Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə14/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   10   11   12   13   14   15   16   17   ...   282

 

29

yaranmış kainat sisteminin hər bir üzvünün  qravitasiya qanununa tabe olaraq müstəqil 



evolyusiyası davam edir. Eynilə, Yer planetində  qravitasiya qanunu nəticəsində Yerin  

Günəş  ətrafında konkret   vəziyyəti (məsafəsi), fırlanma sürəti və öz oxu ətrafında 

fırlanma sürəti, oxunun vəziyyəti müəyyən olunur. Paralel olaraq Yerin evolyusiyası 

onun  daxilində  və  səthində fasiləsiz yeniliklər gətirdi, canlı sistem yaranması ilə    və 

inkişafı ilə  onların yaşama qanunları yarandı. Hər bir mühit - temperatur, təzyiq, kütlə, 

ərazi - çoxluğu - üçün QAYDA- nın formalaşmasına uyğun və konkret dövr lazım gəlir.  

    Cansız cisimlər üçün qayda eyni, ani  zamanda yaranırdısa, canlı  təbiət üçün qayda 

gecikməklə illərlə, yüz illərlə yaranırdı. Onun bütün konkret qanunları - fiziki, kimyəvi 

bioloji  və s.  formalaşırdı. Nəticədə  çoxluq daxilində, yəni dünyada hər şeyin öz yeri , öz 

durduğu pillə, ierarxiya - onun tabe olduğu , başqa sözlə, asılı  olduğu obyektlər və ona 

tabe olan, ondan asılı obyektlər var. Heç bir şey özbaşına deyil, çoxluğun müəyyən etdiyi 

şəraitdə qaydada yaşamalıdır. Başqa sözlə, heç vaxt, heç nə öz potensialını dəyişmədən 

bu qanunu poza bilməz, başqa mövqeyə keçə bilməz. Həm kosmosun sakinləri, həm yer 

cisimləri, həm canlılar, habelə insan. Formalaşan BÖYÜK QAYDA  meridianlarla 

bölünmüş hər bir ierarxiya pilləsində və horizontal  paralellərlə ayrılmış xətlərin  kəsişmə 

nöqtələri olan qəfəslər   üçün hüquq və  vəzifələr təyin edir ki, həmin qəfəsləri tutan 

obyektlər bunu icra etməklə orada yaşaya bilərlər.  Əgər biri icra etməsə,  şübhəsiz,  o,  

həmin çoxluqdan çıxmağa məcbur olacaq. Cisimlər dünyasında bu öz - özünə ola 

bilmədiyi üçün qaydanı icra etməmək mümkün deyil. Beləliklə, hər  şey yerinə görə 

sistemin ona verdiyi hüquq və vəzifələri icra etməli; imkanlar və qadağanlar, hərəkətlər 

çərçivəsində  yaşamağa məhkumdur.  

     Bu    BÖYÜK  QAYDA,  başqa sözlə, hər bir təkin çoxluq icində yaşaması, mövcud 

olması qanunlarıdır. Böyük qayda təbiətdə, eynilə cəmiyyətdə hər bir cismin və insanın 

yerini, statusunu, vəziyyətini və gələcəyini müəyyən edir. Bu böyük qaydanı dərk etmək  

insana yaratmaq, inkişaf etmək, öncədən görmə imkanları verir.   

      Elmin vəzifəsi məhz çoxluqların mənasını, onun əmələ gəlməsi, təkin onun daxilində 

yaşaya bilməsi şərtlərini –qanunları və əlaqələrini öyrənib sözlə ifadə etmək və insana bu 

çoxluq daxilində effektiv yaşamağı başa salmaqdır. Habelə insanın  yeni çoxluqlar: bütöv 

yaşaya bilən yeni qurğular, metodlar, bitkilər, canlılar, təşkilat quruluşları  və s. 

yaratmasına kömək etməkdir. 



 

Bütün varlıq və şeylər, çoxluq -  sistemdir 

     Ətraf aləmdən 5 duyğu üzvlərimizlə nələri görür, hiss edirik? - maddi əşyalar, küçə, 

ağac, evlər, insanlar; proseslər-hadisələr, işıq, dadlar, iylər, səslər, hisslər, fikir, bilik, 

emosiyalar.  Bunlar materiyanı, həm də qeyri - materiyanı əks etdirir. Ümumi nəzəriyyə 

qurmaq üçün bunların hər birini  - çoxluğu sistem kimi işarə edərək aşağıda biz  sistemin 

ümumi qanunlarını, xüsusiyyətlərini təsvir edək. Bu təsadüf deyil,  çünki bunların 

hamısını analız etdikdə bütövlük, tamlıq, yəni sistem (sistem – bütövlük deməkdir) 

xüsusiyyətləri müşahidə olunur. Biz hesab edirik ki, hər şey bir ümumi qanunla yaşayır  

və  hər  şeyin mövcudluğunun digər aspektləri  ümumi qanundan alınan daha aşağı 

ierarxiya  qanunları ilə  müəyyən edilir. Bu ümumi qanun şeyləri habelə hadisələri bütöv 

halda saxlayan  dayanıqlı, stabil edən səbəbdir, əlaqədir. 

     Hansı sistem növləri məlumdur? - Statik və dinamik sistemlər , açıq və qapalı 

sistemlər,  Günəş sistemi, texniki qurğu, müəsisə, enerji sistemi,  riyazi sistemlər, 



 

30 


avtomatik sistemler .  Otaqda yaşayan insan, stol, stul, çarpayı, döşəmə, pəncərə, divar, 

rənglər , mebel və gözə görünən hər şey və onların yerləşmə qaydası və olduğu vəziyyət 

müəyyən, habelə bütövlüyə və birliyə malik olaraq sistemdir.  

      Burada  biz,  ancaq  sistemlərin bəzi ümumi xarakteristikalarını, dəyişilmə növlərini 

təsvir edəcəyik, yəni hər şeyi  sistem kimi qəbul edirik. Daha asan başa düşmək və fikir 

söyləyə bilmək üçün şeylərin bir vəziyyətdən digər vəziyyətə keçməsi arasındakı dövrü 

fikrimizdə ataq və ya buna ayrıca baxmaq lazımdır. Bu halda, demək,  şeylərə bir 

vəziyyəti digər vəziyyətini  əvəz edən, avtonom yaşaya bilən, obyektlər-sistemlər kimi 

baxıla bilər. Əslində hər vəziyyətin ayrıca sistem kimi baxılması daha düzgündür. 

    Sistemlər - şeylər özlərinin tamlığı ilə, bütövlüyü əlamətləri ilə seçilir, yəni onların 

elementləri bir - birilə əlaqəlidir və ancaq bu halda yaşaya bilər. Şeylər yaşama dövründə 

fasiləsiz forma və məzmunlarını dəyişirlər.  

    Bütün  kainata  və Yerə, cisimlərə,  ətraf mühitə baxarkən aşağıdakı  ümumi cəhətləri 

aşkar edirik:  

Dünyada hər bir müəyyən zamanda stabil mövcud olan şey  - uyğun üzvi, qeyri - üzvi 

materiyal,  əşya, cisim, sosial birlik  sistem  quruluşuna malikdir. Habelə elmlər, 

nəzəriyyələr,  hadisələr, otaqdakı olan hər şey və adam birlikdə  sistem kimi baxıla bilər. 

1)   Sistem  qarşılıqlı təsirlər, əlaqələr vasitəsilə bağlanaraq elementlərdən ibarətdir.  

2)  Sistemlər birləşərək kompleks sistemlər əmələ gətirir  

3)  Şeyin, cismin, canlının – sistemin bütün elementləri bütövlük və bir - birilə bağlılıq, 

asılılıq uyğunluq qanununa tabedir. Elementi dəyişdikdə tam da dəyişir.  İnsana 

baxdıqda onun bütün hissələri və canı bütövlüyə, uyğunluğa malikdir, hər bir hissəsi 

tamın malik olduğu hansısa xassəyə malikdir. Məsələn, insanın bir hissəsini, ürəyini, 

mədəsini, ciyərini, böyrəyini digər adama köçürdükdə  həmin adamda  donorun 

xasiyyətləri, orqanın isə adət etdiyi xüsusiyyəti yaranır (2006 –cı il  Fransız aliminin 

tədqiqatları). 

4)  Sistemlərin bir vəziyyətdən digər vəziyyətə  dəyişilmə anları  arasındakı zamanların 

cəmi onun yaşama zamanıdır. Zaman, kütlə və sürətdən asılı olaraq yavaş və sürətli 

keçə bilər. Ideal sinqulyarlıq olduqda zaman və  məkan sinqulyar kütlənin ölçülərilə 

məhdudlaşır. Zaman dayanır və ya bilinmir. 

5)  Sistemin elementləri hər biri istənilən mümkün olan hissələrinə  qədər bölünə bilər ki, 

bu hissə tək vəziyyətdə müəyyən zamanda (mühit daxilində) qala bilsin. 

6)   Yer mühiti  daxilində - üzvi və qeyri - üzvi sistemlərin müxtəlif kombinasiyaları 

sonsuz miqdarda yeni sistemlər yaradır. Müxtəlif canlı və bitkilərin  bioloji  sahəsi, 

sosial sistemlər,  bilik sistemləri və Yerdə olan sistemlərin müxtəlif kombinasiyada 

iştirak etdiyi müxtəlif sistem yaratma hadisələri baş verir. 

7)   Mikro  sistemdən makro sistemə  və  əksinə keçid fasiləsizdir. Sistemin maksimum 

vəziyyət formasından minimum  formasına və əksinə çevrilmə hərəkət istiqaməti  var. 

Bu yaranma, böyümə, stabil dayanma, pik , zəyifləmə,  ölmə siklinin bitməsi və – 

digər spesifik formaya keçmə və yaxud yeni siklin başlanması kimi başa düşülə bilər. 

Sistemlərin daxili dəyişilmələri, formasını başqa formalara dəyişmə prosesi fasiləsiz 

gedir. 


 

 

 


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə