Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə10/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   6   7   8   9   10   11   12   13   ...   282

 

20 


məhsulları atır və onların da evolyusiyası başlayır. Bu proses fasiləsiz, lakin müxtəlif 

zamanlarda,  kosmosun müxtəlif yerlərində gedir. Belə bir fikrə relikt şüalanmasının 

eynicinsli olmaması  faktı (2006-cı il kəşvi) da  əsas verir. 

3. Kainatda daha çox kütləyə malik olan ulduzlararası qazın (67%hidrogen və 27% 

heliumun) toz hissəciklərinin, görsənməyən materialın, işıq kvantlarının bir yerə toplana 

bilinməsi qeyri - mümkündür. Habelə kainatdakı maddənin – qalaktika sistemlərinin, 

ulduzların eyni zamanda bir yerə toplanması da, eynilə, qeyri - mümkün hadisədir. Çünki 

,  əgər onları bir yerə toplaya bilən bir marşrut, təsir qüvvələri  yoxdursa, onda onlar 

toplaşa bilməz.  

4. Kainatın genişlənməsi təsəvvürü obyektiv deyil. Spektrin qırmızıya sürüşməsi kainatın 

Yer kürəsindən uzaqlaşması illuziyasını yaradır. Bu görüntünün səbəbi Yerin öz oxu 

ətrafında və Günəş  ətrafında fırlanması, habelə Yerin Günəşlə birlikdə qalaktikanın 

ətrafına fırlanmasıdır. Karuselə minin və  ətrafa , daha uzaqlara baxın, onların  sürətlə 

uzaqlaşmasını görəcəksiniz. Qırmızıya sürüşmə  də bu effektin nəticəsi ola bilərdi, yəni 

Yerdə olan müşahidəçi üçün qalaktikalar işıq sürətindən böyük sürətlə uzaqlaşması 

illuziyası yaranacaqdır.  



 Nəticə: kainat, yəni qlaktikalar arası məsafə bir istiqamətli və fasiləsiz genişlənmir. Buna 

səbəb yoxdur. Burada yalnız dalğavari titrəyişlər ola bilər, nəticədə hər şey öz yerində - 

hərəkətdə  və ya bir - birinə  nəzərən sükunətdə ola bilər. Nəzəriyyənin dediyi kimi ya 

sıxılma, ya genişlənmə və ya dalğa üzrə yerində rəqs etmə hərəkətində ola bilərdi. Yalnız 

spiral qalaktikalar fırlanmaqdadır. Fırlanmayan qala-qalaktikalarda da ulduz və planetlər 

ümumi cəzb etmə qüvvəsilə sistem formasında durmuşlar - genişlənməyinə səbəb yoxdur. 

Kiçik yerli genişlənmələr yeni partlayışların olduğu zonalarda mümkündür. 

5. Spiral qalaktikalar və ulduzlar kainatın  maddəni onun hissələrinə atomlara və 

hissəciklərə, elektromaqnit dalğalara, işığa çeviriciləridir- “turbinlərdir”. Bundan sonra 

onun mərkəzindəki oxu istiqamətinədə hər iki tərəfə hissəciklər qarşılıqlı əlaqədə olaraq 

atılır və yenidən maddənın və yeni cisimlərin - ulduz və Günəşlərin, planetlərin  

yaranması prosesi, güman ki,  gedir.(bax Fiq. 1 və 2) Kainatda daim kiçik cisimlər 

böyüklərin olduğu yerə cəzb olunaraq toplaşırlar və fırlanma hərəkətində olur və ya bir - 

birilə birləşərək yeni çevrilmələr yaradırlar. Ox istiqamətində fırlanaraq atılan hissəciklər 

soyuyaraq yenidən materianın kombinasiyalarını – sonda cisimləri əmələ gətirir, vertikal 

və  mərkəzdən qacan əyri xətt üzrə atılan bu materiallar cisimlərə çevrilərək hissələrlə 

spiral trayektoriası ilə  və qeyri - səlis atılır və  nəhayət,  ana spriralın qanadlarına uzun 

müddətdən sonra yenidən cəlb olunaraq spiral qalaktikanın fasiləsiz qollarını yaradırlar. 

Belə olmasaydı, spiral qalaktikalar fırlanıb qurtarardı, lakin onlar qurtara bilməz, yeni 

cisimlər fırlanma ilə qoşulur, qolları davam etdirirlər - bərpa edirlər. Mövcud  

Genişlənmə  nəzəriyyəsi deyir ki, guya, bir nöqtədən partlayışla yarandığı üçün kainat 

genişlənir. Yuxarıda  əsaslar verildi ki, tək  bir nöqtə ola bilmədiyi üçün bu mümkün 

deyil. Spiral qalaktikaların oxları istiqamətində hissəciklərin  əyri, kənara istiqamətli 

atılması ilə yaranan ulduzlar və sairə hamısı atıldığı istiqamətdə öz yolları,  inersiya ilə 

hərəkət edir. Köhnə cisimlərə rast gəldikdə onlarla birləşir - toqquşur, nəhayət, sürətlərini 

itirir və cazıbə qanunna görə stabilləşirlər, geci - tezi spiral qalaktikaların bir qoluna cəlb 

olunaraq yenidən onun mərkəzi ətrafında fırlanmağa başlayırlar, sikl təkrar olur. Vertikal 

oxla atılmış, lakin əyri xətlə  hərəkət edərək formalaşan yeni cisimlər qalaktikanın 




 

21

fırlanma  müstəvisinə doğru, nəhayət, əyilməyə - qayıtmağa başlayırlar (Fiq .1 və 2 a, b)    



Fig. 1- də spiral qalaktikanın yan qollarına cisimlər həm altdan, həm üstdən daxil olur və  

mərkəzə doğru fırlanaraq yaxınlaşırlar, mərkəzdə qara deşik və ya başqa çevrilmə gedir. 

Burada qalaktikalar toqquşur, hissəciklərə çevrilir, qalaktikanın  B və C oxunun  

uclarından kənara atılır. Bundan sonra soyuma nəticəsində məlum çevrilmələr baş verir -  

buludlar və yeni cisimlərin əmələ gəlməsi. 

Fiq. 2a spiral qalaktikanın daha çox kiçildilmiş  iş prinsipini göstərir, o kəsdikdə xaça, 

kəsilməsə isə  fırfıraya oxşayır. Fiq 2b göstərir ki, əgər hər hansı spiral qalaktika varsa

onun kimi onunla bir sistem yaradan digər 3 belə qalaktikada var – onlar bir - birinin əks 




 

22 


tərəflərində perpendikulyar oxlar üzərində yerləşiblər. 

Dünya tək bir nöqtədən partlama – BİG BANG ilə yarana bilərdimi ? Təbiətdə hər şey 

yalnız başqa bir böyük sistemin daxilindədir və başqa sistemlərlə bağlı  və qarşılıqlı 

əlaqədə ola bilər. Bu məntiq bizi dünyanın yaranmasında fərz edilən böyük partlayışın ola 

bilməsi ehtimalına yenidən baxmağa gətirir. Fərz etsək ki, bütün kainat materialı 

müəyyən spiral boyu hərəkətlə bir nöqtəyə toplaşmağa doğru hərəkətə başlayır və nöqtə 

yaranmaqla (bütün materialın gəlib toplanması!) partlaması, yalnız eyni zamanlı ola 

bilərdi.  İki ziddiyyətli vəziyyət - olmaq və olmamaq üst - üstə düşdükdə bu hadisə ola 

bilərdi. Digər tərəfdən,  bu böyük nöqtə  ani zamanda  yarana bilməz və  sıxılaraq – 

sıxılmış maddənin çoxalması ilə    ölçüdə müəyyən hədlərə çatdıqda (hələ bütün kainat 

materialı gəlib toplaşmadan ) partlayardı. Bütün materialın toplanması baş tutmazdı..   



Nəticə:    “Big  Bang”-  ilk  tək partlayış olmamışdır, “Petty Bangs”, yəni çoxlu kiçik 

partlayışlar olmuşdur və olur. Yalnız bütün kainatın bir kürəyə toplanması ssenarisi 

yazılandan sonra böyük partlayışın olması qəbul edilə bilər. 

      Əgər istənilən aktiv ulduza baxsaq, o öz enerjisini sərf edib ( özü - özünü yeyib) 

qurtaracaqdır. Kainatda materiya, ulduzlar miqdarı, maddənin  hər hansı  işıq, yüklü 

hissəcik formasında miqdarı  və daşıdığı enerji azalmadığı üçün, demək, kainatda yeni 

enerji mənbələri (yeni “günəşlər”, ulduzlar) yaranmalıdır. Yeni kiçik  kainatlar 

doğulmalıdır və böyüməlidir -əlavə  maddə və ya enerji miqdarı qəbul etməklə. Dünyanın 

modeli bu prisiplərlə qurula bilər. (bax fig 1 və 2) 

    Belə bir nəticə  iudaizm kahinlərinin irəli sürdüyü və bu dindən yaranan digər dinlərə  

inananların beyninə uşaqlıqdan yeridilmiş dünyanın heç nədən və yalnız bir yaradılış aktı 

ilə yaradılması ideyasının səhv  və uydurma olduğunu sübut edir. Kahin bunu heç cürə 

bilə bilməzdi. Onun bu məsələni bilməsi üçün Allahın ifadə etdiyi təbiətin qanunlarını 

öyrənməsi lazım idi. Lakin

 

ona bu lazım deyildi, ona yəhudiləri birləşdirəcək, torpaq vəd 



edəcək, yalnız onların qayğısını  çəkəcək və qorxu yaradacaq vahid və qüvvətli Allah 

obrazı yaratmaq lazım  idi. 

    Şumer köklü dinlər Big Bang fərziyyəsini Bibliyada yazılanın  sübutu kimi qəbul 

edirlər. Onlar deyir, “əgər kainat  genişlənirsə, deməli, əvvəl o bir nöqtədən yaranmışdır; 

nöqtə heç nə deməkdir. Deməli, Allah kainatı heç nədən yaratmışdır”. 

       Bu  fikrə elm etiraz edərək  cavab verir ki, bu nöqtə karandaşın ucu boyda nöqtə 

deyil, bu, çəkisi    10  Günəş  çəkisindən dəfələrlə  ağır və qravitasiya radiusu yüzlərlə 

kilometr olan hədsiz sıxılmış (10 

93 

Q/sm 


3  

) , temperaturu isə 10

28

  К  olan bir  kürə  



olmalı idi. Başqa sözlə, bu  heç nə olmayan nöqtə deyil, kütləsi, sıxlığı, ölçüsü olan bir 

böyük kürə ola bilərdi, amma bunun Bibliya ilə heç bir əlaqəsi və asılılığı yoxdur. Belə 

bir nöqtə hesablama ilə müəyyən olunsa da, reallıqda onun yaranması, dayanıqlığı 

mümkün deyil. Göy cisimlərinin evolyusiyası bunu sübut edir. Bütün sinqulyar vəziyyət 

almış cırtdan, neytron və qara deşiklərin sıxlığı 10

9

 kq/sm



 -

 



dən artıq deyildir diametri 

isə bir neçə kilometrə çatır. Bu sıxlıqdan, yəni qravitasiya radiusu həddindən artıq sıxlığa 

malik göy cismi müşahidə edilməmişdir Yəni bundan  10 dəfə  sıx -10 

93 


Q/sm 

3  


olan 

materiyanın yaranması mövcudluğu mümkün deyil. Belə  sıxlıqlı  cırtdanlar, yaxud 

neytron ulduzları birləşsə, sıxlığı artmır, yalnız diametri arta bilər və dayanıqlı olmayıb, 

yenidən partlayar və dayanıqlı ölçüyə qədər kiçilər. 

     Elm və biliklər nə  qədər çox inkişaf etsə də, təbiətdə həmişə naməlumluq qalır. Hər 

şeyi birdən bilmək mümkün deyildir və lazım da deyildir. Hər  şeyi bilmək üçün zəruri 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə