadisənin  xəyalının uçaraq uzaqda onunla əlaqəsi 

olmayan insanlara görsənməsi baş verir. 

3.  Heyvanlardan yaranan forma - xəyallar spesifik ağaclar (məsələn, zoğal, 

ağcaqovaq) ətrafında reallaşır və itir; heyvanın tipik davranışını və formasını əks 

etdirirlər.(Qədim Misirdə pişiyə sitayış təsadüfi deyildi) 

4.   Çox zaman insan formasında, bədənsiz, lakın forma kimi aşkar olaraq aqressiv 

və ya xoş davranış görsədirlər. 

5.   Fiziki  qüvvə  təsiri edirlər,  insanı boğmaq və  ağırlıqla - qüvvə ilə fiziki təsir 

etməsi   qabiliyyəti var. 

6.   Sözlə, fikir və emosiyalarla əlaqəsi var.  

7.   İnsanı səslə,  adı ilə çağırmaları mümkündür;  

8.  Bu bəzən, çox incə yaşıl – göy rəngə oxşayan  material işıqlı maddə formasında 

görsənir. (yenə də yalnız bəzi adamlara) 

9.  Habelə yeni tikilən mənzildə  müxtəlif belə forma xəyalların reallşması baş 

vermişdir; güman etmək olar ki, onlar əsasən konkret gözünə görsənən insanın 

keyfiyyət və xassələrilə əlaqədardır. 

Energetik forma xəyal  dini spekulyasiya mənbəyidir.  21-ci əsr bu haqda  rasionalist və 

düzgün nəzəriyyənin yaradılması  və bu hadisədən sui - istifadə edən dinlərin və 

dələduzların  əsil sifətini açacaqdır. Habelə özünü  qəsdən və ya yanılaraq Allahın 

vəkilləri, nümayəndəsi, oğlu, qızı adlandıran   və    bəşəriyyəti hissələrə bölüb insanları 

özlərinə tabe olmağa çalışan  insanların  mahiyyətini açacaqdır. Bu kitabda mən bu 

sahədə bir addım etmişəm, digər addımları siz oxucular edəcəksiniz. 



 

Dünyanın fəlsəfi mənası.  

Dünya  çoxluqdan ibarət olaraq ierarxik qaydada çoxluqlara (ən azı bir parametrinə görə 

avtonom qala bilən) bölünə bilən, hər çoxluq  üst və alt çoxluqlarla əlaqədə və asılılıqda 

olaraq, hər çoxluq özü  qarşılıqlı asılı əlaqəli olan hissələrdən ibarət olaraq, hər hissə və 

çoxluq  doğulması, böyümə  və sonra zəyifləməsi, ölməsi - tam forma və mahiyyətini 

dəyişməsi mərhələlərindən ibarət həyat sikli, əbədi olmaq prosesidir, davamiyyətdir. 

 

Kainatın və şeylərin ümumi quruluşu 

Sonuncu  böyük partlayışdan sonra elementar hissəciklərin soyuması və qarşılıqlı təsirilə 

materiyanın yaranması  və inkişafı dövrü başladı. Materiyanın  müxtəlif mərhələ  və 

çevrilmələrindən, qarşılıqlı  təsirlərindən sonra qalaktikalar, Günəş sistemi  Yer planeti 

yarandı. Yerdə materiyanın yeni inkişaf mərhələsi başladı və davam edir.  Bütün analiz 

göstərir ki, şeylər məhz birləşmə yolu ilə vahid tərkib elementlərindən əmələ gəlir.  Hər 

şey  ilkin bölünməz və bölünən hissəciklərin sonrakı müxtəlif kombinasiyalarının 

kombinasiyalarından ibarətdir. Hər  şey məhz birləşmədir. Hər  şey çoxlüqdur. Digər 




 

28 


tərəfdən, məsələ orasındadır ki, hər bir şey tək deyil, hər bir şey çoxluğun içindədəir. Hər 

bir şey bütöv müəyyən zaman ərzində dayanıqlı olan  bir bütöv quruluşdur. Başqa sözlə, 

hər  şey sistemdir. Sistem sözü bütövlüyü, onun qarşılıqlı asılı  və bir - birinə bağlanan 

hissələrdən ibarət olması mənasını verir. 

Sistemlərin - yaranan yeni kombinasiyalarının  qrupları: 

1)  Zamana görə əvvəl və sonra əmələ gələn növlər, 

2)  Ayrıca avtonom coğrafi ərazi-fəza-məkanlarda əmələ gələn növlər, 

3)  Müxtəlif zamanlarda yaranan sistemlərin yeni kombinasiyası-yeni növlər, 

4)  Müxtəlif zamanlarda və müxtəlif məkanlarda yaranan sistemlərin kombinasiyası-yeni 

növlər, 


5)  Bir  ərazidə yaranan müəyyən sistemlərin və ya onların elementlərinin  yeni 

kombinasiyaları, 

6)  Müxtəlif fiziki - kimyəvi - bioloji xassələrin, hərəkət növlərinin və mateialların, 

formaların kombinasiyası ilə insanın məqsədli fəaliyyətilə yaranan obyektlər, 

ixtiralar, səmərələşdirmələr, 

7)  Katalizatorlar, vasitəçilər  köməyilə yaranan yeni obyektlər. 

    Hər şey zamana görə, müxtəlif zamanlarda (əvvəl ya sonra)  və müxtəlif məkanlarda 

(mühitlərdə) yarandığına görə, həm müəyyən, lakin fərqli potensiala –gücə, həcmə,  

enerjiyə, ölçüyə  və s. malikdir və eyni zamanda hər bir şey arasında bu potensialın 

kəmiyyət və keyfiyyətinə uyğun olaraq əlaqələri var. 

     Bu hələ ki,  aşkar edilmiş dörd növ fiziki qarşılıqlı təsir qüvvələridir : - Güclü nüvə 

qüvvələri, Elektromaqnit qüvvələri, Zəyif – radioaktiv parçalanma qüvvələri və 

Qravitasiya - cəzbetmə  və itələmə qüvvələridir.(Novikov 1983) Canlılarda isə bioloji 

sahənin olması ilə əlavə  əlaqələr yaranır. 

     Bitkilərdə əlavə olaraq məkana və bir - birinə qarşı xoş və xoş olmamaq əlaqələri və 

heyvanlarda isə cəlb etmə (öz növündən sosial dəstə yaratma)  və itələmə (başqaları ilə 

yaxınlıq etməmək, rəqabət); insanlara gəldikdə  əlavə olaraq cəlb etmə ( öz növünü

qohumunu, millətini, dinini, özü kimi düşünəni, öz xasiyyətində olanı və s. mənafelərinə 

uyğun obyektləri);  digər insanlara  münasibətdə isə itələmə ( rəqabət, üstün olmaq) 

əlaqələri mövcuddur. Başqa sözlə, hər bir şeyin özünü saxlama və ya olma  prosesində 

vacib təbii  əlaqələri - xüsusiyyətləri var. İnsanın yüksək idrakı isə daha geniş  əlaqələr 

üçün imkan verir.  

      Demək, qeyd edildiyi kimi hər bir şey tək deyil, müəyyən çoxluğun içindədir. Bu 

çoxluğun içində olmaq anından başlayaraq  dərhal qarşılıqlı  təsir  əlaqələri işə düşür və 

hər şey öz yerini alır – BÖYÜK QAYDA yaranır.  Əvvəlki bölmədə  gördüyümüz kimi 

dünya, habelə onun istənilən hissəsi  yaranan andan sonra  materiya bütün istiqamətlərdə 

öz  inkişafını davam etdirir ki, bununla paralel və eyni zamanda bu BÖYÜK QAYDA da 

yaranır. Hər  şeyi idarə edən və status verən ÇOXLUĞUN YARATDIĞI BÖYÜK 

QAYDA  qanunları yaranır.  

     Qarşılıqlı qravtasiya təsirləri cisimlərin forma və davranışını  müəyyənləşdirir. Bu 

təsirə  əsasən Nyutonun üniversal cazibə qanunu , sürətlərin işıq sürətindən artıq  fəza 

sistemi üçünsə Eynşteynin Ümumi nisbilik və cazibə qanunu bütün kainatın olma və 

dəyişiliklər qanunu rolunu daşıyır. 

     Maraqlıdır ki, dünya da, qaydası da eyni zamanda yaranır. Dünya böyüdükcə 

müxtəlifləşdikcə, qayda da genişlənir, ilkin təsir qüvvələrinin fəaliyyəti nəticəsində 



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə