Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə17/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   13   14   15   16   17   18   19   20   ...   282

 

35

Kainat və bütün varlıqların - cisim və canlıların, mühitin ümumi yaşama prinsipləri 



 

1.      Hər hansı bir şey, ancaq bütün tərkib elementləri olduqda konkret keyfiyyətdə 

mövcud ola bilər, yarana bilər, yaşaya bilər. Bu prinsip bizə yeni şeylər, sistemlər 

yaratmaq üçün düzgün yol göstərir. 

2.  Dünyada – kosmosda və yerdə bütün cisimlər və  əşyalar qravital nisbilik  qanunua 

tabedir. Eynştyeyn – Nyuton nisbi qravitasiya(cazibə və itələmə) qanunu. 

3.  Kainat bütövlükdə  və ya hissələri siklik dəyişmə modeli ilə(ossilyasiya) yaşayır; 

(yaranma, genişlənmə, pik,, zəyifləmə, azalma, son sinqulyarlıq və kollaps-yeni 

yaranma (Fiq. 4) 

4.   Yaxın qonşu olan iki sistemdən güclü  obyekt zəyif obyektə hakimdir.   

5.   Entropiya artır;  keçmişdə necə olması və gələcəkdə necə olacağı naməlumdur. 

6. Ümumi nisbilik qanunu, hərəkətin, impulsun, enerjinin, kütlənin saxlanması qanunu 

mövcuddur. 

7.  Maddə heç nədən yaranmır və itmir ancaq formasını  dəyişir, maddənin son forması 

zərrəciklərdir. Zərrəciklər enerji yükü və kütləyə malikdır.                

8.   Hər bir sistemin  tam həyat sikli olur.  Bu yaranma,  böyümə, pik vəziyyəti, zəyifləmə  

və başqa formaya keçmə fazalarından ibarətdir. Bu, a) elementlərə parçalanma, b) 

digər sistemə daxil olma və ya   c) əlavə elementlər qəbul etmə ilə olur. 

9.   Hərəkət və ya dəyişiliklərin  (inkişaf-zəyifləmə)  mahiyyəti zamana görə   düxxətli, 

dalğa, spiral və sikl formasında habelə qeyri - düzgün -  xətt, dalğa, spiral, sikl 

formasında, bərabər sürətli,  təcilli və ya qarışıq sürətli ola bilər. 

10.  Dəyişiliklər xətti bir neçə istiqamətlərə parçalana(bifurkasiya) və  tələb olunan şərait 

olduqda davam edə bilər.  Şərait imkan vermədikdə  hər hansı  dəyişilik qolu sönə 

bilər(bax Fiq. 5. inkişaf prinsipi). 

11. Dinamik dəyişilən hər sistemdə – kainat insan, heyvan, şəhər, texniki qurğu və s. 

onun yaranma anından onu “ölməyə” aparan proses başlayır, yəni  şeyin məhv 

olması  səbəbkarı elə özü  olur,  buna ətalət qüvvəsi demək olar. Cəmiyyətdə bu, 

inkişafa  əks qüvvələrdir, səhv müəyyən edilmiş adət - ənənələrdir, insanda 

qocalmadır. Daxili fəaliyyətin və xarici qüvvələrin tək və birgə  təsiri nəticəsi ilə 

şey öz müvazinətini saxlaya və ya itirə bilər. 

12.  İnsan həyatı inkişaf və geriyə  çəkən qüvvələrin balansını saxlamaqla davam edir. 

Doğulanda irəli aparan qüvvə maksimum; geri çəkən qüvvə minimum, sonda tərsinə 

olur, yəni ölüm anında geri çəkən qüvvə maksimuma çatmayıbsa, ölüm baş vermir, 

çatdıqda baş verir. 

13. Hər şey çalışır ki, məkanda – mühitdə  ən yaxşı – dayanıqlı vəziyyət tutsun və forma 

alsın. 


14. Dayanıqlı, ən yaxşı vəziyyət hər bir şey üçün onun ən az enerji sərf etdiyi vəziyyətdir. 

15. Heç nə öz - özünə kənar təsir (vasitə) olmadan mövcud ola bilməz. Və ya hər şeyin 

olması-mövcudluğu onunla digər şeylər (canlı və cansız) arasındakı  qarşılıqlı təsirin 

nəticəsidir. 

16. Hər  şey (element) müxtəlif  şeylərin (sistemlərin) elementidir. Məhz bu fakta görə 

dünyadakı şeylər bir - birilə əlaqəli və qarşılıqlı asılıdır. Bu fakt  dünyanın  bütöv  və 

hər şeyin bir - birinə bağlı olmasını təmin edir. 



 

36 


17. Hər  şey daxili qüvvələrlə xarici qüvvələrin təsiri altındadır. Bu səbəblə o şeyin 

konkret quruluşu, gücü formalaşır. Hər  şeyə edilən təsir onun etdiyi əks təsirə 

bərabərdir (Nyuton qanunu: İnsanın etdiyi hərəkətin – fəaliyyətin miqdarı  və 

xarakteri ona edilən xarici mühitin təsirinə bərabər əks təsir kimi meydana çıxır). 

18.  Hər  şey daxil olduğu sistemin onun üzərinə  qoyduğu rolu icra edir. Bu hökmən 

olmalıdır. Istər könüllü –təbii (bu fiziki səma cisimlərində olur) istər mübarizə ilə (bu 

canlılarda olur) olsun; şeylər və xarici mühit qarşılıqlı razılaşdırılmış rollar (vəzifələr, 

davranış, xarakter, xassə) qəbul edirlər. Cansız aləmdə bu ani, demək olar ki, eyni 

zamanda baş verirsə, canlılarda bu daha uzun qarşılıqlı  təsirlər və müəyyənləşmə 

zamanı tələb edir. 

19. Sistem və ya çoxluq daxilində hər şey - cisim və canlı öz xüsusi yolunu seçir    (və ya 

qəbul etməyə  məcburdur, insanda isə bu onun könüllü dərk etdiyi - qəbul etdiyi 

yoldur, zərurətdir. İnsan bunu azad etdiyini düşünür - kənar mühit təsirini görmədən. 

20. İnsanla ətraf mühit arasındakı əlaqə insanın  şüurunu fomalaşdırır (dəyərlər, davranış, 

xasiyyət, bilik, reaksiya) 

21. Hər sistemin : şeyin, quruluşun, hadisənin öz tərkib elementləri, yəni olma şərtləri , 

hər problemin, məsələnin, məqsədin   öz həlli  var. Sistem nəzəriyyəsinin  bu vacib 

postulatının fəaliyyətinə qarşı heç bir fövqəltəbii qüvvə, cin, şeytan dura bilməz. Bu 

postulat insanın yaradıcılığının və inkişafının  əsas prinsipidir  və öyrənmə 

predmetidir. Başqa sözlə, ağıllı insanın yaşama prinsipidir,  vasitə, alətdir. 

22. Sistemlərdə ahəng qanunu- elementlərin tam bir - birinə uyğunlaşması - daha 

doğrusu, biri -birinə zəruri – uyğun olması, harmoniyası – bütövlük  mövcuddur. Bu 

o deməkdir ki, bir ərazidə bir hadisə baş vermişsə, digər yerdə ona uyğun hadisə baş 

verməlidir, dəyişilən dünyada sanki hadisələr başlanğıcından müəyyən olunmuşdur, 

bu müəyyənlik onu yaradan amilərdən və “materiallardan” asılıdır. Sonrakı mühit isə 

ona konkret forma və reallaşma verir. 

23. Sistemlərdə  simmetriya qanunu mövcuddur. Bu əks qiymətli və ya əks mənalı,  

xassəli şeylərin  və hərəkətlərin – proseslərin olmasıdır. 



 24.  Nisbilik qanunu iki  formada özünü göstərir:  

1) Bu mənaca konkret ölçünün və ya insanın qiymətləndirmə meyar və üsulunun digər 

sistemdə (mühitdə)  hadisəyə, cisimə  və  şeyə  tətbiq oluna bilməməsini göstərir, yəni 

demək olmaz ki,  “bu şey yaxşıdır, bu şey pisdir”- yəni bu tam düz olmaz. Bu konkret 

mövqe müəyyən qədər , müəyyən  şərtlərdə, yəni konkret mühitdə- zamanda   belə ola 

bilər. Başqa mühitdə -zamanda belə deyil. 

 

 

 

 

 

 

 

 

 

 

 

Fig. 4. Kainatın  ossilyasiya siklləri ilə yaşama sxemi.. Hər əyri başlanğıc- 

böyümə - pik- zəyifləmə - sondan ibarətdir. Kollaps, sonra genişlənmə. 

R




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə