Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə22/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   18   19   20   21   22   23   24   25   ...   282

 

45

lazımdır. Bu o deməkdir ki, Xeyirin, və ya Şərin tam və  həmişəlik  qələbəsi mümkün 



deyil. Şər(pis) olmasa, Xeyir (yaxşı) olmaz. Zərdüştün çox qiymətli  kəlamlarından biri 

bu idi: “Düzgün fikirləş, düz danış, düz ol”. Zərdüşt, habelə deyirdi ki, xeyir və şər ruhlar 

təbiətdədir, doğularkən bəzi insanlara xeyirli ruhlar daxil olur, bəzilərinə şər ruhlar,  sonra 

bu amil  insanların bir - birinə yaxşılıq və pislik etmələrinə  səbəb olur; həyat boyu 

Xeyirlə  Şər mübarizə aparır. Zərdüşt inanırdı ki, Xeyir sonda  Şərə qalib gələcəkdir. 

Habelə digər dinlər də deyirlər ki, ədalət, xeyir qalib gələcəkdir. Bunu necə başa düşmək 

lazımdır? Belə olsa tamlıq qanunu pozulur. Belə bir vəziyyət yalnız dünyanın sonunda ola 

bilər ki, bu son  ya xeyirin hakimliyi, ya şərin hakimliyi ilə qurtarar.  Qeyd etməliyəm ki,  

Dünyanın rasional nəzəriyyəsində  Xeyirin sonda qalib gəlməsi qəbul olunmur, çünki 

dünyanın quruluşu və  cəmiyyətin quruluşu müxtəlif  əks mənalı qüvvələrin - 

mahiyyətlərin olmasını  və fasiləsiz balanslaşması  (əvəzlənməsi) prinsipinə  əsaslanır. 

Əgər Xeyir   həmişəlik qalib gəlsəydi,  onda Şər – şeylərin ikinci mahiyyəti (və inkişafın 

stimulu) necə olmalı idi? Onda, şübhəsiz, Xeyir yenidən özünə əks qüvvə , hərəkət, şey, 

cisim və s. yaratmalıdır (və ya özü iki hissəyə - yaxşı və pisə bölünməlidir). Çünki Xeyir 

təklikdə (şərsiz) dura – mövcud  ola bilməz; onu ölçən, müqayisə etmək üçün  bir mənbə 

olmaz . Xeyiri xeyir edən, şərin olmasıdır.  Əgər maqniti bir qütbündə iki yerə bölsək, o 

yenidən iki qütbə ayrılacaq.  Əgər  ən yaxşı adamları toplayıb bir icma düzəltsək, o 

yenidən iki qütbə - yaxşılar və pislərə bölünəcək. Habelə pisləri toplayıb bir icma 

düzəltsək, o da  iki yerə - yaxşıya və pisə bölünəcək. 

     Kosmo - Humanizm akademiyasının filosofu Albert İqnatenko (16  May 06, AZ TV 

verilişi) deyir ki, xüsusi  qarmonizator maddəsi  ilə insanı fövqaladə ağıllı etmək, onda 

həmişə müsbət emosiyalar yaratmaqla onu uzun ömürlü  və xoşbəxt etmək olar. Bu, 

idealist  və icra olunmaz bir fikirdir. Bu dünyanın  əsas qanununa ziddir və baş tuta 

bilməz. Bu mümkün olsaydı,  şübhəsiz,  İqnatenko  belə sübutlar göstərə bilərdi,  lakin 

sübutlar yoxdur. Həmin filosof bildirir ki, guya bu maddə 4 dinin əxlaq və davranış ilahi 

kodu ilə nurlandırılmışdır. Bu adamın  məqsədi insanların başını aldatmaqla, bu 

qarmonizator maddəsini satmağa müştəri tapmaqdır.  Bu ideya Buddizm və ya Hinduizm 

– yoqa nəzəryyəsinin müasir, lakin uğursuz tətbiqlərindən biridir. 

İnsan həyatının dəyişikliklərinin qrafiki təsviri pis – yaxşı; uğur- uğursuzluq;  mükafat və 

cəza  Fiq. 8. sxemində verilmişdir. 

 

Dünyada  sonraki inkişafin əvvəldən müəyyən edilməsi 

 

     Kainatın axırıncı yaranışı  zamanı və yaxud bizim qalaktikanın yaranışı zamanı elmin 

müəyyən etdiyinə görə, hər bir kiçicik dəyişilkilərin, kiçik miqdarda müxtəlifliyin, 

eynicinsliliyin olmaması  və ya cüzi, fərqli hissəciklərin yaranması sonrakı, yəni indiki 

material dünyanın yaranmasına səbəb oldu. Konkret olaraq saniyənin bir neçə onda bir 

anında yaranan anhilyasiya etməmiş artıq proton atomları  sonradan qalaktikaların 

yaranmasına səbəb oldu (Novikov1983).  Bu hadisə baş verməsəydi, dünya yalnız 

işıqdan, müxtəlif  dalğalardan  və hissəciklərdən ibarət qalmışdı. Bütün elmi analizlər və 

insanların tarix boyu müşahidələri eyni səslə  təsdiq edir ki, məhz təbiətdə, cəmiyyətdə 

əvvəlki hadisələr sonrakı hadisələri müəyyən edir. Hər insan öz tarixinə baxdıqda görəcək 

ki, məhz əvvəlki addımları indiki vəziyyətə düşməsinə səbəb olmuşdur. Eynilə, dünyada 

hər əvvəlki mərhələ sonrakı dəyişilik mərhələsini müəyyən edir. Nəinki, axırıncı mərhələ, 




 

46 


habelə bütün əvvəlki hadisələr, sonrakı hadisələrin  səbəbidir. Çox yaxın tarixə baxaq, 

Yer təbii proses nəticəsində  yaranandan sonra  öz kütləsinə görə Günəş ətrafında cazibə  

asılılığına uyğun  orbit (əvvəl Günəşə daha yaxın idi), fırlanma sürəti seçdi.  Gecə, 

gündüz bunun nəticəsində yarandı; nəhayət, təbii proseslər, canlılar , nəhayət, insan 

yarandı və s. Bu hadisələr göstərir ki, məhz əvvəlki hadisələr sonrakı hadisələri müəyyən 

etdi.  Əvvəldə qeyd etdiyim kimi, dünya tamlıq  formulu universal olaraq həm keçmişi, 

həm indini, həm də  gələcəyi özündə  əks etdirir, yəni bu dövrlərin reallıqlarını – 

elementlərini, hadisə və iştirakçılarını nəzərə alır. 

    Tamlıq qanununa görə  hər bir zamanda baş verən hadisə - vəziyyət həm keçmiş 

hadisələrin – yəni mühitin, həm indiki mühitin  şərtlərini ödəyən vəziyəytdir. Başqa sözlə, 

hər  şey həm keçmiş, həm indiki mühitin tələbidir. Belə yanaşma  insanda hər  şeyin 

əvvəldən müəyyən edilməsi (предопределение-predetermination, determinizm)  ideyasını 

yaradır. Bu ideyanın tərəfdarları çoxdur: demək olar, bütün  dindarlar (buddistlərdən 

başqa ) və az miqdarda elm nümayəndələri. Belə ki, kilsələr, məçidlər, dini alimlər və adi 

dindarlar  hesab edir ki, təkcə insanların taleyi əvvəldən müəyyən edilmişdir və bunu 

naməlum Allah etmişdir. Fərqli olaraq,  rasional nəzəriyyə deyir ki, nəinki insanlar

habelə  hər bir material sistem, hər bir varlığın həyatı  əvvəldən müəyyən edilib. Kim 

tərəfindən ?  

- Əvvəlki inkişaf  tarixi , yəni tarixi mühit tərəfindən. Din isə deyir - Tanrı tərəfindən. 

 Aşağıda baxaq görək, tarixi mühit bunu  necə edir? 

 

 Rasional əvvəldən müəyyən edilmə prinsipi 

 

 

     Şeylər  öz yerlərini  və  şübhəsiz,  öz formalarını çox həvəslə tapıb burada olmağı 

xoşlayırlar, çünki ancaq burada özlərini müvazinətdə, sakit və azad hiss edə bilər, öz 

qiymətlərini tapa bilərlər, yalnız öz yerlərində xoşbəxt, rahat  ola bilər, hörmət edilə 

bilərlər. Sanki öz yerlərini tutmasalar, onlar məhv olarlar, yaşaya bilməzlər. Öz yerini 

tapıb orada oturmayanın başına çox bəlalar gələ bilər  və sistemdən kənara qoyula bilər. 

Məsələn, insan başqa yerdə heç cür yer tuta bilməz və çox böyük zərbələr alaraq öz yerini 

tutmağa məcbur ediləcəkdir. Deyilən bu qayda içərisində  şeylərin öz yerlərini tutma 

prosesinə hadisə və ya həyat  deyilir. Başqa sözlə, dünyada görülən və ya texniki  cihazlar 

vasitəsilə müşahidə edilən  hadisələrin  mənası  və istiqaməti  onların olduğu mühit 

daxilində həmin mühitin-çoxluğun konkret subyektlərə –şeylərə zəruri olaraq təyin etdiyi, 

məcbur etdiyi hərəkətlərdir. Və yaxud, başqa sözlə ifadə etsək, hadisələr  şeylərin 

çoxluqda onlara buraxılmış yerlərin tutulması  və orada mövcud olmaq üçün zəruru 

fəaliyyət - hərəkətlərdir.  Şübhəsiz, potensiallar məlum; yaşama –olma şərtləri, üsulları 

məlum; vəziyyət – yəni prosesin inkişaf situasiyası –istiqaməti  məlum olduğu kimi, 

şeylərin hadisələrin - fəaliyyət addımları da məlum – konkretdir; yəni, təsadüflər yoxdur. 

Alternativlər  şübşəsiz, vardır, və yaxud tələb olunan kimi yaranacaqdır. (Hər  şey 

qarşılıqlı  əlaqəlidir).  Bu yanaşma tamamilə imkan verir ki, sistemi dərindən öyrənərək 

öncədən görmək mümkün olsun.. Bu ifadənin özündə elə bil ki kim tərəfindənsə müəyyən 



edilmişdir fikrinə işarə vardır.  Belə işarəni ancaq qeyri - elm nümayəndələri  edə bilərlər.  

      Dünyanın və  şeylərin Rasional nəzəriyyəsində,  nəinki insanların, hətta hər  şeyin 

aldığı vəziyyətin və hərəkətlərinin «əvvəldən müəyyən edilməsi» qəbul edilir. Ona görə ki, 

şeylərin sonrakı  hər vəziyyəti  əvvəldə baş vermiş mühitin dəyişikləri nəticəsi və  şeyin 


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə