Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə9/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   5   6   7   8   9   10   11   12   ...   282

 

18 


çıxmır, 1960 ildə  kəşv edilmişdir. Elmi fərziyyələrə görə kainat görünməyən 

neytron hissəciklərindən olan karkasa malikdir, bu karkas arı  şanına oxşayır. Bu şanın 

qəfəslərində divarları boyu qalaktikalar yerləşmişdir. 2007 –ci ilin Fevral ayında 200 

milyon işıq ili uzaqlıqda olan yeni ulduzun yaranması müşahidə edilmişdir (TV xəbərləri) 

    Kainatın bir hissəsini meta - qalaktikalar təşkil edir . Bu milyardlarla qalaktikalardan – 

ulduz sistemlərindən ibarətdir, hansı ki qravitasiya qüvvələri ilə bir- birilə   

bağlıdır.  Trilion ulduzları olan qalaktikalar vardır.  Qalaktikalar ulduzlar, ulduzlar - arası 

qaz , toz, ağ  cırtdan, neytron ulduz və qara deşiklərdən ibarətdir.   Qalaktikalar  elliptik, 

spiral və qeyri - düzgün qruplara bölünür .                         

     Qalaktikaların mərkəzində  kütləsi milyon Günəş kütləsinə çata  bilən  qara deşiklərin 

olması güman edilir .  Müşahidələr göstərir ki, 10 Günəş kütləsindən artıq ulduzlar 

yarandıqda (şübhəsiz, bu birləşmə ilə olur)müəyyən parametlərdə onlar xarici qatını 

ataraq sürətlə daxilə, qravitasiya radiysunadək sıxılır, kiçik şara çevrilir, lakin stabil ola 

bilmədiyinə görə partlayır. Nüvə enerjisi ehtiyatı qurtaqdıqdan sonra belə ulduz sıxılaraq 

ağ  cırtdan ulduza, neytron ulduza və ya kiçik ölçülü qara deşiyə  çevrilir. Bu, ulduz 

təkamülünün son mərhələsidir. Qalaktikada zaman keçdikcə  sıxlığı böyük olan belə 

obyektlərin sayı artır. Digər tərəfdən Günəş və ulduzlar, hansı ki əsas hissəsi hidrogendən  

ibarətdir, hidrogenin nüvə reaksiyası ilə yanıb heliuma və digər kimyəvi elementlərə 

çevrilməsi prosesi gedir. Spiral  qalaktikalar öz oxu ətrafında təqribən 250 milyon ilə bir 

dəfə    fırlanır. (http://zaoch.pomorsu.ru). Bizim Günəş sistemi  30 milyon ildə bir dəfə 

qalaktikanın ulduzlarla sıx olan yerinə yaxınlaşır və burada toqquşmalar ola və sistem 

məhv ola bilər. 

20-ci əsrin 20 - ci illlərində Fridman Eynşteyn tənliklərini qeyri - stasionar kainat üçün 

həll etdi və sübut etdi ki, kainat ya genişlənməlidir, ya sıxılmalıdır. 1929 –cu ildə Habbl 

müşahidə etdi ki, uzaq qalaktikalar bizdən sürətlə uzaqlaşır. Sonradan  bu məlumat 

əsasında kainatın genişlənməsi nəzəriyyəsi yaradıldı.  

    Bu nəzəriyyəyə görə kainat vahid bir  sonsuz sıxılmış  sinqulyar kütlədən  partlayışla 

yaranmış  və genişlənməkdə davam edir. Genişlənməyin səbəbi məhz həmin partlayış 

zamanı radial mərkəzdən qaçma qüvvəsidir. Ulduz sistemləri - qalaktikalar və digər ulduz 

birləşmələri kainatda  müşahidələrə görə    öz  ölçülərini dəyişmir – genişlənmir,  

genişlənən yalnız qalaktikaların və  ulduz birləşmələrin bir - birindən uzaqlaşmasıdır.  

     İsti kainat nəzəriyyəsi kainatın  qapalı ya açıq olmasını deyə bilmir. Açıq olduqda 

kainat mənfi əyriliyə malik olur; onda kainat sonsuz genişlənməlidir. Kainat qapalı olsa, 

onda  əyrilik radiusu müsbət olur, bu halda genişlənmə  sıxılma ilə  əvəz olunur. Hər iki 

halda kainat sonsuzdur və sərhədsizdir.  

    Elmi dəlillər sübut edir ki, neytron ulduzun, hansı ki, sinqulyar vəziyyətdədir, radiusu 

10-20 km ola bilər, əgər kütləsi 3 Günəş kütləsindən artıq olsa, qravitasiya qüvvələrinin 

təsirilə ulduz dayanıqlığını itirir və partlayır və qara deşik yaranır. Bu fakt dünyanın 

vahid bir kütlə olan şardan yaranmasını  şübhə altında qoyur. Yəni  kainat sıxılaraq bir 

böyük  sıxlığı  tələb edilən 10 

93 

Q/sm 


 olan sinqulyar vəziyyətə düşə bilmədiyi üçün  

belə yaranma başlanğıcı necə ola bilər? Genişlənmə  nəzəriyyəsi ilk partlayışa qədər nə 

olmuşdur sualına cavab verə bilmir.  

     İlk partlayışdan bu günə  qədər Kainatın yaşının isti kainat nəzəriyyəsinə görə    13 

milyard ildir  Sinqulyar vəziyyətdə hədsiz temperaturda və sıxlıqda heç bir maddə, atom, 

molekul yox idi, yalnız müxtəlif elementar hissəciklərin qatışığı var idi. Temperaturu 



 

19

milyardlarla dərəcəyə çatan  Sinqulyar kütlənin Partlayışı  nəticəsində  elementar 



hissəciklər birləşərək protonu - ilk hidrogen atomunu, sonra heliyumu  və sonra soyuma   

prosesləri nəticəsində  karbon qazını    və digər kimyəvi elementlər və göy cisimləri 

yaranmışdır. Partlayışın 0,3 saniyəsində temperaturun 10 mlrd. dərəcədən çox olduğu 

mühitdə fotonun təsirilə işıq kvantları elektron, pozitron, neytrino və antineytrino və cüzi 

miqdarda adi maddə yaranır. Adi maddə bu zaman atomlar formasında deyil, yüksək 

temperaturlu ionlaşmış plazma formasında olur. Bu dövr inflyasiya  adlanır. Sonrakı  3 

dəqiqə müddətində nukleosintez mərhələsi - hidrogen, helium, deyterium və digər 

elementlərin atomları yaranır. Bundan sonra  1 milyon il ərzində  rekombinasiya dövrü - 

proton və neytronların toplaşması, buludların yaranması baş vermişdir. Rekombinasiya 

dövründən sonra maddə bütün kainata səpələnmişdir. Sıxlığın çox olduğu yerlərdə 

qravitasiya xassəsi işə düşmüş və  maddə müxtəlif nöqtələrdə toplanmağa,  ayrıca bulud 

topalarına çevrilmişdir, bunlar isə böyük qravitasiyaya malik olmuşdur. Bundan sonra  

100 milyonlarla illər keçəndən sonra həmin buludlardan qalaktikalar formalaşmışdır. 

Hadisə spesifik ardıcıllıqla davam etmişdir, sonra qalaktikalar, ulduzlar, Günəş  və 

planetlər yaranmışdır. Prosesdə yaranan yüksək enerjili işığ-fotonlar digər hissəcik və 

antihissəcik, maddə və antimaddənin yaranmasında iştirak etmişdir. Hər yeni ulduz məhz 

mövcud maddələrdən, hissəciklərdən yaranır. Kainatda işıq kvantlarının kütləsi adi 

maddədən dəfələrlə çoxdur. (Novikov 1983).   



 

Kainatın yaranması haqda müəllifin irəli sürdüyü yeni rasional baxışlar. 

   Dünyada  davamlılıqın - fasiləsiz mövcudiyyətin  və müvazinətin saxlanmasına doğru 

hərəkətin səbəbi  yaranma və parçalanma, dəyişmə proseslərinin müxtəlif zamanlı  və 

müxtəlif sürətli olmasıdır. Məhz bu amil kainatda müvazinətin fasiləsiz pozulmasına 

səbəb olur və müxtəlif növ hərəkətlərin yaranmasına, proseslərin getməsinə, çevrilmələrə 

səbəb olur. 

     Böyük  Partlayış  nəzəriyyəsinin səhvi ondadır ki, o deyir ki, dünya təkcə bir vahid 

kütlədən partlayaraq yaranmışdır. Mənim fikrimcə: 

  1) əgər belə olsaydı, müvazinət tez formalaşardı və dəyişiliklər dayanardı. Dəyişiliklərin 

fasiləsiz olması üçün (yəni materiyanın, elementar hissəciklərin , varlığın olması üçün) 

sistemlərin müvazintinin fasiləsiz pozulması,  başqa sözlə, təsirə  məruz qalması, yəni  

mühitin olması tələb olunur. 

2)  Əgər bütün kainat materialı (hər nə var) eyni zamanda bir sinqulyar kütləyə toplaşa 

bilməzsə, yəni bunun üçün onu toplayan bir şərait , qüvvə yoxsa,  o necə toplanar və 

partlaya bilər? 

Bu arqumentlərə görə fərz etmək  olar ki: 

1. İlk adlandırılan  böyük partlayış ilk  deyildi və son partlayış deyil  və yeganə deyildi və  

bu zaman kainatın başqa hissəsində digər hissəciklər - müxtəlif radio, işıq dalğaları , 

maddə və maddədən yaranan  göy cisimləri var idi.  

2. Kainatda fasiləsiz  maddənin çevrilmə mərkəzlərində - qalaktikaların mərkəzlərində və 

ulduzlarda sıxılaraq, toplaşaraq hədsiz qızaraq elementar hissəciklərə parçalanması  və 

müxtəlif kimyəvi elementlərin yaranması və yenidən fəzaya burulğanlar şəklində atılması 

baş verir. Soyuma və sürətli hərəkət nəticəsində  yeni maddə və müxtəlif yeni ulduzlar və 

qalaktikalar, cisimlər  əmələ  gəlir. Habelə qaz toz dumanlıqlarından yeni ulduzların və  

qonşu böyük ulduzların birləşməsi və yeni ulduzun yaranması da kainata yeni partlayış 



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə