Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə11/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   7   8   9   10   11   12   13   14   ...   282

 

23

bilik,  ağıl sərbəst – heç bir adətlə, ideya ilə, keçmişlə məhdudlaşdırılmayan düşüncə və 



texniki səviyyə lazımdır. Demək, insan öz bilik və  təcübəsini artıraraq dünyanı  dərk 

edəcəkdir.  



     Kainatın ümumi nəzəriyyəsi  aşağıdakı məntiqi şərtlərə cavab verməlidir: 

1. Kainat özünü nizamlayan  sistem olmalıdır. 

2. Son olmadan başlanğıc ola bilməz; başlanğıc hər hansı bir sondan başlaya bilər. 

3. Kaninatın başlanğıcı varsa, sonu da , olmalıdır; başlanğıc yoxsa, sonu da yoxdur. Lakin 

kainatın ayrı ayrı tərkib hissələrinin formalarının başlanğıcı və sonu olması dəqiq sübut 

olunmuş faktdır 

4. Kainatın   nəzəriyyəsi onda olan maddələrin və hissəciklərin çevrilməsini  əks 

etdirməlidir. Bu kainatdakı elementlərin,  Yerin , hər şeyin inkişaf modelidir. 

5. Kainat bütövlükdə onun hissələrindən birinə oxşamalıdır. 

6. Bir bütöv kainat deyil, müxtəlif kainatlar çoxluğunu qəbul etsək, daha doğru olar . 

6. Heç nəyin itməməsi prinsipi , saxlanma qanunları təmin olmalıdır. 

7.  Əgər dünya heç nədən yarana bilərdisə,  deməli, heç nəyə çevrilə bilməlidir. Bunun 

necə baş verəcəyi prosesi müəyyən edilməlidir. Bu məsələ  həll edilə bilməzsə, kainatın 

heç nədən yaradılması ideyası  qəbul oluna bilməz. Kainatın bütövlükdə  və ya onun 

hissələrinin bir kiçik maddi kütlədən və ya zərrəciklər toplusundan yaranması ssenarisi  

yerdə müşahidə edilən kiçik toxumdan böyük sistemin və ya  kiçik hadisədən böyük 

hadisənin yaranmasına oxşar olaraq yazıla bilər. Lakin dəqiq qəbul etməliyik ki, burada 

heç nə öz -özünə ətraf mühitlə əlaqədə olmadan və ondan istifadə etmədən böyüyə, arta 

bilməz. 

8. Kainat və istənilən maddi varlıq müxtəlif vahid tərkib elementlərin müxtəlif 

kombinasiasından ibarət olaraq tam yaşama sikli - sistemin formalaşması - böyüməsi -  

pik vəziyyəti – azalması, zəyifləməsi və digər vəziyyətə keçməsi - siklini yaşayır.   

9. Maddənin elementar hissəciklərə, radiodalğalara və digər naməlum və  məlum 

dalğalara, işığa və  sonradan yenə maddəyə çevrilməsi  fasiləsiz prosesdir.  

10. Kainatın genişlənməsi  əbədi proses deyildir. Çünki təbiətdə heç bir proses bir 

istiqamətli və bir formalı deyil. Genişlənmə tarixin və məkanın  bir hissəsi ola bilər. 

    Kainat    heç  nəyə çevrilə bilərsə, yenidən  yaranmaq üçün hansı  səbəb – təsir onu 

yarada bilər? Bu suallara cavab verilməlidir. Bu sualın cavabını dünyadan kənarda deyil, 

kainatın öz içində axtarmaq lazımdır, çünki biz hər bir təbiət hadisəsinin, gördüyümüz hər 

bir canlının, etdiyimiz hər bir əməlin, yaratdığımız hər şeyin səbəbini onun öz daxilində 

və mühitlə  əlaqələrində olduğunu görürük.  Maddənin itməməsi qanunu mövcuddur. 

Hələki, bir şeyin heç nəyə çevrilməsi müşahidə olmamaışdır. Nəyə “Heç nə” deyirik və 

ya dindarlar nəyə deyir? Dərin araşdırdıqda  heç nəyin də heç nə olması yox, yenə də bir 

şey olmasını, lakin görünməməsini fərz edə bilərik. Adətən  və keçmiş primitiv ağıl axı 

görünməyən şeyləri heç nə hesab etmişdir. Belə ki, səs dalğaları , rentgen şüaları, bioloji 

şüalar, elektromaqnit sahəsi, radio – dalğalar görünmür. 

     Istənilən halda,  rasional sistem nəzəriyyəsinə görə demək olar ki, dünyanın ümumi 

modeli mövcud  real  göy cisimlərinin və  ya yerdəki modellərdən birinə oxşayacaq.. 

Kainatı Nyuton və Eynşteynin  kəşv etdiyi ümumi nisbilik və cazibə qanunu idarə edir. 

Ümumi qanuna görə  hər  şey bir vəziyətindən digər vəziyyətə keçir, şeyləri təşkil edən 

fundamental materiya itmir. Hər bir şeyin konkret vəziyyətinin başlanğıcı  və sonundan 

danışmaq olar . Fasiləsiz qoca ulduzlar yanıb sönür və parçalanır, yeni ulduzlar heç nədən 




 

24 


deyil, olan maddələrdən, materiallardan yaranır. Ulduzlar kütlələrindən asılı olaraq 

dəyişərək,  ya ağ cırtdana, ya  neytron ulduza, ya qara deşiklərə çevrilir. 

    1994 –cü ildə Avstraliya astronomları Günəşdən 10 dəfə ağır olan böyük bir ulduzun 

partlamasını  və qara deşiyə çevrilməsini müşahidə etmiş  və videosunu çəkmişdir. Bu 

zaman ulduz partlayaraq  xarici qatını atmış  və bütün qalan kütləsi daxilə  sıxılaraq  

sürətlə fırlanan qara deşiyə çevrilmişdir bu qara deşik hərəkət edərək qarşısına çıxan hər 

bir ulduzu özünə  çəkir və bütün materiyanı hissəciklərə çevirir.  Bu mənada bizim 

Günəşin 3 milyard ildən sonra ağ cırtdana  çevriləcəyi fərz olunur. Fasiləsiz partlayışlar 

və yeni cisimlərin  əmələ  gəlməsi kainata müxtəlif ölçüdə asteroidlərin atılması ilə 

nəticələnir. Asteroidlərin  və kometaların yerlə toqquşma ehtimalları var, keçmişdə  də 

belə toqquşmalar olmuş  və yerdə böyük dəyişilyə  səbəb olmuşdur, dinozavrlar məhv 

olmuşdur. Asteroidlər Yeri öz orbitindən çıxara bilməz, çünki balacadırlar.Yerin məhvi 

günəşin yanıb qurtarması ilə  əlaqədardır,  canlılar isə buzluq və günəşin  şişməsi və 

istiliyin artması ilə quraqlıq, xəstəliklər müharibələr nəticəsində  məhv ola bilər. Yerin 

yaranması ilə  həyatın əmələ gəlməsi isə lazımi mühitin formalaşması və lazımı hədlərə 

çatmasından sonra başladı. Lazımı torpaq, hava, su, küləklər, lazımı amin turşuları 

yaranandan sonra həyatın yaranmması mümkün oldu. Elm katalizator rolunda ildırımın, 

radiasiyanın, küləklərin, temperaturun dəyişməsinin iştirakını xüsusi qeyd edir 

Bu bölmədə vacib nəticə budur: 

Kainat zəruri mühitdə eyni zərrəciklərdən , işıq kvantlarından və eyni hissəciklərdən 

əmələ  gəlmiş atom və molekullardan, maddələrdən və maddə birləşmələrindən, onların 

sahəsindən  ibarətdir 



 

3. Dünyanin quruluşu və dəyişməsinin rasional nəzəriyyəsi 

 

Bu bölmədə kainatin , yerin ,  canliların , bütün əşyalarin və hadisələrin ümumi quruluşu, 

olmasi və dəyişməsinin  qanunları, prinsipləri,  şeylərin mənasi  araşdırılacaqdır. 

 

İlkin müşahidələr 

    Kainatı və onun tərkib elementlərinin - Göy cisimlərini  habelə Yeri, onun üstündəki 

bitkiləri, heyvanları, qaya, torpağı, insanları - hər şeyi müşahidə və analiz etdikdə onların  

vahid  hissəciklərdən vahid element atomlarından və onların  müxtəlif  

kombinasiyalarından  ibarət olduğunu aşkar edirik.  Onların eynilə, ümumi: olmaq və 

dəyişmək prinsiplərini müşahidə edirik. 

Bu bölmədə biz bu prinsipləri - daha doğrusu, universal dünya qanunlarını  konkret 

olaraq təsvir edəcəyik. Bu qanunlara, şübhəsiz, fizikanın qanunları da aiddir və bu 

qanunlar savadlı adamlara məlumdur. 

     Görünən hər bir əşyanın, cismin, bitki və heyvanların nədən ibarət olması      qədim 

dövrlərdən insanı maraqlandırmışdır. Bu haqda Demokritin və Lukresinin fikirləri 

həqiqətə yaxındır. Onlar  deyirdi ki, şeylər bölünməz hissəciklərdən - atomlardan 

ibarətdir (İovçuk 1981). Sonrakı elm də bu atom terminini qəbul etdi və məlum oldu  ki, 

atom bölünür və bölünməz olan atom deyil, ondan da kiçik elementar hssəciklərdir. 

Əslində, Demokrit məhz bu sonuncu müəyyən edilən bölünməz hissəcikləri nəzərdə 

tutmuşdu.  Bu haqda b.e.ə.  600 ildə yaşamış Pifaqorun  təlimi də  qiymətlidir. Pifaqor 

deyirdi:  “dünya – hər şey rəqəmlərlə ifadə olunan saydan (Число) ibarətdir”. Bu hər iki 

filosofun  fikri mahiyyətcə elə eyni mənalıdır. Pifaqor əlavə olaraq yazırdı ki, səslər, işıq 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə