Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc


Rasional nəzəriyyənin mühit anlayışı



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə15/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   11   12   13   14   15   16   17   18   ...   282

 

31

Rasional nəzəriyyənin mühit anlayışı 



 

     Çoxluq,  sistem,    mühit  sinonim  anlayışlardır. Hər bir zaman və  məkanla 

məhdudlaşmış dünya parçasını,  başqa hissələrlə əlaqədə olan mühiti və ya sistemi çoxluq 

hesab etmək olar. Bu, mühitin daxilində olan hər  şey, hər hadisə onun tərkib hissəsi, 

zəruri elementidir. Ümumi halda, hər  şeyi mühit hesab edə bilərik. Xüsusi halda, əgər, 

onun daxilində hər hansı bir hissəni, elementi işarələsək, seçib onu müşahidə etsək, onda 

onu  əhatə edən hər  şeyi mühit rolunda qəbul edirik. Burada baxılan hissə bütün qalan 

mühitlə  əlaqələr formasında təsir,  əks təsirlər altında müvazinətləşmiş qüvvələr altında 

yaşaya bilər. Başqa sözlə,  şeylər yalnız mühit daxilində ola bilər. Mühitin özü hissələrin- 

eyni və ya müxtəlif parametrli təklərin miqdarı, yerləşməsi, habelə tutduğu məkandan 

(sıxlığı) asılı olaraq onların yaratdığı ümumi keyfiyyətə, xassəyə, mövqeyə, təsir 

qüvvəsinə, temperatur, sahə  və s. malikdir.  Mühit, eynilə konkret sistemdir. Mühitin 

hissələri qarşılıqlı  təsirdə olaraq fasiləsiz yeni elementlər, növlər yaradır və  hər yeni 

yaradılış mühitin hissəsi olaraq ona yeni keyfiyyətlər, xassələr verir. Hər mühit buna görə 

həmişə yenidir. 

 

Mühitin evolyusiyası.  Mühit çoxluqdan ibarət olaraq, evolyusiya edir, yəni hər 

yaranışdan sonra mühit yeniləşir, məzmun və formaca daha mürəkkəb olur. Əvvəl 

yaranmış elementlər üçün mühit artıq fərqli olur- o yenidir. Bu zaman əvvəl yaranan 

bütün elementlər yeni mühitdə yaşamaq üçün əlavə olaraq uyğunlaşmağa məcburdurlar. 

Yeni mühitdə yalnız uyğunlaşa bilənlər  və onunla razılıqda olanlar yaşaya bilər. Təbii 

olaraq mühitin evolyusiyası ilkin mühitdən o qədər fərqli ola bilər ki, əvvəlki yarananlar 

daha yaşaya bilməz, məhv olarlar. Təbii olaraq hər mühitdə daha yaxşı yaşaya bilən 

varlıqlar var. Keçmiş müxtəliflik və növlərin məhv olması  və yeni müxtəliflik  və 

növlərin yaranması təbii ptosesdir. 

Dünya və mühit sinonim anlayışlar olaraq bütövlük xassələrinə malik olan 

çoxluqdan – təklərin müxtəlif kombinasiyalarından ibarətdir. 

 

Cisimlərin və canli  obyektlərin yaranma qaydası 

    Hər bir şey bir ərazidən , ideyadan, sahədən,  xüsusiyyətdən,  xassədən , asılılıqdan,  

fəza sahəsindən – bir sözlə, bir nöqtədən başlayaraq yaranır, genişlənir, böyüyür, çoxalır. 

Mühit anlyışını başqa sözlərlə ifadə etsək, bu  üst sistemlərin və horizontal sistemlərdən 

ibarətdir.   

     Yaranma  ən azı iki  elementin qarşılıqlı  əlaqəsi ilə baş verir, lakin 3-cü element 

adlandırıla biləcək mühitin iştirakı və daxilində baş verir. Mühit fərqləndikcə, yəni digər 

mühitlərdə digər yaranılışlar  baş verir. Mühit nəzəri olaraq 3-cü ortaq qüvvədir. Məhz, 

bu 3-cü element - mühit olmadan heç nə yarana bilməz və çoxala bilməz..  Şeylərin 

yaranmasında tutduğu rola görə onu ayırıb ayrıca ad veririk ki, şeylərin yaranmasını asan 

təsvir etmək mümkün olsun. Mühit çoxluqdur,  təklər isə bu çoxluğun üzvü – elementidir. 

    Şeylərin yaranma  başlanğıcı  və  dəyişmə    qaydası  şeylərin öz xassələri və mühitlə 

əlaqələr nəticəsidir. Başlanğıc üçün demək, 3 element  lazımdır:  ən azı 2 şey və 1 mühit.  

Şeylər onların özlərinin – çoxluğun yaratdığı mühitin daxilində və onun imkanları, icazəsi 

razılığı ilə yaranıb dəyişə bilər.  



 

32 


Hər yaranışın anası mühitdir.  Mühit imkan, icazə vermədikdə  şey yarana və  dəyişə 

bilməz. Mühit yaradıcı, idarəedici, yönəldici, müəyyən edici, nizamlayıcı qüvvədir–

amildir.  İnsana tətbiq etdikdə, bu qanundan belə  nəticə  çıxır ki, insan yaxşı ,  mədəni,   

təzyiq görmədən yaşaya bilməsi və xoşbəxtliyə çatması üçün   ilkin zəruri şərt olaraq bu 

nəticəni əldə etməyə imkan verən Mühitini düzəltməli, yaratmalıdır.  

Nəticələr:   

1.  Həyatın anası mühitdir. 

2.  Yaradan yalnız mühitdir, kənar qüvvə deyil. 

3.   Mühit daxilində olmayan şey , varlıq yoxdur. 

4.   İdeal boşluqda iki eyni və ya fərqli hissənin arasında hər hissənin xassəsinə 

uyğun əlaqə yaranır, bu əlaqə ilkin mühitdir. 

5.  Əvvəlki zamanda və mühitdə yaranmış  hər hansı nəticələr- element, cisim, şüa, 

varlıq .. sonrakı mühitin tərkib hissəsi olaraq mühitin fərqli xassəllər  əldə 

etməsinə səbəbdir 

6.   Hər sonrakı mühit əvvəlki mühitlərdə yaranan elementlərə malik olaraq mühitin 

genişlənməsi və mürəkkəbləşməsi tendensiyasında iştirak edir. Hər yeni mühit 

özünə yeni kompleks elementlər yaradır. 

7.  Mühit sözünü sistem sözü ilə analoq qəbul etmək olar, mühitin dəyişməsi və 

mürəkkəbləşməsi trendi  təbiətdə müxtəlifliyin artması, hədsiz fərqli yeni 

obyektlərin yaranması formasında baş verir.  

8.  Hər  şeyin ola biləcəyi uyğun  (yaxşı) mühiti var. Heç bir şey təkbaşına ola 

bilməz. 


9.  Hər şey yalnız çoxluq içində - mühitdə ola bilər. 

10. Hər mühitin daxilində ona uyğun  ən yaxşı elementlər,  şeylər ola bilər;  hər 

mühitin yaratdığı ən zəif – pis elementdən ən güclü - ən yaxşı elementədək bütöv 

elementlər toplusu var. 

11. Mühit və tərkib elementlərinin uyğunluğu qanunu mövcudur. 

Yeni  hər hansı  şey ( keçmiş, indi və  gələcəkdə)  onu  yaradan tərkib elementləri və 

mühitdən tam asılıdır.  Demək cismi , maddəni, canlını, insanı – hər hansı şeyi anlamaq 

üçün onu təşkil edən iearxiya üzrə ( pillələrlə) tərkib hissələrini və mühit rolunu oynayan 

elementləri seçmək (müəyyən etmək) lazımdır. Bunu tetraedr şəklində  təsəvvür etmək 

olar: iki təpə- iki element , üçüncü təpə mühit, dördüncü təpə  nəticə - yeni varlıq  

deməkdir. Buna Tetraedr qanunu demək olar.(Fiq.3.) 

    Göründüyü kimi,  yaranışın bu ilk asılılıq və olma qanununda böyük məna vardır. Bu 

şəkillə şeylərin yaranması və elementləri, mühit, nəticə ilə əlaqəni düzgün təsəvvür etmək 

olar. Nəzəri nəticə olaraq şeylərə baxanda onu başa düşmək üçün onu  hər bir amili 

nəzərə alan 4 hissəyə ayırsaq, biz düzgün hərəkət eləmiş olarıq. Əgər 4 –cü element son  

nəticədirsə , qalan  3 elementdən ikisi yaradılan  şey üçün xammal – element,  biri isə 

mühitdir (mühit parametləridir). 

Sxemə görə  hər yeni yaranışda  əvvəl yarananlar mühit, onlar içində isə ikisi qarşılıqlı 

əlaqədə yeni yaranışa səbəb olurlar. Beləliklə, sonsuz müxtəlif obyektlər, müxtəlif 

xassələr, formalar, məzmunlar alınacaqdır. Həm mühitin evolyusiyası, həm onun 

daxilindəki varlıqlar evolyusiya edəcəkdir. Nəticədə, tetraedrlərin kip toplaşmasına 

oxşayan  bütün dünya,  yəni zəncirvari birləşmiş bütöv birlik alınır. Hansı ki, həm 

yaradıcı mühit, həm yaranış  materialı, həm yaranışlar öz içindədir. 



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə