Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə16/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   12   13   14   15   16   17   18   19   ...   282

 

33

                                                                   



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Kənar ələ, kənardan qarışmağa ehtiyac yoxdur. 

     Mühitin necəliyindən asılı laraq 3-cü element – yeni şey yaranır. Və göründüyü kimi 

ilkin elementlər (1) və (2) , Mühit (3) və  nəticə( 4) bir - birindən fərqlidir,  lakin   

qanunauyğunluq asılılığına malikdir.  Göstərilən tetraedr fiquru yaradılışın simvolu , 

modeli , ilk “hüceyrəsi”  hesab edilə bilər. 



Varlıqlar üçün  dünyanın quruluşundan doğan qanunauyğunluqlar 

    Dünya , istənilən canlı və cansız  sistem - çoxluq, cəmiyyət  məhz olandan sonra onun 

quruluşundan spesifik qanunlar yaranır – formalaşır.   

1.  Nisbilik prinsipi.  Kosmos üçün  Eynşteynin müəyyən etdiyi  nisbilik prinsipi var. 

Lakin biz Yer kürəsində insan, təbiət cəmiyyət münasibətlərində; anlama, təsvir 

etmə, qiymətləndirmə sahələrində nisbilik müşahidə edirik. Nisbilik anlayışı 

şeylərin ümumi- adətən olan   və real – müyyən konkret zaman və  məkandakı 

vəziyyəti arasında əlaqəni göstərir. Nisbilik sözünü dəyişgənlik sözü ilə sinonim 

hesab etsək, hər  şey tez aydın olar. Sadəcə  Hər  şey nisbidir, yəni dəyişgəndir 

ifadəsi nisbilik prinsipini əks etdirir. Başqa sözlə, hər  şey elə gördüyün kimi 

deyil,  əslində başqadır, çünki hər  şey dəyişmədədir. Yəni  əvvəl gördüyn sonra 

gördüyünlə fəqlidir. 

2.  Bütün  şeylər, habelə kosmos  ilkin materiyadan, atom, molekul və ya onun 

hissəciklərindən ibarət olduğundan bütün dünya və  şeylərə fiziki, kimyəvi 

qanunlar aiddir. Habelə mexanikanın  qanunları, cəzb etmə, itələmə, nisbilik 

prinsipi . 

3.   Materiyanın  növlərinin hər bir kombinasiyasına və ya hər bir material 

kombinasiyaya onun  tərkib elementləri  çoxluğundan doğan spesifik qanunlar 

yaranır. 

4.  Bütün  şeylərin, stabil hərəkətdə olmaqa, sakitliyə, dayanıqlığa, müvazinətdə 

olmağa çalışmaq  xassəsi vardır. Başqa sözlə, şeylərin məqsədi olduğu mühitdə 

rahatlanmaq, müvazinət  əldə etmək, ola bildiyi  formada  olmaqdır.  Hər  şey 

özünə uyğun, olma üsuluna malikdir. 

                               

                          Element 2 

 

                                        



                                           Nəticə - 

                                            yeni obyekt 

                                

 

 



    

 

Mühit                              Element  1    




 

34 


5.  Şeylərin xassəsi isə onu təşkil edən hissələrin-elementlərin fəaliyyəti, qarşılıqlı 

asılı təsirləri nəticəsidir. 



6.

 

Dünya və onun müxtəlif tərkib hissələrinin  dəyişilikləri bir - birinə uyğun və 



zəruridir, yəni A sahəsindəki dəyişiliklər B sahəsindəki dəyişiliklərə uyğundur. 

Bu hadisə, proses formasında olur,  yəni B sahəsi A – nın təsirilə uyğunlaşma 

forması seçir.  

 

Şeylərin, varlığın  məqsədi varmı?  

 Dünyanın – kainatın, Yer kürəsi sisteminin, canlı və cansızların, hər şeyin məqsədi 

rahatlıq, müvazinət, təsir və əks təsirlərin bərabərləşməsi, başqalarının içində stabil ola 

bilməkdir , orta vəziyyətə (dayanıqlı – sakit) çatmaq, cəmiyyətdə rahat, sülh şəraitində 

xoşbəxt – rahat  yaşamaqdır. 17-ci əsrdə İngiltərədə yaradılmış Deism təlimi deyirdi ki, 

Allah - dünya zəkası,  dünya maşınını qurub sonra ona bir  təkan verib; o işə düşüb və öz 

- özünə hərəkəti davam etdirir, Allah isə kənara çəkilib daha heç bir işə qarışmır.  

     Əslində,  daha çox ağlabatan,  dünya sisteminə bir təkan vermək deyl, onun 



müvazinətini pozmaqdır. Məhz bütün araşdırma və faktlar göstərir ki, dünya – makro 

aləm  məhz müvazinətlərin fasiləsiz pozulması  və bərpa olunmağa çalışması prinsipinə 

görə hərəkət edir. Bütün canlı və cansız aləm qarşılıqlı əlaqələri nəticəsində müvazinətləri 

pozulur və onların  həyaıt  məhz müvazinəti əldə etmək posesidir. Bu həm də mikroaləmə 

- atomlar, nüvə və elektron sisteminə də aiddir- orada da fasiləsiz müvazinət pozulur və 

elektron fasiləsiz onu bərpa etməyə çalışır- fırlanır (sınıq xətlər üzrə hərəkət edir). 



 

Alt və üst sistemlər 

     Bütün  varlıq növlərinə baxdıqda onların bir - birindən asılı olmasını, birinin 

davranışına digərinin uyğun davranışda olmasını və hər şeyin hansısa birləşmələrin üzvü 

olmasına və bu birləşmənin tələb etdiyi rolu icra etməsini müşahidə edirik. Başqa sözlə, 

baxılan a obyekti digər b, s, d obyektləinin tələblərinə uyğun yaşayır; digər obyektlər e, i, 

l isə a obyektinin tələblərinə uyğun yaşayır. Beləliklə, biz zəncir kimi bir - birilə  bağlı 

hərəkətləri, bir - birilə uyğun və asılı yaşayan kompleks sistemlər(çoxluq) görürük. Bütün 

varlığı, hər bir şeyi, cismi, insanı, cəmiyyəti, bitkini və s. anlamaq üçün onları alt və üst 

sistem kateqoriyaları vasitəsilə anlaya bilərik. 

 Anlayışlar :  



Alt sistem - hər hansı sistemin əhatə etdiyi və təsir etdiyi və həmin  sistemə nisbətən daha 

kiçik sistem deməkdir . Alt sistemə üst sistem təsir edir. Alt sistem vacib forma almağa və 

hərəkət etməyə məcburdur. 

Üst sistem isə alt sistemi əhatə edən və ona təsir edən qiymət və keyfiyyətcə daha böyük 

sistemə  deyilir. Bunun təsir ərazisində olan bütün digər eyni məsafədə durmuş sistemlər  

eyni təsirə məruz qalırlar. Üst sistemlər alt sistemlərə təsir edir və  onları idarə edir. 

Hər bir  baxılan şey, obyekt  alt sistem rolu oynayır, ona müxtəlif üst sistemlər təsir edir 

və o tələb edilən formanı, məzmunu qəbul edir, tələb olunan qaydada yaşayır. Baxılan 

sistem habelə başqa obyektlərə  nəzərən üst sistem rolu oynayır. Yəni onlara idarəedici, 

formalaşdırıcı təsir edir.  

Qısa desək, hər şey, həm alt sistemdir, həm də üst sistemdir. 



 

 


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə